Məhkəmə qərarları › İş №2(103)-9475/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9475/2021

02.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9475/2021 02.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli, 2(010)-189/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Azər-Türk Bank” ASC cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 və Ramazanov Cavanşir Əli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-nin 19 may 2015-ci il tarixli 02 saylı kredit müqaviləsi və ona 05.08.2016-cı il tarixdə edilmiş 01 saylı Əlavəyə əsasən İddiaçı ASC-yə olan ******* (bir milyon yüz min) ABŞ dolları əsas, 121159,65 (yüz iyirmi bir min yüz əlli doqquz ABŞ dolları, altmış beş sent) ABŞ dolları faiz borcunun, iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişlərin” DƏDRX-də qeydiyyatı ilə bağlı 30 manat rüsumun cavabdeh "xxxx" MMC-dən tutulması, tutmanın ilkin satış qiyməti 3”000 000 manat” müəyyən edilməklə tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1.8693 ha torpaq sahəsinə və onun üzərində yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, tutma yönəldildikdə və əmlaklar satıldıqda əmlak kompleksi kimi müəssisəsinin ən geci bir ay ərzində boşaldılması, borcun əmlakın açıq hərracdan satılması hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli 2(010)-189/2018 saylı qətnaməsi ilə (hakim E.Ağayev) iddiaçı “Azər-Türk Bank” ASC-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 və Ramazanov Cavanşir Əli oğluna qarşı "xxxx" MMC-nin 19 may 2015-ci il tarixli 02 saylı kredit müqaviləsi və ona 05.08.2016-cı il tarixdə edilmiş 01 saylı Əlavəyə əsasən “Azər-Türk Bank” ASC-yə olan 1”100 000 ABŞ dolları əsas, 121159,65 ABŞ dolları faiz borcunun, iddia ərizəsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun və bildirişlərin”DƏDRX-də qeydiyyatı ilə bağlı 30 manat rüsumun cavabdeh "xxxx" MMC-dən tutulması, tutmanın ilkin satış qiyməti ******* manat müəyyən edilməklə tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 1,8693 ha torpaq sahəsinə və onun üzərində yerləşən əmlak kompleksi kimi müəssisəyə yönəldilməsi, tutma yönəldildikdə və əmlaklar satıldıqda əmlak kompleksi kimi müəssisəsinin ən geci bir ay ərzində boşaldılması, borcun tutma əmlakının açıq hərracdan satılması hesabına ödənilməsi barədə iddia tələbləri təmin edilmişdir. Qətnamədən cavabdeh Ramazanov Cavanşir Əli oğlu apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Qurbanov, E.Nəbiyev və A.Hüseyn) cavabdeh Ramazanov Cavanşir Əli oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli qətnaməsi cavabdeh Ramazanov Cavanşir Əli oğluna aid hissədə dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatının dəyəri olan 142 manatın cavabdeh Ramazanov Cavanşir Əli oğlundan tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh "xxxx" MMC”kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3774/2019 saylı, 03 iyun 2019-cu il tarixli qərarı ilə (sədrlik edən-Ə.Nurməmmədov, hakimlər-M.Əhmədova və Ə.Rüstəmov) cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5358/2018 nömrəli iş üzrə 25 dekabr 2018-ci il tarixli qətnaməsi cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır Cavabdeh2 da birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ona münasibətdə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6540/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (sədrlik edən- E.Kazımov, hakimlər-A.İsgəndərov və İ.Kərimli) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-189/2018 saylı, 15 yanvar 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, Cavabdeh2 ekspertiza xərci olan 127 (yüz iyirmi yeddi) manat pulun, alınaraq”Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh2 və Ramazanov Cavanşir Əli oğlu qətnamədən kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2305/2021 saylı 18 may 2021-cu il tarixli qərarı ilə”cavabdehlər Cavabdeh2 və Ramazanov Cavanşir Əli tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6540/2020 nömrəli iş üzrə 28 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra 26.10.2020-ci ildə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh Ramazanov Cavanşir Əli oğlu kassasiya şikayəti və 27.10.2020-ci ildə kassasiya şikayətinin verilməsi müddətinin bərpası barədə ərizə vermişdir. Eyni zamanda qeyd olunmalıdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5358/2018 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qərardadı ilə (sədrlik edən - R.Qurbanov, hakimlər - C.Yusifov və R.Həsənov) cavabdeh Ramazanov Cavanşir Əli oğlu tərəfindən verilmiş ərizə təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5358/2018 saylı mülki iş üzrə qəbul etdiyi 25 dekabr 2018-ci il tarixli qətnaməsindən cavabdeh Ramazanov Cavanşir Əli oğlu tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2305/2021 saylı, 18 may 2021-cu il tarixli qərarı cavabdeh Ramazanov Cavanşir Əli oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5358/2018 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Hazırda cavabdeh "xxxx" MMC tərəfindən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli 2(010)-189/2018 saylı qətnaməsindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə cavab vermədiyi üçün geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili X3 tərəfindən 19 mart 2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 25 dekabr 2018-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmiş, həmin kassasiya şikayətində cavabdehin nümayəndəsi Könül Əliyeva Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli 2(010)-189/2018 saylı qətnaməsi ilə iddianın təmin edilməsini qeyd etmişdir. Bununla da, cavabdeh tərəfin Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli 2(010)-189/2018 saylı qətnaməsindən məlumatlı olduğu aydın görünür. Həmin kassasiya şikayətinə əlavə edilmiş "xxxx" MMC-nin direktoru X1 tərəfindən 11 fevral 2019-cu il tarixdə verilmiş 11 fevral 2022-ci il tarixədək qüvvədə olan etibarnamədən görünür ki, "xxxx" MMC tərəfindən X2 apelly asiya və kassasiya şikayətlərini, ərizələri, vəsatətləri vermək, imzalamaq və.s səlahiyyətlər verilmişdir. (İ cild, i/v 260) "xxxx" MMC-nin nümayəndəsi və vəkili X3 Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli 2(010)-189/2018 saylı qətnaməsinin surətini 18 sentyabr 2019-cu il tarixdə məhkəmə qəbzini imzalamaqla qəbul etmişdir. (İ cild, i/v 293) İş materiallarından görünür ki, cavabdeh "xxxx" MMC tərəfindən apellyasiya şikayəti 27 avqust 2021-ci ildə məhkəməyə daxil olmuşdur. Kollegiya qeyd edir ki, cavabdeh "xxxx" MMC tərəfindən Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli 2(010)-189/2018 saylı qətnaməsindən apellyasiya şikayətinin müddəti ötürülməklə verilmiş, bununla yanaşı ötürülmüş müddətin bərpa edilməsi barədə ərizə verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli 2(010)-189/2018 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verildiyindən, bununla da, apellyasiya şikayəti vermə müddəti ötürüldüyündən apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 366, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 15 yanvar 2018-ci il tarixli 2(010)-189/2018 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti mülki işlə birlikdə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə qaytarılsın. Cavabdehə izah edilsin ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırılmaqla, ağlabatan müddətdə (hüquqdan sui-istifadəyə yol yerilmədən) yenidən apellyasiya şikayəti ilə müraciət edə bilər. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar