Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9752/2021 20.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərovdan və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3124/2014 saylı mülki işi üzrə 01 oktyabr 2014-cü il tarixli qətənaməsindən Cavabdeh3 nümayəndəsi və vəkili Aqil Nuriyev tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC kredit müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 şəxsi (istehlak) məqsədləri üçün 36 (otuz altı) ay müddətinə 10.000 (on min) manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı ASC ilə Cavabdeh1 arasında 12.07.2013-cü il tarixdə 417 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə Cavabdeh2 və Cavabdeh3 ilə 12.07.2013-cü il tarixdə 01 və 02 saylı zaminlik müqavilələri bağlanmışdır. Həmin müqavilələrə görə zaminlər Bayrmov Faiq Zakir oğlu və Cavabdeh3 borclu Cavabdeh1 kreditor Bank qarşısında öhdəliklərinin icra edilməsinə görə birgə məsuliyyət daşımaq öhdəliyini öz üzərlərinə götürmüşlər. 23.07.2014-cü il tarixədək cavabdeh Abusətdarov Sədrədin Yarəhməd oğlu tərəfindən 1048,40 manat faiz borcu ödənilmiş, 10.000 manat əsas borcu və 2032,85 manat faiz borcu vardır. Borcun ödənilməsi barədə cavabdehlərə 26.11.2013-cü il və 06.2013-cü il tarixdə pretenziya (xəbərdarlıq) məktubları göndərilsə də, cavabdehlər borclarını ödəməmişlər. Ona görə də cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10.000 manat əsas borc və 2032,85 manat faiz borcu olmaqla, cəmi 12032,85 manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3124/2014 saylı mülki işi üzrə 01 oktyabr 2014-cü il tarixli qətənaməsi ilə iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10.000 manat əsas borc və 2032,85 manat faiz borcu olmaqla, cəmi 12032,85 manat borc və 30 (otuz) manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Qətnamədən Cavabdeh3 nümayəndəsi və vəkili Aqil Nuriyev apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh3 nümayəndəsi və vəkili Aqil Nuriyev tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər; Kollegiya qeyd edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3124/2014 saylı mülki işi üzrə 01 oktyabr 2014-cü il tarixdə qətənamə qəbul edilmiş olsa da, birinci instansiya məhkəməsi 6 ildən çox müddət keçdikdən sonra Cavabdeh3 nümayəndəsi və vəkili Aqil Nuriyev tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsini müzakirə etmədən, yəni apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə uyğun olaraq birinci instansiya məhkəməsi Cavabdeh3 nümayəndəsi və vəkili Aqil Nuriyev tərəfindən verilmiş apellyasiya şikayətinin qanunvericiliklə müəyyən edilmiş müddətin ötürülüb-ötürülməməsi məsələsini və apellyasiya şikayətinin digər mümkünlük şərtlərini müzakirə etikdən sonra apellyasiya şikayətini baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Belə olan halda kollegiya hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3124/2014 saylı mülki işi üzrə 01 oktyabr 2014-cü il tarixli qətənaməsindən Cavabdeh3 nümayəndəsi və vəkili Aqil Nuriyev tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməli və apellyasiya şikayətinin mümkünlüyü məsələsinin yenidən yoxlanılması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366, 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-3124/2014 saylı mülki işi üzrə 01 oktyabr 2014-cü il tarixli qətənaməsindən Cavabdeh3 nümayəndəsi və vəkili Aqil Nuriyev tərəfindən verilmiş apellasiya şikayətinə baxılması qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayətinin mümkünlüyü məsələsinin yenidən yoxlanılması üçün mülki iş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9752/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9752/2021
20.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver