Məhkəmə qərarları › İş №2(103)-9852/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-9852/2021

04.10.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-9852/2021 04.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı2 və nümayəndəsi Vəkil1 (İddiaçı1 nümayəndəsi vəkil), Cavabdeh2 nümayəndəsi Vəkil2 iştiraklarıı ilə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 Sami oğluna və Cavabdeh2 qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3472/2021 saylı işi üzrə 31 avqust 2021-ci il tarixli qərardadından iddiaçılar X7 və İddiaçı2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçılar X3 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8 məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi Xiyabani küçəsi yaşayış evinin 1-ci blokunun "15-ci mərtəbəsində 112.1 kv.m. olan 83-nömrəli 3 otaqlı mənzilin X1 ilə bağlı əldə etdikləri 57000 ABŞ dolların cavabdehlər Cavabdeh1 Sami oğlundan və Cavabdeh2 müştərək qaydada alınaraq X5 və İddiaçı2 verilməsinə 30000 min ABŞ dolları Cavabdeh1 alınaraq X5 və İddiaçı2 verilməsinə dair qətnamə qəbul edilməsin xahiş etmişdir. Eyni zamanda iddiaçıların nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə iddianın təmin tədbirinə dair ərizə ilə müraciət edərək mülki işə baxılanadək, cavabdehlər Cavabdeh1 Sami oğluna mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri Nərimanov Rayonu, X10 küçəsi, ev 7, mənzil 31 və Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan Bakı Şəhəri Binəqədi rayonu, C Hacıbəyli küçəsi, ev 70, mənzil 8 və Masallı rayonu, Mollahəsənli kəndində 0,3964ha (paylı) kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi üzərinə həbs qoyulmaqla, həmin əmlaklara dair sərəncam verilməsinin qadağan edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3472/2021 saylı, 31 avqust 2021-ci il tarixli qərardadı ilə (Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 157.1, 157.2, 158.1.1, 158.1.2, 158.1.5, 158.1.6-ci il tarixli maddələrinə istinadən ) ərizə təmin edilməmişdir. Qərardadda qeyd edilmişdir ki, təmin tədbirinin görülməməsi nəticəsində qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən hallara səbəb olacağı müəyyən edilməməklə, eyni zamanda da təmin tədbiri barədə ərizə hazırki iddia tələbinə mütənasib deyildir, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: Bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməli; bu tədbirlər müvəqqəti xarakter daşımalı və tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Bundan başqa, iddianı təmin etmə tədbirinin zəruriliyinə dair dəlillərə qiymət verilərkən həmin dəlillərin ağlabatan olmasını və əsaslılığını, bu tədbirlər görülmədikdə işdə iştirak edən şəxsin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalını, işdə iştirak edən bütün şəxslərin, eləcə də işdə iştirak edən şəxs statusuna malik olmayan şəxslərin qanuni mənafelərinin tarazlığının təmin edilməli olmasını, iddianı təmin etmə tədbirləri tətbiq edilərkən ümumi mənafelərin və ayrı-ayrı şəxslərin mənafelərinin pozulmasının qarşısının alınmalı olmasını nəzərə alır. İddiaçılar qərardaddan şikayət verərək 31.08.2021-ci il tarixli qərardadını ləğv edərək, “iddianın təmini tədbirinə dair” ərizənin təmin edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişlər. Şikayətdə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 157.1, 157.2, 158.1.5-ci maddələrinə istinadən qeyd edilmişdir ki, cavabdehlər Namiq və Cavabdeh2lər ailəmizə məxsus əmlakları mənimsəmiş, onlarda olan məlumata görə Kəlbiyevlər digər şəxslərə qarşıda bu cür hərəkətlər etmişdir. Bu səbəbdən də Kəlbiyevlər ehtiyat tədbiri kimi əmlaklarını özgəninkiləşirmək niyətindədirlər. Bu isə iddia tələblərini gələcəkdə təmin ediləcəyi təqdirdə, bununla əlaqədar çıxarılacaq məhkəmə qətnaməsinin icrasını faktiki olaraq qeyri-mümkün edəcəkdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3472/2021 saylı, 06.09.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 nümayəndəsi Vəkil1 (iddiaçı X4 nümayəndəsi vəkili) apellyasiya şikayətini müdafiə edərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək, mənzilin şirkət tərəfindən satıldığını, mənzilin Cavabdeh1 tərəfindən satıldığını, onun Taleh Quliyevdən imzalı, möhürlü boş müqavilə istədiyini, mənzilin həmin müqavilə əsasında satıldığını, pulun Cavabdeh1 verildiyini bildirmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi Vəkil2 apellyasiya şikayətini qəbul etməyərək, iddianın əsaslılığı prezumpsiyasına istinadən qərardadın qüvvədə saxlanılmasını xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Cavabdeh1 Sami oğlu iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası şikayəti araşdırıb Azərbaycan Respublikası Konstitusiyasının 24, 80, “X11 haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 63-67 və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2,14, 15, 77, 88, 157-164, 236, 386, 388; 397.2, 398, İcra haqqında Qanunun 26,45,48-ci maddələrinə əsasən hesab edir ki şikayətdə qeyd edilən dəlillər onun təmin edilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, iddianın təmini tədbiri mülki dövriyyəni (hüquqları) məhdudlaşdırsa da, lüzumsuz yerə hüquqlardan məhrum edilməsinə və sui-istifadə hallarına şərait yaratmamalı, habelə mülki hüquq subyektlərinin bərabərliyini, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyini, mülkiyyətin toxunulmazlığını, müqavilələr azadlığını, mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılmasını, pozulmuş hüquqların bərpasının təmin edilməsini, mülki hüquqların məhkəmə müdafiəsi prinsiplərinin həyata keçirilmə mütənasibliyini və tarazlığını təmin etməlidir. Kollegiya hesab edir ki, iddianın təmin edilməsi barədə təmin tədbiri yönələcək əmlaklara dair təsdiqedici məlumatların təqdim edilməsi ilə yanaşı iddianın əsaslılığına dair ilkin sübutların da mövcudluğunu tələb edir. Əks halda qeyd edilən prosessual hüquq normasının tətbiqi dispozitiv imkandan və diskression səlahiyyətlərdən sui-istifadəyə şərayit yaradan hal kimi yolverilməzdir. İşə əlavə edilmiş sənədlərin nüsxələrindən iddiaçıların atalarının cavabdehlərlə biləvasitə mülki münasibətlərinə dair olmamış, hüquqi şəxs olan “ZF İnşaat” ilə mülki münasibətlərdə olmuş, cavabdehlərin hüquqi şəxsin hərəkətlərinə görə mülki məsuliyyəti müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 157, 159, 263-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçılar X7 və İddiaçı2 şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3472/2021 saylı işi üzrə 31 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar