Məhkəmə qərarları › İş №2(103)-9834/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9834/2020

29.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9834/2020 29.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), Şirinov Ziya Allahverdi oğlu və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi ilə, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Londunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4703/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4703/2018 saylı işi üzrə xx.xx.2018ci il tarixli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Londunun Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilmişdir, Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir (səh.81). Məhkəmə kollegiyası müəyyən etmişdir ki: xx.xx.2018-ci il tarixli qətnamənin surəti Cavabdeh rəsmi qaydada göndərilmiş, zərf geri qaytarılmışdır (səh.73), qətnamə icraya yönəldilmişdir (səh.74), xx.xx.2020-ci il tarixdə cavabdeh ərizə verərək qətnamənin surətinin verilməsini xahiş etmiş, qətnamə xx.xx.2020-ci il tarixdə qəbzə imza etməklə surətini almış (səh.80), prosessual müddətin bərpasına dair ərizə təqdim etmədən apellyasiya şikayətini xx.xx.2020-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Bununla da, birinci instansiya məhkəməsi tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin ötürülüb-ötürülməməsi və bununla bağlı ayrıca ərizə verilməməsi məsələsinə səlahiyyəti daxilində hüquqi qiymət verilməmişdir. Halbuki, mülki prosessual qanunvericilik birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamədən apellyasiya şikayəti verilməsi mümkünlüyünü müəyyən etmişdir. Şərh olunanlara və Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 80, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62- 67, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2, 9, 128-137, 357, 360-366 və 402-406-cı maddələrinə əsasən məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4703/2018 saylı işi üzrə xx.xx.2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya qeyrimümkün hesab edilsin və mülki iş Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar