Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9778/2021 21.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.07.2021-ci il tarixli, 2(001)-78/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.07.2021-ci il tarixli qətnaməsi ilə "xxxx" X1 Səhmdar Cəmiyyətinin iddia tələbi qismən təmin edilərək Cavabdeh1 7520,91 (yeddi min beş yüz iyirmi dollar doxsan bir sent) ABŞ dolları məbləğində kredit borcu ödənişin icra ediləcəyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi və 30 (otuz) manat xidmət haqqı tutularaq iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın ipoteka predmeti – Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka yönəldilməsi, Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın ilkin satış qiyməti 70200 (yetmiş min iki yüz) manat müəyyən edilməklə, həmin daşınmaz əmlakın açıq hərracdan satılmaası, daşınmaz əmlakın satışından əldə edilmiş vəsait hesabına Cavabdeh1 iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinə olan borcunun ödənilməsi və artıq qalan vəsait Cavabdeh2 qaytarılması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. Mülki iş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olarkən məhkəməyə iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin apellyasiya şikayətini geri götürməsi barədə ərizəsi daxil olmuşdur. Həmin ərizəsində iddiaçı apellyasiya şikayətindən imtina etdiklərini və apellyasiya şikayətindən imtinanın hüquqi nəticələrinin onlara aydın olduğunu bildirmişdir. Apellasiya instansiyası məhkəməsi hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 369.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin tanınmasına səbəb olur. Həmin Məcəllənin 369.2-ci maddəsinə əsasən apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. Həmin Məcəllənin 369.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. Həmin Məcəllənin 369.4-cü maddəsinə əsasən şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.07.2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi yazılı formada ifadə edildiyindən, qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından imtina qəbul olunmalı və apellyasiya icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 369.4, 400, 402-407-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15.07.2021-ci il tarixli, 2(001)-78/2021 nömrəli qətnaməsindən iddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin vermiş olduğu apellyasiya şikayətindən imtinası qəbul edilsin və iddiaçıya münasibətdə apellyasiya icraatına xitam verilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-9778/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9778/2021
21.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver