Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9408/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Aytən Kərimovanın katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadə ilə bağlı borcun ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Xəzər Rayon Məhkəməsinin 02.07.2021-ci il tarixli qətnaməsindən İddiaçı İB tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində tələb olunub ki, təbii qazdan istifadə ilə bağlı 2.530,20 manat cavabdehdən alınaraq iddiaçıya verilsin. Qətnamə ilə qət olunub ki, iddia qismən təmin olunsun, 687,6 manat cavabdehdən alınaraq iddiaçıya verilsin, iddianın qalan hissəsi təmin edilməsin. Qətnamədə məhkəmə xərclərinə dair məsələ də həll olunub. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə iddianın rədd edilən hissəsində ləğv edilsin və iddia tam təmin olunsun. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı iddia edir ki, cavabdehə aid olan, Xəzər rayonu, Zirə qəsəbəsi, Təzə sahə, ev 17 ünvnında (abonent kodu: **********00170) 2017-2020-ci illərdə təbii qazdan istifadəyə görə ödənilməmiş 2.530,19 manat borcu yaranıb. Həmin məbləğə 2 müxtəlif əsasla hesablanmış borc daxildir. 1-ci əsasla hesablanmış borc qazdan sayğacdan kənar istifadə nəticəsində itirilmiş qazın (zərərin) dəyəridir: 2.414,40 manat, 2-ci əsasla hesablanmış borc qazdan sayğac üzrə istifadə nəticəsində yaranmış borcdur: 115,8 manat. Bu məbləğlərin cəmi 2.530,20 manat (2.414,40 manat + 115,8 manat) təşkil edir. İddia ərizəsində 2.530,20 manat tələb olunub. 1-ci əsasla tələb olunan borc, yəni 2.414.40 manat cavabdehin barəsində tərtib olunmuş, aşağıda göstərilən 8 akta əsasən hesablanıb: 1) 30.10.2017-ci il tarixli, ******* nömrəli akta əsasən 571,80 manat; 2) 28.02.2019-cu il tarixli, ******* nömrəli akta əsasən 486,00 manat; 3) 28.06.2019-cu il tarixli, ******* nömrəli akta əsasən 165,60 manat; 4) 29.11.2019-cu il tarixli, ******* nömrəli akta əsasən 207,00 manat; 5) 30.12.2019-cu il tarixli, ******* nömrəli akta əsasən 295,20 manat; 6) 30.01.2020-ci il tarixli, ******* nömrəli akta əsasən 295,20 manat; 7) 28.02.2020-ci il tarixli, ******* nömrəli akta əsasən 295,20 manat; 8) 10.03.2020-ci il tarixli, ******* nömrəli akta əsasən 98,40 manat. 1-ci akt ona görə tərtib olunub ki, sayğacın çıxış plastmas borusu deşilib. 2-ci akt ona görə tərtib olunub ki, sayğacın LCD ekranı deşici alətlə deşilib. 3, 4, 5, 6, 7 və 8-ci aktlar ona görə tərtib olunub ki, qazdan sayğacdan kənar xətlə qeyri-qanuni istifadə olunub. Birinci instansiya məhkəməsi cavabdehdən 687,6 manatın tutulmasını qət edib. Bu məbləğin tərkibinə 1-ci akta əsasən (sayğacın çıxış plastmas borusunun deşilməsinə görə) hesablanmış 571,80 manat və qazdan sayğac üzrə istifadə nəticəsində yaranmış, lakin ödənilmiş 115,8 manat daxildir. Bu məbləğlərin cəmi 687,6 manat (571,80 manat + 115,8 manat) təşkil edir. 687,7 manatın tutulması hissəsində qətnamə mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmır. Apellyasiya qaydasında yoxlanıln hissəyə 2, 3, 4, 5, 6, 7 və 8-ci aktlara əsasən hesablanmış borc daxildir. Belə ki, həmin aktlara əsasən hesablanmış borcun tutulması barədə tələb birinci instansiya məhkəməsi tərəfindən rədd olunub. Həmin hissədə qətnamə ləğv edilməli, yalnız sonuncu (8-ci) akta əsasən hesablanmış borc tutulmalı, qalan aktlara (2, 3, 4, 5, 6 və 7-ci aktlara) aid hissədə tələb rədd olunmalıdır. Belə ki, 1-ci və 2-ci akt istisna olmaqla qalan aktlar (3, 4, 5, 6, 7 və 8-ci aktlar) ona görə tərtib olunub ki, cavabdeh qazdan sayğacdan kənar xətlə qeyri-qanuni istifadə edib. Mülki Məcəllənin 21.3-cü maddəsinə görə zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Əgər qazdan sayğacdan kənar xətlə qeyri-qanuni istifadə ilə bağlı ilk aktın (3-cü aktın) tərtib edilməsindən sonra İddiaçı İB həmin akta əsasən hesablanmış məbləğin tutulması üçün məhkəməyə müraciət etsəyidi və abonentin mülki-hüquqi məsuliyyətə cəlb edilməsini, yəni zərərin əvəzini ödəmək öhdəliyinin onun üzərinə qoyulmasını tələb etsəyidi, zərərin həcmi artmazdı. Çünki hüquqpozma (o cümlədən mülki hüquq pozuntusu) törədən şəxs məsuliyyətə (o cümlədən mülki məsuliyyətə) ona görə cəlb olunur ki, onun növbəti dəfə hüquqpozma törətməsinin qarşısı alınsın. Lakin “Azərqaz” İB öz hərəkətsizliyi ilə zərərin həcminin artmasına şərait yaratmışdır. Ona görə də yalnız sonuncu (8-ci) akta əsasən hesablanmış zərərin əvəzi tutulmalıdır. Beləliklə, mübahisələndirilən hissədə qətnamə ləğv edilməli, həmin hissədə iddia qismən təmin olunmalıdır. İddianın təmin edilən hissəsi mübahisələndirilmədiyinə görə həmin hissədə qətnamənin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Hazırkı iş üzrə Xəzər Rayon Məhkəməsinin 02.07.2021-ci il tarixli qətnaməsi iddia tələbinin rədd edilməsinə aid olan hissədə ləğv edilsin. Həmin hissədə tələb qismən təmin olunsun. Təbii qazdan sayğacdan kənar xətlə qeyri-qanuni istifadə nəticəsində itirilmiş qazın dəyəri kimi 98,4 (doxsan səkkiz tam onda dörd) manat Cavabdeh tutularaq İddiaçınə verilsin. Ləğv edilən hissədə tələbin qalan hissəsi rədd olunsun. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər
Məhkəmə qərarları › İş №2(103)-9408/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9408/2021
15.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver