Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-939/2023 06.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin cavabdehlər “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası”ASC, Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: “kredit müqaviləsi üzrə yaranmış borcun tutulması”) Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Nəzirə Altay qızının katibliyi, İddiaçının nümayəndəsinin Nümayəndə1 iştirakı ilə, Sabunçu Rayon Məhkəməsinin 2(008)-3845/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı "xxxx" ASC cavabdehlər «Akkord Sənaye Tİkintinin İnvestisiya Korporasiyası» ASC-yə (cavabdeh ASC), Cavabdeh2 qarşı “kredit borcu üzrə yaranmış borcun tutulması tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər «Akkord Sənaye Tİkintinin İnvestisiya Korporasiyası»ASC-dən, Cavabdeh2 müştərək qaydada 6535.72 manat məbləğində əsas borc, 400.60 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu, 85.33 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc olmaqla, cəmi 7021.65 manat məbləğində kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 90.21 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sabunçu Rayon Məhkəməsinin 2(008)-3845/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh2 6535.72 (altı min beş yüz otuz beş manat, yetmiş iki qəpik) manat məbləğində əsas borc, 400.60 (dörd yüz manat, altmş qəpik) manat faiz borcu, 85.33 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc olmaqla, 7021.65 (yeddi min iyirmi bir manat, altmış beş qəpik) manat kredit borcu, 90.21 (doxsan manat, iyirmi bir qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqının tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Apellyasiya şikayəti və onun dəlilləri:
3. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş və qeyd etmişdir ki, qətnamə zamin “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-yə qarşı iddianın təmin edilməməsi hissədə ləğv edilməli və iddanın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi"xxxx" ASC-nin Nərimanov filialı ilə Cavabdeh2 arasında bağlanmış PROG-İ-12/10 nömrəli, xx.xx.2012-ci il tarixli Kredit müqaviləsinə əsasən cavabdehə 115 ay müddətinə, illik 12 faiz olmaqla 23345.80 manat məbləğində kredit verilmişdir. Həmçinin kredit borcunun təminatı kimi iddiaçı ilə cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC arasında PROG-İ-12/10 nömrəli, xx.xx.2012-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən Kreditorla Borclu arasında bağlanmış xx.xx.2012-ci il tarixli PROG-İ-12/10 №-li Kredit Müqaviləsinə əsasən 23345.8 manat məbləğində 115 ay müddətinə Borcluya verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi, Zamin Borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə, Kreditor qarşısında cavabdehlik daşımağı və buborcun özünün malik olduğu əmlakı (daşınar və daşınmaz, bankdakı vəsaitləri, qiymətli kağızları və s.) hesabına ödənilməsini öhdəsinə götürmüşdür. Bundan başqa həmin müqavilənin 2.2-ci bəndi ilə zaminin məsuliyyəti, 3.1-ci bəndi ilə zaminliklə təmin edilmiş öhdəliyin mahiyyəti, 3.2-ci bəndi ilə isə zaminliklə təmin edilmiş öhdəliyin ölçüsü müəyyən edilmişdir. Eyni zamanda zaminlik müqaviləsi kreditor, borclu və zamin tərəfindən imzalanaraq, möhürlə təsdiq edilmişdir.
4. Lakin qeyd edilənlərə baxmayaraq, birinci instansiya məhkəməsi yanlışlığa yol verərək, iddiaçı ilə borcalan arasında bağlanılmış kredit müqaviləsində zaminin razılığının ifadə olunmadığı nəticəsinə gələrək, hesab etmişdir ki, zaminlik müqaviləsi iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun bağlanmamış, zaminin kredit müqaviləsi üzrə öhdəyinin bütün şərtlərindən məlumatı olmadığından, həmin müqavilə üzrə üzərinə düşən öhdəliklə bağlıməsulliyyət yükündən azad olmalıdır.
5. Bundan başqa, birinci instansiya məhkəməsi zaminlik müqaviləsində kredit müqaviləsi üzrə götürülmüş kreditin məbləğinin və müddətinin göstərildiyini, faiz dərəcəsinin isə göstərilmədiyini qeyd edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına istinad edərək zaminə qarşı iddianı təmin etməmişdir.
6. Həmin hissə ilə bağlı ilk öncə bildiririk ki, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında aydın şəkildə qeyd edilmişdir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Göründüyü kimi Konstitusiya MəhkəməsiPlenumu mühüm şərtlərin (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) kredit xətti müqaviləsində yetərli dərəcədə aydın göstərilməli olduğunu vurğulamış, zaminlik müqavilələri ilə bağlı isə belə bir göstərişi olmamışdır.
7. Yəni birinci instansiya məhkəməsinin göstərdiyi hal zaminə qarşı tələbin rədd edilməsinə əsas ola bilməz. Belə ki, zaminlik müqaviləsinin məzmununda zaminliyin aid olduğu kredit müqaviləsinin tarixi və nömrəsi qeyd olunub, kredit müqaviləsinin məzmununda isə kreditə görə faiz dərəcəsi göstərilib. Ona görə də Mülki Məcəllənin 472ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, zamin də bankın qarşısında kredit alan ilə birgə məsuliyyət daşımalıdır.
8. Bu səbəbdən, qətnamənin “iddia tələblərinin təmin olunmayan hissəsində” ləğv olunması və iddianın tam təmin edilərək, cavabdehlər Cavabdeh2 və “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-dən müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə 6535.72 manat əsas borc, 400.60 manat müqavilə müddəti ərzində ödənilməmiş faiz borcu, 85.33 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc olmaqla, cəmi 7021.65 manat məbləğində kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 90.21 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatı:
9. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
10. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
11. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
12. Mülki iş materiallarında olan:
13. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, PROG-İ- 12/10 saylı kredit müqaviləsinə əsasən, Bank Borcalana 115 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə hesablanmaqla, 23345.8 manat məbləğində kredit vermişdir;
14. "xxxx" ASC ilə borclu Cavabdeh2 və zamin “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya” ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli, PROG-İ-12/10 saylı zaminlik müqaviləsinə əsasən, borclu üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin kreditor qarşısında kredit məbləğini, hesablanacaq faizləri, dəbbə pulunu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsinə görə məsuliyyət daşıyır.
15. PROG-İ-12/10 nömrəli, xx.xx.2012-ci il tarixli kredit müqaviləsinə Əlavədən görünür ki, kredit müqaviləsi 115 ay olmaqla hər ay 342.54 manat müəyyən edilmişdir.
16. 30.03.2022-ci il tarixli, 22-4420/2022 nömrəli kredit borcunun ödənilməsinə dair bildirişin surətindən görünür ki, kredit müqaviləsi üzrə yaranmış öhdəliyi tam şəkildə yerinə yetirməyi, əks təqdirdə öhdəlik 3 gün müddətinə yerinə yetirilməyəcəyi təqdirdə, tərəflərindən məhkəməyə müraciət ediləcəyi barədə məlumatlandırılmışdır.
17. 04.04.2022-ci il tarixli "xxxx" ASC Problemli Kreditlərlə İş Departamenti tərəfindən tərtib edilmiş aktın surətindən görünür ki, kuryer göstərilən ünvana getmiş, lakin qeyd olunan ünvanda belə bir şəxs yaşamadığna görə məktubun çatdırılması mümkün olmamışdır.
18. 26.04.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 xx.xx.2012-ci il tarixli kredit müqaviləsi üzrə borclunun 6535.72 manat əsas borcu, 400.60 manat faiz borcu və müqavilə bitdikdən sonra hesablanmış 85.33 manat faiz borcu mövcuddur. Tətbiq edilən maddi hüquq Mülki Məcəllə
19. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
20. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2018-ci il tarixli Qərarı: Zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır. Tətbiq edilən prosessual hüquq normaları:
21. Mülki Prosessual Məcəllə
22. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
26. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
27. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
28. 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
29. 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
30. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:
33. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi.
34. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;
35. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
36. Hazırkı halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən qətnaməni iddiaçının apellyasiya şikayətinə əsasən, cavabdeh «Akkord Sənaye Tİkintinin İnvestisiya Korporasiyası» ASC-yə aid iddia tələbinin təmin edilməyən hissəsində yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
37. Məhkəmə kollegiyası mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, iddia tələbinin cavabdeh ASC-yə aid təmin edilməyən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir.
38. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarına istinad edərək zaminə qarşı iddianı təmin etməmişdir.
39. Halbuki həmin qərarda qeyd edilir ki, zaminlik və ipoteka müqavilələrinin bağlanması üçün kredit xətti müqaviləsində mühüm şərtlər (məbləğ, müddət, faiz dərəcəsi, valyuta və s.) yetərli dərəcədə aydın göstərilməlidir. Kredit xətti müqaviləsində faiz dərəcəsi göstərilmədikdə, bağlanan kredit müqavilələrində faiz dərəcəsi barədə zaminin və ya ipoteka qoyanın razılığı alınmalıdır.
40. İddia tələbini zaminə münasibətdə təmin etməyən rayon məhkəməsi öz möveyini belə əsaslandırmışdır ki, ...zamin “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya” ASC ilə iddiaçı arasında bağlanmış zaminlik müqaviləsindən irəli gələn öhdəliyinə ilkin qiymət verərək qeyd edir ki, mülki işin materiallarına əlavə edilmiş zaminlik müqaviləsində kredit müqaviləsi üzrə götürülmüş kreditin məbləği və müddəti göstərilsədə, faiz dərəcəsi göstərilməmişdir, o cümlədən iddiaçı ilə borcalan arasında bağlanmış kredit müqaviləsində isə zaminin razılığı ifadə olunmadığından məhkəmə hesab edir ki, zaminlik müqaviləsi iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun bağlanmamış, zaminin kredit müqaviləsi üzrə öhdəyinin bütün şərtlərindən məlumatı olmadığından, həmin müqavilə üzrə üzərinə düşən öhdəliklə bağlı məsulliyyət yükündən azad olmalıdır.
41. Məhkəmə Kollegiyası rayon məhkəməsinin həmin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, əvvalə bu müqavilə xətt müqaviləsi olmamışdır, bundan başqa isə "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2012-ci il tarixli, PROG-İ-12/10 saylı kredit müqaviləsində bankın borcalana 115 ay müddətinə, illik 12 faiz dərəcəsi ilə hesablanmaqla, 23345.8 manat məbləğində kredit verdiyi qeyd edilmişdir. Bankla borclu Cavabdeh2 və zamin “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya” ASC arasında elə həmin vaxt bağlanmış xx.xx.2012-ci il tarixli, PROG-İ-12/10 saylı zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən, zaminin öhdəliyi yuxarıda göstərilən kredit müqaviləsinə əsasən, borcluya verilən kreditin və faizlərin qaytarılmasından ibarətdir. Həmin müqavilənin 4.2.1-ci bəndinə əsasən borclu kredit öhdəliyini yerinə yetirmədikdə zamin borclunun kreditora olan əsas və faiz borcunu 5 iş günü müddətində kreditora ödəməyi öhdəsinə götürür (i/v 20). Demək ki, hüquqi şəxs olan və bank kredit münasibətlərində fəal şəkildə iştirak edən zamin zamini olduğu şəxsə kreditin məhz faizlə verildiyini və bunun da kredit müqaviləsinə əsasən neçə faiz olduğunu bilirdi.
42. Belə olan halda məlum olur ki, zamin həmin müqaviləyə əsasən borclunun kreditor qarşısında əsas və faiz borcun qaytarılması ilə bağlı öhdəlik götürmüşdür. Nəzərə alınsa ki, zamin hüquqi şəxs olmaqla, mülki dövriyyənin fəal iştirakçısıdır, onda rayon məhkəməsinin zaminlik müqaviləsində faiz dərəcəsi ilə bağlı zaminin razılığının alınmaması barədə gəldiyi nəticə, tam formal olmaqla, işin faktiki hallarına uyğun deyildir və bu baxımdan da əsaslı sayıla bilməz.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.-ci maddəsinə əsasən maddi hüquq normasının düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas hesab edilir.
44. MPM-in 76-cı maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və iş üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən qanunla müəyyən olunmuş qaydada əldə edilmiş məlumatlar sübut hesab olunur. Həmin məlumatlar yazılı və maddi sübutlarla, ekspert rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, eləcə də işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (maddə 76.2).
45. MPM-in 77.1-ci maddəsini əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Nəticə:
46. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, iddia tələbinin cavabdeh ASC-yə aid təmin edilməyən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehlər “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya” ASC və Cavabdeh2 müştərək qaydada 6535.72 (altı min beş yüz otuz beş manat, yetmiş iki qəpik) manat məbləğində əsas borc, 400.60 (dörd yüz manat, altmş qəpik) manat faiz borcu, 85.33 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış borc olmaqla, 7021.65 (yeddi min iyirmi bir manat, altmış beş qəpik) manat kredit borcu, 90.21 (doxsan manat, iyirmi bir qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
48. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu 45 (qırx beş) manat cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya” ASC-dən alınaraq iddiaçıya verilməlidir.
49. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası,
QƏT ETDİ:
İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilsin. Sabunçu Rayon Məhkəməsinin 2(008)-3845/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi qismən, iddia tələbinin cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya” ASC-yə aid təmin edilməyən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə təmin edilsin. Əsas borca görə 6535.72 (altı min beş yüz otuz beş manat, yetmiş iki qəpik), 400.60 (dörd yüz manat, altmş qəpik) manat faiz borcu, 85.33 manat müqavilə müddəti bitdikdən sonra gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış məbləğ olmaqla, ümumilikdə 7021.65 (yeddi min iyirmi bir manat, altmış beş qəpik) manat borc, 90.21 (doxsan manat, iyirmi bir qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik xidmət haqqı müştərək qaydada cavabdehlər “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya” ASC və Cavabdeh2 tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 45 (qırx beş) manat cavabdeh “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiya” ASC-dən alınaraq "xxxx" ASC-yə verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov