Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9754/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, İddiaçı-nin cavabdehlər Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh5 oğluna qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi barədə” iddiasına dair mülki iş üzrə Suraxanı Rayon Məhkəməsinin 30.10.2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxılması üzrə keçirilən açıq məhkəmə iclasında müəyyən etdi: Bundan əvvəl Suraxanı Rayon Məhkəməsinin 30.10.2017-ci il tarixli qətnaməsindən Cavabdeh3 apellyasiya şikayətinə baxılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 08.06.2018-ci il tarixli qətnaməsi ilə Suraxanı Rayon Məhkəməsinin qətnaməsi Cavabdeh3 aid olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Daha sonra Cavabdeh3 kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin 26.12.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra digər Cavabdeh1 ərizə ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək 30.10.2017-ci il tarixli qətnaməni almadığını bildirmiş və qətnamənin surətinin ona verilməsini xahiş etmişdir. 31.08.2021-ci il tarixdə qətnamənin surəti Cavabdeh1 rəsmi qaydada verilmiş və bu barədə qəbz tərtib olunmuşdur. 1 gün sonra – 01.09.2021-ci il tarixdə Cavabdeh1 qətnamədən apellyasiya şikayəti vermişdir. Mülki-Prosessual Məcəllənin 360-cı maddəsinə görə apellyasiya şikayəti verilməsi müddəti 1 aydır, bu müddət qətnamənin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi vaxtdan başlayır. Lakin 360-cı maddə formal tətbiq edilməməli, işin halları nəzərə alınmalıdır. Bundan əvvəl apellyasiya və kassasiya şikayətləri vermiş şəxs – Cavabdeh3 ilə hazırda apellyasiya şikayəti verən şəxs – Cavabdeh1 qardaşıdırlar və eyni ünvanda qeydiyyatdadırlar. Ona görə bundan əvvəl işə apellyasiya və kassasiya qaydasında baxılarkən onların hər ikisinə (eyni ünvana) məhkəmə sənədləri (məhkəmə bildirişləri, məhkəmə aktları və s.) göndərilib. Bu hal isə onu təsdiq edir ki, Cavabdeh1 qətnamədən məlumatlı olub, habelə qətnamədən şikayət verilməsi qaydasını və müddətini bilib, lakin qətnaməni mübahisələndirməyib. Beləliklə, apellyasiya şikayəti verilməsi müddəti ötürülüb. Müddət keçdiyinə görə apellyasiyanın mümkünlüyü üçün əsas yoxdur. Mülki-Prosessual Məcəllənin 366.2-ci maddəsinə görə belə halda apellyasiya qəbul olunmamış hesab edilə bilər. Bundan əvvəl apellyasiyanın mümkün hesab edilməsi sonradan apellyasiyanın qeyri-mümkün hesab edilməsinə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 366-cı maddəsinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Hazırkı iş üzrə Suraxanı Rayon Məhkəməsinin 30.10.2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab olunsun. Mülki iş apellyasiya baxışından çıxarılaraq Suraxanı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9754/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9754/2021
29.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver