Məhkəmə qərarları › İş №2(103)-9702/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9702/2021

13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9702/2021 13.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(008)-3103/2017 saylı qətnaməsindən cavabdeh Borclu1 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(008)- 3103/2017 saylı qətnaməsi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Borclu1 və Borclu2 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, Borclu1 və Borclu2 2838,87 manat əsas, 657,04 manat faiz, 50 manat cərimə, cəmin 3545,91 manat borc və 20 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Borclu1 tərəfindən apellyasiya şikayəti verilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi apellyasiya şikayətini mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Məhkəmə kollegiyası işin materiallarını araşdırıb hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, apellyasiya şikayəti qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından da göründüyü kimi, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(008)-3103/2017 saylı qətnaməsindən cavabdeh Borclu1 tərəfindən 02 iyul 2021-ci il tarixdə, təxminən 4 ildən artıq bir müddətdən sonra apellyasiya şikayəti verilmiş, lakin birinci instansiya məhkəməsi apellyasiya şikayətinin prosessual qanunvericiliyin tələblərinə riayət edilib-edilmədən verildiyini yoxlamadan mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Ona görə də, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(008)-3103/2017 saylı qətnaməsindən cavabdeh Borclu1 tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli, sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 366, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 aprel 2017-ci il tarixli, 2(008)- 3103/2017 saylı qətnaməsindən cavabdeh Borclu1 tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün mülki iş Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, işdə iştirak edən şəxslərə rəsmi verildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar