Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9811/2020 29.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Elnur Məmmədsaat oğlu Həsənovun sədrliyi və məruzəsi, Məmməd Allahverdi oğlu Məmmədovdan və İlqar Mustafa oğlu Murquzovdan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi ilə Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixdə qəbul etdiyi qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada cəmi 4192,60 manat kredit borcunun və 30 manat dövlət rüsumunun Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin xeyrinə tutulması qət olunmuşdur. Həmin qətnamədən xx xxxxxx 2020-ci il tarixdə apellyasiya şikayəti verən Cavabdeh1 onun ləğv edilməsini və iddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli və mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından görünür ki, xx xxxxxx 2015-ci il tarixli qətnamə xx xxxx 2015-ci il tarixdə tərəflərə, o cümlədən Cavabdeh1 göndərilmiş, xx xxxxx 2015-ci il tarixdə isə qətnamə icraya yönəldilmişdir. İş materiallarında qətnamənin Cavabdeh1 tərəfindən alındığına dair hər hansı sübut mövcud olmasa da, kollegiya hesab edir ki, adı çəkilən şəxsin ünvanına göndərilmiş qətnamənin həmin ünvana çatdırılmış olub-olmadığı araşdırılmadan və şikayət vermə müddətinin ötürülüb-ötürülmədiyinə münasibət bildirilmədən, qətnamənin qəbulundan 5 ildən artıq müddət keçdikdən sonra verdiyi şikayətə baxılması qanunvericiliyin mənasına uyğun deyildir. Mülki Prosessual Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə görə isə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bank olmayan Kredit Təşkilatı “xxxx” MMC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixdə qəbul etdiyi qətnamədən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və mülki iş, apellyasiya şikayətinin vaxtında verilib-verilmədiyi məsələsinə qiymət verilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Məmməd Məmmədov İlqar Murquzov
Məhkəmə qərarları › İş №2(103)-9811/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9811/2020
29.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver