Məhkəmə qərarları › İş №2(103)-9723/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9723/2020

21.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9723/2020 21.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), Hüseyn Aida Əli qızı və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi ilə, İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina haqqında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)-6486/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 6486/2020 saylı qərаrdаdı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi öz qərardadını belə əsaslandırmışdır ki, ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti eyni tələblə artıq bir dəfə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(001)-487/2019 saylı qətnaməsinə əsasən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli 91 saylı kredit müqaviləsi üzrə kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, həmin iş üzrə Cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə və X1 qarşı müqavilənin ləğvi, onun borclular siyahısından çıxarılması və əsas, faiz və dəbbə pulu borcunun tutulması tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş və həmin işə apellyasiya instansiyası məhkəməsində baxılmışdır. İddiаçı LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu şikаyət vеrərək, qərаrdаdın ləğv еdilməsini və işin məhkəmə icraatına qəbul edilməsini хаhiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-11360/2019 saylı qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(001)-487/2019 saylı qətnaməsi ləğv edilərək iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli 91 saylı kredit müqaviləsi üzrə kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Mülki qanunvericiliyə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun olaraq hazırkı mülki iş üzrə Fərmanın icrası ilə bağlı cavabdehə bildiriş göndərilsə də, cavabdeh bankla yeni müqavilə bağlamaq və Fərmanın icra müddətinin, yəni xx xxxxxx 2019-cu il tarixdə başa çatmasına qədər kreditin restrukturizasiya olunması üçün iddiaçı təşkilata müraciət etməmişdir. Buna görə də iddiaçı bank ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etmişdir. Qeyd edilənlərə əsasən qərardad ləğv edilməli və iddia ərizəsi icraata götürülməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 6486/2020 saylı qərardadı ilə şikayət təmin olunmayaraq mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)-6486/2020 saylı qərаrdаdı ləğv edilməli, iddia ərizəsi icraata qəbul edilməsi üçün rayon məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli 2(001)-487/2019 saylı qətnaməsi ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli 91 saylı kredit müqaviləsi üzrə kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə və X1 qarşı müqavilənin ləğvi, onun borclular siyahısından çıxarılması və əsas, faiz və dəbbə pulu borcunun tutulması tələbinə dair qarşılıqlı iddiası təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı və cavabdehin ayrılıqda verdikləri apellyasiya şikayətləri Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-11360/2019 saylı qərardadı ilə qismən təmin edilərək iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbi barədə ilkin iddia tələbi baxılmamış saxlanılmışdır. Həmin tarixdə apellyasiya instansiya məhkəməsinin qətnaməsi ilə yalnız Cavabdeh qarşılıqlı iddia tələbinə qiymət verilərək həmin hissədə məhkəmənin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə istinad etməklə iddia ərizəsini icraata qəbul etməkdən imtina etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı xx.xx.2014-cü il tarixli 91 saylı kredit müqaviləsi üzrə kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair iddiasına mahiyyəti üzrə baxılması barədə əvvəllər məhkəmənin yekun qərarı olmamış, iddia ərizəsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanı ilə bağlı olaraq baxılmamış saxlanılmışdır. Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələbinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(001)- 6486/2020 saylı qərardadı ləğv edilsin. İddiaçı LPO İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsi üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar