Məhkəmə qərarları › İş №2(103)-9657/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9657/2021

14.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9657/2021 14.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədova Nərmin Nəzər qızının katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(010)-1916/2021 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X2 qarşı “kredit borcunun tutulması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə arasında bağlanmış 13.06.2019-cu il tarixli, 002A********** saylı kredit müqaviləsinə xitam verilməsi, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 14223,11 manat kredit, 72,29 manat faiz və 4256,84 manat cərimə borcu olmaqla, cəmi 18552,24 manat borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(010)- 1916/2021 saylı qətnaməsi ilə (hakim Anar Qasımov) cavabdehlərdən müştərək qaydada 14223,11 manat kredit, 72,29 manat faiz və 72 manat cərimə borcu olmaqla, cəmi 14367,40 manat borcun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Cavabdehlər qeyd olunan qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya baxışında Cavabdeh1 03.12.2021-ci il tarixli ərizlə ilə müraciət edərək, bank tərəfindən verilmiş 02.12.2021-ci il tarixli arayışı əlavə etməklə bildirmişdir ki, tərəfindən kredit borcu tam ödənilmişdir. Həmçinin, digər Cavabdeh3 da məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, kredib borcunun bağlanmasını göstərərək, mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Hazırkı məhkəmə iclasında iddiaçının nümayəndəsi iddiadan imtina barədə 09.12.2021-ci il tarixli ərizə təqdim edərək, cavabdeh tərəfindən banka olan borc əldə olunmuş razılaşmaya uyğun ödənildiyindən iddia tələbindən imtina etdiklərini, iddiadan imtinanın nəticələrinin onlara aydın olduğunu bildirmiş, bu səbəbdən də qətnamənin ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası, iddiadan imtina barədə ərizəni nəzərdən keçirərək, hesab edir ki, qətnamə ləğv olunmalı, iddiadan imtina olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 52-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə bu hərəkəti qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki işlərin başlanması məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də, qanunvericilik iddiaçının iddiadan imtina etməsini və bu imtinanın məhkəmə tərəfindən qəbul ediləcəyi təqdirdə iş üzrə icraatın xitam edilməsinin əsası kimi nəzərdə tutmuşdur. Baxılan işdən görünür ki, iddiaçının iddia tələbindən imtina etməsi barədə iradə ifadəsi yazılı formada tərtib edərək məhkəməyə təqdim etdiyi ərizədə əks olunmuşdur və onun iddiadan imtina etməsi qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. MPM-in 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. MPM-in 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Beləliklə, məhkəmə kollegiyası, hesab edir ki, iddiaçının iddiadan imtina etməsi qəbul edilməli, mübahisəyə dair çıxarılmış birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə, mülki işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264, 357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 may 2021-ci il tarixli, 2(010)- 1916/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və X2 qarşı “kredit borcunun tutulması” tələbinə dair mülki iş üzrə icraata, iddiadan imtina olunması ilə əlaqədar xitam verilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar