Məhkəmə qərarları › İş №2(103)-952/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-952/2025

19.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-952/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil3 iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1629/2024 saylı iş üzrə 15 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “icarə müqaviləsinə xitam verilməsi, ödənilməmiş icarə haqqının ödənilməsi və qeyri-yaşayış sahəsinin boşaldılıb təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC ilə (VÖEN: **********) ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci ildə imzalanmış 3M-337 reyestr №-li icarə müqaviləsinə xitam verilməsi, qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən boşaldılaraq iddiaçıya təhvil verilməsi, ödənilməmiş 180.000 AZN icarə haqqı, icarə haqqının gecikdirilməsi üçün hesablanmış 311.000 AZN cərimə, müqavilədə nəzərdə tutulmuş öhdəlikləri yerinə yetirmədiyi üçün müqavilənin ləğv edildiyi üçün 30.000 AZN cərimə olmaqla ümumilikdə 521.000 AZN-nin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən xx.xx.2019-cu ildə verilmiş **********779-06301 reyestr, ********** qeydiyyat №-li Hüquqların Dövlət qeydiyyatı yanında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətindədir. İddiaçı ilə cavabdeh arasında qeyri-yaşayış sahəsinin icarəyə verilməsi barədə xx.xx.2022-ci il tarixində icarə müqaviləsi imzalanmışdır. Cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin açıq terası konstruksiya ilə qapadılmışdır. Bununla da qeyri-yaşayış sahəsinin konstruksiyasında və vizual görüntüsündə dəyişiklik edərək müqavilə şərtlərini pozmuşdur. Həmçinin qeyri-yaşayış sahəsinin qarşısında qeyriqanuni olaraq yüngül konstruksiyadan özbaşına artırmalar aparılmışdır. Həmin artırmalar müvafiq qurumların göstərişi əsasında sökülmüşdür. Daha sonra cavabdeh tərəfindən yenə də qanunsuz özbaşına artırmalar aparılmış və yenidən sökülmüşdür. Bu barədə sosial şəbəkələrdə çoxlu xəbər və məlumatlar paylaşılmışdır. Cavabdehin qanunsuz əməlləri nəticəsində qeyri-yaşayış sahəsi barəsində cəmiyyətdə mənfi fikir formalaşmışdır. İcarə müqaviləsinin 6.1.3-cü maddəsinə əsasən icarəçinin hərəkəti (hərəkətsizliyi) nəticəsinda icarə obyektinə zərər olduqda və bu zərər icarəçi tərəfindən icarəyə verənin müəyyən etdiyi müddətdə aradan qaldırılmadıqda icarə müqaviləsinə xitam verilə bilər. Bundan əlavə olaraq icarə müqaviləsinin 3.1-ci maddəsinə əsasən aylıq icarə haqqı bütün tətbiq oluna bilən vergilər xaric (əmlak vergisi, torpaq vergisi və s.) eləcə də kommunal xidmət haqqları xaric (su, kanalizasiya, qaz, işıq, internet və s. ödənişləri) 15.000 AZN müəyyən edilmişdir. Cavabdeh tərəfindən 1 illik icarə haqqı yəni ümumilikdə 180.000 AZN icarə haqqı verilməmişdir. İcarə müqaviləsinin 5.3-cü maddəsinə əsasən icarəçi razılaşdırılmış icarə haqqını vaxtında ödəmədikdə gecikdirilmiş hər gün üçün verilməmiş məbləğin 1 faizi miqdarında cərimə ödəyəcəkdir. Cavabdeh tərəfindən 1 ildən çox icarə haqqını ödəmədiyi üçün 311 AZN cərimə borcu vardır. Həmçinin icarə müqaviləsinin 6.4-cü maddəsinə əsasən müqavilənin 6.1.1- 6.1.3-cü bəndindən nəzərdə tutulmuş qaydada xitam verildikdə, icarəçi ödənilməmiş icarə haqqını, vurulmuş zərərdən əlavə olaraq 2 (aylıq) icarə haqqı mislində məbləği cərimə olaraq icarə verilməsinə xitam verildikdən sonra 10 gündən gec olmayaraq, icarəyə verənə ödəməlidir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1629/2024 saylı iş üzrə 15 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 09 fevral 2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 256.60 kv.m olan qeyri-yaşayış sahəsinin cavabdeh "xxxx" MMC tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, cavabdeh "xxxx" MMC-dən 180.000 (bir yüz səksən min) manat məbləğində icarə haqqı, həmçinin 3000 (üç min) manat cərimənin və ödənilmiş dövlət rüsumunun 473 (dörd yüz yetmiş üç) manat hissəsinin tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsini və işin aidiyyəti üzrə baxılması məqsədilə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil3 tərəflər arasında barışıq əldə olunduğunu və barışıq sazişinin təsdiq olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq tərəflər arasında barışıq sazişinin imzalandığını və barışıq sazişinin təsdiq edilərək iş üzrə icraata xitam verilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatı, iş materiallarını araşdıraraq hesab edir ki, tərəflərin barışıq sazişi təsdiq edilməli və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1629/2024 saylı iş üzrə 15 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 28 dekabr 2024-cü il tarixli barşıq sazişindən görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1629/2024 saylı iş üzrə 15 oktyabr 2024-cü il tarixli qətnaməsi üzrə - Bir tərəfdən- İddiaçı adından – etibarnamə üzrə nümayəndə X3, digər tərəfdən -həmin qətnamə üzrə cavabdeh "xxxx" MMC-nin adından – qanuni təmsilçisi X2 şəxsində (bundan sonra birlikdə tərəflər) öz aralarında razılığa gələrək, aşağıda göstərilən şərlətlərlə bu “Barışıq razılaşması haqqında” Sazişi bağladılar:

1. Tərəflər qəbul edirlər ki, icarəyə verən qismində İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu. Nigar Rəfibəyli küçəsində yerləşən, ümumi sahəsi 256,60 kv.m olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi, icarəçi qismində “TAĞİSOY" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəyə götürülməsi bərədə tərəflər arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır.

2. Tərəflər qəbul edirlər ki, tərəflər arasında bağlanmış 09 fevral 2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuş və Bakı şəhəri Səbail rayon məhkəməsinin e-2(009)-1629/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə “Tağısoy" MMC arasında bağlanmış 09 fevral 2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi qət edilmiş və "xxxx" MMC tərəfindən həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir.

3. Tərəflər qəbul edirlər ki, tərəflər arasında pul tələbinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında e-2(006)-5640/2024 saylı iş mövcuddur.

4. Tərəflər qəbul edirlər ki, tərəflər arasında olan məhkəmə mübahisələrini barışıqla yekunlaşdırmaq iş üzrə icraatlara xitam vermək və İddiaçı ilə “Tağısoy" MMC arasında bağlanmış 09 fevral 2022-ci il tarixli icarə müqaviləsinin şərtləri daxilində davam etdirmək, məhkəmə mübahisələrinə bu barışıq sazişi ilə xitam vermək niyyətlərindədirlər.

5. Tərəflər razılaşırlar ki, icarəçi françayyzinq müqaviləsi əsasında HuQQobaz markası adı ilə fəaliyyət göstərdiyini və françayzinq müqaviləsi ilə icarəçinin üzərinə düşən öhdəliklər nəzərə alınmalı və 09 fevral 2022-ci il tarixli icarə müqaviləsi müqavilə müddəti bitənədək qüvvədə saxlanılmalıdır.

6. Tərəflər razılaşırlar ki, Azərbaycan Respublikasının milli valyutası olan manatın məzənnəsinin ABŞ dollarına münasibətdə devalvasiyaya uğraması zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məlumatları nəzərə alınmaqla icarə haqqının məbləği həmin həddə artırılacaqdır. Bu məqsədlə İcarəyə verən İcarəçiyə rəsmi müraciət edir və müraciət edilən gündən üç gün müddətinə icarə haqqının artırılması rəsmi qaydada icarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi və notarial qaydada rəsmiləşdirilməsi yolu ilə tənzimlənir.

7. Tərəflər razılaşırlar ki, bu barışıq sazişi bağlanan tarixə icarəçi icarə haqqının 3 misli məbləğində avans ödəniş edir və bu avans ödəniş müqavilə müddəti bitənədək, icarəyə verəndə qalır. İcarə müqaviləsinin müddəti bitdikə avans ödənişlər sonuncu ayların ödənişi kimi icarəyə verən tərəfindən qəbul edilə və ya icarə müqaviləsi bitdikdə icarəçinin borcu qalmadıqda icarəçiyə geri qaytarılacaqdır.

8. Tərəflər razılaşırlar ki, icarəçi tərəfindən icarə haqqı ödənildikcə, icarəyə verən tərəfindən icarə haqqının ödənilməsi təsdiq edilir. İcarə haqqının ödənilməsi və təsdiqi tərəflərin razılaşmasına əsasən yazılı formada həyata keçirilir.

9. Tərəflər razılaşırlar ki, icarə haqqının alınması üçün icarəyə verən tərəfindən müvafiq şəxs təyin edilə bilər. Bu vaxt icarə haqqının alınması həmin şəxs tərəfindən hər ayın icarə haqqı alınarkən icarəçi tərəfindən təqdim edilmiş ödənişin alınması barədə bildirişə imza etməklə götürür.

10. Tərəflər razılaşırlar ki, icarəyə verən icarə obyektin ətrafında hər hansı bir əsaslı tikinti işləri aparmadan müvafiq xidmətin təşkil edilməsinə etiraz etmir.

11. Tərəflər razılaşırlar ki, qanunvericiliklə müəyyən edilmiş lisenziyaların, icazələrin alınması, müvafiq icra hakimiyyətlərinin tələblərinə əməl edilməsi icarəçinin öhdəliyi olmaqla icarəçinin məsuliyyəti hesab edilir və icarəyə verən hər hansı bir məsuliyyət daşımır və icarəçinin bu fəaliyyətinə, müvafiq icra hakimiyyətləri ilə münasibətlərinə müdaxilə etmir.

12. Tərəflər xx.xx.2025-ci il tarixədək ödənilməyən 13 aylıq icarə haqları 195 000 manat təşkil etdiyini qəbul edərək razılaşırlar ki, bu Saziş imzalanan gün icarə haqqından 100 000 (bir yüz min) manat icarəçi tərəfindən notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə ödənilir. Qalan 95 000 manat vəsaiti isə 25 mart 2025-ci il tarixdə icarəyə verənə ödəyir.

13. Tərəflər razılaşırlar ki, bu sazişin 7-ci bəndində qeyd edilən 3 aylıq avans ödənişi, icarəçinin öncədən icarəyə verənə ödədiyi 10 000 manat vəsait nəzərə alınmaqla 35 000 manat vəsaiti bu Saziş imzalandığı tarixdən 10 gün müddətinə icarəyə verənə ödəyəcəkdir.

14. Barışıq Sazişi imzalandığı andan qüvvəyə minir.

15. Tərəflər razılaşırlar ki, bu Sazişin imzalanması məhkəmə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-7127/2024 saylı və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan e-2(006)-5640/2024 saylı işlərə xitam verilməsi üçün əsasdır.

16. Bu Barışıq Sazişi tərəflərin hər birində bir nüsxə və notariat kontorunda saxlanılması üçün bir nüsxə olmaqla, Bakı Apellyasiya Məhkəməsinə və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə təqdim edilməsi üçün iki nüsxə olmaqla cəmi beş nüsxədə imzalanmışdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 və 52.5-ci maddələrinə görə tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370-ci maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Həmin Məcəllənin 191.2-ci maddəsinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsində isə təsbit edilmişdir ki, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə görə birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.1-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Mübahisə edən tərəflərin iradələrinə uyğun olaraq aralarında bağlanılmış barışıq sazişi təsdiq olunmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işin icraatına xitam verilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 370, 384.0.5, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

İddiaçı ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış Barışıq Sazişi aşağıdakı kimi təsdiq edilsin:

1. Tərəflər qəbul edirlər ki, icarəyə verən qismində İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu. Nigar Rəfibəyli küçəsində yerləşən, ümumi sahəsi 256,60 kv.m olan qeyri-yaşayış sahəsinin icarəyə verilməsi, icarəçi qismində “TAĞİSOY" Məhdud Məsuliyyətli Cəmiyyətinin icarəyə götürülməsi bərədə tərəflər arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi bağlanmışdır.

2. Tərəflər qəbul edirlər ki, tərəflər arasında bağlanmış 09 fevral 2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuş və Bakı şəhəri Səbail rayon məhkəməsinin e-2(009)-1629/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə “Tağısoy" MMC arasında bağlanmış 09 fevral 2022-ci il tarixli icarə müqaviləsinə xitam verilməsi qət edilmiş və "xxxx" MMC tərəfindən həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmişdir.

3. Tərəflər qəbul edirlər ki, tərəflər arasında pul tələbinə dair Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında e-2(006)-5640/2024 saylı iş mövcuddur.

4. Tərəflər qəbul edirlər ki, tərəflər arasında olan məhkəmə mübahisələrini barışıqla yekunlaşdırmaq iş üzrə icraatlara xitam vermək və İddiaçı ilə “Tağısoy" MMC arasında bağlanmış 09 fevral 2022-ci il tarixli icarə müqaviləsinin şərtləri daxilində davam etdirmək, məhkəmə mübahisələrinə bu barışıq sazişi ilə xitam vermək niyyətlərindədirlər.

5. Tərəflər razılaşırlar ki, icarəçi françayyzinq müqaviləsi əsasında HuQQobaz markası adı ilə fəaliyyət göstərdiyini və françayzinq müqaviləsi ilə icarəçinin üzərinə düşən öhdəliklər nəzərə alınmalı və 09 fevral 2022-ci il tarixli icarə müqaviləsi müqavilə müddəti bitənədək qüvvədə saxlanılmalıdır.

6. Tərəflər razılaşırlar ki, Azərbaycan Respublikasının milli valyutası olan manatın məzənnəsinin ABŞ dollarına münasibətdə devalvasiyaya uğraması zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankının rəsmi məlumatları nəzərə alınmaqla icarə haqqının məbləği həmin həddə artırılacaqdır. Bu məqsədlə İcarəyə verən İcarəçiyə rəsmi müraciət edir və müraciət edilən gündən üç gün müddətinə icarə haqqının artırılması rəsmi qaydada icarə müqaviləsinə əlavə və dəyişikliklər edilməsi və notarial qaydada rəsmiləşdirilməsi yolu ilə tənzimlənir.

7. Tərəflər razılaşırlar ki, bu barışıq sazişi bağlanan tarixə icarəçi icarə haqqının 3 misli məbləğində avans ödəniş edir və bu avans ödəniş müqavilə müddəti bitənədək, icarəyə verəndə qalır. İcarə müqaviləsinin müddəti bitdikə avans ödənişlər sonuncu ayların ödənişi kimi icarəyə verən tərəfindən qəbul edilə və ya icarə müqaviləsi bitdikdə icarəçinin borcu qalmadıqda icarəçiyə geri qaytarılacaqdır.

8. Tərəflər razılaşırlar ki, icarəçi tərəfindən icarə haqqı ödənildikcə, icarəyə verən tərəfindən icarə haqqının ödənilməsi təsdiq edilir. İcarə haqqının ödənilməsi və təsdiqi tərəflərin razılaşmasına əsasən yazılı formada həyata keçirilir.

9. Tərəflər razılaşırlar ki, icarə haqqının alınması üçün icarəyə verən tərəfindən müvafiq şəxs təyin edilə bilər. Bu vaxt icarə haqqının alınması həmin şəxs tərəfindən hər ayın icarə haqqı alınarkən icarəçi tərəfindən təqdim edilmiş ödənişin alınması barədə bildirişə imza etməklə götürür.

10. Tərəflər razılaşırlar ki, icarəyə verən icarə obyektin ətrafında hər hansı bir əsaslı tikinti işləri aparmadan müvafiq xidmətin təşkil edilməsinə etiraz etmir.

11. Tərəflər razılaşırlar ki, qanunvericiliklə müəyyən edilmiş lisenziyaların, icazələrin alınması, müvafiq icra hakimiyyətlərinin tələblərinə əməl edilməsi icarəçinin öhdəliyi olmaqla icarəçinin məsuliyyəti hesab edilir və icarəyə verən hər hansı bir məsuliyyət daşımır və icarəçinin bu fəaliyyətinə, müvafiq icra hakimiyyətləri ilə münasibətlərinə müdaxilə etmir.

12. Tərəflər xx.xx.2025-ci il tarixədək ödənilməyən 13 aylıq icarə haqları 195 000 manat təşkil etdiyini qəbul edərək razılaşırlar ki, bu Saziş imzalanan gün icarə haqqından 100 000 (bir yüz min) manat icarəçi tərəfindən notariusun bankda açılmış depozit hesabı vasitəsi ilə ödənilir. Qalan 95 000 manat vəsaiti isə 25 mart 2025-ci il tarixdə icarəyə verənə ödəyir.

13. Tərəflər razılaşırlar ki, bu sazişin 7-ci bəndində qeyd edilən 3 aylıq avans ödənişi, icarəçinin öncədən icarəyə verənə ödədiyi 10 000 manat vəsait nəzərə alınmaqla 35 000 manat vəsaiti bu Saziş imzalandığı tarixdən 10 gün müddətinə icarəyə verənə ödəyəcəkdir.

14. Barışıq Sazişi imzalandığı andan qüvvəyə minir.

15. Tərəflər razılaşırlar ki, bu Sazişin imzalanması məhkəmə Bakı Apellyasiya Məhkəməsinin icraatında olan 2(103)-7127/2024 saylı və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin icraatında olan e-2(006)-5640/2024 saylı işlərə xitam verilməsi üçün əsasdır.

16. Bu Barışıq Sazişi tərəflərin hər birində bir nüsxə və notariat kontorunda saxlanılması üçün bir nüsxə olmaqla, Bakı Apellyasiya Məhkəməsinə və Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə təqdim edilməsi üçün iki nüsxə olmaqla cəmi beş nüsxədə imzalanmışdır.

Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1629/2024 saylı iş üzrə 15 oktyabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməklə iş üzrə icraata xitam verilsin. Tərəflərə sazişin şərtlərinin pozulması ilə bağlı şərtlərin məcburi qaydada həyata keçirilməsini məhkəmədən tələb etmək, barışıq sazişinin şərtləri pozulduğu təqdirdə icra vərəqəsi verilməsini və məcburi icra hərəkətlərini tələb etmək, bunun nəticəsində vurulmuş birbaşa zərərin ödənilməsini tələb etmək hüququ izah edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar