Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9838/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X3 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4204/2021 saylı işi üzrə 29 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.01.2007-ci il təvəllüdlü X4 və 15.06.2010-cu il təvəllüdlü X2 üçün, onların yetkinlik yaşına çatanadək hər biri üçün sabit məbləğdə 175 manat, ümumilikdə 350 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin icraatı zamanı müəyyən edilmişdir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 22 avqust 2014-cü il tarixli, 2(006)- 4923/2014 saylı qətnaməsi ilə 07.01.2007-ci il təvəllüdlü X4 və 15.06.2010-cu il təvəllüdlü X1 üçün cavabdehdən (atadan) hər uşağa görə sabit məbləğdə 105 manat, cəmi 210 manat alimentin alınıb iddiaçıya (anaya) ödənilməsi qət edilmişdir (iş.səh. 4, 39-42). Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4204/2021 saylı işi üzrə 29 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, 07.01.2007-ci il təvəllüdlü X4 və 15.06.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində alimentin İddiaçı xeyrinə tutulması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülməsi, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. Qətnamədə , "Uşaq hüquqları haqqında” Konvensiyasının 27; "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13; Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 119.1, 217.4; Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76.2, 78.1 -ci və 78.2-ci maddələrinə istinadən qeyd edilmişdir ki, "Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1 -ci maddəsinə əsasən 2021-ci il üçün yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşaqların mənafeyini, onların saxlanması üçün cavabdehdən 210 manat miqdarında alimentin tutulmasının hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, alimentin məbləği artırılaraq, hər ay, hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat məbləğində müəyyən edilməlidir. Cavabdeh 30 manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4204/2021 saylı iş üzrə qəbul olunmuş 29 iyun 2021-ci il tarixli qətnaməsini ləğv edib iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4, 372.1, 384.0.2, 385.1.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılması üçün əsas verən halları iddia ərizəsində qeyd etməmiş, eyni zamanda ailə və maddi vəziyyətində müsbətə doğru dəyişikliklərin baş verməsinə dair hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Alimentin 105 manat həcmində müəyyənləşdirilməsi ilə bağlı yuxarıda qeyd olunan qətnamədən və hazırki işin materiallarından onun həmin işə baxıldığı zamankı vəziyyəti ilə indiki vəziyyəti arasında alimentin məbləğinin artırılmasına əsas verəcək nəinki hər hansı bir dəyişikliyin olmadığı, əksinə onun maddi vəziyyətinin daha da ağırlaşdığı aydın olur. Belə ki, onun ilə anası arasındakı münasibətləri korlanmış, o, da ona qarşı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Artıq Məhkəmə anasına da alimentin ödənilməsi vəzifəsini üzərinə qoymuşdur. Bu da onun gələcəkdə miqdarı artırılmış alimentin ödənilməsini mümkünsüz edəcəkdir . Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, alimenti vaxtlı-vaxtında ödədiyini, lakin hal-hazırda övladları ilə yanaşı anasın da aliment ödədiyini, əmək haqqının 806 manat olduğunu, bu səbəblə də aliment məbləğinin azaldılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, cavabdehin uşaqların saxlanması ilə bağlı əlavə xərclərdə iştirak etmədiyini bildirmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını Uşaq hüquqları haqqında Qanunun 5, 6, 13; “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu; Ailə Məcəlləsinin 75-78, 99, 112; Mülki Prosesual Məcəllənin 14.2, 76, 77.1, 80- 82, 106.2, 119.1, 216, 217.3, 217.4, 372, 385, 386, 388, 390-cı maddələrinə və iş üzrə təqdim edilmiş sübutlara müvafiq mübahisələndirilən dəlillərə (hissəyə) münasibətdə yoxlayan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətlərinin dəlilləri uşaqların üstün mənafeləri və təminatları baxımından qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Diqqətə çatdırılmalıdır ki, yaşayış səviyyəsinə olan maddi tələbatın artması hamıya bəlli olan haldır və “Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmiş, habelə apellyasiya şikayətlərinin dəlilləri ilə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun alternativ forması sübuta yetirilmir. Kollegiya hesab edir ki, uşağ üçün tələb edilən alimentin miqdarı təkcə onun dolanacaq və qidalanmaq üçün kifayət edən minimum bazar səbətinin ekvivalenti ilə dəyərləndirilməli deyildir, valideynlər dünyaya gətirdikləri övladın xoşbəxt gələcəyini təmin etməkdə maksimal həddə bərabər məsuliyyət daşımalı, uşaqlara münasibətdə hər hansı gərginliyin yaranmaması üçün birgə səylər göstərməlidirlər. Apellyatorun tələbi və dəlilləri və anasına dair eyni vəzifələrin daşıması öz rifahının qaldırılması məcrasında daha yüksək səylərinin göstərilməsini tələb edir. Dəyişən şəraitə və tələbatlara müvafiq hazırki iddia üzrə sübuta yetirilməyən dəlillər isə aliment məbləğinin dəyişdirilməsi üzrə digər tələblərin yenidən baxılmasını istisna etmir. Diqqətə çatdırılmalıdır ki, cavabdeh tərəfindən anasına aliment verilməsi və əmək haqqı barədə apellyasiya icraatı zamanı təqdim edilən sübutlar və aliment məbləğinin azaldılması barədə qarşılıqlı tələbin mövcud olmadığı halda apellyatorun dəlillərinin müzakirəsini mülki prosessual qanunvericilyin tələbləri (apellyasiya şikayətinin hədləri) baxımından yolverilməz edir. Qeyd edilən sübutlar aliment məbləğinin azaldılması üzrə başqa iddianın müzakirəsinə əsas ola bilər. Kollegiya məhkəmə xərcləri barədə məsələni müzakirə edərək qeyd edir ki, məhkəməyə müraciətlə bağlı ödənilmiş dövlət rüsumu onu ödəyən tərəflərə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4204/2021 saylı işi üzrə 29 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-9838/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9838/2021
11.10.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver