Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9466/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şükürlü Ləman İmanverdi qızının katibliyi ilə, İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının adından İddiaçınin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının adından İddiaçınin Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılmasına dair” mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1463/2021 saylı, 19.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən e t d i: İddiaçı MMC Cavabdeh qarşı əsas və faiz borcunun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borcu üzrə 2636.09( iki min altı yüz otuz altı 09), manat faiz borcu üzrə 362.87 ( üç yüz altmış iki 87) manat olmaqla cəmi 2998.96 (iki min doqquz yüz doxsan səkkiz 96 qəpik) manat məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə ödənilməsinə, dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirməyə hazırlanması ilə bağlı sağlamlaşdırma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Beynəlxalq Bankı” ASC ilə "xxxx" QSC arasında bağlanmış, tələb hüququnun güzəşt edilməsinə dair 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. ”AqrarKredit” QSC-nin nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5 maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015- ci il 15 iyul tarixli, 570 saylı Fərmandanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (“X4 Edilməsi Agendiyi” MMC) vasitəsilə həyata keçirilir. Qeyd edilmiş dəyişikliyə əsasən "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı MMC həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 1S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən Azərbaycan Beynəlxalq Bankı” ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK- 1511 saylı, 24 noyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasən “X4 Edikməsi Agentliyi” MMC-yə verilmişdir. "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında 30.01.2015-ci il–tarixdə №035/15 saylı Kredit Müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 20 % tətbiq edilməklə, 24 ay müddətinə 3110 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Qeyd olunan kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayma görə hər gün illik 20%-lə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borcu üzrə 2636.09 manat, faiz borcu üzrə 362.87 manat olmaqla, cəmi 2998.96 manat məbləğində təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1463/2021 saylı, 19.05.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 30.01.2015-ci il tarixli 035/15 saylı kredit müqaviləsinə əsasən 2636,09 manat məbləğində əsas, 362,87 manat məbləğində faiz borcu olmaqla, ümumiliklə cəmi 2998,96 manat məbləğində borc pul vəsaiti və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1463/2021 saylı, 19.05.2021-ci il tarixli qətnaməsindən Cavabdeh apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında İddiaçı "xxxx" QSC Bank Olmayan Kredit Təşkilatının adından “X4 Edilməsi Agentliyinin nümayəndəsi X1 çıxışında iddia tələbini müdafiə edərək, cavabdehin razılıq əldə olunması üçün banka heç bir müraciət etmədiyini, heç bir ödəniş etmədiyini bildirərək, bu halların nəzərə alınaraq, məhkəmədən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1463/2021 saylı, 19.05.2021-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat təqdim etməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavbdehin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, verilmiş apellyasiya şikayəti ilə əlaqədar ilkin olaraq apellyasiya baxışının hədləri müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyinə görə birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı tam yoxlanılmalıdır. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinin əsası kimi ona istinad etmişdir ki, onunla "xxxx" ASC-nin sənaye filialı arasında 30.01. 2015-ci ildə 035/15 saylı kredit müqaviləsinin müddəti iki il olmaqla 30.01. 2017-ci ildə bitmişdir. Bank üç illik iddia müddəti ötdükdən sonra məhkəməyə müraciət etmişdir. Kredit müqaviləsi üzrə iddia müddəti ötdüyünə görə məhkəmə qətnaməsi ləğv edilməli və iddia tələbi rədd olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh apellyasiya şykayətində mülki mübahisəyə iddia müddətiin şamil olunması barədə iradəsini ifadə etmişdir. Onun həmin iradə ifadəsi məhkəmə qərarı çıxarılanadək verdiyi ərizəyə bərabər tutulmalıdır. Mülki işin materialları ilə müəyyən edilir ki,”AqrqrKredit” QSC tərəfindən ilkin olaraq 27.12.2019-cu il tarixdə krfedit müqaviləsi üzrə borcun qaytarılması üçün məhkəməyə müraciət etmişdir. Qaradağ Rayon Məhkəməsinin 2(002)-519/2020-ci il saylı 13.02.2020-ci il tarixli qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddədinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 381.1-ci maddəsi müəyyən edir ki, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. AqrarKredit” QSC Bank Olmayan Kredit Təşkilatının adından “X4 Edilməsi Agentliyi Cavabdeh kredit müqaviləsi üzrə əsas borc və faizlərin tutulması üçün 19.04. 2021-ci il tarixdə yenidən məhkəməyə müraciət etməklə iddia müddətini ötürmüşdür. Mülki Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında hazırkı mübahisəyə iddia müddəti tətbiq olunmaqla Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1463/2021 saylı, 19.05.2021-ci il tarixli qətnaməsi ləğv edilməli, Cavabdeh əsas borcu üzrə 2636.09 (iki min altı yüz otuz altı 09), manat faiz borcu üzrə 362.87 ( üç yüz altmış iki 87) manat olmaqla cəmi 2998.96 (iki min doqquz yüz doxsan səkkiz 96 qəpik) manat məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə ödənilməsinə, dair qətnamə qəbul edilməsi barədə iddia tələbi rədd olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1463/2021 saylı, 19.05.2021-ci il tarixli qətnaməsi ləğv edilsin. Cavabdeh əsas borcu üzrə 2636.09 (iki min altı yüz otuz altı 09), manat faiz borcu üzrə 362.87 (üç yüz altmış iki 87) manat olmaqla cəmi 2998.96 (iki min doqquz yüz doxsan səkkiz 96 qəpik) manat məbləğində kredit borcunun həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsi barədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəfaddin İbayev Hakimlər: Rəşad Həsənov Şeyda Məhərrəmova
Məhkəmə qərarları › İş №2(103)-9466/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9466/2021
11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver