Məhkəmə qərarları › İş №2(103)-972/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-972/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-972/2021 04.05.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İlk iddia üzrə İddiaçı nümayəndə və vəkilləri X1 və X5, İlk iddia üzrə cavabdeh qarşlıqlı iddia üzrə iddiaçılar Cavabdeh1, Cavabdeh2-nin nümayəndəsi X2, “xxxx” MMC-nin direktoru, eyni zamanda “X10 Bankı”nın nümayəndəsi olan X4, “xxxx” MMC-nin vəkili X3 və “X10 Bankı”nın vəkili X6 iştirakı ilə İlk iddia üzrə üzrə İddiaçı cavabdehlər Cavabdeh2yə və Cavabdeh1 qarşı “borcun, ona hesablanmış faizlərin qaytarılması və əvəzinin borclunun əmlakına yönəldilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2nin və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız sayılması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli qətnaməsindən maraqlı şəxslər “X10 Bankı” MMC və “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli qətnaməsi ilə İlk iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh2-dən və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə əsas borc üzrə 7.547.750 manat və dəbbə pulu üzrə 1.000.000 manat olmaqla, cəmi 8.547.750 manat tutulmuş, ilkin iddianın qalan hissədə rədd edilmiş, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2-nin və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız sayılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi rədd edilmişdir. “X10 Bankı” və “xxxx” MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdilər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 15.10.2019-cu il tarixli qərardadı ilə “X10 Bankı” və “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan verilmiş şikayət əsasında Bakı Apellyasiya Məhkəməsi 16.03.2020-ci il tarixdə qərardad qəbul edərək “X10 Bankı” və “xxxx” MMC-nin şikayətini qismən təmin etmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli qətnaməsinin “X10 Bankı” və “xxxx” MMC-nin hüquq və vəzifələrinə toxunub-toxunmadığı məsələsinin müəyyən edilməsi üçün mülki işin Nəsimi Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli qətnaməsinin “X10 Bankı” və “xxxx” MMC-nin hüquq və vəzifələrinə toxunduğu üçün onlar tərəfindən maraqlı şəxs kimi qətnamədən verilmiş apellyasiya şikayəti qəbul edilərək vaxtında verilmiş hesab edilmiş və Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İlk iddia üzrə İddiaçı tanriverdi oğlu Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli qərardadından şikayət verərək həmin qərardadın ləğv edilməsini və “X10 Bankı” və “xxxx” MMCnin ərizələrinin təmin edilməməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli qərardadı ləğv edilmiş, “X10 Bankı” və “xxxx” MMC-nin maraqlı şəxs qismində cəlb edilməyə dair ərizələrinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan “X10 Bankı” və “xxxx” MMC şikayət verərək onun ləğv edilməsini, Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli qərardadının dəyişdirilmədən saxlanılmasını, “X10 Bankı” və “xxxx” MMC-nin maraqlı şəxslər qismində cəlb edilmələrinə dair ərizələrinin təmin edilməsini və apellyasiya şikayətinin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişlər. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7856/2020 saylı 22.10.2020-ci il tarixli qərardadı ilə “X10 Bankı” və “xxxx” MMC tərəfindən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qərardadından verilmiş şikayət təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 sentyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, ilk iddia üzrə üzrə İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 23 iyul 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli qətnaməsi ləğv edilməli, iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olundu ki, hazırkı iş üzrə cavabdeh Cavabdeh1 qeydiyatda olduğu ünvan Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 69A ünvanda yerləşir, eyni zamanda digər Cavabdeh2-nin hüquqi ünvanı da ünvan 2ı Mülki Prosessual Məcəlləsinin 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı iddia tələbi barədə ərizənin icraata qəbul edilməsi məsələsinə baxılarkən onun ərazi üzrə hansı məhkəmədə baxılması imkanını müzakirə etməli idi. Lakin işdən görünür ki, birinci instansiya məhkəməsi işin həmin halını araşdırmadan nəticəyə gəlməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 34.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Həmin Məcəllənin 387.2.1-ci maddəsinə görə işə, buna baxmağa hüququ olmayan hakim tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, işə mülki prosessual qanunvericilikdə müəyyən olunmuş aidiyyət qaydaları pozulmaqla baxıldığından qətnamə ləğv edilməli və iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 387.2.1, 400, 405-ci maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: “X10 Bankı” və “xxxx” MMC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hazırkı iş üzrə olan 10 fevral 2014-cü il tarixli qətnaməsi ləğv edilsin. İlk iddia üzrə üzrə İddiaçı cavabdehlər Cavabdeh2yə və Cavabdeh1 qarşı “borcun, ona hesablanmış faizlərin qaytarılması və əvəzinin borclunun əmlakına yönəldilməsi” tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh2nin və Cavabdeh1 cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız sayılması” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilsin. Qərardadan, şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar