Məhkəmə qərarları › İş №2(103)-966/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-966/2021

10.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-966/2021 10.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı Əhmədov Rəhman Qasım oğlunun, onun nümayəndəsi və vəkili Tumasov Vüqar Əjdər oğlunun, cavabdeh “xxxx” QSC-nin nümayəndəsi Sadıqov Şahin Bəxtiyar oğlunun iştirakı ilə, İddiaçı Əhmədov Rəhman Qasım oğlunun cavabdeh “xxxx” QSC-yə qarşı “banka ödənilmiş artıq pul məbləğinin geri qaytarılması və vurulmuş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-198/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Əhmədov Rəhman Qasım oğlu cavabdeh “xxxx” QSC-yə qarşı iddia ərizəsi, iddia ərizəsinə əlavə və sonradan iddia həcminin artrılması barədə ərizələrlə məhkəməyə müraciət edərək, LD********** saylı, LD********** saylı, LD********** saylı, 0.8.04.2013-cü il tarixli, 17R000002969 saylı, xx.xx.2013-cü il tarixli, 17R000005071 saylı və xx.xx.2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşmalarının etibarsız hesab edilməsi, “xxxx” QSCdə olan AZ18ACAB******************** nömrəli şəxsi hesabından götürülmüş 261.004,41 ABŞ dolları,001-017-07-2-0000383.33 hesab nömrəsinə ödənilmiş 35.434,29 ABŞ dolları, 001- 017-07-2-0000325.34 hesab nömrəsinə ödənilmiş 24.670,15 ABŞ dolları, 001-017- 07-2- 0000249.36 hesab nömrəsinə ödənilmiş 30.858,16 ABŞ dolları, 001-017-07-2- 0000077.31 hesab nömrəsinə ödənilmiş 34.750,22 ABŞ dolları, AZ18ACAB******************** hesab nömrəsinə ödənilmiş 2.256,07 ABŞ dollan məbləğində pul vəsaitinin, cavabdehin etdiyi saxtakarlıqlarla əlaqədar yaranmış borcun iddiaçının işgüzar fəaliyyətinə vurduğu 500000 ABŞ dolları maddi, 100000 ABŞ dolları mənəvi zərər olmaqla, cəmi 988.973.30 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışlar ki, cavabdeh “xxxx” QSC ilə xx.xx.2006-cı ildən etibarən sıx işgüzar münasibətdə olmuş, ayrı-ayrı vaxtlarda müxtəlif miqdarda kreditlər götürmüş və ödənişlərini vaxtında edərək qarşılıqlı inam və etimad qazanmışdır. 2006-cı ildə bağlanmış **********74 saylı kredit xətti müqaviləsinin 1.1-ci bəndinə əsasən kreditlərin götürülməsi üçün ayrıca kredit razılaşması bağlanmalıdır. Sonradan bağlanmış xx.xx.2010-cu il tarixli “kredit xətti müqaviləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” 74 saylı sazişə əsasən ona 500.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit razılaşmaları əsasında istənilən məbləğin 172 ay müddətinə xx.xx.2020-ci il tarixdən gec olmayaraq verilməsi qeyd olunmuşdur. Bank tərəfındən verilən kreditlərə görə bağlanan kredit razılaşmalarının bir nüsxəsi ona təqdim olunmurdu. 2017-ci il tarixə qədər ödənişlərlə əlaqədar bank tərəfindən ona hər hansı bir müraciət olmayıb. Ona təqdim edilmiş hesabdan çıxarışa əsasən məlum olur ki, onun 2014-cü il tarixə “xxxx” QSC-yə heç bir borcu qalmamış və hesabı da bağlıdır.Lakin mühasibatlığı tərəfındən bankla aralarında olan borcun miqdarı dəqiq bilinmədiyindən davamlı olaraq banka pullar ödənilmiş və banka olan borcundan daha artıq ödənişlər edilmişdir. Əslində, bankla aralarında olan borca görə ödənişlər 2014-cü ilin sentyabr ayında artıq bağlanmış və ondan sonra etdiyi bütün ödənişlərin təyinatı kimi bankın kassa mədaxil qəbzlərində VÖEN və şəxsi hesab kimi göstərilmişdir. Bundan sonra, “xxxx” QSC ona və qeyrilərinə qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə Qubadlı Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmə onun və digər cavabdehlərin iştirakı təmin edilmədən bankın iddiasını qismən təmin edərək “xxxx” QSC ilə aralarında bağlanmış xx.xx.2006- cı il tarixli 03L000000074 saylı kreditr xətti müqaviləsinə, xx.xx.2010-cu il tarixli 74 saylı sazişə, xx.xx.2013-cü il tarixli 17R000002969 saylı, xx.xx.2013-cü il tarixli 17R000005071 saylı, xx.xx.2014-cü il tarixli 17R000006318 saylı kredit razılaşmalarına, xx.xx.2016-cı il tarixli 17R000002969S saylı, xx.xx.2016-cı il tarixli 17R**********SA saylı, xx.xx.2016-cı il tarixli 17R000002969SB saylı, xx.xx.2016-cı il tarixli 17R000005071S saylı, xx.xx.2016-cı il tarixli 17R000005071SA saylı, xx.xx.2016cı il tarixli 17R000005071SB, xx.xx.2016-cı il tarixli 17R000006318S saylı, xx.xx.2016-cı il tarixli 17R000006318 SA saylı, xx.xx.2016-cı il tarixli 17R000006318 saylı sazişlərə xitam verilməsi, ondan və digər cavabdehlərdən müştərək qaydada “xxxx” QSC-nin xeyrinə 17R000002969 saylı kredit razılaşması üzrə 6.988,82 ABŞ dolları əsas, 2.062,75 ABŞ dolları faiz, 75,27 ABŞ dolları cərimə olmaqla cəmi 9.079,33 ABŞ dolları, 17R000005074 saylı kredit razılaşması üzrə 24.804,98 ABŞ dolları əsas, 7.215,86 ABŞ dolları faiz, 81,90 ABŞ dolları cərimə olmaqla cəmi 32.102,74 ABŞ dolları, 17R000006318 saylı kredit razılaşması üzrə 83.836,69 ABŞ dolları əsas, 24.449,79 ABŞ dolları faiz, 23,57 ABŞ dolları cərimə olmaqla cəmi 108.310,05 ABŞ dolları, 017R********** saylı kredit razılaşması üzrə 10.000 ABŞ dolları əsas, 1.537,77 ABŞ dolları faiz, 120 ABŞ dolları cərimə olmaqla cəmi 11.657,77 ABŞ dolları, ümumilikdə 161.149,89 ABŞ dollarının ödəniləcək günə manatla məzənnəsi hesablamaqla, dövlət rüsumu kimi 30 manat və digər xərclərin tutulmasını qət etmişdir. Bundan sonra qətnamədən xəbəri olmuş və Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət etmişdir. Mülki iş hal-hazırda icraatdadır və vəsatəti əsasında həmin müqavilələrin və müqavilələr üzrə götürülmüş pulları təsdiq edən kassa məxaric orderlərinin tərəfındən imzalanıb-imzalanmaması ilə bağlı və banka olan borcunun olubolmaması ilə bağlı məhkəmə-xətşünaslıq və məhkəməmühasibatlıq ekspertizaları təyin edilmişdir. Bankda olan şəxsi hesab nömrəsində ona aid olmayan və onunla müqavilə bağlanmayan kreditlər mövcuddur. Bununla bağlı banka etdiyi şifahi və yazılı müraciətlər cavabsız qalmışdır. Belə ki, məhkəməyə müqavilələr və kassa məxaric orderləri təqdim edilmir. Sonradan ona məlum olmuşdur ki, əslində onun imzası saxtalaşdırılaraq müxtəlif müqavilələr imzalanmış və onun banka ödədiyi pullar əslində kredit xətti üzrə borclarına deyil, həmin saxta müqavilələr üzrə yaradılmış kreditlərə yönləndirilmişdir. Bankın özünün verdiyi hesabdan çıxarışa əsasən 2014-cü ilin sonlarındantərəfindən 261.004,41 ABŞ dolları ödənilmişdir ki, bu da həmin süni yaradılmış kredit müqavilələri üzrə borclara yönləndirildiyindən ona maddi zərər vurmuşdur. Əslində cavabdehin ona qarşı etdiyi qanunsuz hərəkətlər nəticəsində şəxsi biznesinə külli miqdarda zərər dəymiş və iflasa uğramışdır. Bundan başqa, müəssisəsində çalışan 70 nəfər işçi də iş yerlərindən məhrum olunmuşdurlar. Bununla bağlı banka olan süni yaradılmış borcları onun işgüzar nüfuzuna xələl gətirmiş və mənəvi iztirab keçirməsinə səbəb olmuşdur. Həmçinin tərəflər arasında gedən başqa məhkəmə mübahisələri zamanı məlum olmuşdur ki, onun “xxxx” QSC-də olan AZ18ACAB******************** şəxsi hesab nömrəsinə ödənilmiş vəsaitdən 261.004,41 ABŞ dolları LD**********, LD********** və LD********** saylı kredit razılaşmaları əsasında silinmişdir. Həmçinin xx.xx.2013-cü il tarixli, 17R000002969 saylı kredit razılaşması üzrə 50.000 ABŞ dolları, xx.xx.2013-cü il tarixli, 17R000005071 saylı kredit razılaşması üzrə 68.000 ABŞ dolları, xx.xx.2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşması üzrə 165.000 ABŞ dolları və xx.xx.2016-cı il tarixli, 017R********** saylı kredit razılaşması üzrə 10.000 ABŞ dolları məbləğində kredit borcu yazılmışdır. Cavabdehlə aralarında ümumiyyətlə LD**********, LD********** və LD********** saylı kreditrazılaşmaları bağlanmamış, xx.xx.2013-cü il tarixli, 17R000002969 saylı, xx.xx.2013-cü il tarixli, 17R000005071 saylı və xx.xx.2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşmaları bağlanmış olsa da, həmin kredit razılaşmaları əsasında bank tərəfındən ona kredit verilməmişdir. “xxxx” QSC 2014-cü ilin sentyabr ayında onun şəxsi hesabında artıq pul vəsaitinin olduğunu gördükdə 2013-cü ildə yazılmış kredit razılaşmaları əsasında 2014-cü ilin oktyabr ayından başlayaraq ödəniş qrafikini sistemə yerləşdirərək bilərəkdən borc yaratmışdır ki, şəxsi hesabdakı pul vəsaitini həmin qrafiklərə uyğun olaraq götürə bilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-198/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin olunmamışdır. Qətnamədən apellyasiya şikayəti verən iddiaçı onun ləğv, iddia tələbinin isə təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin yuxarıda göstərilən məzmununa uyğun əsaslandırmışdır. Həmçinin, iddiaçı apellyasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, Yasamal rayon məhkəməsinin 2(004)-198/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsində qeyd edimişdir ki, xxxx QSC-nin nümayəndəsi məhkəmə iclası zamanı qeyd etmişdir ki, adı çəkilən məbləğlər guya tərəfindən məxaric edilmiş, və Qubadlı rayon məhkəməsinə iddia tələbi ilə müraciət edərkən sübutları Qubadlı rayon məhkəməsinə təqdim etmişdirlər. Halbuki bunlar ağ yalandan savayı bir şey deyildir. Belə ki, cavabdehlə Sumqayıt Apellyasiya məhkəməsində mübahisə zamanı məhkəmə kollegiyasına ərizə təqdim etmişdir. Ərizədə xxxx QSC-nin israrla vurğuladığı “sübutları Qubadlı rayon məhkəməsinə təqdim etmişik” sözlərinin heç cürə həqiqəti əks etdirməməsini və adı çəkilən sübutların iş materiallarında mövcud olub olmamasını xüsusi ilə vurğulamağına baxmayaraq nə məhkəmə nədə ki, bank tərəfində adı çəkilən sübutlar heç cürə ortalığa çıxarılmayaraq qanunsuz qətnamənin çıxarılmasına səbəb olmuşdur. Necə ola bilər ki, cavabdeh tərəfin onun borcunu təsdiq edəcək mötəbər sübutları olmadığı halda Yasamal rayon məhkəməsi iddiamı təmin etmir? Nə vaxtdan məhkəmələr şifahi formada qeyd olunanları mötəbər sübut kimi qəbul edir? Halbuki, cavabdehə nəyinki borcunun olmamasını həttda xxxx QSC-nin ona borclu olmasını təsdiq edəcək bütün zəruri sənədləri Yasamal rayon məhkəməsin də iclas zamanı təqdim etmişdir. Bundan başqa Məhkəmə ekspertizası mərkəzi xx xxxxxxxx 2019-cu il tarixli və xx xxxxxx 2020-ci il tarixli ekspert rəyində ekspertiza tədqiqatı zamanı iş materiallarında olan SAXTA kredit statusuna əsasən hesablamalar aparılmış və onu xxxxa borclu çıxartmışdır. Sual olunur ki, hansı səbəbə məhkəmə araşdırma aparmadı ki, bank tərəfində qeyd olunan kredit statusunu təsdiq edəcək sənədlər hardadır? Əgər belə bir sənəd mövcuddursa, onun həqiqətəndəmi onunla bağlanmasını təsdiq edəcək nə var? Halbuki, bu halı təsdiq edəcək bir MÜQAVİLƏ olmalıdır və təəssüflər olsun ki, bu halın da üstündən ona məlum olmayan səbəblərdən məhkəmə heç bir səbəb göstərmədən keçmiş və qanunsuz qətnamə çıxartmışdır. Necə ola bilər ki, heç bir qanuni rəsmiləşmə olmayan bir sənəd mötəbər sübut kimi qəbul oluna bilər? Tərəfindən cavabdeh xxxx QSC-yə qarşı banka ödənilmiş artıq pul məbləğinin geri qaytarılması və vurulmuş maddi zərərin ödənilinəsi tələbinə dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin 2(004)- 198/2020 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə məhkəmə- mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Rövşən Cəlilov tərəfindən məhkəməyə daxil olmuş 09/1832 nömrəli xx xxxx 2020- ci il tarixli vəsatətdə miihasibathq ekspertizanın aparılması və rəy verilməsi üçün olan materiallar: xxxx QSC ilə Əhmədov Rəhman Qasım oğlu arasında bağlanmış, sualda göstərilən kredit müqavilələri, əlavə sazişlər, həmin müqavilələr üzrə kassa məxaric orderləri, cari hesablardan çıxarışlar ( müqavilələrin tarixindən xx.xx.2020-ci il tarixə, (kodlaşdırılmış yox) məxariclər və mədaxillər göstərilməklə, tapşırıqları (müştəri və bank tərəfindən təqdim edilən, ayrı-ayrılıqda), faizlərin və cərimələrin hesablanması barədə hesabdan çıxarışlar ( gedİşat, (kodlaşdırılmış yox) hesablar göstərilməklə, müqavilə tarixindən xx.xx.2020-ci il tarixə), faizlərin hesablanmasının dayandırılması haqqında idarə heyətinin qərarı ( kredit komitəsinin, əgər varsa) iş materiallarında olanlardan əlavə ekspertizaya təqdim edilməsi qeyd edilmişdir. Bu səbəbdən Yasamal Rayon Məhkəməsi xxxxa müraciət edərək, mühasibatlıq ekspertizasının icrasının təmini məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperti Rövşən Cəlilovun vəsatətində qeyd olunan şərtlərin xxxx tərəfindən qısa müddətə həyata keçirilməsini xahiş etmişdir. Təəssüflər olsun ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin eksperi Rövşən Cəlilovun vəsatəti əsasında Yasamal Rayon Məhkəməsinin xxxx QSC-yə müraciəti cavabsız qalmış və bank tərəfindən növbəti qanunsuzluq edilmişdir. İddiaçı sonradan yenədə apellyasiya şikayətinə əlavə təqdim edərək qeyd etmişdir ki, işin araşdırılmayan tərəfləri ondan ibarətdir ki, Kredit razılaşmalarında 2.1 bəndi - ssuda hesabları ilə bank hesab müqaviləsi yoxdur. Kredit razılaşmalarında göstərilən 2.1- bəndi ssuda hesablarından məxaric edilməmişdir. xxxx QSC-nin Xırdalan filialı ilə mənim aramda kredit xətti müqaviləsi və ya kredit xəttinə saziş bağlanmamışdır. İddia ərizəsinin 22-ci ci bəndində kreditin götürülməsini təsdiq edən xx.xx.2013- cü il tarixli 17CTÖ0021297 saylı, xx.xx.2013-cü il tarixli 17CT00025081 saylı, xx.xx.2014-cü il tarixli 17CT00027181 saylı və xx.xx.2014- cü il tarixli Ö1CT00Ö43618 saylı qəbzlərin əsli və xx.xx.2015- ci il tarixli FT15160LRXKN saylı köçürmə orderi 3 vərəqdə iş materiallarında yoxdur. xx.xx.2013-cü il tarixli, xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü il tarixili kredit razılaşması xx xxxxxx 2011-ci il tarixdə vaxtı bitmiş kredit xətti müqaviləsi əsasında bağlanmışdır. İş materiallarında ödəniş cədvəllərinin çoxunda mənim imzam yoxdur və olanlar skan edilmişdir. İş materiallarında xxxx QSC-nin təqdim etdiyi seriya RX0532333 saylı, seriya MA0103561 və seriya RX0288367 saylı çıxarışların icra müddəti İdrisov Səfər Məmməd Zaman oğiluna aid çıxarış xx.xx.2013-cü ildən 172 ay xx.xx.2006-ci il tarixədək, Əhmədov Rəhman Qasım oğlu xx.xx.2014-cü ildən xx.xx.2006-cı ilədək və Abasov Fəxrəddin Xudu oğlu xx.xx.2010cu ildən 172 ay xx.xx.2010-cu ilədək göstərilir. Yəni, icra müddəti qoyulduğu andan bitmişdir. Ona görə ki, bütün ipoteka müqavilələri vaxtı bitmiş kredit xətti müqaviləsi əsasında rəsmiləşdirilmişdir.Ümumiyyətlə, bankın tələb etdiyi kredit razılaşmaları əsasında ipoteka müqaviləsi olmamışdır. Bu da hər iki notariat ofisinin rəyində öz əksini tapmışdır. Hər üç ipoteka müqaviləsi kredit razılaşmaları deyil, vaxtı bitmiş kredit xətti müqaviləsi əsasında saxta yolla rəsmiləşdirilmişdir. İdrisov Səfər Məmməd Zaman oğluna məxsus Sumqayıt şəhəıri Saray Bağlar Massivi 3143 ünvanında yerləşən, ümumi sahəsi 56A olan əmlakı vaxtı bitmiş kedit xətti müqaviləsinə ipoteka edilsə də, xx.xx.2015-ci ildə xxxxın məktubu əsasında yeni çıxarış almaq üçün əmlak komitəsində ipoteka ləğv edilərək, üzərində yeni tikili tikildiyi üçün yenidən qeydiyyat aparılmışdır. Yəni, sahəsi 465.4 kv.m, qeydiyyat nömrəsi ********** olmaqla yeni çıxarış alınmışdır. Bundan başqa, Abasov Fəxrəddin Xudu oğluna məxsus Sumqayttt şəhər, 48-ci məhəllə, ev4 , mənzil 56 ünvanında yerləşən mənzili xx xxxxxx 2006-cı ildə Mikromaliyyələşdirmə Bankı ilə 03M0000Ö0095 say lı ipoteka müqaviləsi rəsmiləşdirilmişdir. İpoteka xx xxxxxx 2006-cı ul tarixli kredit xətti müqaviləsinə əsasən olmuşdur. Kredit xəttinin məbləği 40000 ABŞ dolları, müddəti xx.xx.2011-ci ilədək olmuşdur. Bundan başqa, xxxxın Sumqayıt filialı ilə 396 saylı saziş bağlanmışdır. Yəni, Xırdalan filialı ilə heç bir ipoteka mıüqaviləsi olmamışdır. Bundan başqa, Əhmədov Rəhman Qasım oğlu xx xxxxxx 2006-cı il tarixli Mikromaliyyələşdirmə Bankı ilə bağlanmış 03L000000074 saylı kredit xətti müqaviləsinə xx xxxxxx 2014-cü ildə ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə bağlandıqdan sonra xxxxın Xırdalan filialı ilə heç bir kredit razılaşması olmamışdır. Hər üç ipoteka vaxtı bitmiş kredit xətti müqaviləsi əsasında saxta yolla notariusda rəsmiləşdirilmişdir. Kredit xətti müqaviləsinin 1.1 bəndinə əsasən bit müqavilə bankın kredit vermək vədini ifadə etmir. Hər iki notarius ofisinin rəyi təsdiq edir ki, kredit razılaşmaları əsasında ipoteka olmamışdır. Əhmədov Rəhman Qasım oğluna məxsus mənzil, İdrisov Səfər Məmməd Zaman oğluna məxsus bağ ev iş materiallarında olan yüklü çıxarışda icra müddəti xx xxxxxx 2006-cı il göstərilmişdir. AZ18ACAB******************** saylı şəxsi hesabıma artıq ödənilən 261004.4100 ABŞ dolları LD********** saylı kredit razılaşması əsasında **********00024936 hesab nömrəsi, LD**********kredit razılaşması əsasında **********00038333 saylı hesab nömrəsi, LD********** kredit razılaşması əsasında **********00023438 hesab nömrəsi, LD********** kredit razılaşması əsasında **********00032534 saylı hesablara saxta yolla imzam olmayan razılaşmalar və hesablar üzrə silinmişdir. Bütün bu hallar qoşmada təqdim etdiyim AZİ 8ACABÖ000100324********** saylı şəxsi hesabımdan çıxarışda öz əksini tapmışdır. Heç bir imzam olmayan razılaşma, saziş və məxaric edilməyən kredit statusu və ödəniş cədvəli, ödəniş planı əsasında ekspert iki dəfə verdiyi rəydə yalnış kredit statusuna əsasən borc aşkar etmişdir ki, həmin kredit statuslarında mənim imzam yoxdur. Qoşmada təqdim etdiyim kredit statusunda 2014.09.xx xxxxxxx 29749.09 ABŞ dolları, 2014.09.xx xxxxxxx 52645.52 ABŞ dolları, 2014.09.xx xxxxxxx 146874.88 ABŞ dolları kreditin verilməsinə dair xxxx QSC ilə mənim aramda heç biir kredit razılaşması, saziş və məxaric edilməmişdir. Ancaq yuxarıda qeyd etdiyim kimi məhkəmə mühasibatlıq ekspertizası məni kredit statusuna əsasən bank qarşısında borclu çıxartmışdır. Qeyd etdiyim kredit statusunun ödəniş planı və ödəniş cədvəli də var ki, bank tərəfindən məhkəməyə təqdim edilməmişdir. Çünki, həmin ödəniş planı və cədvəlində görünür ki, 29749.09 ABŞ dolları, 52645.52 ABŞ dolları və 146874.88 ABŞ dolları bank tərəfindən yazılan zaman həmin tarixlərdə xx.xx.2014-cü il tarixə 165000 ABŞ dolları 60 ay müddətinə, xx.xx.2013- cü il tarixə 50000 ABŞ dolları 72 ay müddətinə və xx.xx.2013-cü il tarixə 68000 ABŞ dolları 64 ay müddətinə kreditlər yazılıb. Bu kreditlərdən mənim xəbərim yoxdur, çünki kredit statusunda və ödəniş planında göstərilən **********00038333 saylı, **********00024936 və **********0032534 saylı kredit kodları ilə nəinki kredit razılaşması, bank hesab müqaviləsi və bu hesablardan məxaric qəbzləri yoxdur. 3 saylı və 4 saylı notariat ofislərinin rəyində kredit razılaşmaları üzrə ipoteka müqavilələrinin aşkar edilmədiyi təsdiq edilir. Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi cənab Telman Məmmədovun qətnaməsindən sonra əldə etdiyimiz məhkəmə ekspertizası x xxxxxx 2020-ci il tarixli rəyində təsdiq edir ki, bankın tələb etdiyi kredit razılaşmaları və kredit statusuna əsasən Əhmədov Rəhman Qasım oğlunun hər hansı borcu yoxdur və məxaric etməmişdir və kredit razılaşmaları olmayan hesablara 127.506.89 ABŞ dolları, şəxsi hesabına isə iş materiallarına təqdim olunan qəbzlərə əsasən 2015-ci ilin 12-ci ayınadək 166.379.76 ABŞ dolları məbləğində müəyyən edilir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin, həmçinin şikayətə əlavələrin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, “xxxx” QSC cavabdehlər - Əhmədov Rəhman Qasım oğlu, Məmmədov Rüsxət Qulam oğlu, Ağayev Kamal Ağa oğlu, İdrisov Səfər Məmməd Zaman oğlu, Məmmədov Məhəmməd Süleyman oğlu, Əhmədov Qaraman Qasım oğlu, Abasov Fəxrəddin Xudu oğlu, Əhmədov Məhəmməd Qasım oğlu, Cahangirova Gülmirə Balaca qızı və Ağayev Ağa Abdulrəhim oğluna qarşı xx.xx.2018-ci il tarixdə “kredit müqaviləsi üzrə borcun tutulması, ipoteka predmetinə tutma yönəldilməsi, əmlaka tutmanın yönəldildikdən və o, satılqdan sonra 1 ay sonra cavabdehlərin əmlakdan çıxarılması, əmlakların boşaldılması və banka təhvil verilməsi tələbi” ilə Qubadlı Rayon Məhkəməsinə müraciət etmiş, iddia ilə müraciət edərkən xx.xx.2006-cı il tarixli 03L000000074 saylı kredit xətti müqaviləsinin, xx.xx.2010-cu il tarixli 74 saylı sazişin, xx.xx.2013-cü il tarixli 17R000002969 saylı kredit razılaşmasının və ödəniş planının, xx.xx.2016-cı il tarixli 17R000002969S saylı sazişin və ödəniş planının, xx.xx.2016-cı il tarixli 17R000002969SA saylı sazişin və ödəniş planının, xx.xx.2016-cı il tarixli 17R000002969SB saylı sazişin və ödəniş planının, xx.xx.2013-cü il tarixli 17R000005071 saylı kredit razılaşmasının və ödəniş planının, xx.xx.2016-cı il tarixli 17R000005071S saylı sazişin və ödəniş planının, xx.xx.2016-cı il tarixli 17R000005071SA saylı sazişin və ödəniş planının, xx.xx.2016-cı il tarixli 17R000005071SB saylı sazişin və ödəniş planının, xx.xx.2014-cü il tarixli 17R000006318 saylı kredit razılaşmasının və ödəniş planının, xx.xx.2016-cı il tarixli 17R000006318S saylı sazişin və ödəniş planının, xx.xx.2016-cı il tarixli 17R000006318SA saylı sazişin və ödəniş planının, xx.xx.2016-cı il tarixli 17R000006318SB saylı sazişin və ödəniş planının, xx.xx.2016-cı il tarixli 017R********** saylı kredit razılaşmasının və ödəniş planının, xx.xx.2006-ci il tarixli 03S000000042 saylı zaminlik müqaviləsinin, xx.xx.2010-cu il tarixli 42 saylı sazişin, xx.xx.2008-ci il tarixli 03S000000356 saylı zaminlik müqaviləsinin, xx.xx.2010-cu il tarixli 356 saylı sazişin, xx.xx.2009-cu il tarixli 03S000003977 saylı, xx.xx.2012-ci il tarixli 17S000002121 saylı, xx.xx.2014-cü il tarixli 17S000006630 saylı, xx.xx.2010-cu il tarixli 03S000008024 saylı, xx.xx.2010-cu il tarixli 03S000008717 saylı və xx.xx.2013-cü il tarixli 17S000002867 saylı zaminlik müqavilələrinin, xx.xx.2009-cu il tarixli 03S000003978 saylı zaminlik müqaviləsinin, xx.xx.2010-cu il tarixli 3978 saylı sazişin, kreditin götürülməsini təsdiq edən xx.xx.2013-cü il tarixli 17CT00021297 saylı, xx.xx.2013-cü il tarixli 17CT00025081 saylı, xx.xx.2014-cü il tarixli 17CT00027181 saylı və xx.xx.2016-cı il tarixli il tarixli 01CT00040791 saylı, xx.xx.2014-cü il tarixli 01CT00043618 saylı qəbzlərin, xx.xx.2015-ci il tarixli FT15160LRXKN saylı köçürmə orderinin, xx.xx.2013-cü il tarixli 17M000000580 saylı ipoteka müqaviləsinin, xx.xx.2006-cı il tarixli 03M000000095 saylı ipoteka müqaviləsinin, xx.xx.2010-cu il tarixli 396 saylı sazişin, gecikmədə olan kredit razılaşmaları üzrə ödənişlər və borc barədə maliyyə arayışların, Seriya RX 0532333№-li, Seriya RX ******* №-li və Seriya MA 0103561№-li Çıxarışların əsilləri, Sumqayıt şəhəri 3 saylı xüsusi notariat kontorunun 3m/1505 saylı işi məhkəməyə təqdim edilmişdir. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2018-ci tarixli 2(028)-145/2018 saylı qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən bank və Əhmədov Rəhman Qasım oğlu ayrı-ayrılıqda apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019- cu il tarixli 2(105)-1122/2019 saylı qərardadı ilə məhkəmə mühasibatlıq, kreditin verilməsi çeklərində imzalara dair məhkəmə-xəttşünaslıq və əmlakların qiymətləndirilməsi ekpertizaları təyin edilmiş, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi üçün lazımi sənədlər - kredit razılaşmaları üzrə hesabdan çıxarışlar və aşağıdakı cədvəldə qeyd edilmiş 32 ədəd ödəniş qəbzlərinin əsilləri Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi, “xxxx” QSC özündə mövcud olan kredit işi üzrə bütün sənədlərin əsillərini məhkəməyə təqdim etmişdir və hazırda həmin sənədlər Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında 2(105)-1122/2019 saylı mülki işdə mövcuddur. Əhmədov Rəhman Qasım oğlunun MPM-nin 47- ci maddəsinə əsasən mülki iş materialları ilə tanış olmaq və həmin materiallardan surət əldə etmək hüququ mövcuddur. Bundan başqa hər hansı bir müqavilə, saziş, ödəniş planı tərtib edilərək imzalanarkən, kredit götürməklə əlaqədar məxaric və ödəniş edilməklə əlaqədar mədaxil edilərkən onun bir nüsxəsi Əhmədov Rəhman Qasım oğluna təqdim edilmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-101/2020 saylı qətnaməsinin surətindən görünür ki, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(028)-145/2018 saylı qətnaməsi ilə iddiaçı “xxxx” QSC-nin cavabdehlər Əhmədov Rəhman Qasım oğluna və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin İpoteka predmetinə yönəldilməsinə dair iddiası qismən təmin edilmiş, Əhmədov Rəhman Qasım oğlu və “xxxx” QSC arasında bağlanmış xx.xx.2006-cı il tarixli, 03L000000074 saylı kredit xətti müqaviləsinə, xx.xx.2010-cu il tarixli, 74 saylı sazişə, xx.xx.2013-cü il tarixli, 17R000002969 saylı, xx.xx.2013-cü il tarixli, 17R000005071 saylı, xx.xx.2014-cü il tarixli, 17R000006318 saylt kredit razılaşmalarına, xx.xx.2016-cı il tarixli, 17R000002969S saylı, xx.xx.2016-cı İl tarixli, 17R000002969SA saylı, xx.xx.2016-cı il tarixli, 17R000002969SB saylı, xx.xx.2016-cı il tarixli, 17R000005071S saylı, xx.xx.2016-cı il tarixli, 17R000005071SA saylı, xx.xx.2016-cı il tarixli, 17R000005071SB saylı,xx.xx.2016-cı il tarixli, 17R000006318S saylı, xx.xx.2016cı il tarixli, 17R000006318SA saylı, xx.xx.2016-cı il tarixii, 17R000006318SB saylı sazişlərə xitam verilməsi, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 17R000002969 saylı kredit razılaşması üzrə 6988,82 ABŞ dolları əsas, 2062,75 ABŞ dolları faiz borcu və 27,76 ABŞ dolları cərimə borcu, cəmi 9079,33 ABŞ dolları borcun, 17R000005071 saylı kredit razılaşması üzrə 24804,98 ABŞ dolları əsas borc, 7215,86 ABŞ dolları faiz borcu və 81,90 ABŞ dolları cərimə borcu, cəmi 32102,74 ABŞ dolları borcun, 17R000006318 saylı kredit razılaşması üzrə 83836, ABŞ dolları əsas borc, 24449,79 ABŞ dolları faiz borcu və 23,57 ABŞ dolları cərimə borcu, cəmi 108310,05 ABŞ dolları borcun, 017R********** sayiı kredit razılaşması üzrə 10000 ABŞ dolları əsas borc, 1537,77 ABŞ dolları faiz borcu və 120 ABŞ dolları cərimə borcu, cəmi 11657,77 ABŞ dolları borcun, ümumilikdə 161.149,89 ABŞ dollarının ödəniləcək günə manatla məzənnəsi hesablanmaqla, dövlət rüsumu üçün ödəniimiş 30 manatın, ipoteka predmetinə tutmanın yöneldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30 manatın və 63 manat xidmət haqqının iddiaçının xeyrine tutulması, tələbin ipoteka predmetlərinə yönəldilərək açıq hərracda satılmaları ve satışdan əldə edilmiş pul vəsaitinin hesabına “xxxx" QSC-yə olan borclarının ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı bank və cavabdeh Əhmədov Rəhman Qasım oğlu ayrı-ayrılıqda apellyasiya şikayəti vermişdir. Məhkəmə baxışı zamanı məhkəmə mühasibatlıq, kreditin verilməsi çeklərində imzalara dair məhkəmə xəttşünaslıq və əmlakların qiymətləndirilməsi ekpertizaları təyin edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın xx.xx.2019-cu il tarixli, 9465 saylı rəyi ilə, ekspertizaya təqdim edilmiş Əhmədov Rəhman Qasım oğlunun adına olan xx.xx.2013-cü il tarixli kreditin verilməsi köçürmə adlı sənəddə “Müştəri imzası” qrafasındakı ımzanın; Əhmədov Rəhman Qasım oğlunun adına olan xx.xx.2013-cü il tarixli 68000 ABŞ dolların dair kredit razılaşmasında “Kredit alan:” qrafasındakı imzanın; ödəniş planında “Müştəri” qrafasındakı imzanın; xx.xx.2013-cü il tarixli kreditin verilməsi köçürmə adlı sənəddə “Müştəri imzası” qrafasındakı imzanın; xx.xx.2016-cı il tarixli 17M000000580 saylı ipoteka müqaviləsində “Borclu” hissəsindəki imzanın; kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 17R000005071SB saylı sazişdə “Kredit alan” hissəsindəki imzanın; Əhmədov Rəhman Qasım oğlunun adına olan xx.xx.2014-cü il tarixli 165.000 ABŞ dollara kredit razılaşmasında “Kredit alan” qrafasındakı imzanın; xx.xx.2014-cü il tarixli kreditin verilməsi köçürmə adlı sənəddə “Müştəri" qrafasındakı imzanın; xx.xx.2016-cı il tarixi kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqtnda 17R000006318SB saylı sazişdə “Kredıt alan” hissəsindəki imzanın; xx.xx.2016-cı il tarixli 017R********** saylı kredit razılaşmasında “Kredit alan” hissəsindəki imzanın; Əhmədov Rəhman Qasım oğlunun adına olan ödəniş qrafikində “Müştəri” qrafalarındakı imzaların; xx.xx.2016-cı il tarixli kreditin verilməsi köçürmə adlı sənəddə “Müştəri imzası" qrafasındakı imzanın - Əhmədov Rəhman Qasım oğlu tərəfindən icra olunduğu müəyyən edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın xx.xx.2019-cu il tarixli, 15522 saylı rəyi ilə xx.xx.2013-cü il tarixli, 17R000002969 saylı kredit razılaşması üzrə ödəniş ödəmələri vaxtında həyata keçirmədiyindən cavabdeh Əhmədov Rəhman Qasım oğlunun xx xxxxxx 2018-ci il tarixə “xxxx” QSC-yə olan əsas kredit borcu 6702,94 ABŞ dollart, faiz borcu 2124,08 ABŞ dolları, xx.xx.2013-cü il tarixli, 17R000005071 saylı kredit razılaşması üzrə ödəniş qrafiki üzrə ödəmələri vaxtında həyata keçirmədiyindən cavabdeh Əhmədov Rəhman Qastm oğlunun xx xxxxxx 2018-ci il tarixə “xxxx" QSC-yə olan əsas kredit borcu 24.515,92 ABŞ dolları, faiz borcu 7678,61 ABŞ dolları, xx.xx.2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşması üzrə ödəniş qrafiki üzrə ödəmələri vaxtında həyata keçirmədiyindən cavabdeh Əhmədov Rəhman Qasım oğlunun xx xxxxxx 2018-ci il tarixə “xxxx” QSC-yə olan əsas kredit borcu 83.199,83 ABŞ dolları, faiz borcu 26.167,34 ABŞ dolları, xx.xx.2016-cı il tarixli, 017R********** saylı kredit razılaşması üzrə cavabdeh Əhmədov Rəhman Qasım oğlunun xx xxxxxx 2018-ci il tarixə “xxxx” QSC-yə əsas kredit borcu 9995,55 ABŞ ddolları, faiz borcu 1514,84 ABŞ dolları olduğu müəyyən edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın xx.xx.2019-cu il tarixli, 29461 saylı rəyi ilə xx.xx.2013-cü il tarixli, 17RW00026140 saylı nağd pulun götürülməsi barədə qəbzin aşağı sağ hissəsində “Müştəri imzası" qrafasında olan imzanın; xx.xx.2014-cü il tarixli, 17RW00033607 saylı nağd pulun götürülməsi barədə qəbzin aşağı sağ hissəsində “Müştəri tmzası qrafasında olan imzanın; xx.xx.2013-cü il tarixii, 17RW00030950 saylı nağd pulun götürülməsi barədə qəbzin aşağı şağ hissəsində “Müştəri imzası” qrafasında olan imzanın; xx.xx.2016-cı il tarixli, FT16356X5XZ3 sayiı daxili köçürmə orderinin aşağı hissəsində “Müştərinin imzası” qrafasında olan imzanın- Əhmədov Rəhman Qasım oğlu tərəfindən icra olunduğu müəyyən edilmişdir. İş üzrə keçirilmiş ekspertizanın xx.xx.2020-ci il tarixli, 29763 rəyi ilə Əhmədov Rəhman Qasım oğlu ilə “xxxx” QSC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 17R000002969 saylı kredit razılaşması üzrə kreditin verilməsini təsdiq edən sənəd (kreditin verilməsi (köçürmə) kassa məxaric orderi, nağd pulun götürülməsi və s.), xx.xx.2013- cü il tarixli, 17R000005071 saylı kredit razılaşması üzrə kreditin verilməsini təsdiq edən sənəd (kreditin verilməsi (köçürmə), kassa məxaric orderi, nağd pulun götürülməsi və s.), xx.xx.2014- cü il tarixli, 17R000006318 saylı kredit razılaşması üzrə kreditin verilməsini təsdiq edən sənəd (kreditin verilməsi (köçürmə), kassa məxaric orderi, nağd pulun götürülməsi və s.), xx.xx.2016- cı il tarixli, 017R********** saylı kredit razılaşması üzrə kreditin verilməsini təsdiq edən sənəd (kreditin verilməsi (köçürmə), kassa məxaric orderi, nağd puluri götürülməsi və s.) iş materiallarında mövcuddur. Əhmədov Rəhman Qasım oğlunun AZ18ACAB******************** saylı hesabının aktiv olub olmaması məhkəmə mühasibat ekspertizasının predmetinə aid deyildir. Həmçinin iş materiallarında onun digər hesabı mövcuddur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-101/2020 saylı qətnaməsi ilə cavabdeh Əhmədov Rəhman Qasım oğlunun apellyasiya şikayəti qismən təmin edilərək, Qubadlı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(028)- 145/2018 saylı qətnaməsi əsas kredit borclarına, 017R********** saylı kredit razılaşması üzrə faiz borcuna, Samqayıt şəhəri, 48-ci məhəllə, 4 saylı evin 56 saylı mənzilinin və Sumqayıt şəhəri, 1-ci məhəllə, 6 saylı evin 4 saylı mənzilinin açıq hərracda ilkin satış qiymətlərinə aid hissələrdə dəyişiklik edilmiş,qalan hissələrdə qətnamə Əhmədov Rəhman Qasım oğlunun apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmış, iddiaçı “xxxx” QSCnin apelyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3820/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki,iddiaçı Əhmədov Rəhman Qasım oğlunun cavabdeh "xxxx" QSC-yə qarşı "bank ilə iddiaçı arasında bağlanmış 2006-2017-ci illərdə bağlanmış kredit müqaviləsi, sazişin, kreditin verilməsinə dair mədaxil və məxaric sənədlərinin və s. təqdim olunmasına dair" iddia tələbi təmin edilməmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-2375/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Əhmədov Rəhman Qasım oğlunun cavabdeh “xxxx” QSC-yə və üçüncü şəxs Sumqayıt şəhəri 3 nömrəli notariat ofisinə qarşı “xx.xx.2014-cü il tarixli ipoteka müqaviləsinin ləğv edilməsi tələbinə dair” iddia ərizəsi rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Əhmədov Rəhman Qasım oğlunun "xxxx" QSC-də olan AZ18ACAB******************** saylı hesabından çıxarışın surətindən görünür ki, LD**********, LD********** və LD********** nömrələri kredit razılaşmaları kimi deyil, əməliyyat kodu kimi qeyd edilmişdir. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bununla yanaşı nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”. Bu kontekstdə kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır; çünki iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, iddia tələbində istinad etdiyi faktiki halları biri digərini tamamlayan mötəbər sübutlarla sübut edə bilməmişdir. Belə ki, Əhmədov Rəhman Qasım oğlu ilə “xxxx” QSC arasında LD**********, LD********** və LD********** saylı kredit razılmşmalarının bağlanması iş materialları ilə sübuta yetirilmədiyindən, həmçinin tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 17R000002969 saylı, xx.xx.2013-cü il tarixli, 17R000005071 saylı və xx.xx.2014-cü il tarixli, 17R000006318 saylı kredit razılaşmaları üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(105)-101/2020 saylı qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə, qismən – ipoteka predmetinin boşaldılması tələbinin təmin olunmayan hissəsində ləğv edilməklə yeni apellyasiya baxışına göndərilmişdir. Göründüyü kimi qətnamə kredit müqavilələri üzrə borcun tutulması hissəsində qanuni qüvvəsini almış və yuxarıda göstərilən qətnamələrdə iddiaçının hazırki dəlillərini hüquqi qiymət verilmişdir. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizmi hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir; hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Ryabıx Rusiya Federasiyasına qarşı” iş üzrə xx xxxx 2003-cü il tarixli qərarında qeyd etmişdir ki, “hüquqi müəyyənlik res judicata prinsipinə, yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi prinsipinə hörmət edilməsini nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz”. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Kollegiya iddia tələbinin maddi ziyanın ödənilməsi barədə hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə də uzlaşmamaqdadır; çünkü iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 21-ci maddəsinə əsasən, “zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür”. Mülki Məcəllənin 1096.1-ci və 1097.1-ci maddələrinə görə isə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Kollegiya hesab edir ki, iddiaçı ona cavabdehin qanunsuz hərəkəti nəticəsində zərər vurulduğunu sübut edə bilməmişdir. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Kollegiya iddiaçı İmamverdiyeva Rəhman Əhmədovun maddi ziyanın tutulması ilə bağlı tələbinin təmin olunmadığını nəzərə alıb hesab edir ki, iddiaçının törəmə tələbi olan 100000 ABŞ dolları mənəvi zərərin tutulması ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlar və hallar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri üzrə düzgün nəticəyə gəlməklə apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-198/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar