Məhkəmə qərarları › İş №2(103)-960/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-960/2022

14.02.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-960/2022 14.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Əsgərov Qürbət Ağa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, Cavabdeh1 nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 qarşı əmlakın əvvəlki vəziyyətinin bərpa edilməsi və vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1871/2021 nömrəli saylı işi üzrə 25.08.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı X6 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 427,8 kv.m. torpaq sahəsinin üzərindəki 113,3 kv.m olan qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətdə bərpa edilməsi, qeyri- yaşayış sahəsinin əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsinin Cavabdeh1 Əmirxan oğluna həvalə edilməsi, cavabdehin bu cür qanunsuz hərəkətləri nəticəsində dəymiş ******* manat zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə, həmçinin cavabdehin əməllərində cinayətin tərkib əlamətlərinə işarə edən kifayət qədər dəlillər olduğundan prokurora bu barədə məlumat verməklə barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı X3 nümayəndəsi Vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək Cavabdeh2 cavabdeh qismində mülki işə cəlb edilməsini və iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 427,8 kv.m. torpaq sahəsinin üzərindəki 113,3 kv.m olan qeyri-yaşayış sahəsinin əvvəlki vəziyyətdə bərpa edilməsi, qeyri- yaşayış sahəsinin əvvəlki vəziyyətdə bərpa edilməsi vəzifəsinin cavabdehlər Cavabdeh1 Əmirxan oğluna və Cavabdeh2 həvalə edilməsi, cavabdehlərin bu cür qanunsuz hərəkətləri nəticəsində dəymiş 2 000 000 manat zərərin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə, həmçinin cavabdehlərin əməllərində cinayətin tərkib əlamətlərinə işarə edən kifayət qədər dəlillər olduğundan prokurora bu barədə məlumat verməklə barəsində xüsusi qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X1, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən 03 avqust 2004-cü il tarixdə verilmiş 513-a nömrəli çıxarışla Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli küçəsində yerləşən qeyri-yaşayış sahəsi mülkiyyət hüququ əsasında tam payda X4 məxsusdur; Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 11.03.2020-ci il tarixli 75 saylı Sərəncam və 05.03.2021-ci il tarixli məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 02 2016-cı İİ tarixli, 86 saylı Qərarına uyğun oaraq. Ceyhun Hacıbəyli və Nəsıbbəy Yusifbəyli küçələrinin kəsişməsındəkı qəzalı vəziyyətdə olan evlərin sökülərək sakinlərinin isə müvəqqəti kirayə haqları ilə təmin olunması şərtilə kirayəyə köçürməklə, yerində yeni hündurmərtəbəlı yaşayış binalarının tikinti işlərinin aparılması uçun "Sızın Yurd’ MMCyə 0.24 ha torpaq sahəsi ayrıldığı təsbit edilmişdır (iş.səh.13, 24, 97-99) . Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1871/2021 nömrəli saylı işi üzrə 25.08.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1097.1; Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, Mülki işin araşdırılmış halları ilə Bakı şəhəri, Nərimanov rayonu, C.Hacıbəyli və Nəsibbəy Yusifbəyli küçələrinin kəsişməsində yeni hündürmərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisinin aparılması məqsədi ilə torpaq sahəsinin "Sizin Yurd” MMC-nin daimi istifadəsinə verilməsi, həmin ünvanda yerləşən iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin sökülməsi müəyyən edilmiş, cavabdehlərin təqsirli əməlləri nəticəsində iddiaçıya maddi ziyan dəyməsi təqdim edilmiş sübutlarla təsdiq edilmədiyindən iddiaçı tərəfindən cavabdehlərdən maddi zərərin tutulması barədə iddiası təmin edilə bilməz. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayor Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2(005)-1871/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində qeyd edilmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.04.2004-cü il tarixli, 2-848/2004 saylı qətnaməsinə və digər hüquqmüəyyənedici sənədlərə əsasən ünvan 1 ünvanında yerləşən 427,8 kv.m. torpaq sahəsinə və və həmin torpaq sahəsinin üzərində yerləşən 113,3 kv.m. tikilidən ibarət olan qeyri-yaşayış sahəsinə İddiaçı mülkiyyət hüququ 03.08.2004-cü il tarixdə, 02 №-li reyestr kitabında 29 səhifədə 513-a reyestr nömrəsi ilə qeydə alınmışdır.İddiaçının mülkiyyətində olan həmin daşınmaz əmlaka dair 03.08.2004-cü il tarixli, İNV. № 513, QEY. № 513-a olan texniki pasportda qeyd olunan əmlaka aid bütün ölçülər, texniki göstəricilər öz əksini tapmışdır.Lakin, buna baxmayaraq qeyd olunan qeyri-yaşayış sahəsi 14.02.2021-ci il tarixdə gecə vaxtı cavabdehlər Cavabdeh1 və Cavabdeh2, "xxxx" MMC və onların bu işə cəlb etdiyi digər şəxslər tərəfindən özbaşınalıq olunaraq sökülmüş, tikilidə olan bütün əşya və avadanlıqlar talan edilmişdir. Halbuki, ondan bir gün əvvəl, yəni 12.02.2021-ci il tarixdə cavabdehlərə iddiaçın mülkiyyətində olan daşınmaz əmlakla bağlı bütün hüquqmüəyyənedici sənədlər göstərilmişdir.Cavabdehlər tərəfindən və onların bu işə cəlb etdiyi digər şəxslər tərəfindən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 427,8 kv.m. torpaq sahəsində qanunsuz tikinti işlərinin aparılmasına cəhdlər olunmaqdadır və bunun üçün ağır texnikalar əraziyə cəlb olunmuşdur. Göründüyü kimi, cavabdehlərin özbaşınalığı nəticəsində dövlət tərəfindən qorunan iddiaçının mülkiyyət hüququ kobudçasına pozulmuş, həmçinin bu qanunsuz hərəkətlər nəticəsində ona ******* manat məbləğində ziyan dəymişdir. Cavabdehlər öz qanunsuz hərəkətlərini Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 11.03.2020 ci il tarixli 75 saylı Sərəncamı ilə pərdələyirlər.Halbuki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 11.03.2020-ci il tarixli 75 saylı Sərəncamının 6-cı bəndində qeyd olunmuşdur ki, həmin sərəncam ilkin olaraq yalnız layihələndirmə üçün əsasdır. Buna baxmayaraq "xxxx" MMC Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları Cavabdeh1 və Cavabdeh2 ilə birlikdə həmin sərəncamdan sui-istifadə edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 27.04.2004-cü il tarixli, 2-848/2004 saylı qətnaməsinə və digər hüquqmüəyyənedici sənədlərə əsasən ərizəçiyə məxsus olan ünvan 1 ünvanında 427,8 kv.m torpaq sahəsinin üzərində yerləşən 111,3 kv.m. tikilidən ibarət qeyri-yaşayış sahəsini heç bir qanuni əsas olmadan, özbaşınalıq etməklə ağır texnika vasitəsi ilə uçurmuşlar.Bu azmış kimi, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini 05.03.2021-ci il tarixli 1/187 saylı məktubu ilə bildirmişdir ki, ünvan 1 ünvanında söküntü və tikinti işləri "xxxx" MMC tərəfindən həyat keçirilir. Göründüyü kimi, "xxxx" MMC-nin rəhbərliyi Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birlikdə Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 11.03.2020-ci il tarixli 75 sayl Sərəncamından sui-istifadə edərək ümumiyyətlə tikinti və söküntü işlərinin aparılması ilə bağlı heç bir səlahiyyət verilmədiyi təqdirdə iddiaçının əmlakını qəsdən məhv etmişdir. Məhkəmədən xüsusi qərardadın da çıxarılması xahiş olunmuşdur. Lakin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 25 avqust 2021-ci il tarixli,2(005)-1871/2021 saylı qətnaməsində qeyd olunur ki, "iddiaçı cavabdehlərin əməllərində cinayətin tərkib əlamətlərinə işarə edən kifayət qədər dəlillər təqdim edə bilmədiyindən prokurora bu barədə məlumat verməklə barəsində xüsusi qərardad qəbul edilməsi hissəsində də iddiaçının ərizəsi təmin edilməməlidir. ”Məhkəmənin bu gülünc qənaəti ilə əlaqədar xatırlatmaq istəyir ki, xüsusi qərardad əmlakı qəsdən məhv etmə ilə bağlı cinayət faktına görə və ya işdə iştirak edən şəxs statusuna malik olmayan digər şəxslər barəsində də çıxarıla bilər.Lakin, məhkəmə açıq-aşkar bu törədilmiş cinayət əməlinə göz yummuşdur.Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə görə məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxsləri hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o, bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir.Bundan əlavə, bildirir ki, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 11.03.2020ci il tarixli 75 saylı Sərəncamı iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsində mübahisləndirilmişdir.Belə ki, İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinə və üçünçü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati məhkəməsinə müraciət edərək Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısın 11.03.2020-ci il tarixli 75 saylı sərəncamının İddiaçı məxsus olan və ünvan 1 ünvanında yerləşən 427,8 kv.m. torpaq sahəsinə aid hissədə ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, 2- 1(112)-5204/2021 saylı həmin inzibati iş hakim Aytən Oruczadənin icraatındadır və iş üzrə məhkəmə hazırlıq icraatı 21.10.2021-ci il, saat 14:45-a təyin edilmişdir.Qeyd olunan işlər arasında onlardan birinin digəri üçün preyudisial əhəmiyyətli fakt müəyyən edə bilməsində ifadə olunan qarşılıqlı bağlılıq mövcud olduğundan, yeni bu iş üzrə yekun qətnamənin qəbul edilməsi Bakı İnzibati məhkəməsində hakim Aytən Oruczadənin icraatında olan 2-1(112) -5204/2021 saylı inzibati iş üzrə mübahisənin həllindən asılı olduğundan bu mülki iş üzrə icraatın dayandırılması barədə qərardad çıxarılması xahiş olunmuş, lakin məhkəmə bu vəsatəti də təmin etməmişdir. 2-1(112)- 5204/2021 saylı inzibati iş üzrə hakim Aytən Oruczadənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 24.09.2021-ci il tarixli **********46 saylı məktubu ilə ünvana dair sənədlərin təsdiq olunmuş surətləri məhkəməyə göndərilmişdir.Göründüyü kimi məhkəmə tərəfindən vəsatət də düzgün qiymətləndirilməmiş və yanlışlığa yol verilmişdir. Çunki cavabdehlər özlərini müdafiə etmək, əslində isə öz törətdikləri cinayət əməllərini pərdələmək məqsədi ilə bu iş üzrə sübut kimi Bakı İnzibati Məhkəməsində mübahisələndirilən Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının 11.03.2020-ci il tarixli 75 saylı Sərəncamını təqdim etmişlər. Belə olan halda isə məhkəmənin vəzifə borcu idi ki iş üzrə icraatı dayandırsın. Məhz bu baxımdan da qanunvericiliyin tələbləri kobud şəkildə pozulmuşdur.Bundan əlavə, qeyd edir ki, məhkəmə işdə olan sübutlara da düzgün qiymət verməmişdir. Belə ki, şahid qismində ifadə vermiş X9 və X7 öz ifadələrində bir daha təsdiq etmişdilər ki, ünvan 1 ünvanında yerləşən 427,8 kv.m. torpaq sahəsinin üzərində yerləşən 113,3 kv.m. tikilidən ibarət olan qeyri-yaşayış sahəsinin söküntü işlərini məhz cavabdehlər aparmışdır. Lakin, məhkəmə yenədə nədənsə unutqanlıq edərək ümumiyyətlə bu ifadələrə öz qətnaməsində hüquqi qiymət verməmişdir. Halbuki, həmin şəxslər iddiaçının mülkiyyətində olan əmlakın söküntüsü ilə bağlı hadisələrin birbaşa iştirakçısı olmuşlar və bu barədə məhkəmədə ifadələr vermişlər. Bundan əlavə, Cavabdeh1 məhkəmənin 02 mart 2021-ci il tarixli qərardadından vermiş olduğu şikayətdə iddia tələbi ilə bağlı etirafedici ifadələrə və hərəkətlərə yol vermişlər. Belə ki, 02 mart 2021-ci il tarixli qərardadın prioritet mənası və məqsədi mübahisəli torpaq sahəsində söküntü və tikinti işlərinin aparılmamasıdır, bunun kimə qadağan edilməsi isə müəyyən mənada əhəmiyyət kəsb etmir. Cavabdeh şikayətində göstərir ki, onun bu işlərin aparılmasına və ümumiyyətcə bu torpaq sahəsinə aidiyyəti yoxdur. Əgər cavabdehin bu işlərə heç bir aidiyyatı yoxdursa, belə olan halda cavabdehin hansı hüquqlarının pozulması da aydın deyil. Niyə onda cavabdeh tərəfindən iddianın təmin etmə barədə qərardadından şikayət verilirdi? Göründüyü kimi cavabdehin bu hərəkətləri ilə aparılmış söküntü işlərində onun iştirak etdiyini birbaşa sübut edir. 07.02.2022-ci il tarixli məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, şəxslərin bu torpaq sahəsinin hansı MTK-ya verilməsindən xəbərsiz olduqlarını, eyni iddia tələbi ilə bir neçə işin mövcud olduğunu, pilot lahiyələr üzrə mübahisəli torpaq sahəsinin "xxxx" MMC-yə verildiyini, Nərimanov Rayon Məhkəməsində "xxxx" MTK-ya qarşı qaldırılmış icraatın dayandırıldığını, 2004-cü il tarixli qətnamənin bu işə aidiyyətinin olmadığını, 2004-cü il tarixli qətnamənin yaşayış evlərinə dair iddia ilə bağlı olduğunu və həmin qətnamənin icra edildiyini, hal-hazırki qeyri-yaşayış sahəsinə dair heç bir qərar qəbul edilmədiyini, cavabdehlərin icra hakimiyyətinin işçiləri olduqlarını bildirmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən İddiaçı, Cavabdeh2 iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Təqdim edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2180/2021 saylı işi üzrə 06.12.2021-ci il tarixli qərardadı, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8191/2021 saylı işi üzrə 13.08.2021-ci il tarixli qərardadı, Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Koolegiyasının MXMT(102)-37/2021 saylı işi üzrə 12.10.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri Nərimanov İcra Hakimiyyətinə və Sizin Yurd MMC-yə qarşı oxşar iddialar qaldırılmışdır (iş səh.197-207). Qeyd: Cavabdeh1 nümayəndəsi Vəkil2 tərəfindən təqdim edilmiş məhkəmə sənədləri apellyasiya şikayətindən irəli gələn dəlillərin təkzib edilməsinə yönəldiyindən və subyektiv cəhətdən sübutetmə yükü ilə əlaqədar olmadığından (apellyasiya baxışını prosessual hədlərin aşmadığından) nəzərə alınmalıdır. Məhkəmə kollegiyası mübahisə edilən hissədə apellyasiya şikayətinin dəlillərinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 31.05.2002-ci il tarixli qərarı; " Mülki Məcəllnin 21.1, 1096 -1100, 1114-1115; "İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya"nın 41; Mülki Prosesual Məcəllənin 14.2, 76.1, 76.2, 77.1, 80-82, 88, 119, 216, 217.4, 218.3, 220, 360, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadən hesab edir ki, apellyasiya şikayətinin sübuta yetirilməyən dəlilləri formal mülahizə xarakteri daşıdığından əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilməlidir ki, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir; işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun; Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Cavabdehlərin müvafiq icra hakimiyyəti orqanının işçiləri olması mübahisə edilməyən hal olduğundan, onların hərkətləri sübuta yetirildiyi təqdirdə belə mülki məsuliyyətin onlara aid olmaması izah edilməli, onların vəzifə səlahiyyətlərinin aşması və ya sair qanun pozuntularının törətməsi isə vəzifə cinayətlərinin əlamətləri üzrə müvafiq cinayət təqibi orqanının vəzifələrinə aiddir. Cinayətin sübuta yetirildiyi təqdirdə isə həmin cinayət prosesi çərçivəsində (bu mümkün olmadıqda ondan sonra) əməlin hüquq pozuntusuna müvafiq mülki iddianın yeni əsaslarla qaldırılması istisna edilmir. Apellyasiya şikayəti əsassız olduğundan onun verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu üçün məhkəmə xərci iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1871/2021 nömrəli saylı işi üzrə 25.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar