Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9756/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Məmmədovanın sədrliyi ilə, Rafael Əmir oğlu Eyvazov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçının nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1099/2019 saylı, 29.05.2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3462,87 manat əsas, 3697,16 manat faiz, 143,32 manat dəbbə pulu olmaqla, cəmi 7303,35 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda məhkəmə baxışında iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 3462,87 (üç min dörd yüz altmış iki manat, səksən yeddi qəpik) manat əsas, 2865,96 (iki min səkkiz yüz altmış beş manat, doxsan altı qəpik) manat faiz, 240 (iki yüz qırx) manat müqavilə müddəti bitdiyi tarixdən 5 faiz ilə hesablanmış və tələb olunan faiz və 1394,77 (bir min üç yüz doxsan dörd manat, yetmiş yeddi qəpik) manat cərimə olmaqla, cəmi 7963,6 (yeddi min doqquz yüz altmış üç manat, altmış qəpik) manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.12.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borcluya 4000 manat məbləğində, 36 ay müddətinə illik 29 faiz şərtilə kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən kreditor-bank yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalana vermiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. Lakin kredit alan müqavilə şərtlərinə əməl etməyərək öhdəliklərini pozmuşdur. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq Cavabdeh2 və Cavabdeh3 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zamin borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüş və həmin kredit müqaviləsi üzrə olan öhdəliyə borclu ilə birgə məsuliyyət daşıyır.Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar heç bir fayda verməmişdir və kreditor ləğv prosesində olan İddiaçı ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1099/2019 saylı, 29.05.2019-cu il tarixli qətnaməsi ilə qət olunmuşdur: “İddia qismən təmin edilsin.Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3462,87 (üç min dörd yüz altmış iki manat, səksən yeddi qəpik) manat əsas, 2865,96 (iki min səkkiz yüz altmış beş manat, doxsan altı qəpik) manat faiz, 240 (iki yüz qırx) manat müqavilə müddəti bitdiyi tarixdən 5 faiz ilə hesablanmış və tələb olunan faiz, 100 (yüz) manat dəbbə pulu olmaqla, cəmi 6668,83 (altı min altı yüz altmış səkkiz manat, səksən üç qəpik) manat kredit borcu və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul vəsaitinin 27 manat hissəsinin əvəzi tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin.” Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1099/2019 saylı, 29.05.2019-cu il tarixli qətnaməsindən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Qətnamədə formal olaraq qeyd olunur ki Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir.İş materiallarından görünür ki, məhkəmə tərəfindən göndərilmiş məktublar Cavabdeh2 çatdırılmamışdır.Belə ki, qəbzlərdə bu ünvanda yaşamır, müddəti keçib sözləri qeyd olunmuşdur.Göründüyü kimi, Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərsiz olmuşdur.İş materiallarında olan N-1612/014 nömrəli,24 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, kreditor İddiaçı ASC ilə borc alan X5 arasında bağlanmış “24 dekabr 2014-cü il tarixli 1612/014 saylı kredit müqaviləsinə əsasən 4000 manat məbləğində 24 dekabr 2017-ci il tarixinədək verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh2 zamin olaraq borcalanın öhtəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borcalan ilə birlikdə öhdəlik götürmüşdür.Göründüyü kimi o, zamin olaraq kreditor qarşısında məsuliyyəti 24 dekabr 2017-ci il tarixinədək öz üzərimə götürmüşdür.İş materiallarından görünür ki, borcalan tərəfindən kredit öhdəliyi icra edilmədiyi halda İddiaçı ASC borcluya, nə də ki, zaminə 2017-ci il tarixədək heç bir pritenziya, xəbərdarlıq məktubu ünvanlamamışdır. Ümumiyyətlə hər hansı formada zamin olaraq Cavabdeh2 heç nə tələb olunmamışdır.İş materiallarından görünür ki, zaminliklə təmin olunmuş öhdəliyin icra müddəti 24 dekabr 2017-ci il tarixdə bitdikdən sonra, LPO "xxxx" ASC tərəfindən 02 avqust 2018-ci il tarixində zaminə guya xəbərdarlıq məktubu ünvanlamışdır.Belə ki, həmin xəbərdarlıq məktubunun çatdırılmasına dair xəbərnamədəki (Əzizbəyov soyadlı) şəxsin imzası nə ona, nə də ki, onun qohum-əqrabasına məxsus deyildir.Nəzərə alınmalıdır ki, zaminliklə təmin edilmiş öhdəliyin icra müddəti bitdiyi 24 dekabr 2017-ci il tarixinədək borcalan öhtəliklərini yerinə yetirmədiyi halda, kreditor (hər hansı bir vasitə ilə olsa belə) bir dəfə də olsun zamin Cavabdeh2 nə üçün xəbərdar etməmişdir?.O da nəzə alınmalıdır ki, zaminliklə təmin edilmiş öhdəliyin icra müddəti 24 dekabr 2017-ci il tarixində bitdikdən iki il sonra, 09 yanvar 2019-cu il tarixdə kreditor iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, zaminə qarşı da tələb irə sürmüşdür. Belə olan halda, iddia tələbi zaminə aid hissədə rədd edilməli idi. Qətnamə ona 26 avqust 2021-ci il tarixdə Yasamal Rayon Məhkəməsində təqdim olunmuşdur və apelyasiya şikayətinin verilməsi üçün prosessual milddəti ötürməmişdir. Məhkəmə kolegiyasının iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin məzmunununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, bu iddia ərizəsində tələb olunan borcla bağlı ona heç bir bildiriş verilməmişdir, odur ki, digər məhkəmədə zaminlik müqaviləsinin etibarsız sayılmasına dair iddia qaldırdığından, hazırkı işin icraatının dayandırılmasını xahiş etmişdir.Kollegiya hazırkı iş üzrə icraatın dayandırılmasına əsas müəyyən etməmişdir.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci tarixli Qərarındakı mövqeyə görə “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.” Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək cavabdehin apellyasiya şikayətinin əsasassız olduğunu bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş digər şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər.Məhkəmə Kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-cı maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1099/2019 saylı, 29.05.2019-cu il tarixli qətnaməsi qismən- yəni tələbin zamin Cavabdeh2 münasibətdə təmin olunmuş hissədə ləğv edilməli, bu hissədə iddianın rədd olunmasına dair yeni qətnamə qəbul edilməlidir. Apellyasiyanın hədləri ilə bağlı Kollegiya qeyd edir ki, Cavabdeh2 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1099/2019 saylı, 29.05.2019-cu il tarixli qətnaməsini qismənyəni tələbin zamin Cavabdeh2 münasibətdə təmin olunmuş hissədə mübahisələndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.12.2014-cü il tarixli 1612/014 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 4000 manat məbləğində, 36 ay müddətinə illik 29 faiz şərtilə kredit verilmişdir. Həmin kredit müqaviləsinin 2.3-cü bəndinə əsasən kreditor-bank yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalana vermiş, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 24.12.2014-cü il tarixli 1612/014 saylı zaminlik müqaviləsindən görünür ki, zamin borcalanın öhdəliklərinin yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüş və həmin kredit müqaviləsi üzrə olan öhdəliyə borclu ilə birgə məsuliyyət daşıyır. İş materiallarında olan 15.05.2019-cu il tarixli arayışdan görünür ki, Cavabdeh1 həmin tarixədək banka 3462,87 (üç min dörd yüz altmış iki manat, səksən yeddi qəpik) manat əsas, 2865,96 (iki min səkkiz yüz altmış beş manat, doxsan altı qəpik) manat faiz, 240 (iki yüz qırx) manat müqavilə müddəti bitdiyi tarixdən 5 faiz ilə hesablanmış və tələb olunan faiz və 1394,77 (bir min üç yüz doxsan dörd manat, yetmiş yeddi qəpik) manat cərimə olmaqla, cəmi 7963,6 (yeddi min doqquz yüz altmış üç manat, altmış qəpik) manat məbləğində kredit borcu yaranmışdır. İş materiallarında olan 02.08.2018-ci il tarixli xəbərdarlıq məktubundan məlum olur ki, cavabdehlər kredit müqaviləsinin şərtlərini pozmuş, borc öhdəliyini icra etməmiş və iddiaçı tərəf borcun ödənilməsi ilə bağlı məhkəməyə müraciət ediləcəyi barədə cavabdehlərə xəbərdarlıq etmişdir. Məhkəmə kolegiyası ilk olaraq qeyd edir ki, apellyasiya baxışı iclasında iştirak edən cavabdeh apelyasiya şikayətinin məzmunununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, bu iddia ərizəsində tələb olunan borcla bağlı ona heç bir bildiriş verilməmişdir, odur ki, digər məhkəmədə zaminlik müqaviləsinin etibarsız sayılmasına dair iddia qaldırdığından, hazırkı işin icraatının dayandırılmasını xahiş etmişdir.Kollegiya hazırkı iş üzrə icraatın dayandırılmasına əsas müəyyən etməmişdir.Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci tarixli Qərarındakı mövqeyə görə “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.”Odur ki, cavabdehin qeyd etdiyi dəlil müqavilənin etibarsızlığı ilə əlaqəli olmamış, həmçinin yuxarıda qeyd edildiyi kimi hazırkı işin icraatının dayandırılması zərurəti müəyyən olunmamışdır. Daha sonra Məhkəmə Kollegiyası iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. İş materiallarından da göründüyü kimi borclu Cavabdeh1 bankdan tələb olunan məbləğdə borc götürmüş və borc götürən zaman imzaladığı kredit müqaviləsinə əsasən həmin məbləği qaytarmağı öhdəsinə götürmüşdür. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icran edilməsi) başa düşülür. Məhkəmə Kollegiyası hesab edir ki, borclu Cavabdeh1 iddiaçı bank qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin, Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Lakin iş materiallarında olan N-1612/014 nömrəli,24 dekabr 2014-cü il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, kreditor İddiaçı ASC ilə borc alan X5 arasında bağlanmış “24 dekabr 2014-cü il tarixli 1612/014 saylı kredit müqaviləsinə əsasən 4000 manat məbləğində 24 dekabr 2017-ci il tarixinədək verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Cavabdeh2 zamin olaraq borcalanın öhtəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borcalan ilə birlikdə öhdəlik götürmüşdür. Göründüyü kimi Cavabdeh2 zamin olaraq kreditor qarşısında məsuliyyəti 24 dekabr 2017-ci il tarixinədək öz üzərinə götürmüşdür. Belə ki, zaminliklə təmin olunmuş öhdəliyin icra müddəti 24 dekabr 2017-ci il tarixdə bitmişdir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 24.12.2014-cü il tarixli 1612/014 saylı kredit müqaviləsindən görünür ki, Cavabdeh1 4000 manat məbləğində, 36 ay müddətinə kredit verilmişdir. Nəzərə alınmalıdır ki, zaminliklə təmin edilmiş öhdəliyin icra müddəti 24 dekabr 2017ci il tarixində bitdikdən iki il sonra, 09 yanvar 2019-cu il tarixdə kreditor iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, zaminə qarşı da tələb irə sürmüşdür. Belə olan halda, iddia tələbi zaminə aid hissədə 1 illik müddət ötdüyündən rədd edilməli idi. Belə ki, Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin olunsun. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-1099/2019 saylı, 29.05.2019-cu il tarixli qətnaməsi qismən-iddia tələbinin zamin Cavabdeh2 münasibətdə təmin olunmuş (mübahisələndirilən) hissədə ləğv olunsun. İddia Cavabdeh2 münasibətdə və ona aid (mübahisələndirilən) hissədə rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-9756/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9756/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver