Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-978/2022 08.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi, İddiaçı və onun vəkili Vəkil2, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli, 2(001)-7567/2018 saylı qətnaməsindən cavabdeh "xxxx" MTK tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" MTK-ya mənzilə çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh "xxxx" MTK-dan (VÖEN: **********) Bakı şəhəri. Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci ünvanında inşa edilmiş binanın 2-ci girişinin 15-ci ptabəsində yerləşən, sahəsi 76,87 kv.metr olan 233 saylı mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 60000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qəhrəmanova Südabə İsrəfil qızının əri Qəhrəmanov İlyas Bayram oğlu 2003-cü il avqust ayının 1-dən etibarən 2011-ci ilin oktyabrın 30- dək "xxxx" MTK-da baş mühasib vəzifəsində işləmişdir. Həmin dövrdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2980-81-ci məhəllə ünvanında "xxxx"-nın inşa etdiyi 16 mərtəbəli binadan mənzil almış, 11 yanvar 2008-ci il tarixdə 114 saylı mənzil tikintisi haqqında müqaviləyə əsasən müəyyən olunmuş dəyəri ödəməyi öhdəsinə götürmüş, mənzilin dəyərini MTKya tam olaraq ödəmiş, 2008-ci ildən vəfat etdiyi 23 oktyabr 2014-cü ilədək həmin mənzildə yaşamış, hazırda isə həmin mənzildə iddiaçı yaşayır. Birgə nikahları dövründə həmin mənzilin təmirinə xeyli miqdarda vəsait xərclənmişlər. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 4918/2016 saylı, 09 iyun 2016-cı il tarixli qətnaməsi ilə Qəhrəmanova Südabə İsrafil qızı, Qəhrəmanov Aygün Yaqub qızı, Qəhrəmanov Səxavət İlyas və Qəhrəmanova Samirə İlyas qızının Bakı şəhəri, Xətai ravonu, Gəncə prospekti, 2980-81-ci (Tussi 22 “A”) ünvanda inşa edilmiş binanın 2-ci girişinin 15-ci mərtəbəsində yerləşən, sahəsi kv. metr olan 233 saylı mənzillə təmin edilmədən, məcburi qaydada çıxarılması və "xxxx" MTK-ya təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Xətai Rayon Məhkəməsinin 09 iyun 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Həmin qətnamə ilə mübahisəli mənzil cavabdehə verilməli olduğundan təmir xərclərini onlar çəkdiyi üçün həmin təmir xərcləri əsassız varlanma kimi cavabdehdən xeyrinə tutulmalıdır. Belə ki, həmin mənzilin dəyəri mərhum əri və onun tərəfindən olaraq çəkilmiş, mənzil istifadələrində olmuş, mənzil təmir olunmuş və mənzilin təmirinə 60000 pul xərcləmişlər. "xxxx" MMC-nin rəyi ilə də müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci ünvanında inşa edilmiş binanın 2-ci girişinin 15- ci mərtəbəsində yerləşən sahəsi 76,87 kv.m olan 233 saylı mənzilin təmirinə çəkilmiş xərc 60 000 manat təşkil edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli, 2(001)- 7567/2018 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh "xxxx" MTK-dan (VÖEN **********) Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci ünvanında inşa edilmiş binanın 2-ci girişinin 15-ci mərtəbəsində yerləşən sahəsi 76,87 kv.m olan 233 saylı mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 60000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddia qaldırılması ilə bağlı ödənilmiş 30 manat dövlət rüsumunun cavabdeh "xxxx" MTK-dan tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh "xxxx" MTK apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli 2(103)- 5102/2019 saylı qətnaməsi ilə cavabdeh "xxxx" MTK-nın apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-7567/2018 saylı iş üzrə qəbul etdiyi 30 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin qismən təmin edilməsi, "xxxx" MTK-dan (VÖEN: **********) Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci ünvanında inşa edilmiş binanın 2-ci girişinin 15-ci mərtəbəsində yerləşən, sahəsi 76,87 kv.metr olan 233 saylı mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 25.000 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi, iddia ərizəsinə və apelyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 avqust 2019-cu il tarixli, 2(102)-5769/19 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2019-cu il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 fevral 2021-ci il tarixli, 2(103)-158/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilmiş, cavabdeh "xxxx" MTK-dan Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci ünvanında inşa edilmiş binanın 2-ci girişinin 15-ci mərtəbəsində yerləşən, sahəsi 76,87 kv.metr olan 233 saylı mənzilin təmirinə çəkilmiş xərcin əvəzi olaraq 25.000 manat məbləğində pulun cavabdeh "xxxx" MTK-dan tutularaq İddiaçı İsrafil qızına ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmiş, iş üzrə 100 manat ekspertiza xərci "xxxx" MTK-ya aid edilmişdir. Qətnamədən İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 oktyabr 2021-ci il tarixli, 2(102)-5047/2021 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti tam, "xxxx" MTK-nin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 fevral 2021-ci il tarixli, 2(103)- 158/2021 saylı qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini və qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, təyin edilmiş ekspertiza üzrə mənzilə baxış keçirilməsinin vaxtı və yeri, eyni zamanda MPM-nin 97.5-ci madəsində göstərilən hüquqi nəticələri qeyd olunmuş məktubdan məlumatlı olmuşlar, lakin onlardan asılı olmayan səbəblərdən, yəni mənzildə faktiki yaşayan sakinlər tərəfindən icazə verilmədiyindən və mənzilin hazırki mülkiyyətçiləri tərəfindən yenidən təmin aparıldığı üçün ekspertizanın keçirilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli, 2(001)-7567/2018 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakı sübutları müəyyən etmişdir: İş materiallarında olan xx.xx.2008-ci il tarixli 114 saylı "xxxx" MTK ilə Qəhrəmanov İlyas Bayram oğlu arasında bağlanmış mənzil tikintisi müqaviləsinə əsasən "xxxx" MTK inşa ediləcək binanın 3 otaqdan ibarət, ümumi 76,87 kv.m olan 233 saylı mənzilini Qəhrəmanov İlyas Bayram oğluna verməyi, Qəhrəmanov İlyas Bayram oğlu isə mənzilin başa gəlmə qiyməti ilə müəyyən olunmuş dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2492/2013 saylı 19 iyul 2013-cü il tarixli qətnaməsi ilə "xxxx" MTK ilə Qəhrəmanov İlyas Bayram oğlu arasında bağlanılmış 11 yanvar 2008-ci il tarixli müqavilənin ləğv edilməsi, cavabdeh Qəhrəmanov İlyas Bayram oğlunun digər yaşayış sahəsi ilə təmin edilmədən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci ünvanda inşa edilmiş 233 saylı mənzildən məcburi çıxarılması qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-6058/13 saylı 03 dekabr 2013-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyul 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın xx.xx.2014-cü il tarixli 2(102)-3050/14 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-6058/13 saylı 03 dekabr 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayou Məhkəməsinin 2(011)-4918/2016 saylı, 09 iyun 2016-cı il tarixli qətnaməsi ilə cavabdehlər Qəhrəmanova Südabə İsrəfil qızı, Qəhrəmanova Aygün Yaqub qızı, Qəhrəmanov Səxavət ilyas oğlu və Qəhrəmanova Samirə İlyas qızının digər yaşayış sahəsi ilə təmin edilmədən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci ünvanda inşa edilmiş 233 saylı mənzildən məcburi çıxarılması və mənzilin boşaldılaraq "xxxx" MTK-ya təhvil verilməsi qət edilmişdir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6442/2016 saylı, 21 sentyabr 2016-cı il tarixli qətnaməsi ilə cavabdehlər Qəhrəmanova Südabə İsrəfil qızı, Qəhrəmanova Aygün Yaqub qızı, Qəhrəmanov Səxavət İlyas oğlu və Qəhrəmanova Samirə İlyas qızının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4918/2016 saylı 09 iyun 2016-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6442/2016 saylı, 01 avqust 2018-ci il tarixli qərardadı ilə cavabdehlər Qəhrəmanova Südabə İsrəlil qızı, Qəhrəmanova Südabə Yaqub qızı, Qəhrəmanov Səxavət İlyas oğlu və Qəhrəmanova Samirə İlyas qızının Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 6442/2016 saylı, 21 sentyabr 2016-cü il tarixli qətnaməsindən kassasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə, nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəlləsinin 32.2.2-ci maddəsinə görı ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.6-cı maddəsinə əsasən, əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsifidə əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Həmin məcəllənin 157.7-ci maddəsinə əsasən, vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin məcəllənin 186.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Kollegiya ilkin olaraq qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin məcəllənin 387.2.2-ci maddəsinə əsaasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə iclaslarının vaxtı və yeri barədə cavabdeh "xxxx" MTK-ya məlumat verilməmiş və çəkişmə prinsipi qaydaları pozulmuşdur. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi aşağıdakı zəruri şərtlər olduqda əsaslıdır. a) Qanunda elə bir müddəa olmalıdır ki, onun hüquqi nəticəsi ilə iddia tələbi üst-üstə düşsün (yaxud istənilən hüquqi nəticə bilavasitə iradə ifadəsi azadlığına əsaslanan müqavilədən irəli gəlsin) b) İddiaçının işin halları barədə məruzəsi həmin qanun müddəasının dispozisiya şərtlərinə (yaxud müqavilənin mətninə) uyğun olsun. İddia tələbinin qanuni əsas dedikdə, qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtləri olduqda bir tərəfə qarşı tərəfdən icranı, yəni nəyisə etməyi və ya nəyisə etməməyi tələb etməyə imkan verir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci ünvanında inşa edilmiş binanın 2-ci girişinin 15-ci mərtəbəsində yerləşən sahəsi 76,87 kv.m olan 233 saylı mənzil iddiaçı ilə mərhum əri İ.B.Qəhrəmanovun birgə nikahı dövründə, birgə vəsaitləri hesabına təmir edildiyindən, həmin təmir xərclərinin əvəzi 60.000 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyini əsaslı hesab etmir. Belə ki, mülki iş üzrə kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında da qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən mənzilin təmirinə çəkilən xərci müəyyən edərkən, bu barədə xüsusi biliyi olan şəxsin müəyyən etdiyi məbləği deyil, mərhum Qəhrəmanov İlyas Bayram oğlunun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2492/2013 saylı, 19 iyul 2013-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətində mənzilin təmirinə 25.000 manat xərc çəkildiyi barədə dəlilini əsas tutmuşdur. Lakin Qəhrəmanov İlyas Bayram oğlunun həmin dəlilinin hansı sübutlarla təsdiq edildiyi müəyyən olunmur. Apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinin, eləcə də MPM-nin 14.1-ci maddəsinin tələbləri baxımından hazırki məhkəmə icraatı üzrə həqiqətə nail olmaq üçün Qəhrəmanov İlyas Bayram oğlunun izahatlarında qeyd olunan dəlillərin, ekspert və mütəxəssis rəylərində göstərilən məbləğlərlə, iddiaçının izahatında qeyd etdiyi qiymətlər arasındakı kəskin fərqə aydınlıq gətirmədən, həmin sübutları işə əlavə edilmiş digər sübutlarla müqayisəli şəkildə təhlil edib tədqiq etmədən və bütövlükdə işə əlavə edilmiş sübutlara MPM-nin 88, 103.1, 106.1, 218.1-ci maddələrinin tələbləri baxımından obyektiv baxıb hüquqi qiymət vermədən iddianın qismən təmin olunması qənaətinə gəlmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası baxılan iş üzrə xx.xx.2019-cu il tarixli qərarında da göstərmişdir ki, iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin etmək və müvafiq rəy əldə etmək zəruridir. Çünki MPM-nin 97.1-ci maddəsinin mənasına görə, ekspertiza mülki iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə elm, texnika, incəsənət və ya digər peşə (sənət) sahələri üzrə, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliyə ehtiyac yarandıqda təyin edilə bilər. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında həmçinin qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxarkən ekspertiza təyin edilməsi barədə qərardad çıxarmış və ekspertizanın keçirilməsini "xxxx" MMC-yə həvalə etmişdir. Halbuki, "xxxx" MMC-nin ekspertiza aparmaq, ekspertiza fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti müəyyən olunmur. Ekspertiza tikinti sahəsində xüsusi bilik tələb etdiyi halda, ekspertizanın həyata keçirilməsi hüquqşünas ixtisası olan şəxsə həvalə edilmişdir. Bundan sonra məhkəmə kollegiyası yenidən ekspertiza təyin etmiş və ekspertizanın keçirilməsini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1500 saylı, xx.xx.2020-ci il tarixli rəyinə əsasən, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2980-81-ci ünvanında inşa edilmiş binanın 2-ci girişinin 15ci mərtəbəsində yerləşən sahəsi 76,87 kv.m. olan 233 saylı mənzilin təmir işlərinə təqribən 15.374 manat məbləğində pul vəsaitinin xərclənməsi müəyyən edilmişdir. Ekspertin bu rəyindən görünür ki, mənzilə baxış keçirilməsi üçün təyin edilən vaxt mənzilin qapısı bağlı olduğundan mənzilə baxış keçirilməsi və ölçü işlərinin aparılması mümkün olmamışdır. Buna görə də ekspert mülki iş materiallarındakı məlumatlara və fotoşəkillərə əsasən tədqiqat aparmlş və mənzildə yerinə yetirilmiş təmir işlərinin ümumi dəyərinin 15.374 manat olduğu barədə nəticəyə gəlmişdir. Göründüyü kimi verilmiş ekspertin rəyi lazımi tədqiqat məlumatlarına istinad etmədiyinə görə etibarlı deyildir. Məhz buna görə məhkəmənin özü də haqlı olaraq rəyi mötəbər sübut kimi qəbul etməmişdir. Bununla yanaşı, yuxarıda qeyd edildiyi kimi mərhum Qəhrəmanov İlyas Bayram oğlunun zamanında irəli sürdüyü dəlilə əsaslanmaqla təmir xərcini müəyyən etmişdir. Halbuki, bu cür sübutetmənin yolverilməzliyi iş üzrə Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarından irəli gəlirdi. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Kassasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qərarında eyni zamanda qeyd olunmuşdur ki, apellyasiya instansiyası məhkəməsi kassasiya instansiyası məhkəməsinin göstərişini sonadək icra etməmişdir. Çünki ekspertin rəyi kifayət qədər aydın və tam olmadıqda məhkəmə əlavə ekspertiza, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda isə təkrar ekspertiza təyin etməklə həqiqətə nail ola bilər. Bundan başqa, nəzərə alınmalıdır ki, cavabdeh tərəfin ekspertizanın keçirilməsində iştirak etməməsi, ekspertiza tədqiqatının predmetini təşkil edən mənzilə ekspertin baxış keçirməsinə şərait yaratmaması MPM-nin 97.5-ci maddəsində nəzərdə tutulmuş hüquqi nəticələri törədir. Belə ki, həmin normaya görə tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Lakin nəzərə alınmalıdır ki, bu normanın tətbiqi, məhkəmədən ekspertizanın keçirilməsi ilə bağlı prosessual qaydalara tam əməl olunmasını, tərəflərə bu normanın hüquqi nəticələrinin aydın şəkildə əvvəlcədən izah olunmaqla, onların ekspertizada iştirakı üçün ağlabatan müddətlər müəyyən olunmasını tələb edir. İş materiallarından cavabdehə ekspertizanın keçirilməsi vaxtının müəyyən olunması barədə yazılmış məktublarda MPM-nin 97.5-ci madəsində göstərilən hüquqi nəticələr qeyd olunmamış, ümumiyyətlə həmin məktubların göndərilməsi iş materialları ilə müəyyən olunmur. İşin yuxarıda sadalanan halları onu deməyə əsas verir ki, apellyasiya instansiyası məhkəməsi sonadək tam, hərtərəfli araşdırmamış, işin hallarına bu müddəalara uyğun qiymət verməmişdir. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, qəbul etdiyi hər bir sübutun məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiya məhkəməsinin yuxarıda göstərilən göstərişləri nəzərə alınmaqla mülki iş üzrə əlavə məhkəmə tikinti-texniki еkspеrtizаsı təyin еdilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 aprel 2022-ci il tarixli, 10/1171 nömrəli məlumatla məhkəmə ekspertizasının aparılmasında imtina edilmişdir. Həmin məlumatdan görünür ki, məhkəmə tərəfindən tədqiq olunan mənzilə baxış keçirilməsi xx.xx.2022-ci il tarixə təyin edilmiş, lakin mənzildə faktiki yaşayan sakinlər tərəfindən icazə verilmədiyindən, həmin mənzilə baxış keçirilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır. Məlumatdan eyni zamanda qeyd olunmuşdur ki, hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadına əsasən təyin olunmuş ilkin ekspertiza tədqiqatı zamanı mübahisəli mənzilə baxış keçirilməsi mümkün olmamış, həmçinin iddiaçı tərəfindən tədqiq olunan mənzil üzrə onların apardığı təmir işlərinin üstündən başqa şəxslərin (mənzilin indiki mülkiyyətçilərin) yenidən təmir işləri apardığı və onların apardığı təmir işlərinin faktiki mənzildə qalmadığı bildirilmişdir. Buna görə də ilkin ekspertiaz tədqiqatının aparılması üçün mülki iş materiallarında və ayrı-ayrı internet saytlarında olan məlumatlardan istifadə edilərək 10/1500 saylı xx.xx.2020-ci il tarixli rəy tərtib edilmişdir. Hazırki iş üzrə işin mübahisələndirilən halı aparılmış təmir-tikinti xərclərinin məbləği ilə bağlıdır. Belə ki, iddia tələbindən göründüyü kimi, İddiaçı İsrıfil qızı mübahisəli mənzilin təmirinə çəkilmiş 60000 manat pulun ödənilməsini tələb edir. Belə olan halda mübahisəli mənzilin təmirinə 60000 dəyərində pul xərcləməsinin sübut edilməsi vəzifəsi məhz iddiaçının üzərinə düşür. Belə ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). İddiaçı iddia tələbini əsası kimi iş materiallarında olan “Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi MMC tərəfindən təqdim edilmiş ekspert məktubuna istinad etmişdir ki, kollegiya hesab edir ki, həmin məktubda göstərilən məbləğ iş materiallarında hər hansı sübutla təsdiq olunmur. Belə ki, iddiaçı tərəfindən məhkəməyə mübahisəli mənzilin təmiri ilə bağlı müvafiq sübutlar (mal-material xərcinin, usta xərcləri təsdiq edən müvafiq qəbzlər, qaimə-fakturalar və.s) təqdim edilməmişdir. Kollegiya hesab edir ki, həmin sənəd iş materiallarında olan hər hansı sübutla təsdiq olunamdığından hazırki tələb üzrə iddia tələbinin təmin edilməsinə yönələn sübut kimi qiymətləndirilməsinə əsas ola bilməz. Kollegiya eyni zamanda qeyd edir ki, mərhum Qəhrəmanov İlyas Bayram oğlu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2492/2013 saylı, 19 iyul 2013-cü il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətində mənzilin təmirinə 25.000 manat xərc çəkidiyi də iş materiallarında olan hər hansı sübutla təsdiq edildiyi müəyyən olunmur. Kassasiya instansiya məhkəməsinin yuxarıda göstrilən mövqeyidən də göründüyü kimi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/1500 saylı, xx.xx.2020-ci il tarixli rəyi sübut olaraq etibarlı deyildir. Bu halda kollegiya hesab edir ki, həmin rəy də iddia tələbinin təmin edilməsinə yönələn sübut kimi qiymətləndirilməsinə əsas ola bilməz. Göründüyü kimi, iddiaçı tərəfindən mübahisəli mənzilin təmirinə 60000 manat pulun xərclənməsi sübut olunmur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilmə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmədiyindən iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, iş üzrə iddiaçı tərəfindən ərizənin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Bundan başqa keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 manat təşkil etdiyindən, həmin məbləğ İddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Bu halda məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli, 2(001)-7567/2018 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qətetdi: Cavabdeh "xxxx" MTK-nın apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli, 2(001)- 7567/2018 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh "xxxx" MTK-ya qarşı mənzilə çəkilmiş xərclərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddiaçı məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-978/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-978/2022
08.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver