Məhkəmə qərarları › İş №2(103)-9375/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9375/2021

17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9375/2021 17.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, onların nümayəndəsi və vəkili Nümayəndə2, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinin nümayəndəsi və vəkili Nümayəndə1 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-122/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən maliyyə arayışları və müqavilələr üzrə ünvan 1 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri yaşayış sahəsinə görə ödənilmiş 238700 manat məbləğində vəsait ondan tutularaq İddiaçı1 və 200 kv.m mansardına görə ödənilən 60300 manat məbləğində vəsait tutularaq İddiaçı2 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 02 aprel 2018-ci ildə Bakı şəhərində, “Pərvin -İnşaat“ MTK-nın yerləşdiyi baş ofisində “Pərvin-İnşaat“MTK-nın İdarə heyətinin sədri X1, İddiaçı1 ilə müqavilə bağlamışdır ki, həmin kooperativə məxsus tikilidəki obyektin hər kv.m. görə 300 manat ilkin üzvlük pay haqqı iddiaçı tərəfindən MTK-ya ödənilmiş və həmin binanın Yeni ünvan 2 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri yaşayış sahəsininin 297 kv.m mansardı yüksək keyfiyyətlə İddiaçı1 təhvil verməyi öhdəsinə götürmüşdür. Öz növbəsində də 300 manatdan əlavə qalan 89100 manat məbləğində vəsait də payçı kimi İddiaçı1 oğlu tərəfindən 02 aprel 2018-ci il tarixli maliyyə arayışı əsasında cavabdehə ödənilmiş və MTK-ya borcu qalmaması həmin arayışda idarə heyətinin imzası və möhürü ilə təsdiqlənmişdir. 16 mart 2018-ci ildə Bakı şəhərində, "xxxx" MTK-nın yerləşdiyi baş ofisində MTK-nın İdarə heyətinin sədri X1, İddiaçı1la müqavilə bağlamışdır ki, həmin kooperativə məxsus tikilidəki obyektin hər kv.m-ə görə 300 manat ilkin üzvlük pay haqqı iddiaçı tərəfindən MTK-ya ödənilmiş və həmin binanın Yeni ünvan 2 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri yaşayış sahəsininin 497 kv.m mansardı yüksək keyfiyyətlə İddiaçı1 təhvil verməyi öhdəsinə götürmüşdür. Öz növbəsində də 300 manatdan əlavə qalan 149000 manat məbləğində vəsait də payçı kimi İddiaçı1 tərəfindən 16 mart 2018-ci il tarixli maliyyə arayışı əsasında cavabdehə ödənilmiş və MTK-ya borcu qalmaması həmin arayışda idarə heyətinin imzası və möhürü ilə təsdiqlənmişdir. Bundan başqa, 02 aprel 2018-ci ildə Bakı şəhərində, "xxxx" MTK-nın yerləşdiyi baş ofisində MTK-nın İdarə heyətinin sədri X1, İddiaçı2 ilə müqavilə bağlamışdır ki, həmin kooperativə məxsus tikilidəki obyektin hər kv.m. görə 300 manat ilkin üzvlük pay haqqı cavabdehə ödənilmiş və həmin binanın Yeni ünvan 2 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri yaşayış sahəsinin 200 kv.m mansardı yüksək keyfiyyətlə İddiaçı2 təhvil verməyi öhdəsinə götürmüşdür. Öz növbəsində də, 300 manatdan əlavə qalan 60000 manat məbləğində vəsait də payçı kimi İddiaçı2 tərəfindən 02 aprel 2018-ci il tarixli maliyyə arayışı əsasında cavabdehə ödənilmiş və MTK-ya borcu qalmaması həmin arayışda idarə heyətinin imzası ilə təsdiq edilərək möhürlənmişdir. Cavabdehin onlara olan əmlak borcu və ya onun dəyəri cəmi 299000 manat pul bu günə qədər imzaladığı müqavilə öhdəliyi üzrə onlara ödənilməmişdir. Şifahi tələblərinə də müxtəlif bəhanələrlə söz versə də, əməl etmir, öhdəliyini icra etməkdən, borcu qaytarmaqdan bu günə qədər də müxtəlif bəhanələrlə yayınırlar. Hazırda həmin binanın mansardının ümumiyyətlə mövcud olmaması və cavabdeh tərəfindən aldadıldıqları müəyyən edilmişdir. Müqavilələr üzrə mənzillərin və borcun qaytarılması tələb edilsə də, bu günə qədər borc ödənilməmiş və müqavilələr üzrə mənzillər onlara verilməmiş, müqavilələr isə ləğv edilməmişdir. Faktiki olaraq ikitərəfli müqavilə üzrə, birtərəfli qaydada qanunazidd olaraq cavabdeh tərəfindən icrasından imtina edilmişdir. Borcun və müqavilələr üzrə öhdəliyin icrası tələbi dəfələrlə müxtəlif bəhanələrlə icra edilməmişdir. Pretenziya məktubu cavabdehə iddiaçılar tərəfindən sifarişli poçtla göndərilmiş, lakin cavabdeh borcu qaytarmamışdır. Cavabdeh barəsində müxtəlif instansiyalara, onlara qarşı bu əməlinə hüquqi qiymət verilməsi üçün dəfələrlə şikayətlər edilsə də, barəsində tədbir görülməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, ünvan 3 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinə görə ödənilmiş 238.100 manat məbləğində vəsait cavabdeh "xxxx" MTK-dan tutularaq İddiaçı1 ödənilməsi, ünvan 3 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri-yaşayış sahəsinə görə ödənilmiş 60.000 manat məbləğində vəsait cavabdeh "xxxx" MTK-dan tutularaq İddiaçı2 verilməsi, iddia ərizəsi qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək, onun təmin edilməsini xahiş etmiş, həmçinin, bildirmişdir ki, iddiaçıların tələblərinin bir-biri ilə bağlılıqları yoxdur və bir-biri ilə bağlı olmayan tələblərə bir icraatda baxılması prosessual qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə iclasında iştirak etmiş iddiaçılar, onların nümayəndəsi və vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə isə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, bununla belə qətnamə ləğv edilərək iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, iş üzrə iddia ərizəsindən və işin faktiki hallarından görünür ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" MTK-ya qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə fərqli tarixlərdə və fərqli sahələr üzrə bağlanmış fərqli müqavilələr və maliyyə arayışlara əsasən ödədilkləri fəqli məbləğlərin, yəni İddiaçı1 xeyrinə ünvan 1 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri yaşayış sahəsinə görə ödəmiş olduğu 238700 manatın, İddiaçı2 xeyrinə isə 200 kv.m mansardına görə ödənilən 60300 manat pulun hər birisinin ayrı-ayrılıqda xeyrlərinə tutulmasını xahiş etmişlər. Apelyasiya baxışı zamanı da müəyyən olunmuşdur ki, İddiaçı1 16 mart 2016-cı il tarixdə cavabdeh MTK ilə onun arasında başğlanmış müqavilə əsasında ünvan 1 ünvanında inşa edilən 17 mərtəbəli yaşayış binasının qeyri yaşayış sahəsinə görə ödənilmiş 238.700 manat məbləğində vəsaiti tələb edir. İddiaçı2 isə 02 aprel 2018-ci ildə cavabdeh MTK ilə onun arasında başğlanmış müqavilə əsasında Yeni ünvan 2 ünvanında inşa edilən 200 kv.m mansarda görə ödənilən 60300 manat məbləğində vəsaiti tələb edir. Tələblərdən göründüyü kimi hər iki tələbin predmeti tamam fərqlidir və bir-biri ilə bağlılıqları müəyyən edilmir. Birinci instansiya məhkəməsi isə hər hansı bir əsası olmadan prosessual qaydaları pozaraq bir-biri ilə əlaqəsi olmayan tələblərə bir icraatada baxmışdır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Beləliklə, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır”. Azərbaycan Respublikası MPM-nin 259.0.12-ci maddəsinə görə isə, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.0.1-150.0.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə, iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə kollegiyası yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçılar tərəfindən bir-biri ilə əlaqədar olmayan tələblər birləşdirildiyindən və birinci instansiya məhkəməsi də bu tələblərə bir icraata baxaraq prosessal normaları pozduğundan, qətnamə ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsində təsbit edilmişdir ki, apellyasiya instansiyası birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.5 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-122/2021 saylı, 10 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “öhdəliklərin icra edilməsi və borcun qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar