Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9339/2021 17.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Xətai Rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, iddia ərizəsi geri qaytarılsın. Qərardad onunla əsaslandırılıb ki, ərazi aidiyyətinə görə iddia ərizəsinə Xətai Rayon Məhkəməsində baxılmalı deyil. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət əsassızıdır. Belə ki, Mülki-Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Müəyyən olunur ki, cavabdeh Xətai rayonunda deyil, Sumqayıt şəhərində qeydiyyatdadır. Mülki-Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə görə əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də qərardad qanuna uyğundur. Şikayətin dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, kredit müqaviləsi bağlanan zaman (19.11.2014-cü ildə) təqdim edilən şəxsiyyət vəsiqəsinə və iddia ərizəsinin verilməsindən 5 ay əvvəl (18.02.2021-ci ildə) verilmiş MAPS arayışına görə cavabdehin qeydiyyat ünvanı Xətai rayonuna aid olsa da, işin ərazi aidyyəti müəyyən edilərkən iddia ərizəsinin verildiyi zaman cavabdehin qeydiyyatda olduğu ünvan əsas götürülür. Cavabdeh 12.04.2021-ci il tarixdə Sumqayıt şəhərinə qeydiyyata alınıb. İddia ərizəsi isə Xətai RM-nə bu tarixdən isə 3 ay sonra – 12.07.2021-ci ildə verilib. Ona görə də iddia ərizəsinə Xətai RM-də baxıla bilməz. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 397 və 398-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Xətai Rayon Məhkəməsinin 17.07.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-9339/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9339/2021
17.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver