Məhkəmə qərarları › İş №2(103)-9763/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9763/2021

30.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9763/2021 30.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səmədov Tofiq Səməd oğlunun sədrliyi və məruzəsilə, Şirinov İkram Sabir oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi ilə İddiaçı cavabdeh X2 qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qərardadından iş üzrə İddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 fevral 2007-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 100 manat sabit pul məbləğində alimentin 175 manat sabit pul məbləğində artırılaraq cavabdeh X1 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(009)-2109/2021 saylı qərardadı ilə İddiaçı - cavabdeh X2 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı məhkəmənin həmin qərardadından şikayət verərək, qərardadın ləğv edilməsi, iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(009)-2109/2021 saylı qərardadı ilə şikayət qismən təmin edilərək İddiaçı cavabdeh X2 qarşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 2(009)-2109/2021 saylı qərardadı ləğv edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(009)-2109/2021 saylı qərardadı ilə İddiaçı cavabdeh X2 qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi geri qaytarılmışdır. İddiaçı şikayət verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli 2(009)-2109/2021 saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 06 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq İddiaçı kollegiyanın iclasına gəlməmişдиr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kollegiya şikayətin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini dinləyib, iş materiallarını araşdırdıraraq hesab edir ki, aşağıdakı səbəblərdən şikayət təmin olunmalı, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qərardadı ləğv edilməklə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə baxılması üçün Bakı şəhəri Səbail rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə istinad edərək, əsas gətirərək, hazırkı iddia ərizəsinin qeri qaytarılması nəticəsinə gəlmişdir. Belə ki, qeyd olunan maddəyə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən maddəyə əlavələr 25 iyul 2021-ci il tarixdə qüvvəyə minmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən məhkəməyə verilən iddia ərizəsi 14.07.2021-ci il tarixdə poçt vasitəsi ilə məhkəməyə göndərilmişdir (səh 10). Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yuxarıda göstərilənləri nəzərə almadan, iddia ərizəsini və ona əlavə edilmiş sənəloəri geri qaytarmaqla səhv nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2, 400,405-ci maddələrini rəhbər tutaraq kollegiya q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı cavabdeh X2 qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin icraata qəbul edilməsi məsələsinə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardadan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar