Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9509/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1588/2021 nömrəli işi üzrə 31 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "AccessBank” QSC ilə Cavabdeh1 arasında bağlanmış 13.12.2017-ci il tarixli 030L**********62 saylı uzunmüddətli kredit müqaviləsinin və 28.11.2019-cu il tarixli 030R********** saylı kredit razılaşmasının ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 030R********** saylı kredit razılaşması üzrə 22663.19 manat məbləğində kredit borcu, 3031.4 manat məbləğində faiz borcu və 6051.55 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 31746 manat 14 qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, "AccessBank” ASC ilə Muradov Mehman Saleh oğlu arasında bağlanmış 13.12.2017-ci il tarixli kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən Cavabdeh1 120 ay müddətinə 100 000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. -"AccessBank” ASC ilə Cavabdeh1 arasında bağlanmış 28.11.2019-cu il tarixli kredit razılaşmasına görə, bank tərəfindən Cavabdeh1 1.6667 faiz dərəcəsi ilə 24 ay müddətinə 30 000 manat məbləğində kredit verilmiş, Cavabdeh1 isə öz növbəsində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. -"AccessBank” ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 13.12.2017-ci il tarixli zaminlik müqavilələrin əsasən zaminlər 13.12.2017-ci il tarixli kredit müqaviləsi və həmin müqavilə üzrə kredit razılaşmasından irəli gələn öhdəliklərin yerinə yetirilməsi üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşlər (iş.səh.5,6, 10) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1588/2021 nömrəli 31 may 2021 -ci il tarixli qətnaməsi ilə, iddia tələbinin qismən təmin edilməsi, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 13.12.2017-ci il tarixli 030L**********62 saylı uzunmüddətli kredit müqaviləsi və 28.11.2019-cu il tarixli 030R********** saylı kredit razılaşmasının ləğv edilməsi, Cavabdeh1, Cavabdeh1 və Cavabdeh3 030R********** saylı kredıt müqavıləsi üzrə "xxxx" QSC-nin xeyrinə müştərək qaydada 22663,19 manat əsas borc, 3031,4 manat faız borcu, 100 manat cərımə borcu olmaqla, cəmi 25794,59 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat vəsaitin əvəzi tutulması və iddianın tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 421.2, 442, 448.1, 467, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 741-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. borcalan Cavabdeh1 İddiaçı ASC ilə bağladığı 13.12.2017-ci il tarixli kredit müqaviləsi və həmin müqavilə üzrə 28.11.2019-cu il tarixli kredit razılaşması ilə üzərinə götürdüyü öhdəliyə əməl edib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan başqa, Cavabdeh1 tərəflər arasında olan müqaviləni və ona dair razılaşmanı əhəmiyyətli dərəcədə pozmuş, bununla da, Mülki Məcəllənin 421.2-ci maddəsinə uyğun olaraq iddiaçının tələbi ilə həmin müqavilənin və ona dair razılaşmanın ləğv edilməsi əsasları yaranmışdır. cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Mülki Məcəllənin 470.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada Cavabdeh1 İddiaçı ASC qarşısında öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti, habelə Mülki Məcəllənin 472.1 və 472.2-ci maddələrinə əsasən borclu Cavabdeh1 zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor qarşısında borclu ilə birgə məsuliyyət daşımağı, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımağı üzərlərinə götürmüşdür. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə bank qarşısında öhdəlik götürdüyündən və cavabdeh müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, yaranmış əsas borc məbləğini, ona hesablanmış faizləri, cəriməni və digər xərcləri ödəməlidir.Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, iddiaçının tələb etdiyi cərimə (dəbbə pulu) əsas borca münasibətdə tənasübsüz surətdə yüksəkdir və həmin məbləğ azaldılmalıdıriddia tələbi qismən təmin edilməlidir. Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 2(007)-1588/2021 saylı mülki iş üzrə qəbul etdiyi 31 may 2021-ci il tarixli qətnaməsinin ləğv edib iddianın rədd olunmasına dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki Prossual Məcəllənin 78.2, 88, 384.0.2, 386ci maddələrinə istinadən qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin faktiki hallarına əhəmiyyət verməmiş, iş üzrə həqiqətin müəyyən olunması üçün kifayət qədər araşdırma aparmamış, müvafiq ekspertiza təyin etməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Nəticədə ədalətsiz və əsassız qətnamə qəbul etmişdir.Həqiqətən qeyd olunan müqavilələri bağlamış və kredit götürmüşdür. 10 ildir ticarətlə məşğul olduğuna görə tez-tez banklardan kredit götürmüş və vaxtı-vaxtında qaytarmışdır. Bankların, eləcədə İddiaçı ASC-nin ona qarşı hər-hansı narazılığı və ya tələbi olmamışdır. Krediti alandan sonra pandemiya ilə bağlı karantin elan olunmuş, bütün ticarət obyektləri bağlanmış və fəaliyyəti tam dayanmışdır. Bu səbəbdən fəaliyyət göstərə bilməmiş, kredit götürdüyü pula aldığı mal və vasitələr satılmamış qalmış və krediti ödəməkdə böyük çətinliklər meydana çıxmışdır. Kreditlə bağlı ümumiyyətlə respublikada və dünyada iqtisadi çətinliklər olmuş və ticarətə, xüsusən onun kimi xırda ticarət sahiblərinə ağır ziyan vurulmuşdur. Bu səbəbdən bankdan götürdüyü kreditləriqaytara bilməmiş və bu təqsirin üzündən baş verməmişdir. Ailəli olduğundan, himayəsində 3 azyaşlı övladı vardır. Qeyd etdiyi məsələləri bankda və məhkəmədə bildirib krediti ödəyə bilməməyinin səbəbini ətraflı izah etmişdir. Lakin, sözlərinə əhəmiyyət verən olmamışdır. Məhkəmədə vəsatət verib faizlərin çox şişirdildiyini və iş üzrə müvafiq ekspertizanın keçirilməsini xahiş etmişdir. Lakin, məhkəmə ekspertiza təyin etməmiş və əlavə hesablanmış faizləri silməmişdir. Buna görə də iş üzrə ekspertiza təyin olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, pandemiya ilə bağlı gecikmə baş verdiyini, faiz məbləğinin yüksək olduğunu, ödəmək imkanın olmadığını bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 güzəşt edilməsini xahiş etdiyini bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı ASC-nin və Cavabdeh3 iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin Mülki Məcəllənin 324, 385.1, 425.1, 439-449, 467, 560, 739, 741, 743, 744; Mülki Prosesual Məcəllənin 14.2, 58, 76.1, 77.1, 80- 82, 106.2, 119, 217.4, 372, 385, 386, 388 və 390-cı maddələrinə, kredit və zaminlik müqaviləsi (öhdəlikləri) üzrə mülki hüquq münasibətlərə dair qeyd edilməlidir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri, qanunla müəyyən olunmuş qaydada əldə edilən, habelə işdə tərəflərin öz tələb və etirazlarını müəyyən edən (sübuta yetirən) faktlarla və hallarla əlaqədar (məhkəmə iclasında tədqiq olunmuş) sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. Ona görə, mübahisə edilən hissədə iş hallarına uyğun gəlməyən, mücərrəd və ziddiyyətli apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan və sübuta yetirilmədiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Diqqətə çatdırılmalıdır ki, ekspertiza keçirilməsini israr edən və ilkin əsaslandırıcı səbəbləri müəyyən edilməyən cavabdehin mübahisələndirdiyi dəlillərə dair sübutlar (qəbz və s.) müzakirəyə təqdim edilməmişdir. Ona görə ekspertiza keçirilməsinə əsaslar müəyyən edilmir. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, əsassız apellyasiya şikayətlərinin verilməsi üçün dövlət rüsumuna ödənilmiş məhkəmə xərcləri onları ödəyən şəxslərə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Nizami Rayon Məhkəməsinin 2(007)-1588/2021 nömrəli işi üzrə 31 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9509/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9509/2021
04.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver