Məhkəmə qərarları › İş №2(103)-967/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-967/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-967/2024 23.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (açar sözlər: pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Hacıyeva Kəmalə Hafiz qızının katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2023-ci il tarixli, e-2(005)-3101/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 13 dekabr 2021-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Cavabdeh 12500 manat məbləğində pul borc verməyi, sonuncu isə krediti 13 may 2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 12500 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi, həmçinin, tərəfindən ödənilmiş 128 manat 40 qəpik məbləğində dövlət rüsumunun da cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, 03 dekabr 2021-ci il tarixli kredit müqaviləsinin 2- ci bəndinə görə Cavabdeh 12500 manat məbləğində pul vəsaitini 13 may 2022-ci il tarixinədək qaytarmağı öhdəsinə götürsə də, öhdəliyinə əməl etməyərək pulu qaytarmamışdır. Buna görə də, iddiaçı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2023-cü il tarixli, e- 2(005)-3101/2023 nömrəli qətnaməsi ilə iddia təmin olunaraq Cavabdeh 12500 manat məbləğində pul vəsaitinin və 128,40 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

5. Qətnamə onunla əsaslandırılmışdır ki, cavabdeh müqaviləyə əsasən 12500 manat məbləğində pul vəsaitini 13 may 2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürsə də, borc məbləğinin geri qaytarılmasına dair ödəniş qəbzi və ya borcunu ödəməsi barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.

6. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 389.1, 425.1, 448.1, 739.1, 739.2, 740.1, 740.2-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Şikayətin dəlillərinə görə, aralarında kredit müqaviləsi bağlansa da, qeyd edilən pul məbləği ona verilməmişdir və bu səbəbdən həmin öhdəliyə cavab verməli olan şəxs o deyildir. Borc müqaviləsinin tələblərinə əsasən borc verən borc məbləğini yalnız borc verdiyi şəxsdən tələb edə bilər. Hazırki müqavilə üzrə iddiaçı ona heç bir borc vermədiyindən həmin pulun ondən tələb edilməsi də tamamilə əsasızdır. Lakin birinci instansiya məhkəməsi lazımi qaydada araşdırma aparmamış, onun məhkəmədə iştirakı təmin edilməmiş, çəkişmə prinsipinə əsasən sübutlarını təqdim etməyinə şərait yaradılmamışdır. Belə ki, İddiaçı ilə onun arasında bağlanmış kredit müqaviləsi üzrə iddiaçıya 12500 manat məbləğində borcunun olması qeyd edilmişdir. Lakin 03 dekabr 2021-ci il tarixdə Bakı şəhəri 43 saylı notariat ofisində 10000 manat məbləğində borcun qaytarılması barədə müqavilə bağlamışlar və müqavilə üzrə borcun qaytarılma müddəti 2025-ci il müəyyən edilmişdir. Qeyd olunan məbləğ ona deyil, başqa şəxsə verilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tərəflər (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmışdır.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddə 740.1.Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borc verən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

13. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin edilməməsi tələb edildiyindən, məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.

15. Tərəflər arasında bağlanmış 13 dekabr 2021-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 12500 manat məbləğində borc pul vermiş, müqavilə yazılı formada bağlanmış və notarial qaydada təsdiq olunmuşdur.

16. Məhkəmə kollegiyası cavabdehin öhdəliyə cavab verməli olan şəxs olmaması barədə dəlilinə münasibətdə onu qeyd edir ki, borc müqaviləsi öz hüquqi təbiyyətinə görə konsensual müqavilə olduğundan müqavilənin bağlanmış hesab edilməsi üçün müqavilənin bütün mühüm şərtləri barədə tərəflərin razılığa gəlmələri yetərlidir. İş materiallarında olan kredit müqaviləsindən də göründüyü kimi, iddiaçı və cavabdeh arasında müqavilə 13 dekabr 2021-ci il tarxidə bağlanmışdır. Borc müqaviləsinin analayışına görə borcverən pul vəsaitini borcalana verməyi öhdəsinə götürür, borcalan isə eyni məbləğdə pul vəsaiti borcverənə qaytarmağı öhdəsinə götürür. Cavabdeh tərəfindən iddiaçının pul vəsaitinin borcalana verməsi öhdəliyini yerinə yetirməməsini təsdiq edən heç bir sübut təqim edilməmiş, apellyasiya şikayətinin bu dəlili yalnız formal mülahizələrə əsaslanmışdır.

17. Cavabdehin istinad etdiyi hallardan biri də odur ki, məhkəmə cavabdehin məhkəmə iclasında iştirakını təmin etməmiş və çəkişmə prinsipinə əsasən sübutları təqdim etməyə şərait yaratmamışdır. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən 2 hazırlıq və 1 baxış iclası keçirilmişdir. İş materiallarının 32-ci səhifəsində cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış teleqramından müəyyən olunur ki, 05 sentyabr 2023-cü il tarixdə keçirilmiş hazırlıq iclasından məlumatı olmuşdur. Yuxarıda qeyd edilən qanunvericilik normalarının mənasına görə məhkəmə sənədləri sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. İş materiallarının 31, 40, 48-ci səhifələrində olan məktubların göndərilməsi barədə reyestrlərdən müəyyən olunmuşdur ki, məhkəmə cavabdehin Cavabdeh qeydiyyatda olduğu ünvana məhkəmə bildirişlər göndərmişdir. Cavabdeh özü də apellyasiya şikayətində qeydiyyatda olduğu ünvanda faktiki yaşadığını qeyd etmişdir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslərə məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırıldığı halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. Hazırkı işin materiallarından görünür ki, məhkəmə iclaslarının keçirilməsi barədə məlumat iddiaçının təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılmış və “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumata əsasən həmin nömrə cavabdehin adına qeydiyyatdadır. Bununla da cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir.

18. Digər tərəfdən cavabdehin məhkəmə iclasında iştirakı təmin olunmadığından sübutları təqdim etməyə şərait yaradılmadığını qeyd etsə də, apellyasiya şikayətinə də hər hansı bir sübut əlavə etməmiş, apellyasiya məhkəməsində işə baxılarkən məhkəmə iclasında iştirak etməmiş, əvvəlki instansiyada olduğu kimi heç bir təqdim etmədən səhhəti ilə bağlı iclasın təxirə salınması barədə məhkəməyə ərizə ünvanlamışdır.

19. Məhkəmə kollegiyası qeyd edir ki, əgər cavabdeh müqavilənin bağlanmasına baxmayaraq pul vəsaitinin ona verilmədiyinə istinad edirsə, 2 ildən artıq müddət ərzində, ən azı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra müqavilənin etibarsızlığı və ya öhdəliyin yerinə yetirilmədiyinə görə ləğvi barədə iddia qaldıra bilərdi. Lakin iddiaçı nəinki iddia qaldırılana qədər, iş məhkəmənin icraatında olduğu dövrdə də müqaviləni mübahisələndirməmişdir.

20. Bundan başqa, cavabdehin apellyasiya şikayətində qeyd olunan dəlillər də bir – biri ilə ziddiyyət təşkil edir. Cavabdeh apellyasiya şikayətində əvvəlcə kredit müqaviləsi üzrə hər hansı bir borcunun olmamasını, sonra isə 03 dekabr 2021-ci il tarixdə 10000 manat məbləğində borcun qaytarılması barədə müqavilə bağladığını və müqavilə üzrə borcun qaytarılma müddətinin 2025-ci il müəyyən olunduğunu qeyd edir. Lakin qeyd olunan xüsusatlar müqavilənin məzmunu ilə təsdinini tapmır. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

21. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.

22. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2023-ci il tarixli, e-2(005)- 3101/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 oktyabr 2023-ci il tarixli, e-2(005)- 3101/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar