Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-966/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: alimentin artırılması) Hakimlər Azad Nizam oğlu İmanov (sədrlik edən və məruzəçi), Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2642/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan AZ-İ seriyalı 282837 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə Abdurəhimova Aygün Vəkil qızı arasında olan nikah ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2018-ci il tarixdə 05 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına Abbasova soyadı verilmişdir;
2. İş materiallarında olan AZ-İİİ seriyalı, 620654 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Аbdurəhimli Vüqаr Аğаkişi 01 оktyаbr 2015-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası Abdurəhimova Aygün Vəkil qızıdır;
3. İş materiallarında olan AZ-İİ seriyalı 362893 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X15 30 noyabr 2019-cu il tarixdə Zərdab rayon qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 175 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Abdurəhimov, arvada Abdurəhimova soyadı verilmişdir;
4. İş materiallarında olan AZ-İV seriyalı 472219 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 19 avqust 2020-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X6r;
5. İş materiallarında olan AZ-İV seriyalı 645398 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 28 noyabr 2021-ci il tarixdə doğulmuşdur. Atası Cavabdeh, anası X6r;
6. İş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(007)-3150/2019 saylı qətnaməsinin surətindən görünür ki, iddiа qismən təmin еdilərək, Bakı şəhəri Nizаmi Rayon Məhkəməsinin 2(007)-2195/2018 saylı 20 iyun 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılması, Аbdurəhimоv Аğаkişi Vüqаr oğlundan bu qətnаmə qаnuni qüvvəyə mindiyi tаriхdən bаşlаyаrаq 01 оktyаbr 2015-ci il təvəllüdlü Аbdurəhimli Vüqаr Аğаkişi оğlunun yetkinlik yaşına çatanа kimi sахlаnmаsı üçün hər аy 160 (yüz аltmış) mаnаt sаbit pul məbləğində аlimеnt, həmçinin əlаvə хərclərə görə 20 (iyirmi) mаnаt vəsаitin tutulаrаq Аbbаsоvа Аygün Vəkil qızınа vеrməsi qət edilmişdir;
7. İş materiallarında olan 050239 saylı vəsiqənin surətindən görünür ki, Cavabdeh İİİ qrup əlildir;
8. İş materiallarında olan Azərbaycan Respublikası Ucar rayonu İcra Hakimiyyəti Başçısının Yuxarı Şilyan kənd iznibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 321 saylı arayışdan görünür ki, Cavabdeh ailə tərkibinə anası X13, arvadı X10, oğlu X8 və qızı X7r.
9. İş materiallarında olan Azərbaycan Respublikası Ucar rayonu İcra Hakimiyyəti Başçısının Yuxarı Şilyan kənd iznibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 322 saylı arayışdan görünür ki, Cavabdeh Ucar rayonunun Yuxarı Şilyan kəndində qeydiyyatda olmaqla, Yuxarı Şilyan kəndində yaşayır və heç bir işdə işləmir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2014-cü il tarixdə Cavabdeh ilə ailə qurmuşdır. Birgə nikahda olarkən bir övladları, 01 oktyabr 2015- ci il təvəllüdlü X11 doğulmuşdur. Ailə münasibətləri pisləşdiyindən Bakı şəhəri Nizami Rayon məhkəməsinin 2(007)-192/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)- 3150/2019 saylı, 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh 01 oktyabr 2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin və həmçinin əlavə xərclərə görə 20 manat vəsaitin tutularaq ona verilməsi qət edilmişdir. X2 ürək qüsurludur. Onun müalicəsinə aylıq təqribən 100 (yüz) manat xərc çıxır. Bununla bağlı sənədləri və qəbzləri məhkəməyə təqdim edəcəkdir. Yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını dəyişdirərək, 01 oktyabr 2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment və əlavə xərclərə görə 50 manat vəsait tutulmalıdır. Qeyd edilənlərə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 14 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarını dəyişdirərək, 01 oktyabr 2015-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh onun xeyrinə hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment və əlavə xərclərə görə 50 manat vəsait tutulmasını xahiş etmişdir.
12. Cavabdeh etirazla məhkəməyə müraciət edərək qeyd etmişdir ki, o, iddia tələbini qəbul etmir. İddiaçı işləyir, sabit gəlirə malikdir. O isə əlildir, əsas gəliri 3-cü qrup əlil kimi müəyyən edilmiş müavinətdir. Özündən əlavə hazırda nikahda olduğu işsiz arvadını və iki azyaşlı uşağını saxlamalıdır. Ağır xəstədir, mütəmadi müalicə və müayinəyə möhtacdır. Xəstəliyi ən ağır xəstəliklərdən biri olan vərəmdir, azyaşlı, 2020-ci il təvəllüdlü oğlu Abdurəhimli İlqar ağır beyin, sinir xəstəliyindən əziyyət çəkir, mütəmadi müayinə və müalicəyə ehtiyacı var. X1 da onun himayəsində olmaqla xəstə və işsizdir. İddiaçı ilə nikahları pozularkən iddiaçıya qarşı heç bir əmlak mübahisəsi açmamışdır. Birgə nikah dövründə əldə etdikləri bütün əmlaklar iddiaçıya qalmışdır. Qanunvericiliyə əsasən uşaqları saxlamaq vəzifəsi tək atanın deyil, ananın da vəzifəsidir. Qeyd edilənlərə əsasən keçmiş arvadı İddiaçı ona qarşı “alimentin artırılması” tələbinə dair iddiası üzrə başlanmış 2(007)-2642/2022 saylı mülki işə qanuni və ədalətli baxıb iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2642/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Qumru Əliyeva) iddianın qismən təmin edilməsi, 01 oktyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-3150/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 01 oktyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-3150/2019 saylı qətnaməsi “Аbdurəhimоv Аğаkişi Vüqаr oğlundan əlаvə хərclərə görə 20 (iyirmi) mаnаt vəsаit tutulаrаq Аbbаsоvа Аygün Vəkil qızınа vеrilsin” hissəsində dəyişdirilmədən saxlanılması, iddianın qalan hissədə təmin edilməməsi, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş mediasiya xərcininin əvəzi kimi 50 manat məbləğində pulun Cavabdeh tutulub, İddiaçı ödənilməsi qət edilmişdir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1, 112.1-ci maddələrinə, “Uşaq hüquqları haqqında” Konvensiyanın 3, 27.2ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
15. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın qismən təmin edilən hissəsinin – yəni “01 oktyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün tutulmalı olan, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-3150/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi gündən başlayaraq, 01 oktyabr 2015-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, İddiaçı ödənilsin.” hissəsində ləğv edilərək, iddianın həmin hissəsinin təmin edilməməsi, qətnamənin qalan hissəsinin dəyişdirilmədən saxlanması barəsində yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları ilə müəyyən edilmişdir ki, iddiaçı işləyir, sabit gəlirə malikdir. O isə əlildir, əsas gəliri 3-cü qrup əlil kimi müəyyən edilmiş müavinətdir. Özündən əlavə hazırda nikahda olduğu işsiz arvadını və iki azyaşlı uşağını saxlamalıdır. Ağır xəstədir, mütəmadi müalicə və müayinəyə möhtacdır. Xəstəliyi ən ağır xəstəliklərdən biri olan vərəmdir, azyaşlı, 2020-ci il təvəllüdlü oğlu Abdurəhimli İlqar ağır beyin, sinir xəstəliyindən əziyyət çəkir, mütəmadi müayinə və müalicəyə ehtiyacı var. X14 Qaraqızı da onun himayəsində olmaqla xəstə və işsizdir. İddiaçı ilə nikahları pozularkən iddiaçıya qarşı heç bir əmlak mübahisəsi açmamışdır. Birgə nikah dövründə əldə etdikləri bütün əmlaklar iddiaçıya qalmışdır. Uşağın saxlanması üçün hər аy 160 (yüz аltmış) mаnаt sаbit pul məbləğində аlimеnt, həmçinin əlаvə хərclərə görə 20 (iyirmi) mаnаt vəsаit ödəyir. Göstərilən xüsusatları təsdiq edən sübutlar təqdim edilmiş, lakin həmin sübutlar məhkəmə tərəfindən nəzərə alınmamışdır. Göründüyü kimi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-3150/2019 saylı ilə Аbdurəhimоv Аğаkişi Vüqаr oğlundan Аbdurəhimli Vüqаr Аğаkişi оğlunun sахlаnmаsı üçün hər аy 1 6 0 (yüz аltmış) mаnаt sаbit pul məbləğində аlimеnt, həmçinin əlаvə хərclərə görə 20 (iyirmi) mаnаt vəsаitin tutulаrаq Аbbаsоvа Аygün Vəkil qızınа vеrilməsi qət edildikdən sonra, Cavabdeh ailə vəziyyətində dəyişiklik olmuş, yəni 2020-ci ildə İlqar adlı uşağı olmuş və İlqar ağır beyin, sinir xəstəliyindən əziyyət çəkir, mütəmadi müayinə və müalicəyə ehtiyacı var. Bununla da məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdehailə və maddi vəziyyətində onun ailə və maddi vəziyyətinin ağırlaşmasına dair dəyişiklik olmuşdur. Birinci instansiya məhkəməsinin 2022-ci il yanvar ayının 1-dən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat məbləğində müəyyən edilməsinə istinad olunması əsassızdır. Belə ki, şərh olunduğu kimi, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı yaşayış minimumu haqqında qanuna müvafiq olaraq yaşayış minimumunun artması ilə deyil, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmasından asılı olaraq məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Belə dəyişiklik isə və həm də 2020-ci ildə İlqar adlı uşağınin olması və İlqarın ağır beyin, sinir xəstəliyindən əziyyət çəkməsi, mütəmadi müayinə və müalicəyə ehtiyacının olması; bununla da məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh ailə və maddi vəziyyətində onun ailə və maddi vəziyyətinin ağırlaşmasına dair dəyişiklik olmuşdur. Bununla da, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra İddiaçı ailə vəziyyətində dəyişikliyin olmasına dair xüsusatlar işin hallarına uyğun gəlmir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
18. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Ailə Məcəlləsinin
20. Maddə 75.1. valideynlər uşaqlarını saxlamağa borcludurlar;
21. Maddə 75.4 valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur;
22. Maddə 76.2. valideynlərindən məhkəmə tərəfindən tutulan aliment miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər;
23. Maddə 78.1. valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər;
24. Maddə 112.1 aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Uşaq hüquqları haqqında” Konvensiyanın
25. Maddə 3 uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün;
26. Maddə 27.2 valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun
27. Maddə 19 valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
28. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2022-ci il üçün minimum yaşayış həddi uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir.
29. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
30. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.7-ci bəndinə əsasən alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 372.6 apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
36. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
38. Hazırki halda qətnamə cavabdeh tərəfindən qismən mübahisələndirilərək iddia tələbinin təmin edilməsi hissəsinə ləğv edilməsi xahiş edildiyindən qətnamə yalnız iddia tələbinin təmin edilməsi hissəsində yoxlanılır. Başqa sözlə iddia tələbinin təmin edilməməsi hissəsi hazırki apellyasiya baxışının predmetini təşkil etmir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2642/2022 saylı, 12 oktyabr 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
40. Kollegiya qeyd edir ki, hazırki iddia tələbi iş materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(007)-3150/2019 saylı qətnaməsinə əsasən tutulan alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Tərəflər arasındakı hazırki mübahisənin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
41. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.
42. Lakin mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşaqların saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə kollegiyası hesab edir ki, alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü nəzərə alındıqda iddiaçının aldığı aliment məbləği onun maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Buna görə də, birinci instansiya məhkəməsi ölkə üzrə 2022-ci il üçün uşaqlar yaşayış minimumunu nəzərə almaqla alimentin miqdarının 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində müəyyən edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur.
43. Kollegiya həmçinin qeyd edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi hallar onun valideyn kimi, qanunla üzərinə qoyulmuş öhdəlikdən azad etmir. Belə ki, aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
44. Cavabdeh apellyasiya şikayətindən həmçinin qeyd etmişdir ki, o, ikinci dəfə ailə həyatı qurmuş, həmin nikahdan iki övladı vardır. Kollegiya apellyasiya şikayətinin qeyd edilən dəlilinə münasibətdə qeyd edir ki, cavabdehin ailə vəziyyətinin dəyişməsi halları alimentin miqdarının artırılmaması və ya alimenti ödəməkdən azad edilməsi üçün mütləq əsas kimi qəbul edilməməlidir. Belə ki, aliment ödənilən iddiaçı azyaşlı uşağı ilə cavabdehdən ayrı yaşayır, ondan ayrı yaşamalarına baxmayaraq, cavabdehin həmin uşağın qarşısında bir valideyn kimi müvafiq öhdəlikləri vardır, cavabdeh uşağın maddi və mənəvi cəhətdən təminatını həyata keçirməlidir. Ona görə də, kollegiya hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsaslı sayıla və təmin edilə bilməz.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən hissədə iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
46. Məhkəmə kollegiyası həmçinin izah edir ki, cavabdehin apellyasiya şikayəti ilə mübahisələdirdiyi hissə 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2642/2022 saylı, 12 oktyabr 2022ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.