Məhkəmə qərarları › İş №2(103)-9718/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9718/2020

30.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9718/2020 30.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-Cavabdeh2 və onun vəkili Vasif Həsənovun iştirakı ilə, İddiaçı MMC-nin cavabdehlər X1, Cavabdeh2 və “xxxx” MMC-yə qarşı “lizinq ödənişlərinin tutulması barədə” iddiasına, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 cavabdeh İddiaçı MMC, X3, Arslan Ertaç və “X5 Sanayi və Ticaret Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı fililaına qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, real zərərin və əldən çıxmış faydanın ödənilməsi və lizinq ödənişlərinin qaytarılması barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Həmin qərardadla qərara alınıb ki, Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş “iddianı təmin etmə tədbirinin görülməsi barədə” ərizə rədd olunsun. Şikayətdə tələb olunub ki, qərardad ləğv edilsin. Şikayət təmin edilə bilməz. Belə ki, Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsində 2 tələb var: 1) əqdlərin etibarsız sayılması; 2) pul ödənilməsi. İddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə 2-ci tələbə münasibətdə verilib və ərizədə xahiş olunub ki, İddiaçı MMC-nin bank hesabları üzərinə həbs qoyulsun, əmək haqqı, sosial sığorta və vergi ödənişləri istisna olmaqla hesablar üzərində sərəncam verilməsi MMC-yə qadağan edilsin. Lakin pul tələbinin irəli sürülməsi öz-özlüyündə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi üçün əsas deyil. İddianı təmin etmə institunun məqsədi qətnamənin gələcəkdə icrasını təmin etməkdən ibarətdir, yəni qətnamənin icrasını çətinləşdirən və ya qeyri-mümkün edən halların qarşısını almaq məqsədilə tətbiq edilə bilər. Bu baxımdan MMC-nin bank hesabları üzərinə həbs o halda qoyula bilər ki, müəyyən olunsun ki, həbs tətbiq edilməyəcəyi təqdirdə qətnamənin icrası çətinləşəcək və ya qeyri-mümkün olacaq. Lakin bu hal müəyyən olunmur. Ona görə də məhkəmə Mülki-Prosessual Məcəllənin 157-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə əsassızdır, birinci instansiya məhkəməsi düzgün olaraq ərizəni rədd edib. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəlləsinin 366 və 368-ci maddələrinin göstərişini rəhbər tutaraq, Məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar