Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9737/2021 01.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi ilə, Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi, İddiaçı Ləğv prosesində olab "xxxx"-ın nümayəndəsi X2, Cavabdeh iştirakı ilə İddiaçı Ləğv prosesində olab "xxxx"-ın Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(006)- 3124/2021 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olab "xxxx" tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(006)- 3124/2021 saylı qətnaməsi ilə iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(006)- 3124/2021 saylı qətnaməsindən LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və Bankın iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olab "xxxx"-ın nümayəndəsi X4 məhkəmə iclasındakı çıxışında apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, "xxxx" ASC-nin Səbail filialı ilə Cavabdeh Müseyb oğlu arasında bağlanmış 10 noyabr 2011-ci il tarixli 01 nömrəli kredit müqaviləsinə əsasən “Mercedes Benz C 180” minik markalı avtomobilinin alınması məqsədi ilə cavabdeh 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 8800 manat kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, cavabdeh X3 mülkiyyətində olan “Mercedes Benz C 180” markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya qoyulması məqsədilə 10.11.2011-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bank ilə cavabdeh arasında bağlanmış İpoteka müqaviləsinin 2-ci bəndinə əsasən kreditin təminatı kimi “Mercedes Benz C 180” markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobil çıxış edir. Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmiş və borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********254 saylı 03.11.2020-ci il tarixli bildiriş məktubundan göndərilməsinə baxmayaraq, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Cavabdeh X3 11 noyabr 2020-ci il tarixə kredit üzrə borcu cəmi 8815.19 manat təşkil edir. Bundan 5146 manat əsas borc, 1858.69 faiz, 0 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.11.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1810.50 manat faiz borcu təşkil edir. Ona görə də Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(006)-3124/2021 saylı qətnaməsinin ləğv edilməsini və Bankın iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh çıxış edərək apellyasiya şikayətinə etiraz etdiyini bildirərək, Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(006)-3124/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Hazırkı şikayət birinci instansiya məhkəməsi qətnaməsinin tam ləğv olunmasına yönəldiyinə görə qətnamənin əsaslılığı bütövlükdə yoxlanılmalıdır. Birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları araşdıraraq müəyyən etmişdir ki, "xxxx" ASC-nin Səbail filialı ilə cavabdeh X5 arasında bağanmış 10 noyabr 2011-ci il tarixli 01 saylı kredit müqaviləsi ilə “Mercedes Benz C 180” minik markalı avtomobilinin alınması məqsədi ilə cavabdehə 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 8800 manat kredit verilmişir. Cavabdeh X1 11 noyabr 2020-ci il tarixə kredit üzrə borcu cəmi 8815.19 manat təşkil edir. Cavabdeh X3 mülkiyyətində olan “Mercedes Benz C 180” markalı ** MR *** dövlət qeydiyyat nişanlı avtomobilin ipotekaya ilə qoyulmuşdur. Tərəflər arasında mübahisələndirilən 2011-ci il tarixdə imzalanmış və müqavilənin icrasına da həmin tarixdən başlanılmışdır. İddiaçı tərəfindən isə hazırkı iddia ərizəsi ilə məhkəməyə 10 ildən artıq müddət keçdikdən sonra 30 mart 2021-ci il tarixdə müraciət olunmuşdur. Göründüyü kimi, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi iddia müddəti buraxılmaqla verilmiş, cavabdeh isə məhkəməyə ərizə ilə müraciət edərək iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə maddi hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır; 354.1-ci maddəsinə əsasən əhəmiyyəsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun qaytarılması və tutmanın nəqliyyat vasitəsinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi rədd edilməlidir. LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi ona istinad etmişdir ki, kredit müqaviləsinə əsasən kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti 24 ay müəyyən edilsə də, həmin müqaviləyə əsasən kredit müqaviləsinin qüvvədə olma müddəti kreditin və onun faizlərinin tam ödənilməsi və digər şərtlərin yerinə yetirilməsinədək müəyyən edilmişdir. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər lazımi qaydada icra edilmədiyinə görə kredit müqaviləsinin şərtləri pozulmuşdur. Birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Qanunvericilikdə müəyyən edildiyi kimi kredit müqavilələri üzrə iddia müddətinin axımı kredit müddətinin bitməsi anından başlayır və bu müddəa Azərbaycan Respubllikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarlarında ifadəsini tapmışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Qət etdi: İddiaçı LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi rayon məhkəməsinin 27.05.2021-ci il tarixli, 2(006)- 3124/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9737/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9737/2021
01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver