Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-930/2025 05.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə və Yevlax rayon 1 saylı Notariat Ofisinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “icra qeydinin ləğv edilməsi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Sadıqov Vahid Nəriman oğlu və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə və Yevlax rayon 1 saylı Notariat Ofisinə qarşı “öhdəliyə xitam verilməsi və s.” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-3356/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli razılıq ərizəsindən görünür ki, o, BPM**********60 nömrəli kredit müqaviləsinə əsasən kredit xətti üzrə ödəniş gecikdirildikdə bankda olan digər hesablarından akseptsiz qaydada bloklaşdırılmaqla pulun silinməsinə razılıq vermişdir.
2. "xxxx" ASC (Bank) ilə İddiaçı (Müştəri və ya Borcalan) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BPM**********60 nömrəli tam kart çərçivə müqaviləsindən görünür ki, bu müqaviləyə əsasən Bank Müştərinin adına ikitərəfli ödəniş kartını (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı (“Tam kart”)) buraxmağı, Müştərinin adına bank hesablarını (kredit kartına bağlı olan kart hesabı, debet və ya əmək haqqı kartına bağlı olan kart hesabı və cari hesab) açmağı, Müştəriyə tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 30000 (otuz min) manat məbləğinədək, kreditdən (Nağd kredit və/və ya kredit xətti) istifadəyə görə illik 24 %-dək ödəmək şərtilə kredit limiti ayırmağı, Müştəri isə Tam kart, eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara, o cümlədən Tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını qaytarmağı və ona hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür.
3. Bank kartına kredit limitinin təyin olunmasına dair xx.xx.2021-ci il tarixli razılaşmadan görünür ki, İddiaçı 36 ay müddətinə 24 %-lə 2000 manat məbləğində kreditin verilməsini xahiş etmişdir.
4. “OTP” kodların göndərilməsi barəsində cədvəllərdən görünür ki, İddiaçı məxsus “+**********36” mobil nömrəsinə xx.xx.2022-ci il tarixində, saat 11:36:46-da və 11:44:40-da 12.000 manat məbləğində kredit limitinin təyin olunmasını; xx.xx.2023-cü il tarixində, saat 20:16:18-də və 20:22:52-də mobil tətbiqə daxil olmağı; xx.xx.2023-cü il tarixində, saat 20:18:27-də iddiaçıya məxsus 4127-2044-4614-3065 nörməli kartın “Apple Pay” elektro cüzdanına əlavə edilməsini təsdiq etmək üçün "xxxx" ASC tərəfindən SMS vasitəsilə OTP kodlar göndərilmiş; həmin kart üzrə Ukrayna Respublikasında yerləşən “FOP Gromlyuk MO” adlı ticarət obyektində xx.xx.2023- cü il tarixində həyata keçirilən 3 uğurlu əməliyyat 4.629,95 manat, 4.629,95 manat və 280,33 manat məbləğində olmuşdur.
5. Bank kartına kredit limitinin təyin olunmasına dair xx.xx.2022-ci il tarixli razılaşmadan görünür ki, İddiaçı xx.xx.2024-cü ilədək 24 %-lə 12.000 manat məbləğində kreditin verilməsini xahiş etmişdir.
6. "xxxx" ASC tərəfindən Yevlax rayon Polis Şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı məxsus 4127-2044- 4614-3065 saylı plastik kartdan xx.xx.2023-cü il tarixdə “Apple Pay” ödəniş aləti vasitəsilə 3 əməliyyat nəticəsində 4629.95 manat, 4629.95 manat və 280.30 manat olmaqla, ümumilikdə 9540.23 manat məbləğində vəsait Ukrayna Respublikasında (Vinnitsa) yerləşən “Gromlyuk” kompyuter avadanlıqları ticarət obyektində nağdlaşdırılaraq məxaric edilmişdir.
7. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ABB mobile tətbiqinə qoşulan zaman müştərinin banka təqdim etdiyi şəxsi nömrəsinə OTP (birdəfəlik kod) göndərilir və müştəri müvafiq kodu daxil etməklə qeydiyyatdan keçə bilir. Bu tip əməliyyatlara chargeback ərizəsi məqsədəuyğun hesab olunmur.
8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, 30 yanvar 2023-cü ildə İddiaçı bank hesabındakı pulunun naməlum şəxs (şəxslər) tərəfindən ələ keçirilməsi barədə Yevlax rayon X7 Bölməsində araşdırma aparılaraq əməldə cinayət tərkibi olmaması əsası ilə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Həmin qərardan rayon prokuroruna, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququnun olması izah edilmişdir.
9. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, onun müraciəti eyni məsələ ilə bağlı araşdırması aparılan yoxlama materiallarına əlavə edilib baxılması üçün aidiyyəti üzrə Yevlax rayon Polis Şöbəsinə göndərilmişdir.
10. "xxxx" ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ABB mobile tətbiqinə qoşulan zaman müştərinin banka təqdim etdiyi şəxsi nömrəsinə OTP (birdəfəlik kod) göndərilir və müştəri müvafiq kodu etməklə qeydiyyatdan keçə bilir. Bank tərəfindən ona təhlükəsizliklə bağlı OTP-nin digər şəxslərə ötürülməməsi ilə bağlı ********** mobil nömrəsinə SMS göndərilmişdir.
11. xx.xx.2023-cü il tarixli, Q-812 nömrəli bildirişdən görünür ki, İddiaçı tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış 10168.72 manat əsas borc məbləği və bu məbləğə müvafiq olaraq hesablanmış faiz borcu məbləği barədə notariusun icra qeydinin aparılacağı barədə bank tərəfindən xəbərdar edilmişdir. Həmin bildirişi İddiaçı xx.xx.2024-cü il tarixdə xəbərnaməyə imza etməklə almışdır.
12. xx.xx.2023-cü il tarixdə göndərilmiş “Notariat icra qeydi haqqında” ərizədən görünür ki, tələbkar "xxxx" ASC borclu İddiaçı xx.xx.2021-ci il tarixli, BPM**********60 nömrəli kredit müqaviləsi üzrə əsas borc üzrə 10168.72 manat, faiz borcu üzrə 240.60 manat, dövlət rüsumu, 0,40 manat komissiya haqqı olmaqla, cəmi 10409.72 manat məbləğində borcun tutulmasını xahiş etmişdir.
13. 20. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə həmin tarixə "xxxx" ASC-yə əsas borc üzrə 10168.72 manat, faiz borcu üzrə 240.6 manat, 25,40 manat bank tərəfindən ödənilmiş dövlət rüsumu məbləğində borcu vardır. 21. Yevlax Rayon Məhkəməsinin 6(039)-2/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı tərəfindən verilmiş şikayətin təmin olunması, Yevlax rayon polis şöbəsinin İB-nin müstəntiqi, polis mayoru X2 “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi, şikayətçinin ərizəsinə AR CPM-in tələblərinə uyğun baxılmasının və həmin Məcəllədə nəzərdə tutulan əsaslı qərarın qəbul edilməsinin təmin olunması qərara alınmışdır.
14. Yevlax rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən xx.xx.2024cü il tarixdə aparılmış 8İ-1299 reyestr nömrəli icra qeydindən görünür ki, İddiaçı BPM**********60 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 10.409 manat 72 qəpik və 25 manat dövlət rüsumunun tutulması təklif edilmişdir.
15. İddiaçı (vəkili-nümayəndəsi) tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.20204-cü il tarixli pretenziyadan görünür ki, cinayət işinin istintaqı davam etdiyindən, tutmanın dayandırılması və tutulmuş pul vəsaitinin geri qaytarılması xahiş olunmuş, əks halda müqavilənin ləğvi və dəymiş zərərin ödənilməsi ilə bağlı məhkəməyə müraciət olunacağı bildirilmişdir.
16. "xxxx" MMC tərəfindən xx.xx.2024-cü il tarixli məktuba əlavə edilərək məhkəməyə təqdim edilmiş 1 ədəd CD-diskdəki cədvəldə aşağıdakılar qeyd edilmişdir: 2023-01-30 20:16:19 ABB **********36 DİQQET! Tehlukesizliyiniz ucun bu kodu diger shexslere bildirmeyin. Mobil tetbiqe daxil olmaq ucun kodunuz: 837965 2023-01-30 20:18:50 Azericard **********36 Apple Pay-ə daxil etmək üçün Visa Rewards kartı üzrə birdəfəlik şi 2023-01-30 20:18:34 Azericard **********36 frəniz 361920. Apple Pay-i aktivləşdirmək üçün Wallet tətbiqini aç 2023-01-30 20:18:50 Azericard **********36 ın, kartınızı seçin və kodu daxil edin. 2023-01-30 20:19:39 Azericard **********36 Hörmətli müştəri, artıq sizin Bank ABB 4127***3065 nömrəli kartını 2023-01-30 20:19:40 Azericard **********36 z üçün Apple Pay xidməti aktivdir. Təmassız ödənişlər və ya Apple 2023-01-30 20:19:54 Azericard **********36 Pay nişanını gördüyünüz hər yerdə ödənişlər apara bilərsiniz. <br>Dəst 2023-01-30 20:19:40 Azericard **********36 ək üçün: 937, xaricdən +**********91 2023-01-30 20:20:49 Azericard **********36 Mebleg:-99 099.00 UAH Kart:4127*3065 Tarix:2023-01-30 20:20:40 Merchant:FOP Gromlyuk MO Balans:4930.05 AZN Cashback:- 45.84 AZNCashback her ay cemlen 2023-01-30 20:21:05 Azericard **********36 ib hesaba qayidacaq 2023-01-30 20:22:54 ABB **********36 DİQQET! Tehlukesizliyiniz ucun bu kodu diger shexslere bildirmeyin. Mobil tetbiqe daxil olmaq ucun kodunuz: 661202 2023-01-30 20:23:57 Azericard **********36 Mebleg:-6 000.00 UAH Kart:4127*3065 Tarix: 2023-01-30 20:23:48 Merchant:FOP Gromlyuk MO Balans:19.77 AZN Cashback:- 2.78 AZN Cashback her ay cemlenib h 2023-01-30 20:23:58 Azericard **********36 esaba qayidacaq
17. İş materiallarına, həmçinin, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən cavabdehə və iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən onlara ünvanlanmış xx.xx.2023-cü il tarixli məktublar əlavə edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
18. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “öhdəliyə xitam verilməsi və s.” tələbinə dair iddia ərizəsi iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, Yevlax rayon 1 saylı Notariat Ofisinin cavabdeh qismində işə cəlb edilməsini, cavabdeh "xxxx" ASC-nin vəsatəti ilə Yevlax rayon 1 saylı Notariat Kontoru tərəfindən aparılmış icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
19. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış BPM**********60 nömrəli kredit müqaviləsinə əsasən 2021-ci ildə müxtəlif vaxtlarda plastik kredit kartı vasitəsilə verilmiş kredit borcundan İddiaçı istifadə etdiyi 2440 manat pulun 1504.77 manat hissəsini ödədikdən sonra, xx.xx.2023-cü il tarixdə həmin kartdan hissə-hissə ardıcıl olaraq 3 dəfəyə 9540.23 manat pul vəsaiti oğurlanmışdır. Bununla bağlı Yevlax rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılmış və həqiqətən də oğurlanan pulun Ukrayna Respublikasından çıxarıldığı məlum olmuşdur. İddiaçı "xxxx" ASC tərəfindən müxtəlif vaxtlarda verilmiş kredit borcundan 9540.23 manat məbləğində pul vəsaiti oğurlanmış və oğurlandıqdan sonra bank tutmanı İddiaçı maaşına yönəldərək hər ay müəyyən məbləğlər olmaqla, ümumilikdə 4000 manat məbləğində pul tutulmuşdur. Halbuki, İddiaçı "xxxx" ASC-yə cəmi 935 manat borcu qalmışdır. Bununla əlaqədar olaraq, Yevlax rayon Polis Şöbəsi tərəfindən 28 iyun 2023-cü il tarixli qərarla cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilsə də, Yevlax Rayon Məhkəməsinin 6(039)-2/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Yevlax rayon Polis Şöbəsinin 28 iyun 2023-cü il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilmişdir. İddiaçının kredit kartındakı pul vəsaitinin oğurlandığı zaman (səhər saat 06:00) radələrində şübhəli olduğu üçün mütləq şəkildə pul vəsaitinin kartdan çəkilməsi barədə kart sahibi ilə əlaqə yaradılıb razılıq alınmalı, bu, mümkün olmadıqda isə karta blok qoyula bilərdi. Bu da təbii ki, oğlurluq hadisəsinin məhz kreditorun, yəni cavabdehin təqsiri üzündən baş verdiyini təsdiq edir. Oğurluq hadisəsi fors-major hal olduğu üçün qeyd edilən müqaviləyə xitam verilməli və qanunsuz olaraq tutulmuş pul vəsaiti cavabdeh tərəfindən iddiaçının hesabına geri qaytarılmalıdır.
20. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3356/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Yevlax rayon 1 saylı Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən aparılmış xx.xx.2024-cü il tarixli 8İ- 1299 reyestr №-li icra qeydinin ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun 20 (iyirmi) manat hissəsinin cavabdeh "xxxx" ASC-dən tutularaq İddiaçı ödənilməsi, qalan hissəsinin İddiaçı aid edilməsi qət edilmişdir. (hakim X6)
21. Məhkəmə iddia tələbini qismən edərkən ona istinad etmişdir ki, iddia tələbinin “icra qeydinin ləğv edilməsi” hissəsi ilə əlaqədar hesab edir ki, tələb bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, notariat haqqında qanunvericiliyin tələbinə görə icra qeydləri mübahisəsiz borclar barəsində aparılır. Lakin iş materiallarından görünür ki, borcun yaranmasına əsas olmuş əməliyyatlar həyata keçirildiyi xx.xx.2023-cü il tarixdən sonra–daha dəqiqi, fevral ayından etibarən iddiaçı bu borcu mübahisələndirmiş–cavabdeh bankın özünə, polisə, Mərkəzi banka, digər hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Lakin buna baxmayaraq, cavabdeh bank iddiaçının borcu mübahisələndirməsindən xəbərdar ola-ola, bunu nəzərə almadan, mübahisəsiz digər borclar üzrə edildiyi kimi, 2023-cü ilin dekabr ayında icra qeydinin aparılması barədə bildirişlə iddiaçıya və ərizə ilə müvafiq notariat ofisinə müraciət etmişdir. İddia tələbinin “öhdəliyə xitam verilməsi və qanunsuz tutulmuş pulun qaytarılması” hissəsinə münasibətdə qeyd edilməlidir ki, xx.xx.2021-ci ildə iddiaçı ilə bank arasında çərçivə kredit müqaviləsinin bağlanması və bu zaman iddiaçının gecikmə olacağı təqdirdə, hesablarında olan pulun akseptsiz qaydada bloklaşdırılmaqla silinməsinə dair razılıq ərizəsi verməsi, xx.xx.2022-ci ildə həmin müqavilə çərçivəsində məhz iddiaçının özünün müraciətinə əsasən, ona məxsus mobil nömrəyə OTP kod göndərilməsi yolu ilə kredit xəttinin limitinin 12.000 manatadək artırılması, xx.xx.2023-cü ildə bankın təhlükəsizlik məqsədilə iddiaçıya məxsus mobil nömrəyə OTP kod göndərməsi, bundan sonra isə iddiaçıya məxsus kartla bağlı mobil tətbiqin başqa şəxs(lər)in əlinə keçməsi və həmin şəxs(lər) tərəfindən Ukrayna Respublikasında yerləşən mağazada kartda olan vəsaitin 9.540,23 manat hissəsindən istifadə edilməsi iş üzrə məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallardır. İddiaçının müqavilə üzrə öhdəliyinin yaranmasında və yaranmış öhdəliyə görə ondan pul tutulmasında bankın heç bir təqsiri olmadığından, belə ki, bankın müvafiq təhlükəsizlik tədbirini həyata keçirməsi mübahisəsiz olduğundan, habelə iddiaçıya məxsus kartın olduğu mobil tətbiqin başqasının əlinə keçməsi və bu hərəkətlərin başqası tərəfindən yerinə yetirilməsi öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, iddiaçının banka qarşı irəli sürdüyü müqavilə üzrə öhdəliyə xitam verilməsi və ondan tutulmuş pulun qaytarılması tələblərinin təmin edilməsinə əsas yoxdur.
22. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2-ci, 386.1, 425-ci, 430.1-ci, 527-ci maddələrinə, "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı, 79-cu, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 24-N nömrəli qərarı ilə təsdiq edilmiş “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”in forması və doldurulması qaydasına, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1–ci, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri
23. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək onun maaşından cavabdeh Azərbaycan Respublikası Beynəlxalq Bank ASC tərəfindən tutulmuş olan 4952.78 manat məbləğində pul vəsaitin ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
24. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin bütün halları ziddiyətlidir. Qeyd edilən oğurluq hadisəsinin fors major hal olduğunu eyni zamanda oğurluq hadisəsinin baş verdiyi vaxt bankın texniki nöqsanlara yol verdiyini məhkəmə görməzdən gəlmişdir. Bundan başqa məhkəmə tərəfindən Yevlax Rayon Polis İdarəsinə göndərilən sorğulara cavab gəlməmişdir. Bu məqama da məhkəmə hüquqi qiymət verməmişdir.
25. Qətnamədən cavabdeh "xxxx" ASC də apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edildiyi hissədə ləğv edilməsi, iddia tələbinin həmin hissədə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, kreditor"xxxx" ASC tərəfindən borclu İddiaçı göndərilmişxx.xx.2024-cü il tarixli bildiriş, İddiaçı tərəfindən şəxsən xx.xx.2024-cü il tarixində qəbul edilmiş, Yevlaxrayon 1saylı Notariat ofisində müvafiq icra qeydixx.xx.2024-cü il tarixində aparılmışdır. İşin bu halları Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cu il tarixli, e-2(006)-3356/2024 nömrəli Qətnaməsinin 33-cü bəndində də qeyd edilmişdir. İddiaçı isə iddiaərizəsi ilə Nəsimi RayonMəhkəməsinə xx.xx.2024-cü il tarixində müraciət etmişdir (hazırki baxılan iş). Göründüyü kimi, kreditor tərəfindən bildiriş göndərildiyi, bundan sonra müvafiq müddət gözlənildiyi, dahasonraicra qeydinin aparıldığı vaxtda İddiaçı rəsmi şəkildəcavabdeh olan kreditora(tələbkara) qarşı məhkəmədə iddia qaldırmamışdır. Bu o deməkdir ki, notarius tərəfindən icra qeydi düzgün şəkildə aparılmışdır. Nəticədə, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cu il tarixli, e-2(006)- 3356/2024 nömrəli Qətnaməsində müvafiq normativ hüquqi akt səhv təfsir edilmişdir. Belə ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cu il tarixli, e-2(006)- 3356/2024 nömrəli Qətnaməsində məhkəmə səhv təfsir edərək belə hesab etmişdir ki, “mübahisələndirmə” deyildikdə polisə, cavabdeh banka, Mərkəzi Banka müraciətlər etmək, cavabdehə aidiyyəti olmayan (cavabdehin prosessual tərəf (iştirakçı) olmadığı) cinayət işinin rədd edilməsi haqqından polisin qərarından cinayət prosesi çərçivəsində şikayət etmək nəzərdə tutulur. Halbuki yuxarıda da qeyd edildiyi kimi, Ali Məhkəmənin yanaşmasına və məhkəmə təcrübəsinə əsasən sözügedən kontekstsdə müabisələndirmə deyildikdə borclunun məhkəmədə kreditora qarşı rəsmi iddia qaldırması nəzərdə tutulur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 24-N nömrəli qərarı ilə təsdiq edilmiş“İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”formasında“çatası faiz”ifadəsinin yazıldığı mətn hissəsi ondan əvvəlki hissədən “/”işarəsi ilə ayrılmışdır. Bu o deməkdir ki, faizləri sənəddə göstərmək tələbi imperativ norma deyil və həmin hissədən əvvəl gələn hissə(əsas borc) seçilərsə ondafaizi göstərməyə ehtiyac yoxdur. Təsadüfü deyil ki, eyni yanaşma bildirişin yuxarıdakı hissəsində də özəksini tapmış, belə ki,“öhdəliyin icra edilməməsi”,“lazımınca icra edilməməsi” və “icranın gecikdirilməsi” ifadələri bir-birində “/”işarəsi ilə ayrılmışdır, yəni bildiriş hazırlanarkən seçimə (bu haldafaktiki vəziyyətə) əsasən bu imkanlardan birini seçmək kifayətdir və əks yanaşma hüquqi məntiqə uyğun gəlmir. Bunu da qeyd etmək lazımdır faiz məbləği əsas borca əsasən dinamik hərəkətdə olur. Yəni, gecikmə günləri keçdikcə faiz məbləği də dəyişir. Ona görə də kreditor tərəfindən bildirişdə faizin dəqiq göstərilməməsi ona hesablanmışdır ki, icra qeydi çıxarılan gün mövcud olan faizlər əsas götürülsün, nəticədə bildirişdəki və icra qeydi çıxan tarixdəki faizlər arasında ziddiyyət olmasın. Ona görə də kreditorun bu hərəkətində heç bir qanunsuzluq yoxdur.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı
28. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.
29. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir.
d) Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 430.1-ci maddəsinə əsasən əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. 527-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. Öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir.
31. "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun: 76-cı maddəsinə əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər "Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydini aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ının: 161-ci bəndinə əsasən borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün "Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün "Elektron notariat” informasiya sistemi vasitəsilə "Elektron icra” informasiya sisteminə göndərir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana "Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıb-qaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti bu Təlimatın 169-1 -ci hissəsində müəyyən edilmiş qaydada həyata keçirilir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
e) Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Apellyasiya şikayətlərində qətnamənin həm iddia tələbinin təmin edilən, həm də təmin edilməyən hissələri mübahisələndirildiyindən, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
38. Məhkəmə kollegiyası işin hallarına istinadən qeyd etməyi zəruri hesab edir ki, İddiaçı ilə cavabdeh "xxxx" ASC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış tam kart çərçivə müqaviləsinə əsasən, bank tərəfindən iddiaçıya illik 24 % ödəmək şərtilə 30.000 manatadək kredit limiti olan kart verilməsi barədə razılığa gəlinmiş və həmin tarixdə iddiaçının müraciəti əsasında, bank tərəfindən ona 36 ay müddətinə 2.000 manat məbləğində kredit limiti təyin edilmişdir. 28. xx.xx.2022-ci il tarixdə iddiaçının müraciətinə əsasən, bank tərəfindən ona verilmiş kredit kartının limiti artırılaraq 12.000 manat təyin edilmişdir. Bu proses iddiaçıya məxsus olan və müqavilədə göstərilən “+**********36” mobil nömrəsinə bank tərəfindən birdəfəlik kod (OTP) göndərilməsi və onun iddiaçı tərəfindən təsdiqlənməsi ilə həyata keçirilmişdir. İddiaçı kredit limitinin özü tərəfindən artırıldığını mübahisələndirmir. 29. xx.xx.2023-cü il tarixdə bank tərəfindən iddiaçıya məxsus həmin nömrəyə “Diqqət! Təhlükəsizliyiniz üçün bu kodu digər şəxslərə bildirməyin. Mobil tətbiqə daxil olmaq üçün kodunuz: 837965” məzmununda SMS göndərilmiş, bundan sonra isə “Azericard” tərəfindən həmin nömrəyə iddiaçıya məxsus “4127-2044-4614-3065” nörməli kartın “Apple Pay” adlı elektron ödəniş alətinə əlavə edilməsi və Ukrayna Respublikasında yerləşən “Gromlyuk” adlı mağazada 3 dəfə edilmiş cəmi 9.540,23 manat təşkil edən ödənişlər barədə mesajlar göndərilmişdir.
39. İddiaçı 2023-cü ilin fevral ayından bu məsələni mübahisələndirməyə başlamış, belə ki, iş materiallarında olan sənədlərdən onun bu faktla bağlı polisə, cavabdeh banka, Mərkəzi Banka, digər hüquq-mühafizə orqanlarına və məhkəməyə (polisin qərarından şikayətlə) müraciət etməklə məsələnin araşdırılması üçün tədbirlər görülməsini tələb etməsi müəyyən edilir.
40. Yevlax rayon polis şöbəsi tərəfindən iddiaçının müraciəti ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul olunmuş, lakin həmin qərar sonradan Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə qanunsuz hesab edilərək ləğv edilmişdir.
41. İddiaçının müraciətinə baxan cavabdeh bank “ABB Mobile” tətbiqində qeydiyyatdan keçmək üçün ona məxsus nömrəyə təhlükəsizlik məqsədilə birdəfəlik kod göndərilməsi, buna görə də qeydiyyata etiraz etmə məsələsinin (“chargeback” ərizəsi) məqsədə müvafiq olmaması, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı mübahisələndirmək hüququnun olması, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi müraciətinin eyni məsələ ilə bağlı araşdırması aparılan yoxlama materiallarına əlavə edilib baxılması üçün aidiyyəti üzrə Yevlax rayon Polis Şöbəsinə göndərilməsi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Dövlət Təhlükəsizliyi Xidməti isə müraciətinin baxılmaq üçün cavabdeh banka göndərilməsi barədə məktubları iddiaçıya göndərmişlər.
42. Cavabdeh bank xx.xx.2023-cü ildə iddiaçıya bildiriş göndərərək, onun bank qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün yaranmış 10168.72 manat əsas borc məbləği və bu məbləğə müvafiq olaraq hesablanmış faiz borcu məbləği barədə notariusun icra qeydinin aparılacağı ilə bağlı iddiaçını məlumatlandırmış (iddiaçı həmin bildirişi xx.xx.2024-cü il tarixdə almışdır), xx.xx.2023-cü il tarixdə əsas borc üzrə 10168.72 manat, faiz borcu üzrə 240.60 manat, dövlət rüsumu, 0,40 manat komissiya haqqı olmaqla, cəmi 10409.72 manat məbləğində borcun tutulması barədə notariat icra qeydi haqqında ərizə vermiş, xx.xx.2024-cü il tarixdə Yevlax rayon 1 saylı notariat ofisinin xüsusi notariusu X5 tərəfindən İddiaçı BPM**********60 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 10.409 manat 72 qəpik və 25 manat dövlət rüsumunun tutulması barədə 8İ-1299 reyestr nömrəli icra qeydi aparılmışdır. Nəzərə alınmalıdır ki, iddiaçının bildirişi alması ilə notariat ofisi tərəfindən icra qeydinin aparılması arasında keçən müddət ərzində iddiaçı Yevlax rayon polis şöbəsi tərəfindən onun müraciəti ilə bağlı qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarı mübahisələndirərək, həmin qərarın xx.xx.2024-cü il tarixdə Yevlax Rayon Məhkəməsi tərəfindən ləğv edilməsinə nail olmuşdur.
43. İddiaçının vəkili-nümayəndəsi xx.xx.2024-cü il tarixdə cavabdeh banka pretenziya ünvanlayaraq, cinayət işinin istintaqının davam etdiyini bildirmiş və tutmanın dayandırılması, tutulmuş pul vəsaitlərinin isə geri qaytarılmasını xahiş etmiş, lakin bir nəticə əldə etmədiyindən, xx.xx.2024-cü ildə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
44. Hazırda iddiaçı Yevlax rayon 1 saylı Notariat Ofisi tərəfindən aparılmış icra qeydinin ləğv edilməsini, onunla cavabdeh bank arasında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərinə xitam verilməsini və ondan tutulmuş 4000 manat məbləğində pulun qaytarılmasını; cavabdeh bank isə iddiaçıya məxsus karta bağlı mobil tətbiqin və kartdakı vəsaitin dələduzların əlinə keçməsində özlərinin təqsirinin olmamasını və əsl cavabdeh olmadıqlarını bildirərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər.
45. Notariat haqqında qanunvericiliyin tələbinə görə icra qeydləri mübahisəsiz borclar barəsində aparılır. Lakin iş materiallarından görünür ki, borcun yaranmasına əsas olmuş əməliyyatlar həyata keçirildiyi xx.xx.2023-cü il tarixdən sonra – daha dəqiqi, fevral ayından etibarən iddiaçı bu borcu mübahisələndirmiş – cavabdeh bankın özünə, polisə, Mərkəzi banka, digər hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Lakin buna baxmayaraq, cavabdeh bank iddiaçının borcu mübahisələndirməsindən xəbərdar ola-ola, bunu nəzərə almadan, mübahisəsiz digər borclar üzrə edildiyi kimi, 2023-cü ilin dekabr ayında icra qeydinin aparılması barədə bildirişlə iddiaçıya və ərizə ilə müvafiq notariat ofisinə müraciət etmişdir. İş materiallarından o da müəyyən edilir ki, icra qeydinin aparılacağı barədə bildirişi aldıqdan sonra iddiaçı yenə də hərəkətsiz qalmamış, polis şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı məhkəmə qaydasında mübahisələndirmiş və həmin qərar xx.xx.2024-cü il tarixdə ləğv edilmişdir (icra qeydi aparılmamışdan 12 gün öncə). Görünür ki, iddiaçı bu məsələdə bankı təqsirli hesab etmiş və onun məsələni mübahisələndirməsindən bank xəbərdar olmuşdur.
46. Göründüyü kimi mübahisələndirilən icra qeydinin aparılması düzgün olmamışdır. Çünki yuxarıda da qeyd edildiyi kimi, iddiaçı borcun yarandığı gündən onu mübahisələndirməyə başlamış və bank da bundan xəbərdar olmuş (belə ki, bank xx.xx.2023-cü ildə polis şöbəsinin sorğusuna cavab yazmış, iddiaçı özü dəfələrlə banka müraciət etmiş, habelə onun digər orqanlara etdiyi müraciətləri baxılması üçün banka göndərilmiş), iddiaçı bildirişi alandan sonra Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə polis şöbəsi tərəfindən qəbul edilmiş qərar ləğv edilərək məsələnin araşdırılması davam etdirilmiş, həmçinin, müəyyən edilir ki, bank iddiaçıya göndərdiyi bildirişdə əsas borcun məbləğini qeyd etsə də, faiz borcunun məbləğini göstərməmiş, ondan cəmi nə qədər borcun tələb edilməsini dəqiqliklə yazmamış, bununla da Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2018-ci il tarixli 24-N nömrəli qərarı ilə təsdiq edilmiş “İcra qeydinin aparılacağı barədə tələbkar tərəfindən borcluya göndərilən Bildiriş”in formasına dair 3-cü bəndin tələblərini pozmuşdur.
47. xx.xx.2021-ci ildə iddiaçı ilə bank arasında çərçivə kredit müqaviləsinin bağlanması və bu zaman iddiaçının gecikmə olacağı təqdirdə, hesablarında olan pulun akseptsiz qaydada bloklaşdırılmaqla silinməsinə dair razılıq ərizəsi verməsi, xx.xx.2022-ci ildə həmin müqavilə çərçivəsində məhz iddiaçının özünün müraciətinə əsasən, ona məxsus mobil nömrəyə OTP kod göndərilməsi yolu ilə kredit xəttinin limitinin 12.000 manatadək artırılması, xx.xx.2023-cü ildə bankın təhlükəsizlik məqsədilə iddiaçıya məxsus mobil nömrəyə OTP kod göndərməsi, bundan sonra isə iddiaçıya məxsus kartla bağlı mobil tətbiqin başqa şəxs(lər)in əlinə keçməsi və həmin şəxs(lər) tərəfindən Ukrayna Respublikasında yerləşən mağazada kartda olan vəsaitin 9.540,23 manat hissəsindən istifadə edilməsi iş üzrə müəyyən edilmiş mübahisəsiz hallardır. İddiaçının müqavilə üzrə öhdəliyinin yaranmasında və yaranmış öhdəliyə görə ondan pul tutulmasında bankın heç bir təqsiri olmadığından, belə ki, bankın müvafiq təhlükəsizlik tədbirini həyata keçirməsi mübahisəsiz olduğundan, habelə iddiaçıya məxsus kartın olduğu mobil tətbiqin başqasının əlinə keçməsi və bu hərəkətlərin başqası tərəfindən yerinə yetirilməsi öz təsdiqini tapdığından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının banka qarşı irəli sürdüyü müqavilə üzrə öhdəliyə xitam verilməsi və ondan tutulmuş pulun qaytarılması tələblərinin təmin edilməsinə əsas olmadığı qənaətinə gəlmişdir.
48. Belə ki, tərəflər arasında bağlanmış müqavilə və ona əlavə (limitin artırılması) etibarlı olmuş, müqavilə qüvvədə olduğu müddət ərzində isə iddiaçıya məxsus kartdan pulun oğurlanması faktı baş vermiş və bu faktın baş verməsində bankın heç bir təqsirinin olmaması, əksinə bankın müvafiq təhlükəsizlik tədbirini həyata keçirməsi müəyyən edilmişdir. Müqavilə qüvvədə olduğu müddət ərzində kredit kartından oğurlanmış pula görə müqavilənin tərəfi kimi məhz iddiaçının öhdəliyi yaranmış və əgər bank tərəfindən həmin öhdəliyin icra edilməməsinə görə iddiaçıdan pul tutulmuşdursa da, nəzərə alınmalıdır ki, bankda iddiaçının özü tərəfindən bu məsələyə dair təqdim edilmiş razılıq ərizəsi vardır.
49. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətlərinin dəlilləri əsassız olmaqla qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas vermir. Bu səbəbdən apellyasiya şikayətləri təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilməlidir.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 372-ci, 382-ci, 384cü, 392-ci, 393-cü, 402-403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3356/2024 nömrəli xx.xx.2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.