Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9719/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Sarıyevin sədrliyi ilə, Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(007)-897/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(007)-897/2021 saylı qətnaməsi ilə, iddia təmin edilərək, 03 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh 149,61 manat məbləğində əsas borc, 1,73 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə isə 151,34 manat və məhkəməyə müraciət etmək üçün ödənilmiş 20,40 manat dövlət rüsumun əvəzi tutularaq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayət vermişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(007)-897/2021 saylı qərardadı ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2(007)-897/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. 22 iyul 2021-ci il tarixdə cavabdeh şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 04 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 269.3-cü maddəsinə əsasən baxılması üçün, Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətini müdafiə etdi, göstərilənlərə uyğun məzmunda izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. İddiaçı "xxxx" məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndə məhkəməyə gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün saydı. Məhkəmə kollegiyası cavabdehi dinləyib, şikayəti və iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(007)-897/2021 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 361.1-ci maddəsinə əsasən, Apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti; barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar; şikayətə əlavə edilən sənədlərin siyahısı. 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. 362-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. 363.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır: 363.1.2. apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə; Məhkəmə qeyd etmişdir ki, Cavabdeh Bakı şəhəri Nizami rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti versə də, bu zaman qanunvericiliyin yuxarıda qeyd olunan müvafiq normalarının tələblərini pozmuşdur. Belə ki, Cavabdeh apellyasiya şikayəti verərəkən, iddia qiymətinə uyğun miqdarda, yəni 10 manat dövlət rüsumu ödəməli olduğu halda, dövlət rüsumu ödəməmiş, bu barədə bank qəbzini, habelə dövlət rüsumunu ödəməkdən azad edildiyi halda bu barədə sübutunu təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, apellyasiya şikayəti tərtib edilərkən, apellyasiya şikayətinin forma və məzmununa riayət edilməli, Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan 361.1-ci maddəsinin tələblərinə riayət edilməlidir. Məhkəmə onu da qeyd etmişdir ki, cavabdeh tərəfindən apellyasiya şikayətinin və ona əlavə olunan yazılı sənədlərin surəti işdə iştirak edən şəxslərin sayına apellyasiya şikayətinə əlavə edilməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi ərizənin qaytarılması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyinin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı qanuni və əsaslıdır, onun ləğv edilməsi üçün əsas yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 25 iyun 2021-ci il tarixli, 2(007)- 897/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Namiq Cəfərov Emin Mehdiyev
Məhkəmə qərarları › İş №2(103)-9719/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9719/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver