Məhkəmə qərarları › İş №2(103)-981/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-981/2021

29.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-981/2021 29.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tanrıverdiyev Anar Vəzir oğlunun sədrliyi və məruzəsi ilə, Səmədov Tofiq Səməd oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Atamalıyev Fərid Seyfulla oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 və Cavabdeh iştirakları ilə, İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4290/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İşin halları: İddiaçı ləğv prosesində olan "İddiaçı" ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xx.xx.2015-ci il tarixli, 2075 saylı kredit müqaviləsi üzrə 2646,93 ABŞ dolları əsas, 1537,56 ABŞ dolları cərimə, müddət sonuna hesablanan 1020,30 ABŞ dolları və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 397,01 ABŞ dolları faiz borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçının xeyrinə ödənilməsi, cavabdehdən xx.xx.2015-ci il tarixli, 2074 saylı kredit müqaviləsi üzrə 1590,61 ABŞ dolları əsas, 924,01 ABŞ dolları cərimə, müddət sonuna hesablanan 522,75 ABŞ dolları və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 236,06 ABŞ dolları faiz borcununtutularaq iddiaçının xeyrinə ödənilməsi, tutmanın ipoteka qoyulmuş, xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsus olan, “Mitsubishi Pajero” markalı, ağ rəngli, 2000-ci il buraxılışlı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə yönəldilərək açıq hərrac yolu ilə satılması, satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borcuncavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2074 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla 4.000 USD (dörd min) ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh ilə həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan “Mitsubishi Pajero” markalı, ağ rəngli, 2000-ci il buraxılışlı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi avtomobil bank qarşında ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öz üzərinə götürmüşdür. Müqaviləyə əsasən borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanmış faizləri banka ödəməlidir. Lakin buna baxmayaraq borclu Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda borclunun banka ödənilməmiş 2646,93 ABŞ dolları əsas, 1537,56 ABŞ dolları cərimə, müddət sonuna hesablanan 1020,30 ABŞ dolları faiz vəKonstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan397,01 ABŞ dolları borcu mövcuddur. Bundan başqa LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2075 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla 2400 USD (iki min dörd yüz) ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Hazırda borclunun banka ödənilməmiş 1590,61 ABŞ dolları əsas, 924,01 ABŞ dolları cərimə, müddət sonuna hesablanan 522,75 ABŞ dolları faiz və Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarına əsasən hesablanan 236,06 ABŞ dolları borcu mövcuddur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4290/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin rədd edilməsi qət edilmişdir (sədrlik edən: Fərid Əyyubov). Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4290/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti və dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2074 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla 4.000 USD (dörd min) ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh ilə həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və müqaviləyə əsasən xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan “Mitsubishi Pajero” markalı, ağ rəngli, 2000-ci il buraxılışlı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi avtomobil bank qarşında ipoteka ilə yüklü edilmişdir. xx.xx.2015-ci il tarixli, 2075 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik faiz dərəcəsi 22% olmaqla 2400 USD (iki min dörd yüz) ABŞ dolları məbləğində kredit vəsaiti verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə ona ayrılmış məbləğdən istifadə etmiş, lakin əsas məbləğ və hesablanmış faiz ödənişlərini yerinə yetirməmiş, bununla da istifadə edilmiş məbləğin geri qaytarılmasına dair üzərinə düşən öhdəliyi icra etməmişdir. Cavabdehə gecikdirilən pul öhdəliyinin banka ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilmiş, bildiriş göndərilmiş və digər vasitələrlə borcun ödənilməsi təklif olunmuşdur. Lakin borcun qaytarılması yönündə atılmış bütün addımlara baxmayaraq yuxarıda qeyd olunan borc məbləği bu günədək ödənilməmiş qalmaqdadır. Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2(004)-4290/2020 saylı qətnaməsinə əsasən əsassız olaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh arasında imzalanmış xx.xx.2015-ci il tarixli kredit müqavilələri üzrə iddia tələbi rədd edilmişdir. Məhkəmə iş üzrə qətnamə çıxararkən cavabdeh tərəfindən məhkəməyə təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq sözügedən kredit müqaviləsi üzrə iddia müddətinin axımı müqavilənin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixdən hesablanması və iddia tələbinin rədd edilməsi düzgün deyil. Kredit müqavilələri üzrə son ödəniş kimi xx.xx.2017-ci il tarixdə 100 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə isə 150 ABŞ dolları məbləğində ödənişlər olmuşdur. Bu zaman məhkəmə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli, xx.xx.2014-cü il tarixli və xx.xx.2008-ci il tarixli qərarların tələblərini nəzərə almamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2014cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Qərarın 1-ci maddəsində göstərilir ki, hüquqi müəyyənlik prinsipi baxımından tərəflər arasında bağlanılan kredit müqaviləsinin şərtləri və hüquqi nəticələri elə dəqiqliklə təsvir olunmalıdır ki, müqavilə tərəfinin kənar yardım olmadan mümkün qədər aydın və sadə şəkildə öz hüquq və vəzifələrini müəyyənləşdirə bilməsi mümkün olsun. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. İkinci tərəfdən isə kredit borcu üzrə öhdəliklərini yerinə yetirməyən şəxs isə borcunu ödəməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə xx xxxx 2005-ci il, R.Salamovun şikayəti üzrə xx xxxxxxx 2007-ci il və X.Xəlilovun şikayəti üzrə xx xxxxxx 2009-cu il tarixli Qərarları). Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə xx xxx 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. Azərbaycan Respublikasi Konstitusiya məhkəməsi plenumunun xx xxxx 2013-cü il tarixli Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair qərarında qeyd edilib ki, “Belə müqavilələrdən birini MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Qeyd olunmalıdır ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Bu baxımdan, tərəflərdən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmələri tələb olunur. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (MM-in 425.1 və 425.2-ci maddələri)” İnsan hüquqları üzrə Avropa Məhkəməsinin xx xxxxxx 2009-cu il tarixli Meçinskaya Rusiya Dövlətinə qarşı qərarında qeyd edilib ki, tərəflərin bərabərliyi prinsipi çərçivəsində ədalətli məhkəmə, geniş konsepsiyasının elementlərindən biridir. Tərəflər arasında ədalətli balans olmalıdır. Bunu nəzərə alaraq, tərəflərin bərabərliyini təmin etmək məqsədilə çəkişmə olmalıdır. Mülki Prosessual Məcəllənin 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Yasamal Rayon Məhkəməsinin hakimi iddia müddəti ilə bağlı ərizəni alaraq, elə həmin məhkəmə prosesində iddia müddətini tətbiq edərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarmışdır. Bu isə işə bərabərlik prinsiplərinin və obyektivliyin pozulması ilə baxılması deməkdir. Çünki hakim işin tam obyektiv araşdırılması üçün iddiaçının iddia müddəti ilə bağlı ərizəyə mövqeyini öyrənməli idi. Belə ki, iddia müddətinin tətbiqi məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulubpozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir... İddia müddəti tətbiq edilən edilən müqavilələrdən birini MM-in 739.2-ci maddəsində göstərilən kredit müqaviləsi təşkil edir. Həmin müqavilə üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür... Qeyd olunmalıdır ki, əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitdə böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəfin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Birinci instansiya məhkəməsi tələbini iddia müddətinin tətbiq edilməsi əsası ilə rədd edərək iddiaçınln mənafeyini və cavabdeh tərəfindən hüquqların pozulub-pozulmamasını nəzərə almamışdır. Belə ki, iddia tələbinin mahiyyətindən də görünür ki, cavabdehlə kredit müqaviləsi bağlanmış və cavabdeh həmin kredit müqaviləsi üzrə kredit götürmüşdür. İddiaçının iddia tələbinin əsasını cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi təşkil edir. Məhkəmə isə sözügedən mübahisədni araşdırmadan iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi əsasına istinad edərək iddianı rədd etmişdir və iddiaçının pozulmuş hüquqlarının məhkəmə müdafiəsi həyata keçirməmişdir. Qeyd etmək istəyirik ki, iddia tələbinin əsası kimi tərəflər arasında bağlanmış kredit müqaviləsinin cavabdeh tərəfindən kredit borcunun ödənilməsi öhdəliyin pozulması təşkil edir. Beləliklə, iddiaçının hazırkı iddia tələbi haqlı tələb olmaqla kreditor kimi öhdəliyin icrasını və vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmə hüququnda irəli gəldiyindən iddia tələbimiz təmin olunmalıdır və iddia ərizəsində tələb olunan məbləğlər cavabdehdən tutulmalıdır. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Azərbaycan Respublikası Mülki Məcəlləsi və Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquqları pozulmuşdur. Qətnamənin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi sübuta yetirilir, bu səbəbdən qətnamə ləğv edilməli və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Tərəflərin izahatları: Kollegiya iclasında iştirak edən iddiaçının nümayəndəsi X.Əliyev apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Kollegiya iclasında iştirak edən Cavabdeh iddiaçının apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Kollegiya işin hallarını apellyasiya şikayətinin dəlilləri ilə birgə araşdırıb iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, iş materiallarında olan xx.xx.2015-ci il tarixli, 2075 saylı kredit müqaviləsinə əlavəyə görə, ödənişin məbləği 2988.18, əsas borcun ödənişi 2400, faizin ödənişi 588.18 ABŞ dolları təşkil edir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 2074 saylı kredit müqaviləsinə əlavəyə görə, ödənişin məbləği 4980.30, əsas borcun öənişi 4000, faizin ödənişi 980.30 ABŞ dolları təşkil edir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 2074 saylı kredit müqaviləsinə əsasən, fiziki şəxs Cavabdeh bankdan 24 ay müddətinə 22% olmaqla 4000 ABŞ dolları kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2015-ci il tarixli 2075 saylı kredit müqaviləsinə əsasən, fiziki şəxs Cavabdeh bankdan 24 ay müddətinə 22% olmaqla 2400 ABŞ dolları kredit götürmüşdür. Hüquqi dəyərləndirmə: Kollegiya məhkəmə araşdırması zamanı iş materiallarına əsasən müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2074 saylt kredit müqaviləsinə əsasən borcalana 24 ay müddətinə, illik 22% ödənilmək şərtilə 4000 ABŞ dolları məbləğində, xx.xx.2015-ci il tarixli, 2075 saylı kredit müqaviləsinə əsasən 24 ay müddətinə, illik 22% ödənilmək şərtilə 2400 ABŞ dolları məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli, 2074 saylı kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh ilə həmin tarixdə ipoteka müqaviləsi bağlanmış və cavabdehə məxsus olan “Mitsubishi Pajero” markalı, ağ rəngli, 2000-ci il ıxılışlı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi avtomobil bank qarşında ipoteka ilə yüklü edilmişdir. Həmin müqavilələr üzrə kreditin qaytarılmasının son müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 31.07. 2017-ci il tarixi müəyyən edilmişdir. Kollegiya iş materiallarında olan sübutlara, tərəflərin izahatlarına və apellyasiya şikayətinin dəlillərinə əsasən müəyyən etmişdir ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 2074 və 2075 saylı kredit müqavilələri üzrə kreditin müddəti 24 ay müəyyən olunduğundan öhdəliyin son icra tarixi xx.xx.2017-ci il olmuşdur. Lakin, iddiaçı kredit müqavilələri üzrə hesablanmış borc tələbi ilə bağlı iddia ərizəsini xx xxxxxx 2020-ci tarixində məhkəməyə təqdim etməklə 3 illik iddia müddətini 20 gün ötürmüşdür. İş materiallarına əsasən müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh tərəf iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etmişdir. Belə olan halda, hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsi ilə bağlı birinci istansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.1, 373.2 və 373.3–cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir; müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir; vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Kredit müqavilələri üzrə son ödəniş kimi xx.xx.2017-ci il tarixdə 100 ABŞ dolları, xx.xx.2017-ci il tarixdə isə 150 ABŞ dolları məbləğində ödənişlər olunmasına dair iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, məhkəmə iclasında iddiaçının nümayəndəsindən həmin ödənişlərlə bağlı sübutların olub-olmaması məsələsi aydınlaşdırılarkən iddiaçının nümayəndəsi həmin ödənişlərin edilməsinə dair hər hansı sübutun olmadığını bildirmişdir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Nəticə: Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, kredit müqavilələri üzrə hesablanmış borcla bağlı iddia tələbi müqavilə öhdəlikləri üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti 20 gün ötürülməklə verildiyindən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-4290/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar