Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9646/2021 27.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2(010)- 4085/2021 saylı qərardadından Cavabdeh2 şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh2 vəsatətlə məhkəməyə müraciət edərək, bildirmişdir ki, ipoteka predmeti olan mənzildə qeydiyyatda olsa da, həmin ünvanda yaşamır. Hazırda ünvan 1nda yaşayır və hər dəfə Suraxanı Rayon Məhkəməsinə gedib-gəlmək onun üçün çətindir. Ona görə də, mülki işin aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2(010)- 4085/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh2 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin 26.08.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış tərəflər (nümayəndəsi) məhkəməyə gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasi iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, qərardad isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İş materiallarından müəyyən edilir ki, iş üzrə cavabdehlər ünvan 3 ünvanında qeydiyyatdadırlar. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddia ərizəsi ilə cavabdehlərin qeydiyyatda olduğu yer üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etməkdə haqlı olmuşdur. Cavabdeh2 mülki işin Suraxanı Rayon Məhkəməsinə gedib-gəlmək onun üçün çətin olduğundan faktiki olaraq yaşadığı ünvan üzrə Xətai Rayon Məhkəməsinə göndərilməsi barədə xahişi əsassızdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh2 şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 avqust 2021-ci il tarixli 2(010)- 4085/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9646/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9646/2021
27.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver