Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9795/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Orucova Məryəm Faiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "satılmış əşyaların və ya onların dəyərinin geri qaytarılması, maddi ziyanın ödənilməsi" tələbinə dair ilkin, qarşılıqlı iddiaçı Cavabdeh İddiaçıya qarşı "borcun və xərclərin əvəzinin ödənilməsi" tələbinə dair qarşılıqlı iddia ərizəsi barədə mülki iş üzrə çıxarılmış Bakı şəhəri Xətai rayon məhkəməsinin 10.08.2021-ci il tarixli, 2(011)- 4637/2021 nömrəli qətnaməsindən İddiaçı Sardar qızı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Sardar qızı Cavabdeh qarşı "borcun və xərclərin əvəzinin ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh girovda olan ona məxsus qızıl zinət əşyalarının satılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, girov əşyalarının satılmasında üstünlük hüququnun pozulmasınəzərə alınmaqla satılmış əşyaların geri qaytarılması, bu mümkün olmadıqda satılmış əşyaların dəyərinin ona ödənilməsi, dəymiş mənəvi zərərə görə cavabdehdən 3700 manat məbləğində kompensasiyanın tutularaq ona ödənilməsi, məhkəmə məsrəflərinin cavabdehin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlk iddia üzrə Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh İddiaçı onun xeyrinə1456 manat əsas borc, 1720 manat aylıq ödənişlər, 1445 manat cərimə borcu, 500 manat qiymətləndirmə xərci haqqı, 30 manaqt dövlət rüsumu olmaqla, cəmi 5151 manat pulun tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(011)-4637/2021 nömrəli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilmişdir. Qətnamədən narazı qalan ilk iddia üzrə İddiaçı Sardar qızı apellyasiya şikayəti ilə müraciət edərək, Xətai Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(011)-4637/2021 nömrəli qətnaməsinin qarşılıqlı iddianın qismən təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 14 sentyabr 2021-ci il tarixli qərardadı ilə həmin apellyasiya şikayəti apellyasiya icraatı qaydasında baxılması üçün mümkün hesab edilmişdir. “Elektron Məhkəmə İnformasiya Sistemi”ndəki məlumatlardan görünür ki, qarşılıqlı iddiaçı Cavabdeh tərəfindən də apellyasiya şikayəti verilmiş, lakin şikayət iş materiallarına əlavə edilməmiş və birinci instansiya məhkəməsi tərəfindən yoxlanmamışdır. Azərbaycan Respublikası MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(011)-4637/2021 nömrəli qətnaməsindən qarşılıqlı iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətlərinə aid olduğundan, iş apellyasiya baxışından çıxarılmalı və işə baxmış məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-ci maddəsinə əsasən apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 364, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli, 2(011)-4637/2021 nömrəli qətnaməsindən ilk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı Sardar qızı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinə daxil olmuş mülki iş apellyasiya baxışından çıxarılsın və həmin qətnamədən ilk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması məqsədilə birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-9795/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9795/2021
24.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver