Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-935/2025 21.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), X1 və Mərdanova Xumar Afət qızından ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4174/2024 nömrəli 22 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 yanvar 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi”nə əsasən bank borcluya 48 ay müddətinə illik 16% olmaqla 15000 manat məbləğində kredit vermişdir.
2. xx.xx.2022-ci il tarixli, ********** və ********** saylı qəbzlərə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən verilmiş 15000 manat məbləğində krediti iki dəfəyə (11000 manat + 4000 manat) nağdlaşdırmışdır.
3. xx.xx.2024-cü il tarixli bildirişə görə Cavabdeh1 xx.xx.2024-cü il tarixə Banka 538.36 manat əsas və 262.68 manat faiz borcu mövcuddur. Həmin borcu ödəmədiyi təqdirdə 11827.76 manat əsas və ona hesablanmış digər məbləğlərlə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
4. Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı “Fiziki şəxslərə kreditin (kredit xəttinin) verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi”nə əsasən bank borcluya 48 ay müddətinə illik 16% olmaqla 15000 manat məbləğində kredit vermişdir.
5. xx.xx.2022-ci il tarixli, ********** saylı qəbzə əsasən Cavabdeh1 İddiaçı ASC tərəfindən verilmiş 15000 manat məbləğində krediti nağdlaşdırmışdır.
6. Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 1111215/31139-1 saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Bоrcalan Bank qarşısında xx.xx.2022-ci il tarixli, ******* saylı öhdəliklərini tam yеrinə yеtirənədək Bоrcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür.
7. xx.xx.2024-cü il tarixli cavabdehlərə ünvanlanmış bildirişə görə onların xx.xx.2024-cü il tarixə Banka 538.36 manat əsas və 318.28 manat faiz borcu mövcuddur. Həmin borcu ödəmədikləri təqdirdə 11827.76 manat əsas və ona hesablanmış digər məbləğlərlə bağlı məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən cavabdehlərdən birgə qaydada ASC-nin xeyrinə 11827.76 manat əsas, 1161.02 manat faiz, cəmi 12988.78 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 11827.76 manat əsas, 1105.42 manat faiz, cəmi 12933.18 manat borcun, həmçinin ərizəyə görə ödənilmiş 168.17 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddia tələbi belə əsaslandırılmışdır ki, bоrcun ödənilməsi tələbi ilə cavabdehlərə dəfələrlə müraciət оlunmasına, tərəflərindən məsələnin məhkəmədənkənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh1 götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehlərə göndərilmiş pretenziya (хəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Bununlа dа cavabdehlər Krеdit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini yеrinə yеtirməmiş və еyni zаmаndа hеsаblаrа mühаsibаt uçоtunа dəqiq və düzgün əməl еtmədiyindən Krеdit Müqaviləsi üzrə yаrаnmış bоrcun tələb еdilməsi zərurəti yаrаnmışdır.
10. Maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı müqaviləyə əsasən onun İddiaçı ASC-yə 11827.76 manat əsas və 1105.42 manat faiz borcu vardır.
11. Maliyyə arayışından görünür ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* saylı müqaviləyə əsasən onların İddiaçı ASC-yə 11827.76 manat əsas və 1161.02 manat faiz borcu vardır.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 22 oktyabr 2024-cü il tarixli 2(006)-4174/2024 nömrəli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia qismən təmin edilmiş, xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 11827.76 manat əsas borc, 262.68 manat faiz borcu olmaqla, cəmi 12090.44 manat məbləğində borcun Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə tutulması, xx.xx.2022-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə 11827.76 manat əsas borc, 318.28 manat faiz borcu olmaqla, cəmi 12146.04 manat məbləğində borc, həmçinin 162.71 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun 5.06 manat hissəsinin iddiaçıya aid edilməsin qət edilmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə kredit məbləğini almış, ayrılmış kredit məbləğinin ödəniş cədvəlinə əsasən qaytarılmasını təmin etməsinə dair öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməmişdir. Hazırda iddiaçının borcalan tərəfindən lazımi qaydada icra edilməyən öhdəlik üzrə pulu tələb etməsi əsaslıdır. Lakin, məhkəmə iddiaçı tərəfindən cavabdehdən tutulması tələb edilən əsas və faiz borcunun məbləğlərinə münasibətdə qanunvericiliyin tələblərinin nəzərə alınmasını da vurğulayır.
14. Məhkəmə hesab etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə üzrə faiz borcu kreditor tərəfindən borcluya göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə qədər hesablanır. Belə ki, cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişində cavabdehin xx.xx.2022-ci il tarixli, ******* saylı müqavilə üzrə xx.xx.2024-cü il tarixə 262.68 manat məbləğində faiz borcunun yaranması qeyd edilmişdir. Odur ki, faiz borcu xəbərdarlıq bildirişində müəyyən edilmiş məbləğdə tutulmalıdır.
15. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh2 zaminlik müqaviləsinə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borclu Cavabdeh1 zamin olmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə üzrə faiz borcu kreditor tərəfindən borcluya göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə qədər hesablandığından və cavabdehlərə göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq bildirişində cavabdehlərin xx.xx.2024-cü il tarixə 318.28 manat məbləğində faiz borcunun yaranması qeyd edildiyindən faiz borcu xəbərdarlıq bildirişində müəyyən edilmiş məbləğdə tutulmalıdır.
16. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 385.1, 386.1, 389.1, 389.2, 389.3, 442, 445, 448.1, 470.1, 471, 472.1, 472.2, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2023-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
17. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin faiz borcunun tutulması hissəsində ləğv edilməsini, xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinə əsasən cavabdehlərdən birgə qaydada iddiaçı ASC-nin xeyrinə 11827.76 manat əsas, 1161.02 manat faiz, cəmi 12988.78 manat, xx.xx.2022-ciil tarixli ******* saylı kredit müqaviləsinə əsasən Cavabdeh1Həsənağa qızından ASC-nin xeyrinə 11827.76 manat əsas, 1105.42 manat faiz, cəmi 12933.18 manat borcun həmçinin ərizəyə görə ödənilmiş 168.17 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətində göstərilmişdir ki, birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli, ******* saylı Krеdit Müqaviləsi üzrə faiz borcunu xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasən xx.xx.2024-cü il tarixə 262.68 manat hissəsində təmin etsə də, nəzərə almamışdır ki, cavabdehə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubunda yalnız xx.xx.2024-cü il tarixə olan 262.68 manat gecikmə borcu tələb edilmişdir. Yəni bütünlükdə borc məbləği tələb edilməmişdir. Bununla da birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozmaqla düzgün nəticəyə gəlməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
20. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.
21. Cavabdehlər apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdilər.
Tətbiq edilən hüquq
Mülki Məcəllə
22. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
24. Maddə 443.1. Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməlidir.
25. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
26. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
27. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
28. Maddə 474.1. Əgər zaminlik müqaviləsindən ayrı qayda irəli gəlmirsə, zamin kreditorun tələbinə qarşı borclunun irəli sürə biləcəyi etirazları irəli sürə bilər. Zamin bu cür etirazlar irəli sürmək hüququnu hətta borclunun onlardan imtina etdiyi və ya öz borcunu etiraf etdiyi halda da itirmir.
29. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
Mülki Prosessual Məcəllə
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
33. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
35. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
36. Qətnamə iddiaçının apellyasiya şikayətinə münasibətdə faiz borclarına aid hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehlərin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirməkdə haqlı olmuşdur.
39. İddaçı ilə Cavabdeh1 arasında xx.xx.2022-ci il tarixdə ******* saylı (birinci kredit müqaviləsi) və ******* saylı (ikinci kredit müqaviləsi) iki kredit müqaviləsi bağlanmış, hər iki müqaviləyə əsasən borcluya 15000 manat kredit verilmişdir.
40. Cavabdeh2 bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək ikinci krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borcluya zamin olmuşdur.
41. Cavabdeh1 ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdə birinci kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 538,36 manat əsas və 262,68 manat faiz borcu olduğu göstərilmişdir.
42. Cavabdehlərə ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdə isə ikinci kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə 538,36 manat əsas və 318,28 manat faiz borcu olduğu göstərilmişdir.
43. İddia tələbində isə xx.xx.2024-cü il tarixə birinci kredit müqaviləsi üzrə 1105,42 manat faiz borcu, ikinci kredit müqaviləsi üzrə isə 1161,02 manat faiz borcu tələb edilmişdir.
44. Birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə müqavilə üzrə faiz borcunun kreditor tərəfindən borcluya göndərilmiş xəbərdarlıq bildirişinin tarixinə qədər hesablanmasını nəzərə alaraq, birinci kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixli bildirişə əsasən 262,68 manat, ikinci kredit müqaviləsi üzrə isə müvafiq olaraq 318,28 manat fazi borcu tutulması qənaətinə gəlmişdir.
45. İddiaçı isə apellyasiya şikayətinə bu hissəni mübahisələndirərək, xx.xx.2024-cü il tarixli pretenziya məktubunda yalnız xx.xx.2024-cü il tarixə olan gecikmə borcunun tələb olunduğunu, yəni bütünlükdə borc məbləğinin tələb edilmədiyini göstərmişdir.
46. Kollegiya iddiaçının dəlilinə münasibətdə qeyd edir ki, xx.xx.2024-cü il tarixli bildirişlərdə (pretenziya məktublarında) müvafiq olaraq kredit müqavilələri üzrə 5 iş günü ərzində ödənişi həyata keçirilməyən vəsaitin ödənişinin həyata keçirilməsinin təmin edilməsi tələb edilmiş, həmçinin göstərilmişdir ki, qeyd edilən məbləği təşkil edən vəsaitin ödənişi təmin edilmədiyi təqdirdə Bank müqavilə ürə qalıq borc məbləğini təşkil edən 11827,76 manat əsas və qanunvericiliklə hesablanması müəyyən edilmiş digər məbləğləri təşkil edən vəsaitin ödənilməsi ilə bağlı notariusun icra qeydi əsasında tam olaraq ödənilməsinin tələb edilməsi üçün notariat orqanına və ya iddia ərizəsi ilə məhkəməyə müraciət olunacaqdır.
47. Göründüyü kimi 5 iş günü ərzində tələb edilən gecikmə borcunun ödənilməyəci halında, bütün borcun ödənilməsi ilə bağlı icra qeydi əsasında tələb edilməsi və ya məhkəməyə müraciət ediləcəyi göstərilmişdir.
48. Qeyd edilən 5 iş günü ərzində isə kredit müqavilələri üzrə tələb edilən gecikmə borclarının ödənilməsi təmin edilməmişdir. Buna görə də həmin vaxtdan bank aralarında bağlanmış müqavilənin ləğvi ilə bağlı iradə ifadəsini bildirmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqavilə artıq həmin vaxtdan ləğv edilmiş hesab edilməlidir.
49. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarındakı mövqeyinə uyğun olaraq da Bank hesablanmış faiz borcunu həmin vaxtadək tələb edə bilər. Həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsi tələb edilə bilər.
50. Beləliklə Kollegiya hesab edir ki, məhkəmənin faiz borcuna aid hissədə qənaəti qanuni və əsaslı olmuşdur, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
51. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4174/2024 nömrəli iş üzrə 22 oktyabr 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.