Məhkəmə qərarları › İş №2(103)-955/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-955/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-955/2021 16.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı2, Cavabdeh vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4371/2020 saylı, 31 avqust 2020-ci il tarixli qətnaməsindən Cavabdeh və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “borcun qaytarılması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx xxxxxx 2019-cu il tarixli podrat müqaviləsinə əsasən 20.000 (iyirmi min) manat pulun, sonradan həmin şəxsə ödənilmiş 5.000 manat pulun, bu vaxta kimi ödənilmiş 4.000 manat pulun, həmçinin 10.000 manat mənəvi ziyanın, 10.000 manat maddi ziyanın ümumilikdə isə 49.000 manatın və ödənilən 30 manat dövlət rüsumunun cavabdehdən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, ünvan 1 ünvanında yerləşən evi almışlar. Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən “Favorit” marketin yaxınlığında mənzillərini təmir etmək adı ilə onları aldadaraq 25.000 manat pulu ələ keçirmişdir. “2019-cu ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsində yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 saylı bina, A blok, 8-ci mərtəbə, 2 otaqdan ibarət, ümumi sahəsi 94,55 kv.metr olan 329 nömrəli mənzili təmir etdirmək üçün iş icraçısı kimi tanıdıqları Cavabdeh ilə görüşərək razılığa gəlmişlər. Bununla əlaqədar xx xxxxxx 2019-cu il tarixdə Səlim-zadə Nigar Şirzad qızı ilə Cavabdeh arasında notarial qaydada podrat müqaviləsi bağlanmış və müqaviləyə əsasən icra olunan işin dəyəri 40.000 təşkil etmişdir. Sifarişçi kimi müqavilənin şərtlərinə uyğun olaarq 20.000 manatı elə həmin gün notariusun depozit hesabı vasitəsilə Cavabdeh ödəmişlər. Müqavilənin şərtlərinə görə evin təmirinin 70 % görüldükdən sonra Cavabdeh notariusun depozit hesabı vasitəsilə 10.000 manat, təmir bitdikdən sonra isə ona notariusun depozit hesabı vasitəsilə daha 10.000 manat ödəniləcəyinə dair Səlim-zadə Nigar Şirzad qızı öhdəlik götürmüşdür. Müqaviləyə əsasan Cavabdeh xx xxxx 2019-cu il tarixədək evin təmirini yekunlaşdırıb yaşayış üçün hazır edərək onlara təqdim etməli idi. Cavabdeh xx xxxxxx 2019-cu il tarixdən etibarən onlara məxsus fərdi yaşayış evində təmir işlərinə başlayacağının vəd vermiş, lakin bir neçə gün sonra havaların soyuq keçməsi ilə əlaqədar olaraq təmiri təxirə salmaq məcburiyyətində olduğunu bildirmişdir. O, cavabdehdən işin görülməsini dəfələrlə tələb etdikdən sonra 2019-cu ilin mart ayında Cavabdeh evin elektrik və santexnik işlərini görməyə başlamışdır. Novruz bayramı ərəfəsində Cavabdeh ona zəng vuraraq Bakıda olmadığını söyləmiş, evin təmirinə alış-veriş etməsi üçün Valeh adlı şəxsə 500 manat verməsini xahiş etmiş, o, etiraz etməyərək Valehlə Yasamal rayonu ərazisində görüşərək Sənanın xahişi ilə ona 500 manat pul vermişdir. Cavabdeh ona həmin ərəfələrdə yalvararaq təcili pula ehtiyacı olduğunu bildirmiş və o, Bakı şəhəri azadlıq prospektində yerləşən “xxxx” ASC-nin filialının yanında onunla görüşərək görəcəyi təmir işlərinin müqabilində qabaqcadan ona 3.800 manat pul vermişdir. Bundan bir müddət sonra Cavabdeh xahişi ilə “xxxx” ASC vasitəsilə onun bank hesabına 500 manat pul göndərilmiş, sonuncu dəfə Cavabdehlə görüşən zaman onun xahişi ilə ona 100 manat bir və 1.000 manatda bir pul vermişdir. Beləliklə Cavabdeh ümumilikdə, 25.000 manat pul verilmişdir. 2019-cu ilin yanvar ayının əvvəllərində Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə yerləşən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 saylı bina, A blok, 329 nömrəli mənzili təmir etdirmək üçün, o, yenidən xx xxxx 2019-cu il tarixdə “xxxx” ASC-dən CC/72247/69 saylı kredit müqaviləsinə əsasən pul götürmüşdür və nəticədə ona maddi ziyan dəymişdir. Hazırda həmin kreditə əsasən faiz ödəyir, həmçinin ailə xx xxxxxx 2019cu ildən kirayədə yaşayır. Cavabdeh qeyd olunan mənzili qısa bir vaxtda təmir etmək adı ilə onları aldatmış,buna görə də, ailə həddindən artıq stress keçirmişdir. Onlara həm maddi həm də mənəvi ziyan dəymişdir. İşə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsində baxılarkən İddiaçı1 etibarnamə əsasında nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdiriməsi ilə bağlı ərizə ilə xx xxxxxxxx 2019-cu il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında bağlanmış xx xxxxxx 2019-cu il tarixli podrat müqaviləsinə əsasən 20.000 manat pulun, sonradan həmin şəxsə ödənilmiş 5.000 manat pulun, bu vaxta kimi ödənilmiş 4.000 manat pulun, həmçinin 5.000 manat mənəvi ziyanın, 5.000 manat maddi ziyanın ümumilikdə isə 39.000 manat və ödənilən 30 man dövlət rüsumunun cavabdehdən alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4371/2020 saylı, xx xxxxxx 2020ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 20.000 (iyirmi min) manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı1 ödənilməsi, 3.500 (üç min beş yüz) manat pul vəsaitinin Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, 20 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayəti vermişlər və apelyasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4371/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə razı deyil və qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, işin faktiki hallarının tam araşdırılmadığından, iş üzrə sübutlara tam və obyektiv şəkildə qiymət verilmədiyindən birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia rədd edilərək yeni qətnamə qəbul edilməlidir. Məhkəmə ona və vəkili Vəkil heç bir məlumat vermədən, işə xx xxxxxx 2020-ci il tarixdə cəmi bir məhkəmə iclasında heç bir araşdırma aparmadan baxaraq iddianı qismən təmin edərək qanunsuz və əsassız qətnamə qəbul etmişdir. İddiaçılar tərəfindən verilmiş pul məbləğində onlara məxsus mənzildə bütün təmir-tikinti işləri aparılmışdır. Lakin məhkəmə həmin halı araşdırmamış, nə ekspertiza təyin etməmiş və iddiaçıların sübut etməli olduğu hallara heç bir hüquqi qiymət vermədən əsassız olaraq iddaçıların sözlərini əsas götürməklə iddianı qismən təmin etmişdir. Apelyasiya şikayətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4371/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya məhkəməsinin iclasında Cavabdeh vəkili Vəkil Cavabdeh tərəfində verilmiş apelyasiya şikayətini müdafiə etdiyini bildirərək, apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış etdi, verdikləri apelyasiya şikayətinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4371/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsinin iclasında İddiaçı2 Cavabdeh və onun vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinə qarşı etiraz etdiyini bildirərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi, Cavabdeh və onun vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4371/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Apelyasiya məhkəməsi tərəfindən apelyasiya şikayətinə məhkəmə iclasında baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmələrinə baxmayaraq İddiaçı1 və Cavabdeh məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinin tələblərinə əsasən həmin şəxslərin iştirаkı оlmаdаn mülki işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını оnun düzünə və ya dоlayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və оna etirazlarda ifadə оlunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz оlduqda isə tam yоxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı оlmayaraq, məhkəmənin maddi və prоsessual hüquq nоrmalarına riayət etməsini yоxlayır. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apelyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apelyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Hazırki halda Cavabdeh və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamədən narazı qaldığını bildirərək qətnaməsinin ləğv edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Оna görə də məhkəmə kоllegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam yоxlanılmalıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını tətbiq etmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apelyasiya şikayətində göstərdikləri dəlillərin apelyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Məhkəmə kollegiyası İddiaçı2 izahatını və Cavabdeh vəkili Vəkil çıxışını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdırmaqla, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlilləri üzrə mülki iş materiallarını tədqiq edərək, mülki iş materiallarından aşağıdakıları müəyyən etmişdir. Bеlə ki, iş matеriallarında olan, “xxxx” MTK ilə Səlim-zadə Nigar Şirzad qızı arasında bağlanan xx xxxxxxxx 2016-cı il tarixli Mənzilin alqı-satqısı barədə MN-329/16 saylı müqavilənin surətindən görünür ki, “icrasçı” Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsi, 576-cı məhəllədə onun tərəfindən inşa edilən “Renessans Palace” çoxmərtəbəli yaşayış kompleksində 2 saylı binanın, A blok, 8-ci mərtəbə, 2 otaqdan ibarət, ümumi sahəsi 95,55 kv.metr olan 329 nömrəli mənzili sifarişçiyə təhvil verməyi, şifarişçi isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilind aldığı mənzilin dəyərini icraçıya ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən mənzilin 1 kv.metr dəyəri tərəflərin razılığı ilə 1.650 manat olmaqla müqavilənin ümumi dəyəri 156 008 manat müəyyən olunmuşdur. Müqavilə dəyərinin 15.700 manatı sifarişçinin şəxsi hesabına, 140.308 manatı isə “xxxx” ASC ilə bağlanmış kredit müqaviləsinə əsasən 1 iş günü ərzində icraçıya ödənəçəkdir. İş matеriallarında olan, sifarişçi İddiaçı1 ilə podratçı Cavabdeh oğlu arasında bağlanmış xx xxxxxx 2019-cu il tarixli podrat müqaviləsindən görünür ki, müqavilənin 1-ci bəndinə əsasən Cavabdeh öz materiallarından istifadə etməklə ünvan 2 ünvanında yerləşən, tikinti sahəsi 94.55 kv,m təşkil edən 3.20 metr hündürlüyü olan 2 otaqlı 1 mərtəbəli fərdi yaşayış evini təmir edib yaşayış üçün hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini qəbul edərək, müqavilə üzrə müəyyən edilmiş məbləği ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2-ci bəndinə əsasən podratçı tərəfindən icra olunan işin ümumi dəyəri muzdda daxil olmaqla 40.000 manat təşkil edir. Sifarişçi həmin məbləğin 20.000 manatını müqavilə bağlandığı gün notariusun depozit hesabı vasitəsilə ödəyir: 10.000 manatı isə evin təmirinin 70%-ni gördükdən sonra notariusun depozit hesabı vasitəsi ilə ödəməyi öhdəsinə götürür. Qalan 10.000 manat isə təmir bitdikdən sonra notariusun depozit hesabı vasitəsi ilə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 4.1-ci maddəsinə əsasən birinci tərəf sifariş edilmiş fərdi yaşayış evini müqavilə bağlandığı gündən xx xxxx 2019-cu il tarixdə yaşayış üçün hazır edərək sifarişçiyə təhvil verməyi, sifarişçi isə həmin fərdi yaşayış evini təhvil almağı öhdəsinə götürmüşdür. İş materiallarında olan, Bakı çəhəri Yasamal RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi, polis polkovnik-leytennatı X2 tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, ünvan 3 mənzil 120 ünvanında yaşayan İddiaçı2 Şəfaqət oğlu xx xxxx 2019-cu il tarixində ərizə ilə Yasamal RPİ-nə müraciət edərək göstərmişdir ki, Cavabdeh xx xxxxxx 2019-cu il tarixdə onun mənzilini təmir etmək adı ilə aldadaraq 20.000 manat pulunu ələ keçirmişdir. Yasamal RPİ-nin İstintaq Şöbəsi tərəfindən Cavabdeh əməli dələduzluq kimi qiymətləndirilməmiş, onun əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan, xx xxxxxx 2018-ci il tarixli kirayə müqaviləsindən görünür ki, ev sahibi X1 İddiaçı2 ünvan 4 E ünvanında yerləşən 26 saylı mənzili bütün əşyaları ilə birlikdə 1 il müddətinə, aylıq kirayə haqqı 500 manat olmaqla kirayəyə vermişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödənilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Həmin Məcəllənin 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 762.3-ci maddəsinə əsasən podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəliklərin icra müddətinin xx.xx.2019-cu il tarixədək müəyyən olunduğunu, müqavilənin bitdiyi tarixdən iddiaçıların 7 ay əlavə kirayə haqqı ödəməsi nəticəsində onlara zərər dəyməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllnin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakndan məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində göstərilən hallarla bağlı, yəni iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş pul məbləğindin dəyərində onlara məxsus mənzildə bütün təmir-tikinti işlərinin aparıldığını göstərsə də, qeyd olunanlarla bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişlər. Bundan başqa Cavabdeh və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsələrdə, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdikləri etirazlarını əsaslandıra bilməmişlər, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəmələrə heç bir sübut təqdim etməmişlər. Halbu ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kоllegiyası həmçinin apelyasiya şikayətinin dəlillərini araşdıraraq müəyyən etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçılar tərəfindən təqdim edilmiş sübutlara istinad etmiş və mübahisənin həll edilməsi üçün həmin sübutlardan istifadə etmiş, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun оlaraq iş üzrə tədqiq оlunmuş sübutlara qanuna müvafiq qiymət vermişdir. Odur ki, məhkəmə kоllegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətində sadalanan dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız hesab edilərək ləğv edilməsi üçün əsas оla bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 384.0.1-ci maddəsinin tələbinə görə apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kоllegiyası, Cavabdeh və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil apelyasiya şikayətində sadaladığı dəlilləri işin faktiki hallarına uyğun оlaraq araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prоsessual hüquq nоrmalarını düzgün tətbiq etmiş, iş üzrə düzgün nəticəyə gəlmişdir. Оna görə də məhkəmə kоllegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi nəzərindən qanuni, əsaslı və ədalətli оlduğundan, işdə, həmçinin apelyasiya şikayətlərində iş üzrə məhkəmə qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi o, cümlədən iş üzrə icraata xitam verilməsi üçün əsaslar оlmadığından, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4371/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, iş üzrə verilmiş apelyasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Cavabdeh və onun etibarnamə əsasında nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Hazırki mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-4371/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar