Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-95/2020 12.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Abiddin Qabil oğlu Hüseynov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh3, İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh4 vəkili X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2957/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı çıxarışın ləğv edilməsi və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və Cəmiyyətin Nizamnaməsi əsasında həyata keçirərək xx xxxxxxxx 2015-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin X6 Dövlət Qeydiyyatı idarəsi tərəfindən qeydiyyata alınmışdır. xx xxxxxx 2017-ci il tarixdə Cəmiyyətin Nizamnaməsinə dəyişiklik edilərək Cəmiyyət iştirakçılarının nizamnamə kapitalındakı payları X10 - 33,34 manat, 33,34 pay, 33,34% pul şəklində; X11 - 33,33 manat, 33,33 pay, 33,33% pul şəklində; X8 - 33,33 manat, 33,33 pay, 33,33% pul şəklində müəyyən edilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyəti baçşısının 18 nömrəli xx xxxxxx 2017-ci il tarixli Sərəncamına əsasən Nəsimi rayonunun sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarını rəhbər tutaraq və "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ünvanlanmış xx.xx.2017-ci il tarixli 02/05-72 nömrəli Şəhərsalma əsaslandırılması barədə məktuba əsaslanaraq, Nəsimi rayonu, Azadlıq prospekti, Feyzulla Qasımzadə, Mirəli Qaşqay və Ak. Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsinin 49 illik icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilməsi qərara alınmışdır. Qeyd olunan Sərəncamın 2.2-ci bəndində ərazidə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, eyni zamanda qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaların sökülməsindən sonra yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsi və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılması məsələsi Sifarişçiyə tapşırılmışdır. Daha sonra Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının 319 nömrəli xx xxxxxx 2017-ci il tarixli Sərəncamı ilə "xxxx” MMC-nin xx xxxxxx 2017-ci il tarixli 26 saylı imtina məktubuna əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Piraliahı, Xə^ər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə xx xxxxxx 2016-cı il tarixli 86 saylı Qərarının icrası ilə bağlı verilmiş Nəsimi RİH Başçısının 18 saylı xx.xx.2017-ci il tarixli və 100 saylı, xx.xx.2017-ci il tarixli sərəncamları ilə görülən sənədləşdirmə işləri İddiaçı MMC-nin adına aparılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi 30 ünvanında yerləşən 0,0391 ha torpaq sahəsi, ümumi sahəsi 370,81 kv.m olan fərdi yaşayış evi cavabdehlər Cavabdeh4 Rahim oğlu, Cavabdeh2 və Cavabdeh3 mülkiyyətindədir. Yuxarıda qeyd olunan 0,0391 ha torpaq sahəsi Çıxarışa əsasən cavabdehlərin istifadəsində Dövlət mülkiyyətində olan torpaq sahəsi kimi qeyd edilmişdir. Cavabdehlər söküntü işlərinin başlamasından sonra, qanunsuz olaraq əsassız varlanmaq niyyəti ilə qeyd olunan torpaq sahəsini heç bir hüquqi əsas olmadan özəlləşdirmiş və hazırda 0,04569 ha torpaq sahəsi ölçüsündə Cəmiyyətdən kompensasiya tələb edirlər. xx xxxxxx 2009-cu il tarixli MA seriyalı ******* nömrəli Çıxarışa nəzər yetirilsə, görünər ki, qeyd olunan torpaq sahəsi cavabdehlərin istifadəsində olmuş və mülkiyyət növü Dövlətə məxsusdur. Bakı şəhəri Nəsimi rayon İcra hakimiyyəti başçısının 18 nömrəli xx xxxxxx 2017- ci il tarixli Sərəncamına əsasən Nəsimi rayonu, Azadlıq prospekti, Feyzulla Qasımzadə, Mirəli Qaşqay və Ak. Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri- yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi 49 illik icarə əsasında Cəmiyyətin istifadəsinə verilmişdir. Cavabdehlərin xx xxxx 2018-ci il tarixində torpaq sahəsinin özəlləşdirilməsi tam qanunsuz və əsassız olmaqla əsassız varlanmaq niyyəti daşıyır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinin tələbləri pozulmuş və cavabdehlərin torpaq üzərinə olan hüquqlarına xx xxxxxx 2017-ci il tarixində xitam verilmişdir. Qeyd olunan Sərəncamda çoxmərtəbəli yaşayış binalarının və qeyri- yaşayış obyektlərinin tikintisinin, layihələndirilməsi üçün torpaq sahəsi 49 illik icarə əsasında Cəmiyyətə verilməsinə baxmayaraq, xx xxxx 2018-ci il tarixində torpaq sahəsi qanunsuz olaraq özəlləşdirilmişdir. Hazırda tikinti işləri Sərəncama uyğun olaraq cavabdehlərin hərəkətləri nəticəsində aparılmır və binalardan köçürülən digər sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə maliyyə vəsaitinin ödənilməsi nəticəsində Cəmiyyətə cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində gündəlik zərər dəyir. Hazırda digər 32 sakinlə Cəmiyyət arasında müqavilə imzalanmış və aylıq olaraq 500 manat kirayə haqqı ödənilir. Cavabdehlərin hərəkətləri nəticəsində isə 3 aydan artıq müddətdir ki, tikinti işləri aparılmır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi, "İddiaçı“ Məhdud Məsuliyyətli Cəmiyyətinə dəymiş 48 000 (qırx səkkiz min) manat zərərin, habelə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 İddiaçı MMC-yə qarşı sərəncamlarda düzəlişin edilməsi, yanaşı olan sökülmüş hasarların bərpa edilməsi və s. tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 1929-cu ildə tikilmiş, 1978-ci il tarixli texniki pasporta, alqı-satqı müqaviləsinə, 1989-cu il, 30/4245 nömrəli Qeydiyyat vəsiqəsi, 2009-cu il, ******* saylı Çıxarış ilə və hazırda mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, X15 küçəsi, ev 30, mənzil 2-də yerləşən ümumi paylı xüsusi mülkiyyətdə olan 314,63 kv.m fərdi yaşayış evi % hissəsi (78.6575 m2) 0,04569 ha torpaq sahəsinin xüsusi mənzilinin altına düşən 1/4 hissə (78,6575 m2) 1989-cu ildən daimi istifadəsində, ümumi paylı mülkiyyətdə olan torpağın 7/32 hissənin (142.27 m2) 1/5 hissəsi 28,46 m2) ******* nömrəli Çıxarışla və xx.xx.2018-ci il tarixli texniki pasporta əsasən xüsusi nülkiyyətindədir. Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 nömrəli, xx xxxxxx 2016-cı il tarixli Qərarı qəbul edilmişdir. Həmin Qərarın 1.2-ci bəndinə əsasən Nəsimi RİH-nə mənzil fondunun yenilənməsi, sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə tikinti şirkətləri tərəfindən öz vəsaitləri və ya cəlb ediləcək kredit vəsaitləri hesabına inşa olunacaq çoxmənzilli yaşayış binaları üçün qəzalı vəziyyətdə olan söküləcək tikililərin ərazilərindən istifadə edilməsinə, hüquqi və fiziki şəxslərin mülkiyyətində və ya istifadəsində olan torpaq sahələrinin mülki qanunvericiliyə uyğun olaraq onların razılığı ilə dəyəri ödənilməklə əldə edilməsinə və ya həmin torpaq sahələrinin əvəzləşdirilməsinə şəraitin yaradılması tapşırılmışdır. Həmin Qərarın 1.3-cü bəndinə əsasən qanunvericiliyin tələblərinə uyğun olaraq qəzalı vəziyyətdə olan binaları sökərək, onların yerində yeni yaşayış binası tikməyi öhdəsinə götürən tikinti şirkətlərinə yeni yaşayış binası tikilənədək bu binalardan köçürülən sakinlərin müvəqqəti olaraq kirayə edilmiş mənzillərdə yerləşdirilməsi üçün lazımi maliyyə vəsaitinin ödənilməsini və həmin sakinlərə sökülmüş tikililərin yerində yeni tikiləcək yaşayış binasında müvafiq mənzillərin ayrılmasını qanunla müəyyən edilmiş müvafiq tikinti şirkətlərinə, "İddiaçı" MMC-yə tapşırılmışdır. Hal-hazırda cavabdeh "İddiaçı" MMC şirkətinin iddiasına görə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 nömrəli, xx xxxxxx 2016-cı il tarixli Qərarına əsasən cavabdehlərin ümumi paylı mülkiyyətində olan ərazi, o cümlədən Azadlıq prospekti, Feyzulla Qasımzadə, Mirəli Qaşqay və Ak. Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsindəki ərazilər Nəsimi RİH-nin 319 nömrəli, xx xxxxxx 2017-ci il tarixli Sərəncamı ilə 49 il müddətinə müvəqqəti olaraq çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi və əvvəlki “xxxx” MMC- nin adına verilmiş 18 saylı, xx.xx.2017-ci il tarixli və 100 saylı, xx.xx.2017-ci il tarixli Sərəncamları ilə aparılmış sənədləşdirmələrin cavabdehin adına aparılması tapşırılmışdır. Cavabdeh2 həmin Sərəncamları qəbul etmir. Belə ki, Cavabdeh2 mülkiyyət hüquqları pozularaq iddiaçı olan tikinti şirkəti ilə danışıq aparmaq və razılaşmaq üçün heç bir şərait yaradılmamışdır. Həmin Sərəncamlarda tikinti norma və qaydalar pozularaq konkret olaraq nə qədər torpaq sahəsinin layihələndirilməsi üçün ölçünün ayrılması göstərməmiş, icarə müqaviləsi bağlanılmamış, ayrılmış torpaq sahəsinin ölçüsünü təsdiq edən ayrıca akt, plan tərtib edilməmiş, torpaq sahəsinin ayrılması barədə tərəflər arasında öhdəliklər barədə müqavilə bağlanmamış, birgə söküntü barədə Akt tərtib edilməmiş və ən nəhayət iddiaçı tərəfdən torpaq sahəsinin icarə, istifadə hüququnu təsdiq edən qeydiyyat, kadastr və çıxarış alınmamışdır. Bu faktlar, həmin sənədlərin olmamasının təsdiqini taparaq sübut üçün iddiaçı tərəfdən məhkəməyə sənədlərin əsli təqdim edilmədiyindən iddiaçının hazırkı iddia ilə tələb irəli sürməyə subyektiv hüququnun olmamasını təsdiq edir. “İddiaçı" MMC şirkəti cavabdehlərin ümumi paylı xüsusi mülkiyyətində olan bəzi payçılarla danışıqlar apararaq Cavabdeh2 ilə razılaşmamaqla, ona digər payçılar tərəfindən yazılı bildiriş verilməyərək, 45 gün müddət gözlənilmədən iddiaçı ilə ümumi paylı mülkiyyətdə payların alqı-satqı olunması barədə razılaşmaya gəlməyərək qanunsuz olaraq özbaşına söküntü işlərinə başlanılmış və Cavabdeh2 mülkiyyət və istifadə hüquqlarını pozaraq onunla razılığa gəlməmişdir. Göstərilənlərə əsasən İddiaçı MMC-nin Cavabdeh2 qarşı “çıxarışların ləğv edilməsi və zərərin ödənilməsinə dair” iddia tələbi təmin edilməyərək, “İddiaçı" MMC-nin adına Nəsimi rayon İH-ti tərəfindən çıxarılmış 319 nömrəli, xx xxxxxx 2017-ci il tarixli Sərəncamla 49 il müddətinə müvəqqəti olaraq çoxmərtəbəli yaşayış binaların və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi və əvvəlki “xxxx” MMC-nin adına verilmiş 18 saylı, xx.xx.2017ci il tarixli və 100 saylı, xx.xx.2017-ci il tarixli Sərəncamları ilə aparılmış sənədləşdirmələrin cavabdehin adına aparılmasına dair Sərəncamlarda cavabdehin xüsusi mülkiyyətində olan 107,1175 kv.m ərazi çıxılmaqla ayrılmış torpaq sahələrinin ölçülərinin qeyd edilməsi üçün düzəlişin aparılması barədə Nəsimi rayon İH-nə tapşırığın verilməsi, sökülmüş hasarların bərpa edilməsi, ******* nömrəli Çıxarış və xx.xx.2018-ci il tarixli texniki pasporta əsäsən Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, X15 küçəsi, ev 30, mənzil 2-də yerləşən 107,1175 kv.m-lik torpaq sahəsinin dəyəri bazar qiymətinə uyğun olaraq ödənilməyənə, o cümlədən 20 faiz əlavə edilməklə 94,39 kv.m- lik təmirli mənzil sahəsi verilməyənə və aylıq kirayə üçün maliyyə vəsaitinin ayrılmayana qədər tikinti və söküntü işlərinin aparılmasının "İddiaçı" MMC tərəfindən qadağan edilməsi, tikintiyə icazə və xüsusi nişan alınmayana qədər ərazidə söküntü və tikinti işlərinin dayandırılması barədə qərarın FHN tərəfindən qəbul edilməsinin tapşırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı "İddiaçı" MMC-nin iddiasının rədd edilməsi və Cavabdeh2 mülkiyyətində olan ******* nömrəli Çıxarış və xx.xx.2018-ci il tarixli texniki pasporta əsasən ünvan 4, mənzil 2-də yerləşən 107,1175 m2-lik torpaq sahəsinin digər sahə ilə əvəzləşdirilməsi və ya torpaq sahəsinin dəyəri bazar qiymətinə uyğun olaraq məhkəmə tərəfindən qiymətləndirilərək həmin torpaq sahəsinin qiymətləndirilmə əsasında məcburi satın alınmaqla dəyərinin "İddiaçı" MMC tərəfindən ödənilməsi barədə qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonradan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “İddiaçı" MMC-nin iddiasının rədd edilməsi, Cavabdeh2 mülkiyyətində olan, ******* nömrəli Çıxarış və xx.xx.2018-ci il tarixli texniki pasporta əsasən ünvan 4-da yerləşən 175 m2-lik torpaq sahəsinin həmin əraziyə yaxın digər torpaq sahəsi ilə əvəzləşdirilməsi vəzifəsinin “İddiaçı" MMC-nin üzərinə qoyulmasına dair qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı MMC-nin iddiasının rədd edilməsi, Cavabdeh2 mülkiyyətində olan, ******* nömrəli çıxarış və xx.xx.2018-ci il tarixli texniki pasporta əsasən ünvan 4-da yerləşən 107.1175 kv.m-lik torpaq sahəsinin həmin əraziyə yaxın digər torpaq sahəsi ilə əvəzləşdirilməsi mümkün olmadıqda həmin sahə üzərinə 20% gəlməklə mənzil sahəsi ilə əvəzləşdirilməsi vəzifəsinin "İddiaçı" MMC-nin üzərinə qoyulmasına dair qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 İddiaçı MMC-yə qarşı torpaq sahəsinin əvəzləşdirilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqlarının Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı ******* saylı Çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0,0391 ha torpaq sahəsi, ümumi sahəsi 370,81 kv.m olan fərdi yaşayış evi Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 mülkiyyətindədir. Həmin Çıxarışda torpaq sahəsi dövlətin mülkiyyəti, cavabdehlərin istifadəsində olan kimi göstərilmişdir. Lakin sonradan cavabdehlər yenidən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə dair Pasporfa əsasən Çıxarışa düzəliş edilərək, həmin Pasportda qeyd olunan torpaq sahəsinə əsasən faktiki olaraq mülkiyyətlərində olan 0.04569 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi müraciəti təmin edərək, RX seriyalı, ******* saylı Çıxarış verməklə, 0.04569 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata almışdır. Faktiki olaraq ünvan 4-da yerləşən 73,33 kv.m.lik torpaq sahəsi Cavabdeh3 mülkiyyətindədir. Göstərilənlərə əsasən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "İddiaçı" MMC-nin iddia tələbinin rədd edilməsi və Cavabdeh3 mülkiyyətində olan, ******* nömrəli Çıxarış və xx.xx.2018-ci il tarixli texniki pasporta əsasən ünvan 4-da yerləşən 73,33 kv.m-lik torpaq sahəsinin həmin əraziyə yaxın digər torpaq sahəsi ilə əvəzləşdirilməsi vəzifəsinin "İddiaçı" MMC-nin üzərinə qoyulmasına dair qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 məhkəməyə qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "İddiaçı" MMC-nin iddia tələbinin rədd edilməsi və Cavabdeh3 mülkiyyətində olan, ******* nömrəli Çıxapş və xx.xx.2018-ci il tarixli texniki pasporta əsasən ünvan 4-da yerləşən 91,38 kv.m-lik torpaq sahəsinin əvəzinə təmirli mənzil ilə (110 kv.mdən az olmayaraq) əvəzləşdirilməsi vəzifəsinin "İddiaçı" MMC-nin üzərinə qoyulmasına dair qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh4 İddiaçı MMC-yə qarşı torpaq sahəsinin dəyərinin ödənilməsi və s. tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, F.Qasımzadə küçəsi, 30 saylı ünvanda yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinə mülkiyyət hüququna dair Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx xxxx 2018-ci il tarixdə verilmiş RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edilməsi və tikinti işlərinin yubadılması ilə əlaqədar onda və digər cavabdehlər- Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 48000 manat pulun alınaraq, Cəmiyyətə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bununla yanaşı, iddiaçı şirkət Cavabdeh4 və digər payçıların uzun illər istifadəsində olan torpaq sahəsinə verilmiş mülkiyyət hüququna dair xx xxxx 2018-ci il tarixli Çıxarışın ləğvini tələb edərək iddia ərizəsində göstərir ki, mübahisəli torpaq sahəsi əvvəllər Dövlət mülkiyyətində olan torpaq sahəsi kimi qeyd edilməsinə baxmayaraq, cavabdehlər, o cümlədən Cavabdeh4 həmin ərazidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2016-cı il tarixli 86 nömrəli «Bakı şəhərinin Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbail, Pirallahı, Xəzər rayonlarının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə» Qərarına əsasən Bakı şəhəri Nəsimi rayon icra hakimiyyəti başçısının xx xxxxxx 2017-ci il tarixli Sərəncamına əsasən müvafiq olaraq ərazidə söküntü işlərinin başlanılmasından sonra, qanunsuz olaraq əsassız varlanmaq niyyəti ilə, heç bir hüquqi əsas olmadan ümumilikdə 0,04569 ha torpaq sahəsini özəlləşdirməklə, iddiaçıdan kompensasiya tələb edirlər, ilkin iddianın heç bir əsası yoxdur. Belə ki, mübahisələndirilən torpaq sahəsindəki fərdi yaşayış evləri 1929-cu ildə tikilmişdir və 1978-ci ildə tərtib edilmiş texniki pasporta və alqı-satqı müqaviləsinə əsasən 2009-cu ildə verilmiş ******* saylı Çıxarışla Cavabdeh4 mülkiyyətində hesab edilir. Mübahisələndirilən torpaq sahəsi də digər cavabdehlərlə birlikdə faktiki olaraq uzun illərdir ki, onların istifadəsində olmuşdur. Düzdür, mübahisəli torpaq sahəsi barədə mülkiyyət hüququna dair Çıxarış cavabdehlər tərəfindən xx xxxx 2018-ci il tarixdə alınmışdır. Bunda da məqsəd ərazidə söküntü işləri aparan iddiaçı tərəfindən cavabdehlərin hüquqlarının pozulmasının qarşısını almaq olmuşdur. Paylı mülkiyyətdə olan 0,04569 ha torpaq sahəsinin Cavabdeh4 çatacaq 1/8 hissəsi ya qanunvericiliyə müvafiq olaraq qiymətləndirilməklə dəyəri ödənilməli, yaxud da mənzil sahəsi ilə əvəzləşdirilməlidir. Göstərilənlərə əsasən iddiaçı «Avrasiya Constructionı LTD» Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh4 qarşı “mülkiyyətində olan torpaq sahəsinə verilmiş Çıxarışın ləğv edilməsi” tələbinə dair ilk iddianın təmin edilməməsi, həmin torpaq sahəsinin qanunvericiliyə uyğun olaraq qiymətləndirilməklə dəyərinin ödənilməsi, ya da əvəzləşdirilməsi barədə qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı iddiasının təmin edilməməsi, paylı mülkiyyətdə olan 0,04569 ha torpaq sahəsinin Cavabdeh4 çatacaq 1/8 hissəsinin qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən əvəzləşdirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2957/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi ilkin iddia tələbi təmin edilməmiş, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3, qarşılıqlı iddia tələbləri qismən təmin edilmiş, Cavabdeh2 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0,04569 ha torpaq sahəsinin ¼ hissəsinin mənzil sahəsi ilə əvəzləşdirilməsi vəzifəsinin İddiaçı MMC-nin üzərinə qoyulması, Cavabdeh3 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0,04569 ha torpaq sahəsinin 1/8 hissəsinin mənzil sahəsi ilə əvəzləşdirilməsi vəzifəsinin "İddiaçı" MMC-nin üzərinə qoyulması, Cavabdeh4 qarşılıqlı iddia tələbləri təmin edilməsi, Cavabdeh4 mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən 0,04569 ha torpaq sahəsinin 1/8 hissəsinin mənzil sahəsi ilə əvəzləşdirilməsi vəzifəsi qarşılıqlı iddia üzrə cavabdeh"İddiaçı" MMC-nin üzərinə qoyulması qət edilmişdir. Qətnamədən İddiaçı MMC apellyasiya şikayəti verərək onun ləğv edilməsi və ilkin iddianın təmin, qarşılıqlı iddia tələlərinin isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti ilkin iddia ərizəsinin yuxarıdakı məzmununa uyğun əsaslandırmışdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh4 vəkili X9 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddialar üzrə cavabdeh) İddiaçı MMC-nin nümayəndəsi və iş üzrə ilkin iddia üzrə cavabdehlər (qarşılıqlı iddia üzrə iddiaçılar) Cavabdeh3, Cavabdeh4 və ilkin iddia üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin nümayəndəsi məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən qeyd olunan tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız “ilkin iddia tələbinin zərərin əvəzinin ödənilməsinin təmin edilməməsi və qarşılıqlı iddia tələblərinin təmin edilməsi” hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-95/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduğundan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2957/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi “ilkin iddia tələbinin çıxarışın ləğv edilməsinin təmin edilməməsi” hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmçinin qarşılqlı iddia tələbinin təmin edilməsi hissəsində də qarşılıqlı iddiaçı qətnaməni mübahisələndirmir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2957/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi zərərin əvəzinin ödənilməsi hissəsində və qarşılıqlı iddia tələblərinin mübahisələndirilən hissələrində, yəni torpaq sahəsinin əvəzləşdirilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi, ev 30-un 1/4 hissəsi, Cavabdeh2 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 417 saylı reyestr kitabının 39129 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş RX seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi, ev 30-un 1/8 hissəsi Cavabdeh3 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 417 saylı reyestr kitabının 39129 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı, ******* №-li Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, X7 küçəsi, ev 30-un 1/8 hissəsi Cavabdeh4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə 125 saylı reyestr kitabının 11390 nömrəli vərəqində, ********** nömrə ilə qeydiyyat aparılmışdır. İş üzrə Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2017-ci il tarixli, 18 saylı sərəncamına əsasən Nəsimi rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 №-li qərarını rəhbər tutaraq və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən RİH-ə ünvanlanmış xx.xx.2017-ci il tarixli 02/05- 72 №-li Şəhərsalma əsaslandırılması barədə məktuba əsaslanaraq, “xxxx” MMC-yə Nəsimi rayonu, Azadlıq prospekti, Feyzulla Qasımzadə, Mirəli Qaşqay və Ak. Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının və qeyri-yaşayış binaların və qurğuların sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi icarə əsasında həmin Cəmiyyətin istifadəsinə verilmişdir. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2017-ci il tarixli, 319nömrəli Nəsimi RİH Başçısının “xxxx” MMC-yə dair 18 saylı, xx.xx.2017-ci il tarixli və 100 saylı, xx.xx.2017-ci il tarixli sərəncamları ilə aparılan sənədləşdirmə işlərinin İddiaçı MMC-nin adına keçirilməsi barədə” Sərəncamına əsasən, Nəsimi rayonunun sosialiqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 25 fevral tarixli 86 nömrəli Qərarını rəhbər tutaraq və "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən ünvanlanmış xx.xx.2017-ci il tarixli 02/05-72 nömrəli Şəhərsalma əsaslandırılması barədə məktuba əsaslanaraq, Nəsimi rayonu, Azadlıq prospekti, Feyzulla Qasımzadə, Mirəli Qaşqay və Ak. Mirəsədulla Mirqasımov küçələrinin kəsişməsindəki məhəllədə yerləşən mövcud yaşayış binalarının sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış obyektlərinin tikintisinin layihələndirilməsi üçün torpaq sahəsi 49 illik icarə əsasında İddiaçı MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş və apellyasiya icraatı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2895/2019 saylı, xx xxxxxx 2019-cu il tarixili qərarından görünür ki, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, üçüncü şəxslər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı çıxarışların ləğv edilməsi tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 326/2019 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan İddiaçı MMC-nin apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2- 1(103)-1288/2019 saylı qərarı ilə İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar çıxarmaqla iddia tələbi təmin edilərək, ünvan 5 ünvanında yerləşən 0.04569 ha torpaq sahəsinə dair Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 adlarına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət reyestrində aparılmış qeydiyyatların və ünvan 5 ünvanında yerləşən 0.04569 ha torpaq sahəsinin 1/4 hissəsinə dair Cavabdeh2Pənah qızının adına verilmiş xx.xx.2018-ci il tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli, torpaq sahəsinin 1/8 hissəsinə dair Cavabdeh4 adına verilmiş xx.xx.2018-ci il tarixli, RX ******* seriylı, ********** qeydiyyat nömrəli, torpaq sahəsinin 1/8 hissəsinə dair Cavabdeh3 adına verilmiş xx.xx.2018-ci il tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışları ləğv edilmişdir. Həmin qərardadan üçüncü şəxs Cavabdeh3 və vəkili X12, həmçinin üçüncü şəxslər Cavabdeh2 və vəkili Aşirov Kənan Şərif oğlu kassasiya şikayəti vermiş və kassasiya şikayətləri təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxx 2019cu il tarixli, 2-1(103)-1288/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Hazırki mübahisə ilə əlaqədar məhkəmə kollegiyası ilkin iddia tələbinin zərərin əvəzinin ödənilməsi hissəsində nəzərdən keçirərək, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlkin iddia üzrəiddiaçıilkin iddia üzrə cavabdehlərdən maddi zərərin əvəzinin ödənilməsini tələb etməsinə baxmayaraq, tələbininəsaslıolmasınıtəsdiqedənvəilkin iddia üzrə cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində həqiqətən də onamaddizərərinvurulmasınıtəsdiqedənmötəbərsübutlarıməhkəməyətəqdimetməmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. «X1rşı» iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdirki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonneganti incumbitprobation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələbilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı xx xxxx 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Belə olan halda «zərərin ödənilməsi tələbi»nə dair ilkin iddia tələbinə qiymət verərək məhkəmə hesab edir ki, ilkin iddia tələbi əsassız olduğuna görə təmin edilməməlidir. Məhkəmə kollegiyası həmçinin, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən qarşılıqlı iddia tələbləri mübahisələndirilən hissələrdə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının Ümumi Bəyannaməsinin» 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin birinci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1-ci maddəsinin tələblərinə əsasən mülki hüquq subyektlərinin iradə sərbəstliyi mülki qanunvericiliyin prinsipini təşkil edir. Həmin Məcəlləsinin 6.2-ci maddəsinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəlləsinin 139.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəlləsinin 139.3-cü maddəsinə görə daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəlləsinin 146.2-ci maddəsinin tələblərinəəsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Həmin Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə görə torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəlləsinin 67.3-cü maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin Məcəlləsinin 67.4-cü maddəsinə əsasən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmçinin, tərəflər arasında bağlanmış (İddiaçı MMC ilə Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 arasında ayrı-ayrılıqda) müqavilələrin 1.3-cü bəndindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Çıxarışlarda qeyd olunan torpaq sahəsinə dair İddiaçı MMC tərəfindən qaldırılan iddia üzrə məhkəmə mübahisəsi bitdikdən, torpağın gələcək statusu müəyyən edildikdən sonra, yəni, həmin torpağamülkiyyət hüququ məhkəmənin çıxardığı qətnamə ilə təsdiq edilərsə, “birinci tərəf” torpaqla bağlı ona məxsus hissənin qarşılığı İddiaçı MMC tərəfindən torpaq sahəsinə uyğun şəkildə əvəzləşdiriləcək. İş materialları ilə müəyyən edilir ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, iddiaçı "İddiaçı" MMC-nin iddiasının rədd edilməsi, Cavabdeh2 mülkiyyətində olan, ******* nömrəli Çıxarış və xx.xx.2018-ci il tarixli texniki pasporta əsasən ünvan 4-da yerləşən 107.1175 kv.m-lik torpaq sahəsinin həmin əraziyə yaxın digər torpaq sahəsi ilə əvəzləşdirilməsi mümkün olmadıqda həmin sahə üzərinə 20% gəlməklə mənzil sahəsi iləəvəzləşdirilməsi vəzifəsinin "İddiaçı" MMC-nin üzərinə qoyulması, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh3 qarşılıqlı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edilərək, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) "İddiaçı" MMC-nin iddia tələbinin rədd edilməsi və Cavabdeh3 mülkiyyətində olan, ******* nömrəli Çıxarış və xx.xx.2018-ci il tarixli texniki pasporta əsasən ünvan 4-da yerləşən 91,38 kv.m-lik torpaq sahəsinin əvəzinə təmirli mənzil ilə (110 kv.m-dən az olmayaraq) əvəzləşdirilməsi vəzifəsinin "İddiaçı" MMC-nin üzərinə qoyulmasına dair qarşılıqlı iddianın təmin edilməsini, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh4 qarşılıqlı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, İddiaçı iddiasının təmin edilməməsi, paylı mülkiyyətdə olan 0,04569 ha torpaq sahəsinin Cavabdeh4 çatacaq 1/8 hissəsinin qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən əvəzləşdirilməsi barədə qətnamə qəbul edilməsi xahiş etmişlər. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 qarşılıqlı iddia tələbləri qismən, Cavabdeh4 qarşılıqlı iddia tələblərinin isə tam təmin edilməsini xahiş etmişlər. Hazırda isə ünvan 5 ünvanında yerləşən 0.04569 ha torpaq sahəsinə dair Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 adlarına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən dövlət reyestrində aparılmış qeydiyyatların və ünvan 5 ünvanında yerləşən 0.04569 ha torpaq sahəsinin 1/4 hissəsinə dair Cavabdeh2Pənah qızının adına verilmiş xx.xx.2018-ci il tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli, torpaq sahəsinin 1/8 hissəsinə dair Cavabdeh4 adına verilmiş xx.xx.2018-ci il tarixli, RX ******* seriylı, ********** qeydiyyat nömrəli, torpaq sahəsinin 1/8 hissəsinə dair Cavabdeh3 adına verilmiş xx.xx.2018-ci il tarixli, RX ******* seriyalı, ********** qeydiyyat nömrəli çıxarışları ləğv edilmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin göstərilən müddəalarını nəzərə alaraq qeyd edir ki, hazırki halda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarışın ləğv edildiyindən qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2 və Cavabdeh3 və Cavabdeh4 hazırki iş üzrə iddiaçı kimi ümumiyyətlə mübahisəli yaşayış sahəsi ilə bağlı mülki-hüquq münasibətlərini mübahisələndirməyə subyektiv hüququ aradan qalxmış olur. Belə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın xx xxx 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək kimi qəbul olunan xarici cəhəti isə ən mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq 3 elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni, başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi qarşılıqlı iddia üzrə iddiaçıların subyektivhüquqamalikolmadığı halda hazırki iddia tələblərini irəli sürmələri tələblərininəsassızolduğunadəlalətedir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, qarşılıqlı iddia tələbləri təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə iddiaçılar tərəfindən ərizələrnin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2957/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, ilkin iddia tələbi zərərin əvəzinin ödənilməsi hissəsində və qarşılıqlı iddia tələblərinin mübahisələndirilən hissələrində, yəni torpaq sahəsinin əvəzləşdirilməsi hissəsində təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2957/2018 saylı xx xxxx 2018-ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İlkin iddia tələbi zərərin əvəzinin ödənilməsi hissəsində və qarşılıqlı iddia tələblərinin mübahisələndirilən hissələrdə, yəni torpaq sahəsinin əvəzləşdirilməsi hissəsində təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu tərəflərin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Azad İmanov Hakimlər Abiddin Hüseynov Vahid Sadıqov
Məhkəmə qərarları › İş №2(103)-95/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-95/2020
12.02.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver