Məhkəmə qərarları › İş №2(103)-9628/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9628/2021

23.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9628/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər İbayev Vəfaddin Ələm oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Orucova Məryəm Faiq qızının katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(002)-5604/2017 nömrəli qərardadından borclu Cavabdeh tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 15.09.2017-ci il tarixli, 2(002)-5604/2017 saylı məhkəmə əmrinə əsasən, borclu Cavabdeh kreditor İddiaçı ASC-nin xeyrinə 925,51 manat əsas borc, 695,27 manat faiz borcu, cəmi 1620,78 manat borc və ödənilmiş 20 manat dövlət rüsumu tutulmuşdur. Borclu Cavabdeh 13.07.2021-ci il tarixdə etiraz verərək, qeyd olunan əmrin ləğv edilməsini və iddia icraatına keçilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli qərardadı ilə məhkəmə əmrinə etiraz geri qaytarılmışdır. Borclu Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini, əmrdən verdiyi etirazın təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad əsassız, qeyri-qanunidir, çünki borclu nə məhkəmə əmrini, nə icra şöbəsinin bildiriş və qərarını almamışdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 25.08.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməlidir. Birinci instansiya məhkəməsi etirazın geri qaytarılmasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 282-ci və 283-cü (etirazın vaxtında verilməməsi) maddələrinə istinad etməklə əsaslandırmışdır. Lakin iş materiallarından məhkəmə əmrinin poçt vasitəsilə cavabdehə göndərilməsi müəyyən olunsa da, onun cavabdeh tərəfindən alınmasıni təsdiq edən qəbz əlavə edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 134.1.7. məhkəmə əmri məhkəmə tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Həmin Məcllənin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Həmin Məcəllənin 283-cü maddəsinə əsasən Borclunun etirazı vaxtında verilmişdirsə, hakim əmrin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması barədə qərardad çıxarır. Həmin qərardaddan şikayət verilə bilməz. Mülki prosessual qanunvericiliyin qeyd edilən normalarının tələbindən görünür ki, əmrə etiraza qiymət verilərkən ilk növbədə əmrin etiraz verən şəxs tərəfindən nə vaxt alındığı müəyyən edilməli, bundan sonra həmin müddətdən etibarən 10 gün ərzində verilib-verilmədiyinə qiymət verilməlidir. Lakin hazırkı işdə birinci instansiya məhkəməsi məhkəmə əmrinin cavabdeh tərəfindən mülki-prosessual qanunvericiliyin tələbilərinə uyğun şəkildə nə vaxt alınmasını müəyyən etmədiyi halda, etirazın qanunvericiliklə müəyyən edilmiş müddətləri ötürməklə verildiyi qənaətinə gəlmiş, bununla da prosessual qanunvericiliyin tələblərinə uyğun olmayan qərardad qəbul etmişdir. Ona görə də qərardad ləğv olunmalı, iş qeyd edilən hallar araşdırılaraq etiraza yenidən qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 iyul 2021-ci il tarixli, 2(002)-5604/2017 qərardadı ləğv edilsin. Mülki iş bu qərardadın əsaslandırıcı hissəsində göstərilən hallar nəzərə alınmaqla etiraza qiymət verilməsi üçün Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilsin. Qərardad qətidir və ondan şıkayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar