Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-942/2020 09.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şamayev Elşad Yaquboviçin sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və X3 ibarət tərkibdə, Məhkəmə iclas katibi X9 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(008)-5878/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun və azyaşlı qızları Elay və Aydanın Cavabdeh məcburi köçkün kimi müvəqqəti məskunlaşdığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi, Neft X2, ev 4 ünvanına köçürülməsi barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx xxxx 2011-ci ildə evlənmiş, nikahlarını isə xx xxxxxx 2011-ci ildə Füzuli rayon Qeydiyyat Şöbəsində rəsmi qeydə aldırmışlar. Evləndikdən sonra iddiaçı cavabdehin məcburi köçkün kimi məskunlaşdığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi, Neft X2, ev 4 ünvanına gəlin köçmüş, xx xxxxxxx 2012-ci il təvəllüdlü X8 və xx xxxxxx 2016-cı il təvəllüdlü X7 adlı iki uşağı orada anadan olmuş, həmin yataqxanada məskunlaşmışlar. Tərəflərin nikahları Füzuli Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(064)-96/2019 saylı qətnaməsi ilə pozulmuşdur. Nikah pozulandan sonra iddiaçının atasının Füzuli rayonunda yerləşən evinə sığınmış, həmin evdə atası, anası, iki qardaşı və qoca nənəsi yaşayırlar. Onun yaşamağa başqa yeri yoxdur. Halbuki o, cavabdehə məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R. Qənbərov küçəsi, Neft X2, ev 4 ünvanına gəlin köçmüş, 8 il orada daimi yaşamış, uşaqları da orada anadan olmuşlar. Lakin cavabdeh ona və uşaqlarına orada yaşamasına imkan vermir, onları hədələyir. Cavabdehin valideynlərinin və özünün başqa yaşayış yeri vardır, o isə iki qız uşağı ilə birlikdə evsiz-eşiksiz qalmışdır. Cavabdeh onları oradan zorla qovub çıxartmışdır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(008)- 5878/2019 saylı qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, məhkəmənin gldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Apellyasiya baxışı iclasında İddiaçı apellyasiya şikayətinin dəlillərin müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsində toplanmış sübutlarla mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh xx xxxxxx 2011-ci il tarixdə rəsmi nikaha daxil olmaqla, iddiaçı cavabdehin məcburi köçkün kimi məskunlaşdığı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi, Neft X2, ev 4 ünvanında yerləşən mübahisəli yaşayış sahəsinə gəlin köçmüş, birgə nikahlarından xx xxxxxxx 2012ci il təvəllüdlü Elay Əsədli və xx xxxxxx 2016-cı il təvəllüdlü Aydan əsədli adlı övladları anadan olmuşlar. Füzuli Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə tərəflərin nikahları pozulmuşdur. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, İddiaçı məhkəmə iclasında mənzilə köçürülmə tələbi ilə bağlı iddia ərizəsini müdafiə etsə də, məhkəmə tədqiqi zamanı iddia tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmiş, o cümlədən bu barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Əksinə məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri və cavabdehin iddia tələbinə etirazın əsası kimi istinad etdiyi hallara dair gətirdiyi dəlillər daha inandırıcı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı, iddiaçının həmin mübahisəli evdən öz razılığı ilə, yəni cavabdehin hər hansı bir qanunsuz hərəkəti, heç bir məcburiyyət olmadan çıxdığı, onun yaşayış üçün özünə məxsus evinin olduğu, hazırda da həmin evdə yaşadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulduğundan, həmçinin qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlmədiyindən apellyasiya qaydasında ləğv edilməli və iddia rədd olunmalıdır. Belə ki, ilk olaraq qeyd olunmalıdır ki, iddianı rədd edən birinci instansiya məhkəməsi mövqeyini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri ilə cavabdehin etirazının dəlillərinin daha inandırıcı olması ilə əsaslandırmışdır. Lakin iş materialları ilə hazırki iş üzrə nə iddiaçı tərəfindən, nə də ki, cavabdeh tərəfindən hər hansı şahidin təqdim edilməsi və belə şahidin dindirilməsi müəyyən olunmamışdır. Həmçinin birinci instansiya məhkəməsi iddiaçının mübahisələndirilən yaşayış sahəsindən öz razılığı ilə, yəni cavabdehin hər hansı bir qanunsuz hərəkəti, heç bir məcburiyyət olmadan çıxdığını, onun yaşayış üçün özünə məxsus evinin olmasını və həmin evdə yaşamasını göstərsə də, bu hallara dair də hər hansı sübut iş materiallarında mövcud deyildir. Halbuki, Azərbaycan RespublikasıMPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Digər tərəfindən məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. “R.Şirinovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Konstitusiyada təsbit olunmuş bu hüquq (yaşadığı mənzildən qanunsuz məhrum edilməsinin yolverilməzliyi) hər kəsin qanunla müəyyən edilmiş şərtlərə əməl etməklə daimi yaşayış sahəsinə malik olmasını və həmin sahədən maneəsiz istifadə edə bilməsini ifadə edir. Mənzil hüququnun əsas xüsusiyyəti mənzil münasibətləri iştirakçılarının bu hüququ öz mülahizələrinə və qanuni mənafelərinə uyğun, azad və sərbəst həyata keçirmələrinin mümkünlüyündən ibarətdir. Məhkəmə kollegiyası izah edir ki, Ali Qanunun yuxarıda qeyd olunan norması ümumi norma olmaqla, şəxsin yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkəti qadağan edir. Bu normanı mənzilə köçürülmə dair tələblərə tətbiq edərkən 3 halın aydınlaşdırılması zəruridir: 1) şəxs köçmək istədiyi yaşayış sahəsində yaşamışdırmı?; 2) şəxs yaşadığı sahədən məhrum edilmişdirmi?; 3) məhrum edilmə qanuni olmuşdurmu?. Yuxarıda qeyd olunduğu kimi hazırki işdə İddiaçı azı 2011-ci ildən mübahisəli mənzildə yaşaması və onun keçmiş həyat yoldaşı ilə ailə münasibətlərinə xitam veriməsi ilə əlaqədar yaşadığı evdən çıxarılması mübahisəsiz olaraq müəyyən edilmişdir. İddiaçının yaşadığı sahədən məhrum edilmənin qanuniliyi ilə əlaqədar isə məhkəmə kollegiyası hesab edir ki, bu məhrumetmə qanunsuz olmuşdur. Belə ki, məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın. Lakin hazırki iş üzrə Cavabdeh mübahisələndirilən evə hər hansı hüququnun (mülkiyyət, istifadə, icarə və s.) olmasını təsdiq edən sənəd məhkəmələrə təqdim olunmamışdır. Müəyyən olunmuşdur ki, cavabdeh Füzuli rayonundan məcburi köçkün olmaqla, mübahisələndirilən sahədə məskunlaşmış, iddiaçı da cavabdehlə yanaşı həmin evdə bərabər yaşamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91.1.5-ci maddəsinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aiddir. Həmin Məcəllənin 99.5-ci maddəsinə əsasən kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Məcəllənin 68.4-cü maddəsinə əsasən vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən yaşayış sahəsi yataqxana olmaqla, hər iki tərəf orada məcburi köçkün kimi müvəqqəti yaşadıqlarından, hazırda da cavabdeh yaşayış sahəsindən istifadə etdiyindən iddiaçının da azyaşlı uşaqları ilə birlikdə eyni əsasla olaraq orada yaşamaq imkanı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi,385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması və 385.1.4-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 385.1.1, 386, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2(008)- 5878/2019 saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı iddia tələbi təmin edilsin. İddiaçı xx xxxxxxx 2012-ci il təvəllüdlü X8 və xx xxxxxx 2016-cı il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, R.Qənbərov küçəsi, Bakı X1, 4 ünvanında yerləşən Cavabdeh məskunlaşdığı yaşayış sahəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: imza Hakimlər: imzalar Əsli ilə düzdür: Hakim: Elşad Şamayev
Məhkəmə qərarları › İş №2(103)-942/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-942/2020
09.01.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver