Məhkəmə qərarları › İş №2(103)-941/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-941/2023

23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-941/2023 23.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Sarıyevin sədrliyi ilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Vətən Elçin oğlu Zeynalovun katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(010)-2742/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh (bundan sonra-iddiaçı) İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20335,66 manat və ödənilmiş 151 manat dövlət rüsumu olmaqla, ümumilikdə 20486,66 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı (bundan sonra-cavabdeh) Cavabdeh İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05 yanvar 2021-ci il tarixli üzləşmə aktının və borcun etirafı haqqında müqavilənin qismən 2000 manat borcun etirafı hissəsində saxlanılmaqla, qalan hissədə etibarsız hesab edilməsi, həmin məbləğin də ödənildiyinə görə ilkin iddianın tamamilə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmış dır ki, ekspeditor xidməti göstərən Cavabdeh dondurma satışından İddiaçı MMC-yə 05 yanvar 2021-ci il tarixinə 20335,66 manat borcu yaranmışdır. Tərəflər arasında 05 yanvar 2021-ci il tarixində bağlanmış “Mövcud borcun etirafı haqqında” müqavilədə Cavabdeh borcunu etiraf etmiş və həmin borc məbləğini tam olaraq 05 fevral 2021-ci il tarixinədək ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Həmçinin tərəflər arasında 05 yanvar 2021ci il tarixində “Üzləşmə Aktı” tərtib olunmuşdur və həmin akta əsasən də cavabdeh İddiaçı MMCyə 20335,66 manat borcunun olduğu müəyyən edilmişdir. Cavabdeh tərəflər arasında müəyyən edilmiş razılaşmanın şərtlərini pozaraq hazırki vaxta kimi borcunu qaytarmamış, heç bir ödəniş etməmişdir. Cavabdehə borcunu ödəməsinə dair dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o, müxtəlif bəhanələrlə öhdəliyini icra etməkdən yayınmışdır. Buna görə də hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. Qarşılıqlı iddia onunla əsaslandırılır ki, İddiaçı MMC-də ekspeditor xidməti göstərən Cavabdeh həmin MMC-yə guya xx.xx.2021-ci il tarixli borcun etirafı və üzləşmə aktına əsasən 20335.66 manat borcu qalmış, həmin borcu guya 05 fevral 2021-ci il tarixə qədər ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Həmin üzləşmə aktında göstərilən yazılar və borcun etiraf edilməsi barədə müqavilədəki yazılar Cavabdeh məxsus deyildir. Həmin məbləğlər başqa şəxs tərəfindən sonradan yazılaraq doldurulmuşdur. Yalnız üzləşmə aktının sonunda qeyd edilən 1500 və ya 2000 manat borcun ödənilməsi qeydi Cavabdeh məxsusdur. Yəni yuxarıdakı qeydlər Cavabdeh məxsus deyildir. Bundan başqa həmin borcun yaranma əsasları uydurma olduğu üçün də qeyrimüəyyəndir. Buna görə, əgər belə bir borc mövcuddursa həmin borcun yaranmasına səbəb olmuş qaimələr qarşı tərəfdən tələb edilərək məhkəməyə təqdim edilməlidir. Habelə, Cavabdehla İddiaçı MMC arasında bağlanmış əmək müqaviləsi də sorğu verilərək məhkəməyə təqdim edilməlidir. Həmçinin qeyd edir ki, 2016-cı ildə Cavabdeh özünə məxsus 2004-cü il buraxılışlı, Ban nömrəsi: WDB9036111R716510, ** GO *** dövlət qeydiyyat nişanlı X4 yük avtomobili depozit məbləğinin təmin edilməsi üçün İddiaçı MMC-nin satış müdiri olan, habelə MMC-nin rəhbəri Elşən Şərifovun xalası oğlu Şahid adına keçirilmişdir. Həmin dövrdə nağd pul tələb edilmiş, lakin Cavabdeh nağd pulunun olmadığını, özünə məxsus həmin avtomobili depozit kimi MMC-nin satış müdirinin adına keçirə biləcəyini demişdir. Həmin vaxt MMC-nin rəhbərliyi avtomobilin formal olaraq onların adında qalmasını, Cavabdeh etibarnamə verəcəklərini, işdən çıxacağı təqdirdə həmin avtomobili Cavabdeh qaytarmalarını təklif etmişdir. Bu məqsədlə Cavabdeh həmin avtomobili onların adına rəsmiləşdirmişdir. Hazırda avtomobili onlardan tələb etdiyinə görə Cavabdeh qarşı qərəzli iddia qaldırılmış və süni şəkildə borc yaratmağa cəhd edirlər. Halbuki, Cavabdeh onlara həmin məbləğdə borcu qala bilməz. Artıq 4-5 ildir ki, MMC heç bir ekspeditorun yüksək məbləğdə borcunun yaranmasına imkan vermir. Yəni 2- 3 mindən artıq borc yarananda ona mal vermirlər. Çünki əvvəllər bəzi problemlər yarandığına görə artıq 4-5 ildir ki, həm depozit qəbul edərək işçilərə mal verirlər, həm də borc məbləğinin 2-3 min manatdan yuxarı qalmağına imkan vermirlər. Ona görə həmin məbləğ həddində Cavabdeh MMC-yə borcunun olması mümkün deyil və buna dair heç bir sübutları yoxdur. Cavabdeh MMC-yə 2000 manat borcu qalmış ola bilərdi, həmin məbləğdə ödəmiş və qaimələri də mövcuddur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(010)-2742/2022 saylı qətnaməsiilə ilkin iddia tələbi təmin edilərək, Cavabdeh 20335,66 (iyirmi min üç yüz otuz beş manat, altmış altı qəpik) manat məbləğində pul vəsaitinin və 151 (yüz əlli bir) manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması, iddiaçı Cavabdeh İddiaçı MMC-yə qarşı “üzləşmə aktının və borcun etirafı haqqında müqavilənin qismən etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilkin iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin tam təmin edilməsini barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında yaranan münasibət əmək münasibətlərindən irəli gəlmişdir və məhkəmə qətnaməsində Cavabdeh ilə İddiaçı MMC arasında xx.xx.2020-ci il tarixdə bağlanmış və xx.xx.2020-ci il tarixdə xitam verilmiş əmək müqaviləsinə istinad etmişdir.Belə olan halda tərəflər mediasiya prosesindən keçməli və müvafiq mediasiya arayışı məhkəməyə iddia ərizəsi ilə birlikdə təqdim edilməli idi. Lakin iş materiallarından görünür ki, qanunvericiliyin tələbləri baxımından həmin qaydalara riayət edilməmiş, iddiaçı mediasiya prosesindən keçməmişdir. Belə olan halda məhkəmə iş üzrə iddia ərizəsini baxılmamış saxlamalı olduğu halda, iş üzrə mahiyyəti üzrə qərar qəbul edərək iddia ərizəsinin təmin etməklə qanunsuz qətnamə qəbul etmişdir. Üzləşmə aktından göstərilən yazılar və borcun etiraf edilməsi barədə müqavilədəki yazılar Cavabdeh məxsus deyildir. Həmin məbləğlər başqa şəxs tərəfindən sonradan yazılaraq doldurulmuşdur. Yalnız üzləşmə aktının sonunda qeyd edilən 1500 və ya 2000 min manat borcun ödənilməsi qeydi Cavabdeh məxsusdur. Yəni yuxarıdakı qeydlər Cavabdeh məxsus deyildir. Bununla bağlı ekspertiza təyin edilməsi barədə şifahi vəsatət verilsə də, məhkəmə bunu təmin etməmiş,əsassız və qanunsuz olaraq həmin üzləşmə aktına əsaslanmışdır. Qeyd edir ki, həmin üzləşmə aktından göstərilən yazılar və borcun etiraf edilməsi barədə müqavilədəki yazılar Cavabdeh məxsus deyildir. Həmin məbləğlər başqa şəxs tərəfindən sonradan yazılaraq doldurulmuşdur. Yalnız üzləşmə aktının sonunda qeyd edilən 1500 və ya 2000 min manat borcun ödənilməsi qeydi Cavabdeh məxsusdur. Bundan başqa, işin görünən halı odur ki, iş üzrə maddi məsuliyyət haqqında müavilə yoxdur. Belə olan halda hansı tam maddi məsuliyyətdən söhbət gedə bilər. Məhkəmə qətnaməsində özü istinad etdiyi normaları öz əleyhinə təfsir edilməli olduğu halda o normaları qeyd etməklə əslində iddiamı rədd etməli olduğu halda əsassız olaraq təmin etmişdir. Həmçinin, bəzi sübutlara, cavabdeh tərəfindən təqdim edilən qaimələrə hüquqi qiymət verilməməişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə etdi, şikayətdə göstərilənlərə uyğun məzmunda izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İş üzrə İddiaçı MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının vəkili Vəkil3 “Elektron məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq qeyd etmişdir ki, mediasiya qaydasına əməl olunmaması barədə cavabdeh tərəfin etirazını qəbul edir. Odur ki, qətnamənin ləğv edilməsi və işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib,şikayətin dəlillərini və iş materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(010)-2742/2022 saylı qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, tərəflər arasında əmək münasibətlərindən irəli gələn mübahisənin yaranmasına və bu baxımdan “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakın tələb olunmasına baxmayaraq, iddiaçı qanunvericiliyin bu tələbinə riayət etməmiş və hazırki tələblə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etməmişdir. Lakin birinci instansiya məhkəməsi bu halı nəzərə almamış və hüquqi nəticə etibarı ilə geri qaytarılmalı olan iddianı geri qaytarmamış, habelə sonradan iddia ərizəsini bu əsasla baxılmamış saxlamamış və işə mahiyyəti üzrə baxaraq, qətnamə çıxarmışdır. Bu da öz növbəsində prosessual qanunvericiliyin qeyd olunan müddəalarına uyğun olaraq qətnamənin ləğv edilməsini və iddia ərizəsinin baxılmamış saxlanılmasını şərtləndirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 iyul 2023-cü il tarixli qərarında Plenum qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər. Göründüyü kimi, iddiaçı tərəf “Mövcud borcun etirafı haqqında” müqaviləyə istinad etsə də, həmin müqavilə əhəmiyyətsiz əqd olduğundan, iddiaçının tələbi əmək münasibətlərinə əsasən yaranmışdır. Belə ki, Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 150.1.7-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 259.0.13-cü maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.9-cu maddəsində göstərilən hallarda məhkəmə ərizəni baxılmamış saxlayır; Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır; Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 21.9-cu maddəsinə əsasən bu Qanunun 28-ci və 29-cu maddələrində nəzərdə tutulmuş hallarda tərəf bu Qanunun 29.7-ci maddəsində nəzərdə tutulmuş müvafiq arayışı və ya protokolu, habelə tərəflər arasında “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı halda bu Qanunun 32.2-ci maddəsində nəzərdə tutulmuş protokol iddia ərizəsinə əlavə edilmədikdə ərizə məhkəmə tərəfindən baxılmamış saxlanılır; 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər; 29.7-ci maddəsinə əsasən bu Qanunun 29.2-ci, 29.3-cü və 29.6-cı maddələrində göstərilən arayışı və ya protokolu əldə etdikdən sonra tərəf məhkəməyə və ya arbitraja (münsiflər məhkəməsinə) müraciət edə bilər. Müraciətə müvafiq arayış və ya protokol əlavə edilməlidir. Bununla belə, məhkəmə kollegiyası tərəflər arasında yaranmış mübahisənin mahiyyətini, habelə bu qəbildən olan mübahisələrə dair qanunvericiliyin tələblərini nəzərə alıb, belə qənaətə gəlir ki, hazırki tələblə məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak edilmədiyindən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli və iddia ərizələri baxılmamış saxlanılmalıdır. Kollegiya həmçinin qeyd edir ki, qarşılqılı iddia ərizəsi ilkin iddia tələbi ilə əlaqəli olduğundan və ilkin iddia ərizəsi qeyd olunanlara əsasən baxılmamış saxlanılmalı olduğundan, qarşılıqlı iddia ərizəsi də baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261ci, 263-264, 384-385-ci, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2(010)-2742/2022 saylı qətnaməsi ləğv edilsin. İlkin və qarşılıqlı iddia ərizələri baxılmamış saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar