Məhkəmə qərarları › İş №2(103)-9833/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9833/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9833/2021 28.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2, Cavabdeh Abdullah (Abdullayev) Ceyhun Şahmar oğlunun iştirakları ilə, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(008)-1550/2012 saylı qərardadından cavabdeh Abdullah (Abdullayev) Ceyhun Şahmar oğlu tərəfındən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1550/2012 saylı iş üzrə 10 may 2012-ci il tarixli qətnaməsinə əsasən, X1,Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 19059,61 ABŞ dolları əsas kredit borcunun, 22600,90 ABŞ dolları faiz borcu, 939,80 ABŞ dolları məbləğində penya-cəmi 42600,31 ABŞ dolları (ödəniş günü Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq manatla) və ödənilmiş dövlət rüsumuna görə 20 manat İddiaçı-nin xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan iddiaçı Cavabdeh3 02.12.2019-cu il tarixdə apellyasiya şikayəti ilə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1550/2012 saylı iş üzrə 10 may 2012-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli, 2(008)- 1550/2012 saylı qərardadı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 1550/2012 saylı, 10 may 2012-ci il tarixli qətnaməsindən Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayət geri qaytarılmışdır. Həmin qərardaddan narazı qalan Cavabdeh3 şikayətlə müraciət edərək Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04.12.2019-cu il tarixli. 2(008)-1550/2012 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli qərardadı ilə şikayət təmin olunmamış və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269cu maddəsinə əsasən iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 12 mart 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh3 ərizə ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-1550/2012 saylı iş üzrə 10 may 2012-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə sənədlərinin tərəflərə çatdırılmasını təsdiq edən yeganə sənəd “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədir. Mülki işin materiallarında xəbərnamə, qətnamənin ona göndərilməsi barədə reyestr və poçt qəbzi də mövcud deyil. Ona görə də hesab edir ki, buraxılmış prosessual müddət bərpa edilməlidir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(008)- 1550/2012 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Həmin qərardaddan cavabdeh Abdullah (Abdullayev) Ceyhun Şahmar oğlu şikayət vermiş, şikayətini ərizəsində göstərilənlərlə əsaslandırmışdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin olunmaması və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyasının iclasında cavabdeh Abdullah (Abdullayev) Ceyhun Şahmar oğlu şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 şikayəti əsassız hesab edərək, təmin edilməməsini, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(008)-1550/2012 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası digər cavabdehlərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatlarıı dinləyib, işin materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(008)-1550/2012 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360.1-ci maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İş materiallarında olan "xxxx" ASC-nin 31 may 2012-cı il tarixli 1253/02 saylı məktubundan görünür ki, cavabdehlərlə iddiaçı arasında barışıq əldə edildiyindən, iddiaçı "xxxx" ASC tərəfindən 10 may 2012-cı il tarixli, 2(008)-1550/12 saylı qətnamənin icraya yönəldilməməsi xahiş edilmişdir . İş materiallarında olan İddiaçı-nin 08 noyabr 2013-cü il tarixli, 618/2013Ə saylı ərizəsindən görünür ki, tərəflər arasında borc məbləğinin ödənilməsi barədə razılığa əsasən cavabdehlər üzərlərinə düşən öhdəlikləri yerinə yetirmədiklərindən "xxxx" ASC müraciət edərək qətnamənin icraya yönəldilməsini xahiş etmişdir. Kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi cavabdehin sözügedən qətnamədən xəbəri olmuş və həmin qətnamədən apellyasiya şikayəti verməsi üçün kifayət qədər vaxtı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh məhkəmə qətnаməsindən аpеllyаsiyа şikаyəti vеrmə müddətini üzrlü səbəblərdən ötürməsini sübut еdən əsаslаndırıcı dəlilləri ərizəsinə, eləcə də şikayətinə əlavə etməmiş və məhkəməyə təqdim еtməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Bununla da, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(008)-1550/2012 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Abdullah (Abdullayev) Ceyhun Şahmar oğlu tərəfındən verilmiş şikayət təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin Sabunçu Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli, 2(008)-1550/2012 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar