Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9331/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi, iddiaçı İddiaçı Sirac oğlunun mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14 və X15 cəlb edilməklə Cavabdeh qarşı “pul tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-114/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sirac oğlu Cavabdeh qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X14 və X15 cəlb edilməklə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 110000 (bir yüz on min) manat əsas borc, vurulmuş maddi və mənəvi ziyana görə 10000 (on min) manat, vəkilə ödənilmiş xidmət haqqına görə 200 (iki yüz) manat, əvvəlcədən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu ilə ümumilikdə, cəmi olaraq 120230 (bir yüz iyirmi min iki yüz otuz) manat pul ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ehtiyacı olduğuna görə, çətinlikləri ilə bağlı yaxın dostluq münasibətində olduğu X5 195000 manat borc pul almışdır. Aldığı pulu vaxtında qaytara bilmədiyi üçün Mehman Muradzadə ilə razılaşıb 195000 manat əsas puldan çıxmaq şərti ilə 25000 manat nəğd pul, şəxsi minik avtomobilim “Toyota” markalı Cip maşınını 20000 manata və mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən, dövlət dəstəyi ilə əldə etdiyi 3 otaqlı şəxsi mənzilini ona 110000 manata verəcəyinə söz vermişdir. Belə ki, Mehman Muradzadə 25000 manat nəğd pulu, nəqliyyat vasitəsini “Cip Toyota” markalı maşını 18000 manata qəbul etmişdir. Mənzilə dair razılaşmışlar ki, mənzil yalnız 110000 manata satıldıqdan sonra satış pulu Mehman Muradzadəyə veriləcək və ümumi 195000 manat götürdüyü borcdan ona verdikləri çıxıldıqdan sonra yerdə qalan 42000 manat qalıq borc hissəsini hissə-hissə qısa bir vaxtda ona qaytaracaqdır. Bu razılaşma aşağıda göstərilmiş hissədən ibarət olmalı imiş: 195000 -alınmış əsas ana borc, 25000 manat verilmiş nəğd pul, 170000-18000 manat pul əvəzinə verilmiş “Cip Toyota” markalı avtomobil, 152000 – 110000 manat ünvan 1 ünvanda yerləşən 3 otaqlı satılmış mənzil. Bundan sonra, səhhəti və durumunda problemlər yarandığı üçün Mehman Muradzadənin təklifi ilə mənzilin satılmasını onun tanışı, daşınmaz əmlakların alqı-satqısı ilə məşğul olan Cavabdeh həvalə etmişlər. Onlar Cavabdehla şifahi olaraq mənzili yuxarı qiymətə satıldıqdan sonra ona 110000 manat pul veriləcək, yerdə qalan əlavə qalıq Cavabdeh zəhmət haqqı olacaqdır. Həmən razılaşmada Mehman Muradzadə, onun dostları X16, Cavabdeh və o iştirak etmişdir. Bu razılaşmadan sonra, o, hər bir hissəni həm Mehman Muradzadə ilə, həm də Cavabdehla dəqiq araşdıqdan sonra öz əmlakı üzərində Cavabdeh sərəncam vermək tapşırığı vermiş və 04.08.2017-ci il tarixli, AR - İ №525808 etibarnamə ilə münasibətləri 12 saylı notariat kontorunda rəsmiləşdirmişlər. Belə ki, AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinin 02.11.2016-cı il tarixli RX № ******* nömrəli Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən ona məxsus mənzilə dair 1 saylı arayışı almağı, aldıqdan sonra həmin əmlak üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, bank əməliyyatlarını aparmağı, pulunu almağı, müqaviləni imzalamağı etibarnamə verildiyi gündən Cavabdeh etibar etmişdir. Daha sonra 2017-ci il novabr ayında ona məlum olmuşdur ki, cavabdeh F.Bavramov ona məxsus əmlakını ona məlumat vermədən 09.08.2017-ci il tarixli AN - 1 №0576339 saylı daşınmaz əmlakın alqısatqı müqaviləsi əsasında Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 111 saylı evin 78 saylı 3 otaqlı mənzili alıcı, onun yaxın dostu X7 50000 manata satmışdır. O, mənzilinin satılmasında iştirak etməmiş, Cavabdeh Elşad Mirzəliyevə aşağı qiymətə, yəni 50000 manata mülkiyyətinin satılmasına razılıq verməmiş və bu günə kimi mənzilin alqı-satqısından əldə olunmuş pul vəsaiti Cavabdeh tərəfindən ona verilməyərək sonuncu tərəfindən mənimsənilmişdir. Qeyd olunmalıdır ki, mövcud əmlak bazarında 65 kv.m sahəsi olan, tam evro təmirli sanitarıya və yaşayış normalarına cavab verən əmlakının qiyməti 2017-ci il avqust-sentyabr ayları üçün məzəndə 120000 manatdan başlayaraq 135000 manat civarında tənzimlənirmiş və təlabatda varmış. Daha sonra qeyd edir ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 111 saylı evin 78 saylı 3 otaqlı mənzil AR Xalq artisti, prezident təqaüdçüsü, bir sıra dövlət mükafatlarının lauratı olduğu üçün nəaliyyətlərinin müqabilində Dövlət tərəfindən ona hədiyyə olaraq verilmiş daşınmaz əmlak imiş. Cavabdeh günahı üzündən ona vurulmuş zərərin məbləği ümumi 120230 manat təşkil edir. Bura mülkiyyətində olan mənzilin cavabdehə öz əmlakı üzərində sərəncam vermək hüququetibarnamə əsasında satılmış, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 111 saylı evin 78 saylı 3 otaqlı mənzilin alqısatqıdan sonra qaytarılmayan 110000 manat əsas borc, bir il altı aya 250 manat ödəməklə 4000 manat kirayəşin qaldığı mənzilllərə xərclənmiş pul vəsaiti, eyni zamanda sarsıntı, əsəb gərginliyi, sağlamlığı ilə bağlı müalicə xərcləri, mənəvi və fiziki iztirablar keçirdiyi üçün cavabdeh tərəfindən ödəniləcək 5000 manat, dəfələrlə Cavabdehla əlaqə saxlanılması üçün taksilərə ödənilmiş pullar və telefon danışıqlarına ödənilmiş 1000 manat, məhkəmə çəkişmələrində hüquqlarını təmsil və müdafiə edən Vəkil xidmətinə ödədiyi 200 manat, əvvəlcədən ödənilmiş 30 manat dövlət rüsumu ilə, ümumilikdə 120230 manat pul vəsaiti daxildir. Cavabdehlə aralarında olan ziddiyyətə son qoyulması məqsədilə 26.12.2017-ci il tarixdə pul tələb ilə bağlı Cavabdeh qarşı Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət etmişdir. Lakin cavabdehin həm özünün, həm də valideynlərinin xahişinə əsasən iddiasını geri götürmüşdür. Belə ki, 110000 manat pulun qaytarılması məqsədilə ondan qısa bir vaxt istəyən cavabdeh və onun valideynləri yenə də sözlərinə əməl etməmiş, öhdəliklərlə bağlı şərtlər cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Bilavasitə ona maddi və mənəvi ziyan vuran Cavabdeh qanunsuz hərəkətlərindən sonra bu hadisə onun şüuruna mənfi təsir göstərmiş və səhhəti ilə bağlı müalicəyə ehtiyacı yaranmışdır. Cavabdehə dəfələrlə pulun ödənilməsi barədə müraciət etsə də, heç bir müsbət nəticə əldə edə bilməmişdir. Cavabdehlə aralarında bağlanmış şifahi öhdəlik üzrə şərtlər cavabdeh tərəfindən yerinə yetirilməmiş, nəticədə əmlakını əlindən çıxaraq Mehman Muradzadəyə 152000 manat borcu yaranmışdır. Bundan başqa, Mehman Muradzadə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək ona qarşı pul tələbi ilə bağlı iddia qaldırmış, 19 iyul 2018-ci il tarixli, 2(011)-5109/2018 saylı qətnaməsi ilə borca görə 152000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 152030 manat ondan tutulmaqla Mehman Muradzadənin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli, 2(103)-10613/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həm birinci İnstansiya, həm də Bakı Apellyasiya Məhkəmələrində ona məxsus mənzilin dəyərinin Cavabdeh tələb etmək hüququnun olduğunu ona bildirmişlər və bu hissə məhkəmə qətnamələrində öz təsdiqini tapmışdır. Bu səbəbdən Cavabdeh qanunsuz və laqeyd hərəkətlərinə son qoyulması, cavabdehin günahı üzündən həm əsas borc məbləğinin, həm də maddi və mənəvi ziyanın ödənilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qaldığından, iddia tələbindəki maddi və mənəvi zərərin məbləğ miqdarı ağlabatan və ədalətli olduğundan iddia tələbi təmin edilməlidir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-114/2020 saylı, 15 oktyabr 2020ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 101000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı Sirac oğluna ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-114/2020 saylı, 15 oktyabr 2020ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş aşağıdakı sübutlara istinad etmişdir: - 17.05.1985-ci il tarixli 227 saylı orderdən görünür ki, Azərbaycan SSR Bakı şəhər xalq deputatlar soveti tərəfindən Bakı şəhəri, Xətai rayonunun Gəncə prospektindəki 111 saylı evin 78 saylı mənzili İddiaçı Sirac oğluna verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınma Əmlakın Dövlət Reyestri Xidmətinin 02.11.2016-cı il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Xətai rayonunun Gəncə prospektindəki 111 saylı evin 78 saylı mənzili İddiaçı Sirac oğlunun adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2256 №-li reyestr kitabının 238090 nömrəli vərəqində ********** №-si ilə qeydiyyata alınmışdır. - 04.08.2017-ci il tarixli, AR-İ № 525808 saylı Etibarnamədən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin mülkiyyətçisi İddiaçı Sirac oğlu Cavabdeh 04.08.2020-ci il tarixinədək etibarnamə vermişdir. Həmin etibarnamə ilə sonuncuya Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 02.11.2016-cı il tarixli RX 0943237nömrəli Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən mənzilə dair 1 saylı arayışı almağı, aldıqdan sonra həmin əmlak üzərində sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka (girov) qoymağı, bank əməliyyatlarını aparmağı, pulunu almağı, müqaviləni imzalamağı etibar etmişdir. - 09 avqust 2017-ci il tarixli AN-İ № 057639 saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Sirac oğlunun əvəzinə Cavabdeh Bakı şəhəri, Xətai rayonunun Gəncə prospektindəki 111 saylı evin 78 saylı mənzilini X2. Mənzil 50000 manata satılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 19.08.2017-ci il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Xətai rayonunun Gəncə prospektindəki 111 saylı evin 78 saylı mənzili X6 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2556 №-li reyestr kitabının 238090 nömrəli vərəqində ********** №-si ilə qeydiyyata alınmışdır. - 30 sentyabr 2017-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 Bakı şəhəri, Xətai rayonunun Gəncə prospektindəki 111 saylı evin 78 saylı mənzilini 70000 manata X1. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 12.10.2017-ci il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Xətai rayonunun Gəncə prospektindəki 111 saylı evin 78 saylı mənzili X3 adına xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 2556 №-li reyestr kitabının 238090 nömrəli vərəqində ********** № si ilə qeydiyyata alınmışdır. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyul 2018-ci il tarixli 2(011)-5109/2018 saylı qətnamədən görünür ki, iddia ərizəsi qismən təmin edilərək İddiaçı Sirac oğlundan borca görə 152000 manat və ödənilmiş dövlət rüsumuna görə 30 manat olmaqla, cəmi 152030 manat X8 xeyrinə tutulması qət edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 18 oktyabr 2018-ci il tarixli 2(103)-10613/2018 saylı qətnaməsindən görünür ki, iddiaçı X8 apellyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011 )-5109/2018 saylı 19 iyul 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 02 avqust tarixli 33/4442 saylı məlumatından görünür ki, Cavabdeh sonuncu dəfə 24 iyul 2019-cu il tarixdə ölkə ərazisindən çıxmışdır. Giriş qeydiyyata alınmamışdır. - Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin 24 mart 2018-ci il tarixli qərarından görünür ki, vətəndaş İddiaçı Sirac oğlunun ərizəsi əsasında toplanmış material aidiyyəti üzrə Xətai RPİ-nin 36-cı Polis Bölməsinə göndərilmişdir. - Binəqədi RPİ-nin İŞ-nin 24 noyabr 2017-ci il tarixli qərarından görünür ki, X8 ərizəsi əsasında toplanmış material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir. - Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin 01 avqust 2019-cu il tarixli qərarından görünür ki, Cavabdeh və X6 əməllərində cinayət tərkibi müəyyən edilmədiyindən barələrində vətəndaş X8 şikayəti əsasında toplanmış cinayət işinin başlanması rədd edilmişdir. - X8 Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsində vermiş olduğu izahatından görünür ki, o, 2016-cı ilin dekabr ayında Azərbaycan Respublikası Xalq artisti, Prezident təqaüdçüsü dövlət mükafatlarının laurətçisi, incəsənət xadimi İddiaçı ona olan 110000 manat borcun əvəzinə yaşadığı ünvan 1 ünvanda yerləşən 3 otaqlı mənzilini vermiş, o, da həmin mənzili satıb pul etmək barədə tanışı Elşad Mirzəliyevlə söhbət edərkən, sonuncu həmin mənzili öz tanışı xırda sahibkarlıqla məşğul olan Cavabdeh satması xahiş etmişdir. Elşadla yaxın münasibətdə olduğundan razılaşmış və sonuncuya inandığından mənzilin satılması üçün etibarnamə verilmiş, Elşad Mirzəliyev və Cavabdeh həmin mənzili sataraq əldə olunmuş pulu ona vermədən mənimsəmişlər. Mənzilin pulunu tələb edərkən Elşad Mirzəliyev əvvəllər ödəyəcəyinə söz versə də, sonralar onun zənglərinə cavab vermədən yayınmışdır. - Cavabdeh Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsində vermiş olduğu izahatından görünür ki, Mehman Muradzadəni 2017-ci ilin iyul ayından tanıyır. 2017-ci ilin avqustsentyabr aylarında Mehman ona və dostu Elşad Mirzəliyevə müraciət edərək, özünə məxsus mənzilin satılmasında köməklik etməsini xahiş etmiş, o, da Elşad Mirzəliyevlə birlikdə Mehmana mənzilinin satılmasında köməklik etmişdir. 2017-ci ilin noyabr ayında Mehman Muradzadə Bakı şəhəri, Binəqədi RPİ-yə ərizə ilə müraciət edərək, onun və Elşad Mirzəliyevin özünə məxsus mənzilin satıb guya pulunu ələ keçirmələrini göstərmiş, həmin ərizə əsasında araşdırma apanlaraq cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra 2018-ci ilin iyul ayında Mehman Muradzadə ondan və Elşad Mirzəliyevdən pul tələbi ilə bağlı Bakı şəhəri Xətai rayon Məhkəməsində iddia qaldırmış, məhkəmə Mehman Muradzadənin iddiasını rədd etmiş, Xətai rayon Məhkəməsinin qətnaməsindən verilmiş şikayət isə Bakı Apelliyasiya Məhkəməsində baxılaraq rayon məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. - X9 Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsində vermiş olduğu izahatından görünür ki, Mehman Muradzadəni 2017-ci ilin fevral ayında tanış olmuş, həmin ilin avqust aylarında Mehman ona və dostu Cavabdeh müraciət edərək, özünə məxsus mənzilin satılmasında köməklik etməsini xahiş etmiş, o, da Cavabdehla birlikdə Mehmana mənzilinin satılmasında köməklik etmişdir. Ev satılmış və pul Mehmana verilmişdir. 2017-ci ilin noyabr ayında Mehman Muradzadə Bakı şəhəri Binəqədi RPİ-yə ərizə ilə müraciət edərək,onun və Elşad Mirzəliyevin özünə məxsus mənzilin satıb guya pulunu ələ keçirmələrini göstərmiş,həmin ərizə əsasında araşdırma apanlaraq cinayət işinin başlanması rədd edilmişdir. Bundan sonra 2018-ci ilin iyul ayında Mehman Muradzadə ondan və Cavabdeh pul tələbi ilə bağlı Bakı şəhəri Xətai rayon Məhkəməsində iddia qaldırmış, məhkəmə tərəfindən Mehman Muradzadənin iddiası rədd etmiş, Xətai rayon Məhkəməsinin qətnaməsindən verilmiş şikayət isə 2018-ci ilin oktyabr ayında Bakı Apellyasiya Məhkəməsində baxılaraq rayon məhkəməsinin qətnaməsini qüvvədə saxlamışdır. İddiaçı ona məxsus olan Gəncə prospektindəki 111 saylı evin 78 saylı mənzili baş etibarnamə ilə Cavabdeh adına keçirirmiş, sonra alqı-satqı yolu ilə onun adına keçirilmişdir. O, Cavabdeh evi 50000 manata almışdır. Mehman Muradzadə ilə İddiaçı arasında olan borcun nə qədər olduğunu bilmir. Aralarında olan inam-etibar nəticəsində heç bir sənəd olmadan 50000 manat Mehmana vermişdir. Ev təmirsiz olduğundan evi 50000 manata Cavabdeh almışdır. Daha sonra mənzili təmir etdirib 2018ci ildə satmışdır. Mülkiyyət Cavabdeh olduğundan və alqı-satqı onlar arasında olduğundan o, İddiaçıa heç bir ödəniş etməmişdir. - "xxxx" Hüquq və Konsaltinq Şirkətinin 02 dekabr 2019-cu il tarixli LP-213/19 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Gəncə prospect , 111 saylı evin 78 saylı mənzilinin Gəncə prospektində və ona yaxın ərazidə eybi ölçüdə, eyni mərtəbədə (64,82 kvadrat metr) mənzilin müqayisəli yanaşma ilə 2017-ci il tarixə olan bazar qiyməti 101000 manat, hazırkı bazar dəyəri isə 103000 manat təşkil edir. - 10.01.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı Sirac oğlu tərəfindən 30,00 manat dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, Bayramov X11 Sadıq Sirac oğluna məxsus bazar qiyməti 101000 manat olan Bakı şəhəri, Gəncə prospect , 111 saylı evin 78 saylı mənzili 110000 manata satacağına söz verdiyinə və mənzili satdıqdan sonar əldə etdiyi pulu İddiaçı vermədiyinə görə Cavabdeh 101000 manat tutularaq İddiaçı Sirac oğluna verilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəmsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, mülki işə əlavə olunmuş İddiaçı Sirac oğlunun adından Cavabdeh ilə X12 arasında 09 avqust 2017-ci ildə bağlanmış AN-İ № ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” ilə müəyyən edilir ki, mübahisəli ünvan 4 ünvanda yerləşən ümumi sahəsi 64,82 kv.m olan mənzil X13 50.000 manata satılmışdır. Bu xüsusat X10 izahatı ilə də təsdiq olunur. Mülki işin materialları ilə həmin mənzilin 110000 min və ya 101000 manata satılmasını təsdiq edən sübut mövcud deyildir. Azərbaycan Respublikası mülki-Prosessual Məcəlləsinin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Bayramov X11 Sadıq Sirac oğluna məxsus olan Bakı şəhəri, Gəncə prospekti, 111 saylı evin 78 saylı mənzilini X13 50000 manata satıb əldə etdiyi pul vəsaitini İddiaçı ödəməməklə əsassız varlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmıəş şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə edir. Həmin Məcəllənin 1091.2-ci maddəsi müəyyən edir ki, əsassız varlanma yalnız o zaman baş verir ki, bu varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən isə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Cavabdeh apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-114/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh tutulub İddiaçı Sirac oğluna ödənilməli olan pulun məbləği hissəsində dəyişdirilməli və həmin məbləğ 50000 manat müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-114/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsi Cavabdeh tutulub İddiaçı Sirac oğluna ödənilməli olan pulun məbləği hissəsində dəyişdirilsin və həmin məbləğ 50000 (əlli min) manat müəyyən edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-114/2020 saylı, 15 oktyabr 2020-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti ilə əlaqədar ödənilmiş dövlət rüsumu Cavabdeh aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9331/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9331/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver