Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9693/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakları ilə İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(011)-5270/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlərdən iddiaçının xeyrinə 1728,12 manat əsas, 246,46 manat faiz, cəmi 1974,58 manat məbləğində kredit borcunun, dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(011)-5270/2021 saylı qətnaməsi ilə iddia təmin edilərək, BPM**********73 saylı kredit müqaviləsi üzrə 1728,12 manat əsas borc, 246,46 manat faiz borcu olmaqla, cəmi 1974,58 manat pul və 30,40 manat məbləğində ödənilmiş dövlət rüsumu Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. İddiaçı "xxxx" ASC qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində qeyd olunur ki, Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh1 arasında 30.04.2018-ci il tarixli, BPM**********73 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən borcalana 60 ay müddətinə illik 26 faiz dərəcəsi ilə hesablanmaqla 11200 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi X3 ilə 30.04.2018-ci il tarixli, BPM**********73 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdehlərə bank tərəfindən 03.05.2021-ci il tarixli pretenziya məktubu göndərilmiş və 8028,56 manat əsas və 1224,64 manat faiz borcunun olduğu bildirilmişdir. Həmçinin "xxxx" ASC ilə Cavabdeh1 arasında 31.08.2018-ci il tarixli, BPM**********25 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 60 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə hesablanmaqla 2600 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı kimi X6 ilə 31.08.2018-ci il tarixdə zaminlik müqaviləsi imzalanmışdır. Cavabdehlərə bank tərəfindən 23.07.2021-ci il tarxində pretenziya məktubu göndərilmiş, 1728 manat əsas və ona hesablanmış faiz borcunun olduğu bildirilmişdir.( surətinə əlavə olunur) Bank tərəfindən 04.06.2021-ci il tarixində Xətai rayon Məhkəməsində Cavabdeh1 və X1 qarşı 30.04.2018-ci il tarixli, BPM**********73 saylı kredit müqaviləsi üzrə kiçik işlər üzrə iddialara dair sadələşdirilmiş icraatda iddia qaldırılmışdır. Lakin iddia ərizəsində texniki səhv olaraq iddia qaldırılan kredit müqavlisinin deyil Cavabdeh1 digər 31.08.2018-ci il tarixli, BPM**********25 saylı kredit müqaviləsinin borcu qeyd olunmuşdur. Həmçinin iddia ərizəsinə əlavə olunmuş sənədlər toplusundakı maliyyə arayışının 30.04.2018-ci il tarixli, BPM**********73 saylı kredit müqaviləsinə deyil, 31.08.2018-ci il tarixli, BPM**********25 saylı kredit müqaviləsinə aiddir. Belə ki, maliyyə arayışında kreditin nömrəsi, kreditin tarixi, müddəti və məbləği qeyd olunduğundan, iddia qaldırılan kredit müqaviləsinin öhdəlikləri ilə uyğunsuzluq təşkil etdiyi görünür. Beləliklə, Xətai rayon Məhkəməsinin 28.07.2021-ci il tarixli 2(011)-5270/2021 saylı qətnaməsində 30.04.2018-ci il tarixli, BPM**********73 saylı kredit müqaviləsinə dair sənədlər üzrə 31.08.2018ci il tarixli, BPM**********25 saylı kredit müqaviləsinə dair borc məbləği qət edilmişdir. Həmçinin 13.08.2021- ci il tarixdə 31.08.2018-ci il tarixli, BPM**********25 saylı kredit və zaminlik müqavilələri üzrə Cavabdeh1 və X4 dair 1728.12 manat əsas, faiz borcu üzrə 187.02 manat, cəmi 1915.14 manat məbləğində Suraxanı rayon məhkəməsində iddia qaldırılmışdır. Beləliklə, Xətai rayon məhkəməsinin gəldiyi nəticə ilə sübutlar arasında fərq olduğundan həmçinin qətnamə ilə müəyyən edilmiş borc Suraxanı rayon Məhkəməsinin icraatında olan mülki işin predmetini təşkil etdiyindən hesab edirik ki, qətnamə ləğv edilməli və iş baxılmamış saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, iddia ərizəsinin qaytarılmaqla, iddianın baxılmamış saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh1 apellyasiya şikayətini qəbul etdi, mülki işin baxılmamış saxlanmasına razı olduğunu bildirdi. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və cavabdehin izahatını nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(011)-5270/2021 saylı qətnaməsi ləğv edilməli, iddia baxılmamış saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətinə əlavə edilmiş sənədlərdən görünür ki, hazırki iş üzrə məhkəmə qətnaməsi ilə cavabdehlərdən tutulan məbləğ 30.04.2018-ci il tarixli kredit müqaviləsi üzrə deyil, 31.08.2018-ci il tarixli kredit müqaviləsi üzrə olmaqla, iddiaçı tərəfindən hazırda 31.08.2018-ci il tarixli kredit müqaviləsi üzrə borcun tutulması ilə bağlı məhkəməyə müraciət olunmuşdur. Göründüyü kimi, hazırki mülki iş üzrə iddiaçı iddia ərizəsinin geri qaytarılmasını xahiş etmiş, cavabdeh də, iddianın baxılmamış saxlanılmasına razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, ərizə məhkəməni baxılmamış saxlayır. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanılmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 391, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 28 iyul 2021-ci il tarixli, 2(011)-5270/2021 saylı qətnaməsi ləğv edilsin. İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi qaytarılmaqla, iddia baxılmamış saxlanılsın. İddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra, maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-9693/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9693/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver