Məhkəmə qərarları › İş №2(103)-9849/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-9849/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-9849/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Məmmədovanın sədrliyi və məruzəsi ilə, X1 və Rafael Əmir oğlu Eyvazovdan ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Nərimov Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(005)-3361/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə 21 iyul 2016-cı il tarixdə Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusunda bağlanmış kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 21 iyul 2016- cı il tarixdə Cavabdeh ilə aralarında Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusunda kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtinə görə guya cavabdeh ona 22000 manat məbləğində borc vermişdir. Bildirir ki, aralarında bağlanmış kredit müqaviləsi əsassızdır. Müqavilə formal olaraq bağlanmışdır. Onun cavabdehə 22000 manat məbləğində borcu yoxdur və cavabdeh, ona 22000 manat məbləğində borc pul verməyib. Bildirir ki, o, 02.03.2009-cu ildən 28.09.2016-cı ilə kimi cavabdehə məxsus olan apteklərdə xəzinədar vəzifəsində işləmişdir. Cavabdeh iddia edir ki, guya onun 2011-ci ildən 2016-cı ilə kimi aptekdə işləyən zaman əskiyi çıxıb. Cavabdeh heç bir yoxlama aparmadan ilk öncə onu notariusa aparmış və bildirmişdir ki, hazırda onların 22000 manat məbləğində aptekdə malı qalıb. Bunun cavabdehliyini o daşıyır və ona görə də 22000 manatlıq müqavilə bağlanmalıdır. Notariusda müqaviləyə qol çəkməyini məcbur etmişdir. Bundan sonra onlar aptekə daxil olan malların hesabını aparmış və məlum olmuşdur ki, onun heç bir əskiyi yoxdur. Cavabdehə bildirmişdir ki, artıq heç bir borcu yoxdur, ona görə də həmin müqaviləni ləğv etdirsinlər. Cavadeh isə ona bildirmişdir ki, heç bir ehtiyac yoxdur. Ondan pul tələb etmiyəcək. O, cavabdehə inanmış və həmin vaxt onunla notariusa getməmişdir. 2019-cu ildə isə cavabdeh ona qarşı borc tələbinə dair iddia tələbi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmiş və Sumqayıt şəhər məhkəməsinin 2(060)- 8210/2019 saylı, 28.11.2019-cu il tarixli Qətnaməsi ilə, iddiaçı Cavabdeh ona qarşı borcun və vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia tələbi təmin edilmiş, ondan 22000 (iyirmi iki min) manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Ümumiyyətlə notariat kontorunda müqavilə bağlanarkən cavabdeh ona nəğd pul verməyib, nə də ki, notariusun depozit hesabına pul köçürülməyib. Məhkəmə bütün bunları aydınlaşdırmadan aralarında olan kredit müqaviləsinə əsasən qətnamə qəbul etmiş və iddia tələbini təmin etmişdir. O, həmin qətnamədən Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti vermişdir. Bir daha qeyd edir ki, müqavilədə göstərilən məbləğ cavabdeh tərəfindən ona verilməmişdir. Aralarında kredit müqaviləsi bağlansa da, müqavilə üzrə borc verən hesab edilən Cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozaraq müqavilədə nəzərdə tutulmuş 22000 (iyirmi iki min) manat məbləğində pul vəsaitini ona verilməsi öhdəliyini yerinə yetirməmişdir. Yuxarıda qeyd etdiyi kimi 21 iyul 2016-cı il tarixdə aralarında bağlanmış borc müqaviləsində göstərilən məbləğ ona verilməmişdir. Müqavilə üzrə borc verən müqaviləni əhəmiyyətli dərəcədə pozaraq müqavilədə nəzərdə tutulmuş pul vəsaitinin ona verilməsi öhdəliyini yerinə yetirməmişdir. Həmin müqavilənin bağlanmasına əsas olan hallar isə hazırkı mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir. Çünki iddianın əsasını müqavilədə göstərilən pul vəsaitinin ona verilməməsi təşkil edir. Ona pul verilmədiyi halda pul tələb olunması qanunsuz və əsassızdır. Ona görə də hesab edir ki, aralarında bağlanmış müqavilə ləğv edilməlidir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(005)- 3361/2021 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur. Qətnamədən İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3361/2021 saylı iş üzrə 29.07.2021-ci il tarixli qətnaməsininin ləğv edilməsini, iş üzrə iddia tələbinin təmin olunmasını, yəni, Cavabdeh ilə 21 iyul 2016-cı il tarixdə Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusunda bağlanmış kredit müqaviləsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırır ki, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-3361/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsini tamamilə qanunsuz və əsassız hesab edir. Belə ki, 21 iyul 2016-cı il tarixdə Cavabdeh ilə aralarında Abşeron rayonu 1 saylı notariat kontorunun xüsusi notariusunda kredit müqaviləsi bağlanmışdır. Müqavilənin şərtinə görə guya cavabdeh ona 22000 manat məbləğində borc vermişdir. Bildir ki, aralarında bağlanmış kredit müqaviləsi əsassızdır. Müqavilə formal olaraq bağlanmışdır. Onun cavabdehə 22000 manat məbləğində borcu yoxdur və cavabdeh ona 22000 manat məbləğində borc pul verməyib. Bildir ki, o, 02.03.2009-cu ildən 28.09.2016-cı ilə kimi cavabdehə məxsus olan apteklərdə xəzinədar vəzifəsində işləmiş. Cavabdeh iddia edir ki, guya onun 2011-ci ildən 2016-cı ilə kimi aptekdə işləyən zaman əskiyi çıxıb. Cavabdeh heç bir yoxlama aparmadan ilk öncə onu notariusa aparmış və bildirmiş ki, hazırda onların 22000 manat məbləğində aptekdə malları qalıb. Bunun cavabdehliyini iddiaçı daşıyır və ona görə də 22000 manatlıq müqavilə bağlanmalıdır. Cavabdeh notariusda müqaviləyə qol çəkməyini məcbur etmiş. Bundan sonra onlar aptekə daxil olan malların hesabını aparmışlar və məlum olmuş ki, iddiaçının heç bir əskiyi yoxdur. O, cavabdehə bildirmiş ki, artıq heç bir borcu yoxdur, ona görə də həmin müqaviləni ləğv etdirsinlər. Cavabdeh ona bildirmiş ki, heç bir ehtiyac yoxdur, iddiaçıdan pul tələb etməyəcək. O, cavabdehə inanmış və həmin vaxt onunla notariusa getməmiş. 2019-cu ildə isə cavabdeh ona qarşı borc tələbinə dair iddia tələbi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmiş və Sumqayıt şəhər məhkəməsinin 28.11.2019-cu il tarixli Qətnaməsi ilə, iddiaçı Cavabdeh ona qarşı borcu və vurulmuş ziyanın əvəzinin ödənilməsi tələbinə dair iddia tələbi təmin edilmiş, iddiaçıdan 22000 manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq Cavabdeh ödənilməsi qət edilmişdir. Ümumiyyətlə notariat kontorunda müqavilə bağlanarkən cavabdeh ona nəğd pul verməyib, nə də ki, notariusun depozit hesabına pul köçürülməyib. Məhkəmə bütün bunları aydınlaşdırmadan aralarında olan kredit müqaviləsinə əsasən qətnamə qəbul etmiş və iddia tələbini təmin etmişdir. O, həmin qətnamədən Sumqayıt Apelyasiya məhkəməsinə apelyasiya şikayəti vermiş. Hazırkı iddia tələbi ilə əlaqədar olaraq həmin iş üzrə icraat onun yazılı vəsatəti əsasında dayandırılmışdır. Qeyd edir ki, müqavildə göstərilən məbləğ cavabdeh tərəfindən ona verilməmişdir. Aralarında kredit müqaviləsi bağlansa da, müqavilə üzrə borc verən hesab edilən Cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozaraq müqavilədə nəzərdə tutulmuş 22000 manat məbləğində pul vəsaitini ona verilməsi öhdəliyini yerinə yetirməmişdir. 21 iyul 2016-cı il tarixdə aralarında bağlanmış borc müqaviləsində göstərilən məbləğ ona verilməmişdir. Müqavilə üzrə borc verən müqaviləni əhəmiyyətli dərəcədə pozaraq müqavilədə nəzərdə tutulmuş pul vəsaitini ona verilməsi öhdəliyini yerinə yetirməmişdir. Həmin müqavilənin bağlanmasına əsas olan hallar isə hazırkı mübahisənin həlli baxımından əhəmiyyət kəsb etmir. Çünki iddianın əsasını müqavilədə göstərilən pul vəsaitinin ona verilməməsi təşkil edir. İddiaçıya pul verilmədiyi halda ondan pul tələb olunması qanunsuz və əsassızdır. Ona görə də hesab edir ki, aralarında bağlanmış müqavilə ləğv edilməlidir. Lakin işə baxan məhkəmə maddi hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməmiş və qanunu səhv təfsir etmişdir. Məhkəmə belə nəticəyə gəlmişdir ki, aralarında müqavilə bağlanan zaman qanunverciliyin normalarının pozulmasına dair hər hansı bir hal aşkar edilməmişdir. Halbuki qanunvericiliyin yuxarıda qeyd etdiyi normaları müqavilə bağlanarkən pozulmuşdur. Lakin məhkəmə buna düzgün qiymət verməmişdir. Ona görə də hesab edir ki, iş obyektiv araşdırılmalı, qətnamə ləğv olunmalı və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmalıdır. Məhkəmə kollegiyasının iclasında Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, borcu şəxsən özü iddiaçıya vermişdir.Pulun verilməsindən 6-7 ay sonra iddiaçının aptekə əskiyi olduğu ortaya çıxmışdır.İddiaçıya daim ata kimi olmuş, ona köməklik etmiş, inanıb pulu vermişdir.Onun iddia ərizəsində yazdıqları iftiradır. Borc müqaviləsinin hər hansı mal qalığı ilə əlaqəsi yoxdur.İddiaçı evinin olmaması, kirayədə qalması və maddi vəziyyətinin pis olması səbəbinə görə borc istəmişdi. İş üzrə iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir.Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə materialları, apellyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, mülki işin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 8210/2019 saylı 28.11.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı 22000 (iyirmi iki min) manat məbləğində borcun və iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. İş materiallarında olan Abşeron rayonu 1 saylı Notariat Kontorunun xüsusi notariusu Bahadur İslamovun iştirakı ilə borc verən Cavabdeh və borc alan İddiaçı arasında bağlanmış 21.07.2016-cı il tarixli kredit müqaviləsindən görünür ki, borc verən borc alana 22000 manat məbləğində borc vermişdir. Borc alan krediti 21.07.2017-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. İş materiallarında olan İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış təklif məktubundan görünür ki, müqavilənin ləğvi ilə İddiaçı bununla bağlı cavabdehə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır; 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər; 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır; 432.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında 21.07.2016-cı il tarixdə kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1 və 2-ci bəndlərinə əsasən borc verən borc alana 22000 manat məbləğində borc vermişdir. Borc alan krediti 21.07.2017-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirmişlər. Lakin göründüyü kimi tərəflər arasında müqavilə öhdəliklərinin icrası zamanı narazılıqlar yaranmışdır. Bu səbəbdən hazırkı mülki iş üzrə İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə məhkəməyə müraciət etmişdir. Mülki iş materiallarının araşdırılarkən məhkəmə kollegiyası tərəflər arasında müqavilənin bağlanması zamanı qanunvericiliyin normalarının pozulmasına dair hər hansı bir hal aşkar etməmişdir. Məhkəmə kollegiyası iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti düzgündür. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı Kollegiya qeyd edir ki, həmin dəlillər iddia ərizəsi ilə oxşar məzmunda olmaqla yuxarıda qiymət verilmişdir.Şikayətdə aralarında kredit müqaviləsi bağlansa da, müqavilə üzrə borc verən hesab edilən Cavabdeh müqavilədə nəzərdə tutulmuş 22.000,0 manat məbləğində pul vəsaitini ona verməməsi, həmin məbləğin işlədiyi aptekin mal qalığı olması göstərilsə də bu dəlillər təsdiqini tapmamışdır. Kollegiya nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü, kimi birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyinəzərindən qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla qətnamənin ləğvi üçün əsaslar yoxdur, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunmuşdur. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Nərimanov Məhkəməsinin 29 iyul 2021-ci il tarixli, 2(005)-3361/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar