Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9694/2021 10.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Məmmədova Şərafət Asif qızı və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5127/2021 nömrəli işi üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Apellyasiya şikayətinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunsa da, araşdırma nəticəsində 20.08.2021-ci il tarixli 8838 saylı qəbzin təyinatı Bakı Apellyasiya Məhkəməsinin dövlət rüsumu üzrə olmadığı müəyyən edilmişdir (iş.səh.38). Diqqətə çatdırılmalıdır ki, qətnamədən şikayət verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.4-ci və “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddələrinə uyğun olaraq müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödənilməlidir. Bundan əlavə, qətnaməni qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən şikayət vermə (prosessual) müddətin ötüb-ötməməsinə qiymət verməmişdirr.Belə ki, qətnamə 20.07.2021-ci il tarixdə çatmasına baxmayaraq şikayət 24.08.2021-ci il tarixdə daxil olmuşdiur. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.2 və 363.1.3-cü maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən təsdiq edən sənədlər əlavə olunmamışdırsa və apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılmalıdır. Qeyd edilənlərdən əlavə, apellyasiya şikayətində qətnamənin ləğv edilməsi ilə yanaşı eyni zamanda yeni tələb irəli sürülmüş və birinci instansiya məhkəməsi qeyd edilənlərə səlahiyyəti daxilində hüquqi qiymət verilməmişdir (səh.39). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.4-cü maddəinə əsasən diqqətə çatdırılmalıdır ki, Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.2-ci maddəsinə əsasən Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 108.1.4, 361-366, 402-ci və “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5127/2021 nömrəli işi üzrə 07 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9694/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9694/2021
10.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver