Məhkəmə qərarları › İş №2(103)-945/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-945/2022

12.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-945/2022 12.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh2 nümayəndəsi və vəkili Quliyev Elnur Ağalar oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4202/2021 saylı 05 oktyabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pulun və ya avtomobilin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 30.000 ABŞ (otuz min) dollar məbləğində pulun, vaxtında həmin pulu qaytarmadıqları üçün gecikdirməyə görə əlavə 2000 ABŞ (iki min) dolları faiz məbləğində pulun və ya “Land Rover Range Rover" minik markalı, 99SR123 dövlət qeydiyyat nişanlı avtomobilin, həmçinin iddia ərizəsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4202/2021 saylı 05 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 30.000 (otuz min) ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəməyə 11 yanvar 2022-ci il tarixdə daxil olmuş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 yanvar 2022-ci il tarixli məktubu ilə, digər Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 prosessual normanın tələbi baxımından mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsinə etirazı olmadığını bildirdi . Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili Quliyev Elnur Ağalar oğlu prosessual normanın tələbi baxımından mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün hazırki mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması üçün hazırki mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar