Məhkəmə qərarları › İş №2(103)-9834/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9834/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9834/2021 16.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçı LPO QSC “Bank Standard” KB-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 avqust 2011-ci il tarixli, 2(011)-3847/2011 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC “Bank Standard” KB cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı borcun ödənilməsi və s. tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 avqust 2011-ci il tarixli, 2(011)- 3847/2011 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qətnamədən Cavabdeh1 tərəfindən apellyasiya şikayəti, eləcə də buraxılmış prosessual müddətin bərpası barədə ərizə verilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(011)-3847/2011 saylı qərardadı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 avqust 2011-ci il tarixli, 2(011)-3847/2011 saylı qətnaməsindən Cavabdeh1 apelyasiya şikayəti verməsi üçün buraxdığı müddət bərpa edilmiş və apelyasiya şikayətinin mülki işlə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Sərdar Mehralıyev 05 oktyabr 2021ci il tarixli məktubla Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(011)-3847/2011 saylı qərardadından verilmiş şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün həmin mülki işin Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını araşdıraraq hesab edir ki, mülki iş baxışdan çıxarılaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 357, 362 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11 avqust 2011-ci il tarixli, 2(011)- 3847/2011 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 27 avqust 2021-ci il tarixli, 2(011)-3847/2011 saylı qərardadından verilmiş şikayətin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-364-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar