Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9356/2020 11.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx xxxxxxxx 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçının cavabdehlərə qarşı irəli sürdüyü “pul tələbi barədə” iddia ərizəsi əsasında başlanmış mülki işə baxmış Xəzər Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkündür. Belə ki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Məhkəmə bildirir ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. İş materiallarında olan sənədlərdən görünür ki, hazırki mülki iş üzrə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən çıxarış xx.xx.2020-ci il tarixdə iddiaçının özünə və onun vəkili (nümayəndəsi) Nümayəndə təqdim edilmişdir. Qətnamənin tam mətnini özündə əks etdirən qətnamənin nüsxəsi isə iddiaçının vəkili (nümayəndəsi) Nümayəndə tərəfindən xx.xx.2020-ci il tarixdə qəbul edilmiş və o, bu barədə “Məhkəmə qəbzinə” imza etmişdir (iş v. 87). İddiaçı tərəfindən vəkilə verilmiş etbarnamədən görünür ki, iddiaçı digər səlahiyyətlər ilə yanaşı vəkilə məhkəmə aktından şikayət vermək səlahiyyətini də vermişdir (iş v. 15). Həmin etibarnamənin ləğv edilməsini təsdiq edə biləcək sübutlar məhkəmələrə təqdim edilməmişdir. Belə olan təqdirdə hesab edilməlidir ki, qətnamə iddiaçıya rəsmi qaydada verilmiş və qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü (10 və xx xxxxxxx 2020-ci il tarixlər qeyri-iş günləri nəzərə alınmaqla) xx.xx.2020-ci il tarix olmuşdur. Lakin iddiaçı qətnamədən apellyasiya şikayətini xx.xx.2020ci il tarixdə Rayon Məhkəməsinə təqdim etmişdir. Bu hal apellyasiya şikayətinin verilməsi üçün dövlət rüsumunun xx.xx.2020-ci il tarixdə ödənilməsi ilə təsdiq edilir. Beləliklə, Məhkəmə tərəfindən müəyyən edilir ki, Rayon Məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayətinin verilməsi üçün müddət iddiaçı tərəfindən ötürülmüşdür. Apellyasiya şikayəti verilməsi müddətini ötürmüş iddiaçı, Rayon Məhkəməsinə “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə verməmişdir. MPM-nin 363.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin Rayon Məhkəməsi qanunun bu tələbinə əməl etməmiş, prosessual müddətin ötürülübötürülməməsi məsələsini müzakirə etmədən şikayəti mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Odur ki, Məhkəmə hesab edir ki, apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilməli və şikayət mülki işlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 366-cı maddəsini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş xx xxxxxxxx 2020-ci il tarixli qətnamədən iddiaçının verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti, mülki işlə birlikdə, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9356/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9356/2020
11.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver