Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9655/2021 25.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və vəkili X4, Cavabdeh iştirakları ilə, İddiaçı, Cavabdeh qarşı “borc” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2649/2021 saylı işi üzrə 27 iyul 2021 -ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 33000 manat əsas, 1650 manat faiz borcunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı təqdim edilmiş sübutlarla müəyyən edilmişdir ki: cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal RPİ-nin 27-ci PB-nin baş təhqiqatçısı Nəsimi Seydizadənin 09 aprel 2021-ci il tarixli qərarından görünür ki, İddiaçı Yasamal rayon Polis İdarəsinə ərizə ilə müraciət edərək 2019-cu ilin may ayında kömür biznesi ilə məşğul olmaq üçün Cavabdeh 15000 manat pul verdiyini, lakin sonuncunun onu aldadaraq pulunu mənimsədiyini bildirmişdir; 06.08.2020-ci il tarixli icra qeydinə əsasən, İddiaçı xeyrinə Cavabdeh 5600 manatın tutulması müəyyən edilmişdir.06.08.2020-ci il tarixli icra qeydinə əsasən, İddiaçı xeyrinə Cavabdeh 12400 manatın tutulması müəyyən edilmişdir. İddiaçı və Cavabdeh arasında bağlanmış 23.05.2020-ci il tarixli kredit müqasviləsinə əsasən, borc verən borc alana 5600 manat məbləğində pul borc verməyi, borc alan isə 30.06.2020-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı və Cavabdeh arasında bağlanmış 07.01.2020ci il tarixli kredit müqasviləsinə əsasən, borc verən borc alana 12400 manat məbləğində pul borc verməyi, borc alan isə 31.03.2020-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. (səh.39, 9, 10, 11, 12) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2649/2021 saylı işi üzrə 27 iyul 2021-ci il tarixli qətnaməsi iddia qismən təmin edilərək, Cavabdeh 26000 manat borc, 1650 manat faiz, cəmi 27650 manat borc pul və 24 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamədə Mülki Məcəllənin 385, 442, 445.2.1, 449.2, 449.4, 739.1, 740; Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 88, 119.1, 217.4, 218.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdeh onunla iddiaçı arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş 07 yanvar 2020-ci il tarixli və 23 may 2020-ci il kredit müqavilələri üzrə üzərinə götürmüş öhdəlikləri yerinə yetirməmiş və aldığı borcu müqavilələr üzrə müəyyən edilmiş müddətlərdə qaytarmamışdır.Odur ki, məhkəmə hesab edir ki, iddiaçının həmin müqavilələr üzrə cəmi 18000 manat məbləğində borcun tələbi əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, iddiaçı cavabdeh tərəfindən 2019-cu ildə borca aldığı cəmi 15000 manat pulun tam geri qaytarılmamasını təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, cinayət işinin başlanmasının rədd edilməsi haqqında Yasamal RPİ-nin 27-ci PB-nin qərarı ilə həmin tələb qismən 8000 manat hissəsində təsdiq edildiyindən tələb təsdiq olunmuş hissədə təmin edilməlidir. Mərkəzi Bankın rəsmi internet səhifəsində alınmış məlumata əsasən 27 iyul 2021-ci il tarixə olan vəziyyətə bank uçot dərəcəsi 6,25% təşkil edir. 2019-cu ildə aldığı borcdan 8000 manatının 15.05.2020-ci il tarixdən (bir il 12 gün), 07.01.2020-ci il tarixli müqavilə üzrə 12400 manat borcun 31.03.2020-ci il tarixdən (bir il 3 ay 27 gün), 23.05.2020-ci il tarixli müqavilə üzrə 5600 manat borcun 30.06.2020-ci il tarixdən hal-hazıradək geri qaytarılmaması, iddiaçıya məxsus pul vəsaitini qanunsuz saxlanılması müəyyən edildiyindən, cavabdehdən iddiaçının xeyrinə borc məbləğlərinin gecikdirildiyi müddətə faizlər tutularaq iddiaçıya ödənilməlidir.Bununla yanaşı alınmış borc vəsaitləri üzrə faizlər gecikdirilmiş müddət üçün müvafiq olaraq 516,44 manat + 1023,43 manat + 375,89 manat = 1915,76 manat təşkil edir. İddiaçı isə 1650 manat məbləğində faizlərin tutulmasını tələb etmişdir.Qüvvədə olan qanunvericiliklə hazırki tələblərdən kənara çıxılması nəzərdə tutulmadığından faiz məbləği tələb olunan məbləğdə, yəni 1650 manat məbləğində təmin olunaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddianın verilməsi ilə əlaqədar ödənilmiş 24 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçının xeyrinə ödənilməlidir İddiaçı apellyasiya şikayəti verərək, Yasamal rayon Məhkəməsinin 27.07.2021 -ci tarixli 2 (004) 2649/2021 saylı qətnaməsini ləğv edib iddiamı tam təmin edərək iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 25.1, 71; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 389, 385, 387-ci maddələrinə istinadən qeyd edilmişdir ki, onunla cavabdeh arasında Bakı şəhər 11 saylı Dövlət Notariat Kontorunda 07.01.2020-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 12400 manat və 23.05.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 5600 məbləğində borc pul vermişdir. Cavabdeh 1-ci borc müqaviləsi üzrə borcu 31.03.2020-ci il tarixədək, 2-ci kredit müqaviləsi üzrə isə ona olan borcunu 30.06.2020-ci il tarixədək qaytarmağı öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh bu günə qədər üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh verdiyi pullardan əlavə 2019-cu ilin dekabr ayında gömrük biznesi ilə məşğul olmaq üçün əlavə 15000 manat pul almışdır. Həmin pulu alarkən yazılı qaydada öz imzasını ataraq iltizam vermişdir. Həmin iltizamın əsli tərəfindən məhkəməyə təqdim olunmuşdur və mülki işin içindədir. Hal- hazırda Cavabdeh 33000 manat əsas borcu, 1650 manat faiz borcu və 30 manat dövlət rüsumu üçün ödədiyi pul borcu vardır. Cavabdeh apellyasiya şikayəti verərək, Yasamal rayon Məhkəməsinin 27 iyul 2021ci il tarixli 2 (004)-2649/2021 saylı qətnaməsini ləğv edib, iddia ərizəsinin tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası MPM-nin 9, 384.0.2, 385.1, 387.2.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə tərəfindən göstərilən prosessual hüquq normalarının tələbləri pozulmuş və məhkəmədə iştirakı təmin edilməmişdir.M əhkəmənin iclasında iştirakı təmin edilmədiyi üçün məhkəmədə izahat vermək, çıxış etmək və müdafiəsi üçün sübutlar təqdim etməklə bağlı hüquqları pozulub. Bu isə birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün birbaşa əsasdır. Bundan başqa, qeyd etmək istəyir ki, iddia ərizəsi əsassızdır. Belə ki, iddiaçının qeyd etdiyi məbləğdə deyil, ümumilikdə 9000 manat borc götürmüş, həmin borcdan da hissə-hissə ödənişlər etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçınln vəkili X4 apellyasiya şikayətini müdafiə edərək, qarşı tərəflə barışığın mümkün olmadığını, polisə müraciətlərinin yalnız qəbzlərlə verilən pul vəsaitlərinə dair olduğunu və cinayət işinin rədd edilməsi barədə polisin qərarından şikayət vermədiklərini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, cavabdehin borcunu etiraf etdiyini, bununla bağlı yazışmaların olduğunu, bir borcun cavabdehin öz xərcləri üçün, digər borcun isə iş qurmaq məqsədi ilə cavabdehə verildiyini, polisə 15000 manatın ödənilməsi üçün müraciət etdiyini, cavabdehin cəmi 1800 manat ödəniş etdyini, cavabdehə verilmiş borcların ödənilməsi üçün kredit müqaviləsi bağladığını, həmin məbləğləri ödəməsi üçün borcun ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, əlyazma qəbzlər ilə müəyyən edilən borclar notarial qaydada bağlanılan borcun eyni olduğunu, sadəcə inam yaratmaq üçün əlavə notariatda rəsmilədirildiyini və köhnə qəbzləri məhv edilməsi ilə bağlı iddiaçının dediklərinə inandığını, məbləğin faizə görə artdığını, ancaq faizə görə 4000 manat pul ödədiyini, cinayət işinin rədd edilməsi barədə polisin qərarından şikayət vermədiklərini, hazırda isə kredit müqavilələri üzrə yalnız 18000 manatı verməyə razı olduğunu, digər məbləğlərlə razı olmadığını, pulu biznes qurmaq məqsədi ilə alındığını, alınmış borcdan yalnız 8800 manatın borc məbləği olduğunu, qalan pulun faizlər üçün hesablandığını bildirmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Mülki Məcəllənin 21, 324, 385-390, 739-746,; Mülki Prosesual Məcəllənin 14.2, 48-49,72, 76.1, 77.1, 80-82, 106.2, 119, 217.4, 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə istinadən hesab edir ki, birinci instansiya məhkəməsinin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə gəldiyi nəticəyə müvafiq apellyasiya şikayətlərinin dəlilləri sübuta yetirilmədiyindən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətləri əsassız olduğundan apellyasiya instansiyasına müraciətlə bağlı məhkəmə xərcləri ödəyən tərəfin özünə aid edilməlidir. Diqqətə çatdırılmalıdır ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Pul vəsaitlərinin hesablanması buna dair yazılı və təkzibedilməz sübutların mövcudluğunu tələb edir. Tərəflər arasında davamlı münasibətlər çərçivəsində qarşılıqılı ödənişlərin aparılması səciyyəsi, təyinatı, məqsədi, qaytarılan məbləğin miqdarı və digər ziddiyyətli dəlillər (sübutlar), sadə yazılı qəbzlərə əsasən iddia edilən pul vəsaitlərinin məbləğının, habelə notarial qaydada bağlanılan müqavilələrin əsasının təşkil etməsinin müəyyən edilməsində, şübhələrdən kənar olaraq borcun miqdarına birmənalı qiymət veilməsini mümkünsüz edir. Belə ki, iddiaçınının özünün və cavabdehin izahatları ilə müxtəlif miqdarda pul vəsaitlərinin qaytarılması, polisə müraciətlərinin yalnız qəbzlərlə verilən pul vəsaitlərinə dair olması və cinayət işinin rədd edilməsi barədə polisin qərarından tərəflərin şikayət vermədikləri, mövcud qəbzlərdə olan borca görə polisə müraciətlə bağlı cavabdehin 8000 manat məbləğində borcun etiraf etdiyi və digər, mötəbərliyi şübhə altına alınmayan sübutlarla bunu istisna edən halların olmaması, bu hissədə iddianın tam təmin və ya rədd edilməsi üçün əsaslar müəyyən etmir. Qeyd edilməlidir ki, iddia tərəfinin polisə müraciətlərinin yalnız qəbzlərlə verilən pul vəsaitlərinə dair olduğunu, tərəflərin cinayət işinin rədd edilməsi barədə polisin qərarından şikayət vermədiklərini nəzərə alaraq, bocun qeyd edilən məbləğdə olması və cavabdehin həmin borc məbləğinə aidiyyəti təkzibedilməz sübutlar sırasında preyudisiyal əhəmiyyətə malikdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı və Cavabdeh apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2649/2021 saylı işi üzrə 27 iyul 2021 -ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9655/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9655/2021
25.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver