Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-948/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası, Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, Cavabdeh1, Cavabdeh5 ASC-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 ASC-nə qarşı “alqı-satqı müqavilələrinin və şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-1352/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “alqı-satqı müqaviləsinin və şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 adına olan xx xxxx 2018-ci il tarixli BDYP K.N.N 10BZ090 nömrəli alqı-satqı müqaviləsinin, Cavabdeh4 adına olan xx xxxx 2019-cu il tarixli BDYP K.N.N. 99MV975 nömrəli alqı-satqı müqaviləsinin və Cavabdeh5 ASC-nin xx xxxx 2018-ci il tarixli AD251060 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 2015-ci il tarixdə Bakı şəhəri 3 saylı notariat kontorunda bağladığı borc müqaviləsinə əsasən tanışı Cavabdeh1 30 000 ABŞ dolları məbləğində pulu bir ay müddətində qaytarmaq şərti ilə borc vermişdir. Verdiyi borcu vaxtında qaytarmadığı və süründürməçiliyə yol verdiyi üçün xx xxxxxxx 2016-cı il tarixdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Bakı Nərimanov Rayon Məhkəməsinin 2(005)-799/2017 saylı xx xxxxxx 2017-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh1 30 000 ABŞ dolları məbləğində pulun və 300 manat hüquqi yardım pulunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Nərimanov rayon İcra şöbəsi borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə xx xxxxxx 2017-ci il tarixdə xx/xx-20256/17-3 qeydiyyat nömrəli sorğu ilə DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Qeydiyyat İmtahan İdarəsinə sorğu göndərmiş və sorğuya cavab olaraq xx xxxxxx 2018-ci il tarixli məktubla borclu Cavabdeh1 mülkiyyətində olan “Lexus Lx 570” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə məhdudiyyət qoyulması qeyd olunmuşdur. Bununla yanaşı avtomaşın üzərinə həbs qoyulması məqsədi ilə Nərimanov rayon İcra şöbəsi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx xxxxx 2018-ci il tarixli qərardadı ilə borclu Cavabdeh1 mülkiyyətində olan “Lexus Lx 570” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuş və icra edilməsi üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ-ə göndərilmişdir. İddianın təmin tədbiri kimi yuxarıda qeyd edilən tədbirlərə baxmayaraq, DİN-nin BDYPİ Qİİ xx xxxx 2018-ci il tarixdə qeyd olunan avtomobili borclunun adından qanunsuz olaraq qeydiyyatdan çıxarmaqla xx xxxx 2018-ci il tarixli BDYP K.N.N. 10BZ090 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır. Bir həftədən sonra Cavabdeh2 xx xxxx 2018- ci il tarixli BDYP K.N.N. 99MV975 nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin avtomaşını Cavabdeh3 satmışdır. Cavabdeh3 həmin qeyd olunan avtomaşını etibarnamə əsasında qardaşı Cavabdeh4 idarə etmək üçün vermişdir. Cavabdeh4 isə etibarnamə əsasında həmin avtomaşını X2 vermişdir. Hal-hazırda həmin avtomaşın xx xxxx 2018-ci il tarixli AD251060 nömrəli şəhadətnaməyə əsasən Cavabdeh5 ASC-nin sahibliyindədir. Qeyd olundan alqı-satqı müqavilələrindən görünür ki, Cavabdeh1 qısa müddət ərzində avtomaşını addan ada keçirməklə məsuliyyətdən yayınır. Çox saylı şikayətlərin əsasında Qaradağ Rayon Polis İdarəsində yuxarıda qeyd olunan saxtakarlıqlarla əlaqədar araşdırma aparılır. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-1352/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmaqla məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, işin faktiki hallarına əhəmiyyət vermədiyini və tətbiq edilməli maddi hüquq normalarını tətbiq etmədiyini irəli sürmüşdür. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh5 ASC-nin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı və digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018ci il tarixli 8(005)-496/2018 nömrəli Qərardadının surətindən görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-799/2017 nömrəli xx xxxxxx 2017-ci il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə borclu Cavabdeh1 mülkiyyətində olan “Lexus LX 570 minik” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan Nəqliyyat vasitəsinin alqı-satqı müqavilələrinin surətlərindən və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsi tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, “Lexus LX 570 minik” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxx 2018-ci il tarixli BDYP K.N.N. 10BZ090 nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satmışdır. Cavabdeh2 öz növbəsində xx xxxx 2018-ci il tarixli BDYP K.N.N. 99MV975 nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin avtomaşını Cavabdeh3 satmışdır. Cavabdeh3 həmin qeyd olunan avtomaşını etibarnamə əsasında Cavabdeh4 idarə etmək üçün vermişdir. Cavabdeh4 isə etibarnamə əsasında həmin avtomaşını X2 vermişdir. Hal-hazırda həmin avtomaşın xx xxxx 2018-ci il tarixli AD251060 nömrəli şəhadətnaməyə əsasən Cavabdeh5 ASC-nin sahibliyindədir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı Nərimanov Rayon Məhkəməsinin 2(005)-799/2017 saylı xx xxxxxx 2017-ci il tarixli icra sənədinə əsasən borclu Cavabdeh1 30 000 ABŞ dolları məbləğində pulun və 300 manat hüquqi yardım pulunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərardadı ilə borclu Cavabdeh1 mülkiyyətində olan “Lexus Lx 570” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbs qoyulmuş və icra edilməsi üçün Azərbaycan Respublikası DİN-nin BDYPİ-ə göndərilmişdir. Lakin icra vərəqəsinin icrası zamanı aydın olmuşdur ki, sözügedən avtomobil xx xxxx 2018-ci il tarixdə borclunun adından qeydiyyatdan çıxarmaqla alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 satılmışdır. Sonradan Cavabdeh2 xx xxxx 2018-ci il tarixli BDYP K.N.N. 99MV975 nömrəli alqı-satqı müqaviləsinə əsasən həmin avtomaşını Cavabdeh3 satmışdır. Cavabdeh3 həmin qeyd olunan avtomaşını etibarnamə əsasında qardaşı Cavabdeh4 idarə etmək üçün vermişdir. Cavabdeh4 isə etibarnamə əsasında həmin avtomaşını X2 vermişdir. Hal-hazırda həmin avtomaşın xx xxxx 2018-ci il tarixli AD251060 nömrəli şəhadətnaməyə əsasən Cavabdeh5 ASC-nin sahibliyindədir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Belə ki, mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin (o cümlədən alqı-satqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Kollegiya hesab edir ki, avtomaşın Bakı Nərimanov Rayon Məhkəməsinin 2(005)- 799/2017 saylı xx xxxxxx 2017-ci il tarixli icra sənədinin icra olunması məqsədilə borclu Cavabdeh1 mülkiyyətində olan “Lexus Lx 570” markalı, ** BZ *** dövlət qeydiyyat nişanlı avtomaşının üzərinə həbsin qoyulması barədə xx xxxxx 2018-ci il tarixli qərardadın qəbul edildiyi tarixdən təxminən bir ay yarım əvvəl özgəninkiləşdirilmişdir. Kollegiya həmçinin hesab edir ki, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Belə ki, iş materiallarında olan İddiaçı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinə ünvanlanan xx xxxx 2018-ci sorğunun məzmununda qeyd edilmişdir ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-799/2017 saylı, xx.xx.2017-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Nərimanov Rayon icra və Probasiya Şöbəsinin icra məmuru Rafail Səfərovun “LEXUS LX570 minik” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin axtarışı və saxlanılması haqqında xx.xx.2018-ci il tarixli qərarının icra edilməsi və “LEXUS LX570 minik” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi mühafizə edilən duracağa yerləşdirildikdən sonra Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə məlumat verilməsi üçün aidiyyəti xidmət sahəsinə müvafiq göstəriş verilməsi xahiş olunur. Göründüyü kimi iddiaçının avtomobilin satılmasından ən azından xx.xx.2018-ci il tarixdən xəbəri olmuş, bununla belə o, xx.xx.2020-ci il tarixdə iddia ərizəsilə məhkəməyə müraciət edərək qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşdür. (iddia müddəti xx.xx.2019cu il tarixdə bitmişdir) Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Kollegiya xüsusi olaraq vurğulayır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Мəhkəməsinin 2(005)-1352/2020 saylı iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov
Məhkəmə qərarları › İş №2(103)-948/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-948/2021
10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver