Məhkəmə qərarları › İş №2(103)-9768/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9768/2021

20.12.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9768/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayev (sədrlik edən və məruzəçi), Şeyda Ədalət qızı Məhərrəmova və Rəşad Məhəmməd oğlu Həsənovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Şirinova Səbinə Eldəniz qızının katibliyi, ilkin İddiaçı, onun vəkili X15, ilkin iddia üzrə cavabdeh Cavabdeh2, onun və Cavabdeh1, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 vəkili X3 iştirakı ilə, İddiaçı X13 və Cavabdeh2 qarşı “pəncərənin bağlanması, barmaqlıqların sökülməsi və s.” tələbinə dair ilk, X9 və Cavabdeh2 İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin əvvəlki vəziyyətə qaytarılması və s.” tələbinə dair qarşılıqlı, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin əvvəlki vəziyyətə qaytarılması və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-211/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı, X19 və Cavabdeh2, X10 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X13 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin sahibliyində olan, ünvan 1 ünvanındakı fərdi yaşayış evindən onun mülkiyyətində olan ünvan 2 ünvanındakı fərdi yaşayış evinin giriş-çıxış yoluna və həyətinə baxan pəncərələrin bağlanması, pəncərəyə vurulmuş, evinin giriş-çıxışına maneçilik törədən dəmir barmaqlığın sökülməsi, həyətinə su axıdılan navalçaların və həyət qapısının açılmasına maneçilik törədən, həyətin küçə tərəfdən ona aid hissəyə cavabdeh tərəfindən qoyulmuş su nasosunun və dəmir qutunun sökülməsi, eləcə də, mülkiyyətində olan fərdi yaşayış evindən, həyətyanı sahədən istifadəyə və əmlakına sahibliyinə cavabdeh tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmçinin, X19 və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilk iddiasının rədd edilməsi, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı zəbt etdiyi 0,00915 ha. torpaq sahəsində İddiaçı oğlunun tikdirdiyi, 31.05.2020-ci il tarixli, **********31-10301 reyestr nömrəli texniki pasportda nəzərdə tutulmayan özbaşına tikintinin (fərdi yaşayış evinin), X9 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə həmin özbaşına tikintinin divarı arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasarın və quraşdırdığı qapının İddiaçı tərəfindən öz hesabına sökülməsi və İddiaçı zəbt etdiyi qeyd edilən 0,00915 ha. torpaq sahəsinin öz hesabına əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Bundan başqa, X10 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı ilk iddiasının rədd olunması, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı zəbt etdiyi 0,00915 ha. torpaq sahəsində İddiaçı tikdirdiyi, 31.05.2020-ci il tarixli, **********31-10301 reyestr nömrəli texniki pasportda nəzərdə tutulmayan özbaşına tikintinin (fərdi yaşayış evinin), ona məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə həmin özbaşına tikintinin divarı arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasarın və quraşdırdığı konsol döşəmənin öz hesabına sökülməsi və İddiaçı zəbt etdiyi qeyd edilən 0,00915 ha. torpaq sahəsinin öz hesabına əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. X11 müstəqil tələb irəli sürən üçüncü şəxs kimi prosesə cəlb olunaraq X4 tərəfindən inşa olunan özbaşına tikintinin sökülməsi, torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-211/2021 saylı, 05 may 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı X13 və Cavabdeh2 qarşı “pəncərənin bağlanması, barmaqlıqların sökülməsi və s.” tələbinə dair ilk iddiasının qismən təmin edilməsi, X9 mülkiyyətində olan, ünvan 1 ünvanındakı fərdi yaşayış evindən İddiaçı mülkiyyətində olan ünvan 2 ünvanındakı fərdi yaşayış evinin həyətinə su axıdılan novalçaların sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, X9 və Cavabdeh2 İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin əvvəlki vəziyyətə qaytarılması və s.” tələbinə dair qarşılıqlı iddiasının qismən təmin edilməsi, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış vinin qarşısındakı 0,00915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evi X9 maraqlarına toxunan hissədə, yəni X9 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı inşa etdirdiyi fərdi yaşayış evinin həyətinə baxan pəncərələrinə gün işığının düşməsinin təmin olunması məqsədi ilə rekonstruksiya edilməsi, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin X9 mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasar və quraşdırdığı qapı İddiaçı tərəfindən öz hesabına sökülməsi, iddianın qalan hissədə təmin edilməməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi, ərazinin əvvəlki vəziyyətə qaytarılması və s.” tələbinə dair iddiasının qismən təmin edilməsi, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evi X2 maraqlarına toxunan hissədə, yəni X2 mülkiyyətində olan, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı inşa etdirdiyi fərdi yaşayış evinin həyətinə baxan pəncərələrinə gün işığının düşməsinin təmin olunması məqsədi ilə rekonstruksiya edilməsi, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı 0,00915 ha. torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evinin X2 istifadəsində olan, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin divarı ilə arasında qalan boşluq üzrə İddiaçı hördürdüyü hasar və quraşdırdığı konsol döşəmənin İddiaçı tərəfindən öz hesabına sökülməsi, iddianın qalan hissədə rədd edilməsi, kompleks məhkəmə tikinti-texniki və təhlükəsizlik texnikası ekspertizasının keçirilməsinə xərclənmiş 50 manat məbləğində pul vəsaitinin 25 manat hissəsi İddiaçı, 25 manat hissəsi isə müştərək qaydada X8 və Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, ilk və qarşılıqlı iddia ərizələri üzrə ödənilmiş dövlət rüsumlarının hər iki iddia üzrə iddiaçılara aid edilsin, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə isə 5 manat məbləğində dövlət rüsumu İddiaçı tutularaq dövlət nəfinə ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-211/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsindən İddiaçı, X19 və Cavabdeh2 və Xanlarov Loğman Xanlar oğlu ayrı-ayrılıqda apellyasiya şikayəti vermişlər. Məhkəmə iclasında İddiaçı verdiyi apellyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-211/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, onun iddia tələbinin tam təmin edilməsi, ona qarşı irəli sürülmüş iddia tələblərinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında X19 özünün verdiyi apellyasiya şikayətini müdafiə edərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-211/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsini, onun iddia tələbinin tam təmin edilməsi, ona qarşı İddiaçı tərəfindən irəli sürülmüş iddia tələblərinin təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi sübutları araşdıraraq müəyyən etmişdir ki: - FM seriyalı, 035716 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsindəki 1 otaqlı, 22,8 kv.metr yaşayış, 48,5 kv.metr ümumi sahəli 78a saylı fərdi yaşayış evi 04 mart 2005-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışdan görünür ki, ünvan 2 (yeni qaydalarda – AZ 1054, ünvan 4 ünvanında 0,01497 ha. torpaq sahəsində yerləşən, ümumi sahəsi 48,5 kv.metr olan fərdi yaşayış evi 02 iyun 2020-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - Binəqədi rayon İcra Hakimiyyəti başçısının M.Ə.Rəsulzadə qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 yanvar 2020-ci il tarixli arayışda göstərilmişdir ki, Aydınbəyov küçəsi, 88 ünvanında yerləşən yaşayış evi X13 məxsusdur. - RX seriyalı, ******* nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən, 0,00713 ha. torpaq sahəsində yerləşən 56,5 kv.metr sahəli fərdi yaşayış evi X9 mülkiyyəti kimi 24 avqust 2015-ci il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri Binəqədi Rayonu İcra Hakimiyyətinin Başçısı tərəfindən İddiaçı Kərim oğluna ünvanlandırılmış 26 dekabr 2019-cu il tarixli məktubdan görünür ki, İddiaçı qüvvədə olan tikinti norma və qaydalarına uyğun razılaşdırılmış eskiz layihə əsasında, eləcə də, tikinti işləri aparılarkən ətraf ərazinin sanitar-texniki normalara və yanğından mühafizə qaydalarına riayət edilməklə tikinti işləri aparılmasına icazə verilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk, qarşılıqlı, eləcə də, müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası qismən təmin edilməlidir. Belə ki, məhkəmənin 03 sentyabr 2020-ci il tarixli, 2(001)-1412/2020 saylı qərardadına əsasən təyin olunmuş kompleks məhkəmə tikinti-texniki və təhlükəsizlik texnikası ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasına dair 25 yanvar 2021-ci il tarixli, 10/2774 nömrəli rəyində göstərilmişdir ki: - ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı torpaq sahəsi İddiaçı faktiki istifadəsində olan torpaq sahəsidir. Həmin ünvanda yerləşən fərdi yaşayış evinin faktiki istifadəsində olan torpaq sahəsində X5 tərəfindən həmin evin texniki pasportunda nəzərdə tutulmayan inşaat işləri aparılmışdır. - İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə X13 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 88 saylı evin və X6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 98A saylı evin arasında olan boşluğun küçə tərəfindən mişar daşı ilə hörülərək bağlanması “Eskiz Layihə”də nəzərdə tutulmadığına görə, həmin hasarların tikilməsi tikinti norma və qaydalarına uyğun deyildir. - Mülki iş materiallarının doqquzuncu səhifəsində yer alan “Eskiz layihəsi”ndə göstərilən məlumatlar ilə baxış zamanı əldə olunmuş məlumatlar arasında müqayisəli tədqiqat aparılan zaman aşağıda qeyd olunan nəticələr ortaya çıxmışdır: * İddiaçı tərəfindən inşa olunmuş tikilinin (fərdi yaşayış evi) çöl ölçüləri uyğunluq təşkil edir, lakin layihə üzrə fərdi yaşayış evinin xarici divarları 400 mm. (cüt daş) qalınlığında nəzərdə tutulsa da, faktiki vəziyyətdə divarlar 200 mm. (tək daş) qalınlığındadır. Bu da öz növbəsində otaqların daxili ölçülərində fərqlərin yaranmağına səbəb olmuşdur. * Fərdi yaşayış evinin hündürlüyü layihə üzrə 3,15 metr nəzərdə tutulsa da, faktiki olaraq bir tərəfdən küçə tərəfdən və cavabdehin evi istiqamətinə hündürlük 4,6 metrdir. * Fərdi yaşayış evinin yaşayış otağının layihədə nəzərdə tutulmuş bir pəncərəsi faktiki vəziyyətdə bağlanmışdır. * Fərdi yaşayış evinin cavabdehin fərdi yaşayış evi ilə ara məsafəsi layihədə 1,2 metr nəzərdə tutulsa da, faktiki 1,4 metrdir. * İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə X13 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 88 saylı evin və X6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 98A saylı evin olan boşluq küçə tərəfdən mişar daşı ilə hörülərək bağlanmışdır. - ünvan 2 barəsində 31.05.2020-ci il tarixdə verilmiş, reyestr nömrəsi **********31- 10301 saylı yeni texniki pasportda və 02.06.2020-ci il tarixdə verilmiş ********** qeydiyyat nömrəli yeni çıxarışda İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,01497 ha., faktiki istifadəsində olan torpaq sahəsinin isə 0,02412 ha. Olduğu müəyyən olundu. - Baxış zamanı İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə X13 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 88 saylı evin və X6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 98A saylı evin arasında olan boşluq küçə tərəfdən mişar daşı ilə hörülərək bağlanması, X1 məxsus evin pəncərəsi arasında hündürlük fərqi olması (cavabdehin fərdi yaşayış evinin pəncərəsi nisbətən aşağıda yerləşir) həmin evin divarlarına və pəncərələrinə günəş işığının düşməsinə qismən məhdudiyyət yaradır. - Pəncərə və nəfəsliyin mülki iş materiallarının 51-ci səhifəsində yer alan X13 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 88 saylı evin texniki pasportunda nəzərdə tutulduğu müəyyən olundu. Həmçinin, qeyd olunur ki, pəncərənin bir tərəfdən küçəyə çıxışının olduğunu, həmin tərəfdən otağın daxili hündürlüyü ilə xarici hündürlüyü arasında fərqlərin olduğunu, nəfəsliyin yerləşdiyi otağın bir tərəfdən küçəyə çıxışının olduğunu, həmin tərəfdən otağın divarına bitişik 42 sm. qalınlığında mişar daşından inşa olunmuş hörgünün olduğunu nəzərə alaraq, X13 məxsus evdən İddiaçı yeni tikdirdiyi evə açılan bir böyük və bir balaca pəncərənin (nəfəslik) bağlanacağı təqdirdə X9 öz həyətindən və küçə yolundan öz evinə pəncərə açmaq imkanının olmadığı müəyyən olundu. X13 məxsus evin mübahisəli pəncərəsinə vurulmuş dəmir barmaqlıqların İddiaçı inşa etdiyi yeni evdən küçəyə açılan giriş-çıxış yoluna çıxıntısı yoxdur. Mübahisəli balaca pəncərəyə (nəfəslik) vurulmuş dəmir barmaqlıqlar ilə İddiaçı inşa etdiyi yeni evdən küçəyə açılan yoluna 7 sm.çıxıntısı vardır. Lakin həmin çıxıntının küçəyə açılan giriş-çıxış yoluna maneə yaradıb yaratmaması subyektiv məsələ olduğuna, hərhansı normativlərlə tənzimlənmədiyinə görə tikinti-texniki ekspertin həll elədiyi məsələlər dairəsinə aid deyildir. - Tədqiqat obyektinə baxış zamanı X13 məxsus evin damının kənarlarına vurulmuş navalçanın İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə tərəf olan hissəsinin bir qisminin dağıldığı müəyyən olundu. Baxış zamanı ekspertiment aparılaraq navalçaya su buraxılmış və həmin suyun İddiaçı faktini istifadəsində olan torpaq sahəsinə axdığı müəyyən olunmuşdur. - Sözügedən, içində su nasosu olan dəmir qutunun İddiaçı istifadəsində olan torpaq sahəsi tərəfə 22 sm. çıxıntısı vardır. Lakin, həmin çıxıntının küçəyə açılan giriş-çıxış yoluna maneə yaradıb-yaratmaması subyektiv məsələ olduğuna, hər-hansı normativlərlə tənzimlənmədiyinə görə tikinti-texniki ekspertin həll elədiyi məsələlər dairəsinə aid deyildir. - Baxış zamanı əldə olunmuş məlumatlardan (çəkilmiş fotoşəkillərdən və s.) görünür ki, iddiaçı və cavabdehə məxsus müvafiq olaraq 78A və 88 saylı evlərin arasından keçən, mübahisə predmeti olan qaz xətti mişardaşından inşa olunmuş hasarın içindən keçməklə fərdi yaşayış evləri arasındakı açıq sahədən keçir. Həmçinin, qeyd olunur ki, həmin hasarın aşağı hissəsində qapı boşluğu mövcuddur ki, bu qapı boşluğundan müvafiq qurum əməkdaşlarının həmin hissəyə daxil olması və qaz xəttinə baxış keçirməsi mümkündür. Göstərilənlərə əsasən, həmin qaz xəttinin çəkilməsi ilə əlaqədar hər-hansı texniki təhlükəsizlik qaydalarının tələblərinin pozulması halı müəyyən edilmir. Mübahisə predmeti olan su xəttində nasazlıq (o cümlədən qəza və s.) baş verəcəyi təqdirdə cavabdehin fərdi yaşayış evinin tikinti konstruktiv elementləri (divar, tavan, döşəmə və s.) üzərinə susızma izləri yarana və fərdi yaşayış evinin təmirinə ziyan dəyə bilər. Qeyd olunan məsələlər təhlükəsizlik texnikası qaydalarının pozulmasına aid deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə, ekspert rəyi ilə müəyyən olunur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısındakı torpaq sahəsində X5 tərəfindən həmin evin texniki pasportunda nəzərdə tutulmayan inşaat işləri aparılmışdır. İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə X13 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 88 saylı evin və X6 məxsus Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi 98A saylı evin arasında olan boşluğun küçə tərəfindən mişar daşı ilə hörülərək bağlanması “Eskiz Layihə”də nəzərdə tutulmadığına görə, həmin hasarların tikilməsi tikinti norma və qaydalarına uyğun deyildir. İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evinin cavabdehin fərdi yaşayış evi ilə ara məsafəsi layihədə 1,2 metr nəzərdə tutulsa da, faktiki 1,4 metrdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,01497 ha., faktiki istifadəsində olan torpaq sahəsinin isə 0,02412 hektardır. İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə X13 məxsus 88 saylı evin və X6 məxsus 98A saylı evin arasında olan boşluq küçə tərəfdən mişar daşı ilə hörülərək bağlanması, İddiaçı tərəfindən inşa edilmiş fərdi yaşayış evi ilə X13 məxsus evin pəncərəsi arasında hündürlük fərqi olması (cavabdehin fərdi yaşayış evinin pəncərəsi nisbətən aşağıda yerləşir) həmin evin divarlarına və pəncərələrinə günəş işığının düşməsinə qismən məhdudiyyət yaradır. Pəncərə və nəfəsliyin X13 məxsus 88 saylı evin texniki pasportunda nəzərdə tutulduğu müəyyən olunmuşdur. Pəncərənin bir tərəfdən küçəyə çıxışının olduğunu, həmin tərəfdən otağın daxili hündürlüyü ilə xarici hündürlüyü arasında fərqlərin olduğunu, nəfəsliyin yerləşdiyi otağın bir tərəfdən küçəyə çıxışının olduğunu, həmin tərəfdən otağın divarına bitişik 42 sm. qalınlığında mişar daşından inşa olunmuş hörgünün olduğunu nəzərə alaraq, X13 məxsus evdən İddiaçı yeni tikdirdiyi evə açılan bir böyük və bir balaca pəncərənin (nəfəslik) bağlanacağı təqdirdə X9 öz həyətindən və küçə yolundan öz evinə pəncərə açmaq imkanının olmadığı müəyyən olunmuşdur. Mübahisəli balaca pəncərəyə (nəfəslik) vurulmuş dəmir barmaqlıqlar ilə İddiaçı inşa etdiyi yeni evdən küçəyə açılan yoluna 7 sm.çıxıntısı vardır. X13 məxsus evin damının kənarlarına vurulmuş navalçanın İddiaçı faktiki istifadəsində olan torpaq sahəsinə tərəf olan hissəsinin bir qisminin dağıldığı müəyyən olunmuşdur. İçində su nasosu olan dəmir qutunun İddiaçı istifadəsində olan torpaq sahəsi tərəfə 22 sm. çıxıntısı vardır. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə hüquq normalarının tətbiqi ilə əlaqədar aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. İddiaçı iddiasını bu hissədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 170.2ci maddəsi ilə əsaslandırmışdır. Məhkəmə qeyd edir ki, sözügedən barmaqlığın 7 sm. çıxıntısı olması Mülki Məcəllənin 170.2-ci maddəsində göstərilən “hədsiz təsir” kimi qiymətləndirilə bilməz. Həmçinin, barmaqlığın 7 sm.-dən ibarət çıxıntısının İddiaçı məhz mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşməsi, eləcə də yaranan maneənin konkret nədə ifadə olunması ilə bağlı İddiaçı tərəfindən məhkəməyə sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşə apellyasiya qaydasında baxılarkən yerində müayinə keçirilmiş və müəyyən edilmişdir ki, İddiaçı tərəfindən inşa edilən evin divarları birinci mərtəbənin tavanına kimi kubik daşından hörülmüş, evin ümumi uzunluğu 9,5 metr, eni 4,6 metrdir. Ev iki otaq və bu otaqların arsında yerləşən 2 metr eniliyində eyvan rolunu oynayan balaca otaqdan ibarətdir. Evin giriş qapısı həmin balaca otağa açılır, oradan sağ və sol tərəfdəki otaqlara qapı yeri qoyulmuşdur. Evə giriş qapısından daxil olduqdan sonra sol tərəfdəki otaq 3,8 X 3,6 metr, sağ tərəfdəki otaq 3,8 x 3.5 metr ölçüdədir. Yeni tikilən evin arxa tərəfində təxminən bir metr məsafədə X2 evi, qabaq tərəfində 1.3 metr məsafədə X19 və Cavabdeh2 evləri yerləşir. İddiaçı Yusifovlara məxsus olan evin arxasında piyada yolu kimi saxladığı boşluğu küçədən ayrırmaq üçün tikdiyi hasarın hündürlüyü 4 metrə yaxın olmaqla boşluqdan havanın işləməsinə maneçilik törədir. Yeni tikilməkdə ola evin giriş qapısından daxil olduqda sağ tərəfdə yerləşən otaq sağ tərəfdən həm arxada yerləşən X6 məxsus olan evin yataq otağının, həm də qabaqda yerləşən Yusifovlara məxsus olan evin yataq otağının pəncərəsinin qarşısını kəsməklə otağa işıq və havanın daxil olmasına maneçilik yaradır. Arxadakı və qarşıdakı evlərə normal hava və işığın daxil olmasının təmin olunması üçün M.K. Balakişiyevin inşa etdiyi evin evə daxil olduqdan sonra sağ otağı başlanğıcdan 4,6 metrlik divarı 1,5 metr məsafədə sökülməlidir. Məhkəmə kollegiyası İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinin əsaslılığına dair dəlilləri aşkar etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, X19 və Cavabdeh2, X10 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı yeni tikdirdiyi ev ilə Calal Famil oğlu Yusifov və Cavabdeh2 evinin arasındakı boşluğu küçədən ayıran divara aid hissədə və yeni tikilən evin rekonstruksiya olunması hissəsində ləğv olunmalı həmin hissədə iddia tələbi qismən təmin olunmaqla iki ev arasında boğluğu küçədən ayıran hasar 2,2 metr hündürlüyə qədər, M.K. Balakişiyevin inşa etdiyi evin evə daxil olduqdan sonra sağ otağın sağ başlanğıcdan 4,6 metrlik divarı 1,5 metr məsafədə sökülməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. X19 və Cavabdeh2, X10 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-211/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsi qismən İddiaçı yeni tikdirdiyi ev ilə Calal Famil oğlu Yusifov və Cavabdeh2 evinin arasındakı boşluğu küçədən ayıran divara aid hissədə və yeni tikilən evin rekonstruksiya olunması hissəsində ləğv edilsin. Həmin hissədə X19 və Cavabdeh2, X2 iddia tələbləri qismən təmin edilsin. İddiaçı yeni inşa etdirdiyi ev ilə, X19 və Cavabdeh2 evi arasında boğluğu küçədən ayıran hasar 2,2 metr hündürlüyə qədər, M.K. Balakişiyevin inşa etdiyi evin evə daxil olduqdan sonra sağ otağının sağ başlanğıcdan 4,6 metrlik divarı 1,5 metr məsafədə İddiaçı hesabına sökülsün. X19 və Cavabdeh2, X10 tərəfindən verilmiş apellyasiya şikayətləri qalan hissədə təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-211/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsi qalan hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti ilə əlaqədar ödənilmiş dövlət rüsumu onu ödəyən şəxslərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar